ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                        Hərbi jurnalist vəfat etdi .....                       
7-10-2022, 20:43
Xəzər dənizində rus gəmiləri toqquşdu - Yaralılar var


Xəzər dənizində rus gəmiləri toqquşdu - Yaralılar var

Xəzər dənizində Rusiyaya məxsus iki kiçik ölçülü gəmi toqquşub. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Hadisə Rusiyanın Həştərxan şəhəri yaxınlığında baş verib. Qəza nəticəsində yaralıların olduğu bildirilir.
7-10-2022, 19:19
Bakıda 16 məktəb direktoru işdən çıxarıldı


Bakıda 16 məktəb direktoru işdən çıxarıldı

Ötən dərs ilinin sonunda çalışmanın yaş həddinə çatdığına görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 16 məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmin məktəblər aşağıdakılardır:
101, 121, 135, 144, 204, 246, 261, 264, 269, 222, 242, 282, 290, 297, 315, 112 nömrəli tam orta məktəblər.
7-10-2022, 19:17
Bakı metrosu sentyabrda 18 milyondan çox sərnişin daşıyıb


Bakı metrosu sentyabrda 18 milyondan çox sərnişin daşıyıb

Bu ilin sentyabr ayında "Bakı Metropoliteni" QSC 18 milyon 336 min 117 sərnişin daşıyıb. Bu barədə qurumdan məlumat verilib."Hər gün orta hesabla 611 min 204 nəfər metrodan istifadə edib. Yeni tədris mövsümünün başlanması, fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən metrodan istifadə edən sərnişinlərin sayında əvvəlcədən proqnozlaşdırılan artım müşahidə olunub. Ümumən, müqayisəli qeyd etsək, sentyabrın 15-dən sonra 12 iş günü ərzində metro orta hesabla hər gün 749 min 11 sərnişin daşıyıb. 12 gün ərzində daşınan sərnişinlərin sayı ayın qalan günləri daşınanların 49 %-ni təşkil edib", - məlumatda qeyd olunub.
7-10-2022, 19:16
“Biz sizinləyik” - Azərbaycanlılar da Putinə dəstək oldular


“Biz sizinləyik” - Azərbaycanlılar da Putinə dəstək oldular

Rusiya Prezidenti Vladimir Putinin doğum günü ilə bağlı 20-dən çox xalqın nümayəndəsinin iştirakı ilə “Biz sizinləyik” fləşmobu keçirilib. Butov.az xəbər verir ki, flashmob iştirakçıları Putini 70 illik yubileyi münasibətilə təbrik ediblər. Tədbirdə əsasən tələbələr, məktəblilər, xalq yaradıcılıq kollektivlərinin rəssamları iştirak ediblər.
Bunlar Rusiyada yaşayan 20-dən çox müxtəlif xalqların nümayəndələridir. Flashmob iştirakçıları sırasında yunanlar, polyaklar, ləzgilər, noqaylar, moldavanlar, çuvaşlar, ruslar, qazaxlar, başqırdlar, koreyalılar, çeçenlər, yəhudilər, kürdlər, əfqanlar, nanaylar, çukçilər, marilər, ermənilər, çelkanlar, belaruslar, hətta azərbaycanlılar da yer alıb. Şüar olaraq, “güclü, vahid və məğlub olmayan çoxmillətli Rusiya xalqı” səsləndirilib. Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin 70 yaşı tamam olur.
7-10-2022, 19:13
Son sutkada 90 yoluxma - Ölən olmayıb


Son sutkada 90 yoluxma - Ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 822 027 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 508 nəfər müalicə olunaraq sağalıb, hazırda 592 aktiv xəstə var. Bu günə qədər 9927 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2202, ümumilikdə isə 7 269 145 test icra olunub.

7-10-2022, 19:11
Liderlərin Putinə ad günü hədiyyəsi: traktor, qarpız...


Liderlərin Putinə ad günü hədiyyəsi: traktor, qarpız...

MDB ölkələrinin liderləri Rusiya Prezidenti Vladimir Putinə ad günü hədiyyələri gətiriblər. Butov.az xəbər verir ki, liderlər Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü zamanı hədiyyələri təqdim ediblər. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Putinə toxumsəpən traktor, Tacikistan Prezidenti Emoməli Rəhmon isə qovun və qarpız piramidası hədiyyə edib. Digər liderlərin hədiyyələri hələ məlum deyil. Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putinin 70 yaşı tamam olur.

