TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
1-11-2023, 12:44
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
1-11-2023, 12:21
Zəngilan şəhərinin Baş planı təsdiqləndi


Zəngilan şəhərinin Baş planı təsdiqləndi

Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Xatırladaq ki, Zəngilan şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. Vətən müharibəsində şanlı Qələbə qazanan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də şəhəri işğalçılardan azad edib.
31-10-2023, 20:17
Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi


Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsi baxımından Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3-cü və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmə və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsinin tələbləri baxımından Əmək Məcəlləsinin 208-ci maddəsinə əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara münasibətdə onların məhz müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə ziddiyyət təşkil etmir.
İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
31-10-2023, 19:52
Gömrük Komitəsiylə Rusiya arasında saziş imzalandı


Gömrük Komitəsiylə Rusiya arasında saziş imzalandı

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan-Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş imzalanıb.
Saziş DGK-nın sədri Şahin Bağırovla Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov arasında Moskvada keçirilən görüş zamanı imzalanıb.
Görüşdə Azərbaycan və Rusiya "Şimal-Cənub" nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, “sadələşdirilmiş gömrük dəhlizi” ilə bağlı da fikir mübadiləsi aparıblar.
Həmçinin iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın, məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə edilib.
Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən Beynəlxalq Gömrük Forumunda iştirak edib. Forumun əsas missiyası xarici iqtisadi fəaliyyətin inkişafı məqsədilə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi üçün səmərəli platformanın qurulmasıdır.
Forumda beynəlxalq iqtisadi əməkdaşlığın perspektivləri, tranzit imkanları, gömrüyün strateji inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
31-10-2023, 18:31
Suriyadan 11 nəfər Azərbaycana gətirildi


Suriyadan 11 nəfər Azərbaycana gətirildi

Suriyadan daha 11 nəfər Azərbaycana gətirilib.
XİN-dən verilən xəbərə görə, Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq, 31 oktyabr 2023-cü il tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 9-u uşaq və 2-si qadın olmaqla 11 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, onların Türkiyə Respublikası ərazisinə keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
31 oktyabr 2023-cü ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
31-10-2023, 17:54
Millimiz UEFA Millətlər Liqasında növbəti qələbəsini qazandı


Millimiz UEFA Millətlər Liqasında növbəti qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.
C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri “Dalğa Arena”da Monteneqronu 3:0 hesabı ilə məğlub ediblər.
Ukraynalı hakim Anastasiya Romanyukun idarə etdiyi görüşdə yığmanın qollarını 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak, 84-cü dəqiqədə isə Ayşən Əhmədova vurublar.
Qeyd edək ki, Azərbaycan millisi IV turdan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.
31-10-2023, 17:46
Mərkəzi Bank bu qərarların ləğviylə bağlı qərar qəbul etdi


