TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
30-10-2023, 14:58
XİN Başçısı Əbu-Dabiyə rəsmi səfərə getdi


XİN Başçısı Əbu-Dabiyə rəsmi səfərə getdi

30 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
30-10-2023, 13:36
Qarabağda özüyeriyən artilleriya qurğuları aşkarlandı


Qarabağda özüyeriyən artilleriya qurğuları aşkarlandı

Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanmışdır.
Qeyd edək ki, bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına malikdir.
Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edilmiş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil.





30-10-2023, 13:12
Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayrıldı


Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayrıldı

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 milyon manat ayrılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
30-10-2023, 12:40
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
29-10-2023, 21:53
AzTV-nin keçmiş baş redaktoru vəfat etdi


AzTV-nin keçmiş baş redaktoru vəfat etdi

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) proqram baş redaksiyasının sabiq baş redaktoru Rafiq Savalan vəfat edib.
Bu barədə televiziyanın mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, o bu gün 83 yaşında vəfat edib.
Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində anadan olub.
O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir, kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb.
Teleşirkətdə “Səhər” proqramının baş redaktor müavini vəzifəsində işləyib.
Rafiq Savalan həm də ədəbi fəaliyyətlə məşğul olub. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib.
O, 1990-cı il yanvarın 19-da işğalçı sovet qoşunlarının Azərbaycan televiziyasının enerji blokunu partlatdıqları zaman təxribatların daha geniş miqyas almasına mane olmuş cəsarətli, qorxmaz vətənpərvərlərdən biri kimi yadda qalıb. 20 yanvar faciəsindən üç gün sonra Azərbaycan SSR Ali Sovetinin səhərə qədər davam edən fövqəladə sessiyasında ictimaiyyətin nümayəndəsi kimi iştirak edib, deputatların təklifi ilə redaksiya heyətinə seçilib.
Həmin axşam deputat, Azərbaycan Yazıçılar İttifaqının sədri Anar və Rafiq Savalan dünya xalqlarına, dünya parlamentlərinə müraciətin rus dilində mətnini yazaraq yayıblar.
Rafiq Savalan 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1976-cı ildən Jurnalistlər Birliyinin üzvü və Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatı olub.
Allah rəhmət eləsin!
29-10-2023, 20:55
1923 kvadratmetrlik Türkiyə bayrağı nümayiş etdirildi


1923 kvadratmetrlik Türkiyə bayrağı nümayiş etdirildi

Türkiyə Respublikasının 100-cü ildönümü münasibətilə İzmit Körfəzində sahəsi 1923 kvadratmetrlik Türkiyə bayrağı nümayiş etdirilib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Nümayiş Türkiyənin Kocaeli şəhər bələdiyyəsi tərəfindən təşkil edilib.
Bayraq 7 nəfər tərəfindən 5 gündə hazırlanıb.


29-10-2023, 20:09
Türkiyə son iyirmi ildə möhtəşəm uğurlara imza atdı - Spiker


Türkiyə son iyirmi ildə möhtəşəm uğurlara imza atdı - Spiker

Siyasətini dünyəvilik, demokratiya və millətçilik kimi təməl prinsiplər əsasında quran Türkiyə son iyirmi ildə böyük siyasi və dövlət xadimi, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm uğurlara imza atıb.
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirib.
Milli Məclisin sədri bildirib ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatı, NATO, “Böyük iyirmilik”, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda yaxından iştirakı onu sülh və sabitlik uğrunda çıxış edən qlobal oyunçuya çevirib.
“Haqq-ədalət və dürüstlük meyarları üzərində qurulan Türkiyə diplomatiyası ixtilafların yoluna qoyulmasında, dialoqun inkişafında və sülh təşəbbüslərinin irəli aparılmasında söz sahibidir”, - deyə Sahibə Qafarova vurğulayıb.
Bu gün Türkiyə Ordusu, hərbi hava və hərbi dəniz qüvvələrinin dünyanın ən güclü silahlı qüvvələri sırasında olduğunu diqqətə çatdıran Milli Məclisin sədri “Türkiyə yüz ili” konsepsiyasının yeni əsrdə Türkiyəyə daha böyük nailiyyətlər qazandıracağından əminliyini ifadə edib.
29-10-2023, 19:38
Prezident  Cümhuriyyət bayramıyla bağlı müraciət ünvanladı


Prezident Cümhuriyyət bayramıyla bağlı müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına müraciət ünvanlayıb.
Ölkə Prezidentinin müraciətini Milli Məclisin spikeri Sahibə Qafarova oxuyub.
29-10-2023, 18:33
Türkiyə və Azərbaycan tarix boyu bir-birinə dəstək olub - Baş Konsul


Türkiyə və Azərbaycan tarix boyu bir-birinə dəstək olub - Baş Konsul

Türkiyə və Azərbaycan tarix boyu bir-birinə dəstək olublar. Bunun ən böyük örnəyinə Qarabağ müharibəsində və Türkiyədə baş vermiş zəlzələ zamanı şahid olduq.
Bunu Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən təşkil edilən yubiley tədbirində jurnalistlərə açıqlamasında baş konsul Asip Kaya deyib.
Asip Kaya bildirib ki, sevincdə və kədərdə birlikdə olmağın qürurunu yaşayırıq:
"Türkiyənin güclənməsi Azərbaycanın da güclənməsi deməkdir. Bizim 100-cü ildönümümüz eyni zamanda Azərbaycanın da 100-cü ildönümüdür. İnşallah, bu 100 illik Türk dünyası əsri olacaq. Türkiyə və Azərbaycanın rəhbərliyində bütün Türk dünyası bir araya gələrək böyük birlik yaradacaq. Bunun yolu isə Naxçıvandan keçir. Çünki Naxçıvan önəmli bir dəhlizdir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə bir-birinə qovuşacaq. Türk dünyası yenidən dirçələcək. Buna ürəkdən inanırıq. Naxçıvan bu mənada çox önəmli rol oynayacaq. Naxçıvanın gələcəyi çox parlaqdır".
29-10-2023, 17:34
Şahdağ Milli Parkında yanğın baş verdi - VİDEO


Şahdağ Milli Parkında yanğın baş verdi - VİDEO

Şahdağ Milli Parkında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlıqda Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində Şahdağ Milli Parkının ərazisində 600 m² sahədə xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!