7-10-2022, 18:44
Ombudsmana bu şəxslər müraciət edə biləcək


Ombudsmana bu şəxslər müraciət edə biləcək

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinə (ombusdman) insan hüquqlarının pozulması ilə əlaqədar şikayət edilməsinin əhatə dairəsi genişlənir. Bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif edilən dəyişikliklərdə nəzərdə tutulub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. Həmçinin, insan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.
7-10-2022, 18:29
Ombudsmana yeni səlahiyyətlər verilir


Ombudsmana yeni səlahiyyətlər verilir

Obudsmana yeni səlahiyyətlər verilir. Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidə öz əksini tapıb. Layihəyə əsasən, ombudsmanın fəaliyyətinin əsasları sıraya dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi daxil edilir. Ombudsman publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (informasiya sahibləri) “İnformasiya əldə etmək haqqında” qnunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə də nəzarəti həyata keçirəcək. Müvəkkilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək də həvalə olunur. Eyni zamanda Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.
7-10-2022, 18:27
Jurnalistlər Füzulidə tikilən Mərkəzə baş çəkdilər


Jurnalistlər Füzulidə tikilən Mərkəzə baş çəkdilər

Bu gün bir qrup jurnalist Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzində olub. Butov.az xəbər verir ki, 35/0,4 kV-luq 2x2500 kVA gücündə olan rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur. Qeyd edək ki, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım tərəfindən qoyulub.
7-10-2022, 18:25
Ermənistan Xankəndini Azərbaycan ərazisi kimi tanıdı?


Ermənistan Xankəndini Azərbaycan ərazisi kimi tanıdı?

Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib. Yelisey sarayının rəsmi saytında dərc edilən bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü, suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir."Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq", - bəyanatda qeyd olunub. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması prosesini və Praqa danışıqlarını şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İrəvanın üzərinə götürdüyü öhdəliklərə sona qədər əməl edəcəyi şübhə doğurur:"Ermənistan tərəfi bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Sadəcə onların tanıma məsələsi bir az fərqlidir. Ermənistanın BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyi şübhəlidir. Onların yaxşı söz oyunçusu olduğu məlum məsələdir. Buna inanmaq olmaz. Ermənistan “Müstəqillik haqqında akt” qəbul edərkən orada göstəriblər ki, guya Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Əgər 1991-ci ildə ərazi bütövlüyümüzü tanıyıblarsa, ondan sonra nə baş verib? Bizim torpaqlarımızı işğal edib, etnik təmizləmə aparma ərazi bütövlüyünü tanımaqdır?Eks-nazir vurğulayıb ki, Emənistan sərhədlərin müəyyən edilməsində guya Sovet xəritələrini əsas götürdüyünü göstərməyə çalışır.“Ermənistan danışıqlarda özünü yaxşı tərəf kimi göstərmək istəyir. Onlar Sovet xəritəsinə qayıtmaq tərəfdarı olduqlarını göstərməyə çalışırlar. Ancaq Azərbaycanın müstəqilliyi ilə Qarabağ məsələsini fərqli görürlər. Ermənistan Azərbaycan ərazisini Qarabağsız de-fakto tanımaq istəyirdi. Əbəttə, biz bəyan edirik ki, Qarabağ Azərbaycann tərkibi hissəsidir”.



Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması mühüm hadisədir. Xankəndi şəhəri və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin tanınmasına gəlincə, politoloq düşünür ki, Ermənistan tərəfi bu addımla Qarabağın Azərbaycana məxsus olduğunu rəsmən tanıyıb.“Tanınma prosesində Azərbaycan ərazilərinə Qarabağ da daxildir. Sadəcə olaraq, Qarabağla Ermənistanı birləşdirən yolun statusu məsələsi var. Bu da sonrakı danışıqlar prosesinin işidir. Yəni yerli ermənilərlə Azərbaycan hakimiyyət orqanları qeyri-formal danışıqlar apararaq bu məsələni həll edəcək. Azərbaycan onsuz da uzun müddətdir ki, həmin ermənilərlə qeyri-formal danışıqlar aparır. Danışıqlar prosesi bundan sonra daha intensiv şəkildə davam etdiriləcək. Prezident İlham Əliyevin dediyi kimi, biz Qarabağın dağlıq hissəsindəki ermənilərlə necə davranmalı olduğumuzu özümüz bilirik. Azərbaycanda yaşamaq istəməyən, Azərbaycan qanunlarını qəbul etmək istəməyənlər həmin əraziləri tərk etmək məcburiyyətində qalacaq”. Politoloqun sözlərinə görə, artıq çətin proses başlayıb:“Təbii ki, bu məsələdə əmma çıxartmağa çalışanlar olacaq. Rusiya, Rusiyanın oyuncağı Vardanyan, Arayik Arutyunyan, Robert Köçəryan, Serj Sarksiyan müəyyən problemlər yaratmaq istəyəcək. Ancaq mən inanıram ki, Avropa Birliyinin diqqəti daim burada olacaq. Onlar proseslərə nəzarət etməklə problem yaratmaq istəyənlərin qarşısını almağa çalışacaqlar. Delimitasiya çox çətin proses olsa da, maksimum 3 ay ərzində həll oluna bilər. Bir sözlə, sülh müqaviləsinin yolu açılıb”.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!