Messi ilə müqavilə uzadıldı .....                        İranda siyasi qalmaqal - Bakıdan qayıdan xanım nazirin çantasında nə olub? .....                        İki universitetə 45 milyon ayrılacaq .....                        Kahramanmaraşda zəlzələ .....                        Bu dəfə Rusiyadakı miqrantları hədəfə aldı .....                        Ərini basdırdığı yerə "giriş qadağandır" nişanı qoyubmuş - VİDEO .....                        Rusiya bu ölkənin hava məkanını pozdu .....                        Bu xidmət ödənişli olacaq - DİM sədri açıqladı .....                        Putin Qərbi hədələdi: “...cavabımız ciddi olacaq!” .....                       
27-02-2023, 14:21
İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib


İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd etdi və Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsini də əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini dedi. Dövlətimizin başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğuladı və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Rəhbərlik etdiyi nümayəndə heyətinə öz həmkarları ilə bərabər, hökumət nümayəndələrinin də daxil olduğunu bildirən Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycanda keçirəcəyi görüşlər zamanı əlaqələrin genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmlənməsi məsələsinin də müzakirə ediləcəyini bildirdi. İon-Marçel Çolako Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafında xüsusi önəmini qeyd edərək strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Qonaq dedi ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malikdir və Avropa İttifaqının strateji tərəfdaşıdır. Görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi.
27-02-2023, 13:36
Çavuşoğlu zəlzələdə fəaliyyət göstərən könüllülərimizlə görüşüb


Çavuşoğlu zəlzələdə fəaliyyət göstərən könüllülərimizlə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınmış çadır şəhərciyində könüllü kimi çalışan Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb. Nazir Mövlud Çavuşoğlu öz sosial şəbəkə hesabında Azərbaycan könüllüləri ilə arasında baş tutan görüşü əks etdirən paylaşım da edib. Sözügedən paylaşımda Türkiyə XİN başçısı Azərbaycanda hər kəsin Türkiyəyə yardım etmək istəməsi haqqında məlumatlı oluduğunu qeyd edib, buna görə də minnətdar olduğunu könüllülərin diqqətinə çatdırıb. Mövlud Çavuşoğlu ziyarətinin sonunda Azərbaycan könüllülərinin bir qrupu ilə xatirə şəkli çəkdirib. Məlumat üçün bildirək ki, artıq 2 həftədən çoxdur fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstək verici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər. Eyni zamanda, Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.

26-02-2023, 23:44
Alatava 1 qəsəbəsində söküntü işlərinə start verilir


Alatava 1 qəsəbəsində söküntü işlərinə start verilir

Alatava 1 qəsəbəsində (Alatava 1 – Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib. Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib. İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq: “Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamladıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”. Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binaların inşa olunacağını qeyd edib.
26-02-2023, 23:33
Rusiya sülhməramlıları 49 əcnəbini Qarabağdan Ermənisatana aparıb


Rusiya sülhməramlıları 49 əcnəbini Qarabağdan Ermənisatana aparıb

Rusiya sülhməramlıları 49 əcnəbi vətəndaşı Qarabağ ərazisindən Ermənistana aparıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları əcnəbi vətəndaşların maneəsiz şəkildə Qarabağdan Ermənistana keçidini təmin ediblər.
26-02-2023, 16:36
Selçuk Bayraktar Xocalı soyqırımıyla bağlı paylaşım edib


Selçuk Bayraktar Xocalı soyqırımıyla bağlı paylaşım edib

"Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktar Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib. O, twitter səhifəsində bu barədə yazıb. "Dünya 31 il öncə bu gün bəşəriyyət adına utanc verən bir qətlimata şahid və izləyici oldu. Biz qardaşlarımızın uğradığı Xocalı qətliamını unutmayacağıq. Şəhid edilən qardaşlarımızı rəhmətlə anıram", - deyə Bayraktar qeyd edib.
26-02-2023, 16:30
Akar azərbaycanlı həkimlərə təşəkkür etdi