Mərkəzi Bank bu qərarların ləğviylə bağlı qərar qəbul etdi

Ölkənin strateji prioritetlərinə uyğun olaraq bank sektorunun tənzimlənməsi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və banklarda risklərin idarə edilməsinin təkmilləşdirilməsi çərçivəsində Mərkəzi Bank fəaliyyətini davam etdirir.
AMB-dən bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 18.10.2023-cü il tarixli qərarı ilə “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın yeni redaksiyası (Qayda) qəbul edilib.
Qərara əsasən, qayda 01.12.2023-cü il tarixindən qüvvəyə minəcək və həmin tarixdən 2009-cu ildən qüvvədə olan “Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar” ləğv edilib.
Yenilənmiş Qayda beynəlxalq standartların son tələblərini əhatə edir, habelə əvvəlki qaydadakı tələblərin daha da təkmil formada əks etdirilməsini təmin edir. Səmərəli bank nəzarəti yanaşmaları formalaşdıran Bazel Komitəsinin standartları ilə yanaşı xarici nəzarət orqanlarının təcrübəsi, habelə Beynəlxalq Valyuta Fondunun ekspertlərinin verdiyi tövsiyələr, eləcə də bank ictimaiyyətli ilə müzakirə zamanı mütərəqqi təkliflər Qaydanın hazırlanması zamanı nəzərə alınmışdır.
Qaydada likvidlik riski növü banklarda onun korporativ idarəetmənin və risklərin idarə edilməsi çərçivəsinin vacib elementi kimi nəzərə alınaraq likvidlik riski iştahası, siyasəti, daxili qaydaları, likvidlik riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlığına dair tələblər təkmilləşdirilmişdir. Cəlb olunmuş vəsait mənbələrinin konsentrasiyasına dair yeni monitorinq aləti (Herfindal-Hirşman aləti) təqdim edilmiş, ani likvidlik əmsalı normativinin tərkibi təkmilləşdirilmişdir. Həmçinin, bankın normal və stress şəraitində ödəniş və hesablaşmalar üzrə yaranan öhdəlikləri vaxtında icra etmək üçün gündəlik likvidliyin idarə olunmasına dair prinsiplər və tələblər müəyyən olunmuşdur.
Bankda likvidlik mövqeyi proqnozlaşdırılmasının təkmilləşdirilməsi çərçivəsində Qaydada Bazel III standartlarında təqdim olunan bank müştərilərinin davranışı ilə əlaqədar tarixi məlumatlara əsaslanan məcmu və xarici valyutada ayrılıqda Likvidliyin örtülmə əmsalı (LCR) əmsalı normativi gətirilmişdir. Əmsalın məqsədi bank öz fəaliyyətinin fasiləsiz davam etdirilməsi, o cümlədən öhdəliklərin tam həcmdə və vaxtında icra edilməsi məqsədilə qısa müddətli dövrdə (30 gün) stress şəraitində likvidlik üzrə dayanıqlığın təmin edilməsidir.
Qaydada əmsalın həm xarici valyuta üzrə, həm də məcmu şəkildə tətbiqi nəzərdə tutulub. Qaydanın qüvvəyə mindiyi tarixdə LCR əmsalı məcmu və xarici valyutada ayrılıqda 100% və bundan çox olan banklar əmsalın həmin həddən aşağı düşməməsini təmin etməlidir. LCR əmsalı 100%-dən aşağı olan bankların likvidlik mövqeyinə kəskin təzyiq yaratmamaq məqsədilə əmsal 18-24 ay müddətində mərhələli şəkildə tətbiq ediləcəkdir. Əmsal sistem əhəmiyyətli banklar tərəfindən Qaydanın qüvvəyə mindiyi gündən 18 ay ərzində, digər banklar tərəfindən isə 24 ay ərzində 100%-ə çatdırılmalıdır. LCR əmsalı 100% həcmində saxlanılanadək tərkibi təkmilləşdirilmiş mövcud ani likvidlik əmsalının tətbiqi davam etdiriləcəkdir.
Sözügedən Qaydanın tətbiqi bank sektorunda risk idarəetmə potensialının gücləndirilməsini, potensial stress şəraitində likvidlik mövqeyinin daha düzgün proqnozlaşdırılmasını və bununla öz dayanıqlılığının daha effektiv qorunmasını təmin edəcəkdir.
31-10-2023, 16:43
Ələt iqtisadi zonasıyla bağlı Sərəncam imzalandı


Ələt iqtisadi zonasıyla bağlı Sərəncam imzalandı

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bakının Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin.
İqtisadiyyat Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
31-10-2023, 16:41
Bakı mötəbər tədbirə ev sahibliyi edəcək - Fərman


Bakı mötəbər tədbirə ev sahibliyi edəcək - Fərman

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi” tədbirinin Azərbaycan Respublikasının Bakı şəhərində keçirilməsi və ev sahibliyi məsələlərinə dair Saziş” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi” tədbirinin Azərbaycan Respublikasının Bakı şəhərində keçirilməsi və ev sahibliyi məsələlərinə dair Saziş” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərməlidir.
31-10-2023, 16:35
Talıbovlara məxsus olmuş obyekt məhkəməyə verildi


Talıbovlara məxsus olmuş obyekt məhkəməyə verildi

“Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupuna daxil olan “Batabat” restoranı MMC və “Nəqşicahan Qrup Şirkətləri İttifaqı” MMC məhkəməyə verilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikasının (NMR) Kommersiya Məhkəməsinə müraciət olunub.
Sözügedən şirkətlərə maddi ziyanın ödənilməsi tələbi irəli sürülüb.
İş icraata götürülüb və noyabrın 6-da hakim Elşən Salmanovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Nəqşicahan Holdinq”in əvvəlki sahibi NMR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Bir müddət əvvəl holdinqin yerləşdiyi bina “Himal Holdinq”ə satılıb.
Bu ilin avqust ayında isə “Nəqşicahan Group Şirkətlər İttifaqı” “Saat Meydanı” MMC-yə qoşulması şəklində yenidən təşkil olunub və həmin şirkətin hüquqi varisidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!