TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
23-01-2026, 18:58
Ceyhun Bayramov kollegiya iclası keçirdi


Ceyhun Bayramov kollegiya iclası keçirdi

23 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.
İclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.
Kollegiya iclası zamanı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2025-ci il ərzində Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2026-cı il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
23-01-2026, 17:28
Kamran Əsədov HƏBS OLUNDU


Kamran Əsədov HƏBS OLUNDU

Tanınmış təhsil eksperi Kamran Əsədov məhkəmə zalında həbs olunub.
Bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyilə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə proses keçirlib.
Məhkəmə təqsirləndirilən Kamran Əsədovun həbsinə dair qərar çıxarıb. Onun barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, K.Əsədova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.
23-01-2026, 17:24
Ermənistan Azərbaycana baxıb hərəkət edir


Ermənistan Azərbaycana baxıb hərəkət edir

Ermənistan Ukraynaya 10 generator göndərir.
Generatorlar Ukraynanın təmas xəttinə yaxın yaşayış məntəqələrinə göndəriləcək.
Xatırladaq ki, bundan 3 gün öncə Azərbaycan 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil göndərmişdi.
23-01-2026, 17:10
Bakı metrosuna İsveçrədən 300 vaqon alınır


Bakı metrosuna İsveçrədən 300 vaqon alınır

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC İsveçərnin “Stadler Rail Group” şirkətindən 300-ə qədər metro vaqonu almağı planlaşdırır.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə İsveçrənin “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.
Görüşdə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işlər, eləcə də minimum istismar xərcləri olan 300-dək yeni vaqonun alınması məsələləri müzakirə olunub. Layihələrin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
23-01-2026, 16:59
Zəhradan boşanma xəbərinə reaksiya: "Mədəniyyətiniz olsun!"


Zəhradan boşanma xəbərinə reaksiya: "Mədəniyyətiniz olsun!"

Sabiq nazir Mədət Quliyevdən ayrıldığı iddia olunan Zəhra Quliyeva bununla medianın yaydığı xəbərə sərt reaksiya verib.
O bu barədə şəxsi "İnstagram" hesabında paylaşım edib:
“Xahiş edirəm mənə şəxsi həyatımla bağlı sual verməyin. Mədəniyyətiniz olsun, reytinq xatirinə xəbər paylaşanda qarşı tərəfin fikrini öyrənin".
23-01-2026, 16:50
Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər azalıb


Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər azalıb

2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib.
Bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.
Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov hesabat məruzəsi ilə çıxış edib.
Onun sözlərinə görə, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7%-nin açılması təmin edilib.
Qeyd olunub ki, hesabat ilində hərbi xidmət əleyhinə cinayətlərin sayı 21.3 % azalıb.
2025-ci ildə Hərbi Prokurorluq üzrə “962-Etimad xətti” yaradılıb, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb.
2025-ci ildə Hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.
Hesabat dövründə Hərbi Prokurorluq orqanları əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, 99 dəfə mətbuatda, 18 dəfə televiziyada, 41 dəfə internetdə, 3 dəfə radioda çıxışlar edilib.
Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə polkovniki Nihad Şıxəliyev və ədliyyə polkovniki Qasım Məmmədov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Elnur Kərimov və Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Kollegiya iclasına Baş prokuror Kamran Əliyev yekun vurub.
23-01-2026, 16:17
Bakıda 2 nəfərin yanmış meyiti tapıldı


Bakıda 2 nəfərin yanmış meyiti tapıldı

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində yanğın olub.
Ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
23-01-2026, 15:41
Azərbaycanda ət istehsalı yerində sayır


Azərbaycanda ət istehsalı yerində sayır

2025-ci ildə Azərbaycanda diri çəkidə 659,2 min ton ət istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə eynidir.
23-01-2026, 15:15
Mədət Quliyevlə Zəhra ayrılıb


Mədət Quliyevlə Zəhra ayrılıb

Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib.
Z.Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. Bununla əlaqəli tirajlanan xəbər mətnlərində də keçmiş aparıcı sabiq nazir Mədət Quliyevin xanımı kimi təqdim edilsə də, izləyicilər cütlüyün ailə münasibətlərinin bitdiyini, onların rəsmi şəkildə boşandıqlarını qeyd ediblər.
Məlumata görə, Zəhra Quliyeva və Mədət Quliyev bir müddət əvvəl ayrılıblar. Birgə nikahdan doğulan övladlar ana ilə qalır, Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır.
Qeyd edək ki, general-polkovnik Mədət Quliyev daha əvvəl müdafiə sənayesi naziri vəzifəsində çalışıb. O, 2023-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir.
23-01-2026, 14:56
Azərbaycanda dövriyyədən çıxarılan narkotikin həcmi açıqlandı


Azərbaycanda dövriyyədən çıxarılan narkotikin həcmi açıqlandı

Ötən il 2024-cü illə müqayisədə 961 kiloqram çox narkotik vasitə qeyri-leqal dövriyyədən çıxırılıb.
Bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.
"2025-ci ild 5 ton 675 kiloqram narkotik vasitə qeyri-leqal dövriyyədən çıxırılıb, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 2 ton 724 kiloqram müvafiq vasitə aşkarlanıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 294 tondan artıq çətənə və xaş-xaş kolu yığılaraq məhv edilib, narkotiklərlə əlaqəli cinayətlərə görə 88 cinayətkar qrup zərərsizləşdirilib".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!