Akar azərbaycanlı həkimlərə təşəkkür etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələ bölgəsində fəaliyyət göstərən azərbaycanlı hərbi həkimlərlə görüşüb. Kahramanmaraşda səfərdə olan nazir azərbaycanlı həkimlərə təşəkkür edib. "İkinci Qarabağ müharibəsində birlikdə olduğumuz kimi, indi də mübarizəmizə birgə davam edirik. Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı. Çox sağ olun", - deyə Akar bildirib.
26-02-2023, 16:27
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaq.
26-02-2023, 16:25
Ermənistanın iddiaları istədiyi kimi nəticələnmədi - XİN başçısı


Ermənistanın iddiaları istədiyi kimi nəticələnmədi - XİN başçısı

"Ermənistana danışıqlar təklif olunan zaman onlar konstruktiv danışıqlardan əsassız şəkildə yayınır". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir vurğulayıb ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə ciddi zərbə vurur: "Biz demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Bunun nə qədər effektiv olacağını zaman göstərəcək". C.Bayramovun sözlərinə görə, Azərbaycan kostruktiv tərəf olaraq bu istiqamətdən də imtina etmir: “Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürdüyü hər üç iddiası da Ermənistanın istədiyi kimi nəticələnmədi”. XİN başçısı əlavə edib ki, Azərbaycanın Ermənistana, Ermənistanın da Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində baxılan işi var: "Həmin işə baxılması kifayət qədər uzun və mürəkkəb prosesdir. Müvəqqəti icra tədbirləri kimi tərəflər bir-birinə müəyyən iddia ilə çıxış edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı 3 tələb irəli sürülüb. Buna görə Azərbaycana qarşı qərarlar çıxarılmasını istəyirlər”.
26-02-2023, 16:21
Aksiya öz axarı ilə davam edir - Ceyhun Bayramov


Aksiya öz axarı ilə davam edir - Ceyhun Bayramov

Azərbaycan tərəfinin legitim tələblərinin cavablandırılmaması Laçın-Xankəndi yolundakı etiraza səbəb olub. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. “Təəssüf ki, hələ də tələblərin bir hissəsi açıqdır. Aksiya öz axarı ilə davam edir”, - nazir bildirib. Onun sözlərinə görə, daim Beynəlxalq Qızıl Xaç Komitəsi ilə ünsiyyətdədirlər: "Aksiya başlayandan bu gün qədər 3 mindən artıq nəqliyyat vasitəsinin Xankəndi-Laçın yolundan keçməsinə şərait yaradılıb. Həmin nəqliyyat vasitələrinin böyük əksriyyəti sülhməramlılara məxsus yük avtomobilləri olub". C.Bayramov, həmçinin Lavrovun Bakıya səfərindən də danışıb:"Həftənin əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində danışıqlarımız olacaq. Rusiya-Azərbaycan gündəliyi genişdir".
26-02-2023, 16:18
Türkiyə səfiri Xocalı soyqırımını paylaşdığı şeirlə andı


Türkiyə səfiri Xocalı soyqırımını paylaşdığı şeirlə andı

“26 fevral 1992-ci ildə ermənilərin qətlə yetirdikləri Xocalı soyqırmı qurbanlarını hörmət və rəhmətlə yad edirik”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı twitter səhifəsində yazıb. O, türkiyəli şair Abdurrahim Karakoçun Xocalı faciəsi ilə bağlı şeirini də paylaşıb:
“Bahtına ağlayan Azeri kızı
Sen Karabağ dersin,
ben karayazı Boşlukta çırpınır Türk’ün avazı
Sanma ki dertlerin azı bizdedir Sizdeki yaranın özü bizdedir…
‘Gel gardaş’ diyorsun gelecek yol yok
Şehitler kabrine koyacak gül yok
Çilesiz saat yok,kavgasız yıl yok
Kurşunlar sizdedir,sızı bizdedir
Böyle geldi, böyle gitmez bu oyun
Umdukları gibi bitmez bu oyun
Mazlumun ekmeği,tuzu bizdedir
Sizdeki yaranın özü bizdedir!”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!