TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
27-10-2023, 16:55
"Bayraktar TB3" pilotsuz uçuş aparatı ilk uçuşunu həyata keçirdi


"Bayraktar TB3" pilotsuz uçuş aparatı ilk uçuşunu həyata keçirdi

Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar TB3" zərbə tipli pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib.
PUA Tekirdağ vilayətində yerləşən AKINCI uçuş mərkəzindən havaya qalxıb.
Saat 08.30-da havaya qalxan "Bayraktar TB3" sistem identifikasiya testlərini uğurla başa vurub və bir saatlıq uçuşu tamamlayıb.
Şirkətin rəsmisi Səlcuq Bayraktar PUA-nın hava müharibəsində inqilab olacağını bildirib.
PUA Türkiyənin yerli şirkəti tərəfindən hazırlanan mühərriklə uçuş həyata keçirib. 170 at gücündə olan mühərrik dəniz şəraitinə uyğunlaşdırılıb.

27-10-2023, 16:39
Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib - XİN Başçısı


Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib - XİN Başçısı

“Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib. Bunun arxasında xalqlarımızın iradəsi və liderlərimizin qardaşlıq münasibətləri dayanır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk ölkə Türkiyə olub:
“Mustafa Kamal Atatürk deyirdi ki, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir". Ulu Öndər Heydər Əliyev “bir millət, iki dövlət” kəlamını söyləyib. Onlar əlaqələrimizin nə qədər dərin olduğunu qısa sözlərlə çox gözəl izah ediblər”.
C.Bayramovun sözlərinə görə, azərbaycanlı diplomatlar Türkiyənin, türkiyəli həmkarları isə Azərbaycanın maraqlarını öz maraqları kimi qoruyurlar:
“Buna misal olaraq deyə bilərik ki, Prezident İlham Əliyev 2014-cü ildə Praqada keçirilən iclasda demişdi ki, "Türkiyə burda yoxdursa, mən varam". Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsi vaxtı “Azərbaycan bizim qırmızı xəttimizdir” kimi açıqlama vermişdi. Ərdoğanın bu mesajı lazımi yerlərə çatdı və onlar nə etmək lazım olduğunu başa düşərək prosesdən kənarda dayandılar. Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin onun yanında olduğunu bilirdi və hiss edirdi. 44 günlük müharibə dövründə Türkiyə xalqı və dövlətinin ortaya qoyduğu mövqe çox vacib idi. Azərbaycana verilən siyasi və mənəvi dəstək bizim gücümüzə güc qatdı və bütün dünyaya açıq mesaj oldu”.
27-10-2023, 16:31
"Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edildi


"Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edildi

Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub.
Bu, Prezident İlham Əliyevin "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı Fərmanında əksini tapıb.
27-10-2023, 16:09
Vətən müharibəsi iştirakçısı özünü yandırdı


Vətən müharibəsi iştirakçısı özünü yandırdı

Bu gün günorta saatlarında İsmayıllı Rayon İcra Hakimiyyətinin binası qarşısında Vətən müharibəsi qazisi Röyal Mirzəyev intihara cəhd edib.
26 yaşlı qazi üzərinə benzin tökərək özünü yandırıb.
Rayonun Qubaxəlilli kəndindən olan Röyal Mirzəyev təcili yardımla əvvəlcə xəstəxanaya, sonraya Bakıya aparılıb.
Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin detalları məlum deyil.

27-10-2023, 12:21
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.
26-10-2023, 23:14
XİN Fransa nazirinin fikirləriylə bağlı sualı cavabladı


XİN Fransa nazirinin fikirləriylə bağlı sualı cavabladı

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistanda səsləndirdiyi fikirlərlə bağlı yerli mətbuatın sualını cavablandırıb.
A.Hacızadə Fransanın mədəniyyət naziri Rima Əbdül Mələyin Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırması və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış etməsi ilə bağlı deyib: “Sözügedən səfər və Azərbaycanın Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi və qərəzinin nümunəsidir.
Azərbaycan öz ərazilərindəki bütün mədəni və tarixi abidələrin mühafizəsinin vacibliyini və bu xüsusda, öhdəliklərini çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur.
Azərbaycanın antiterror tədbirlərindən sonra mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialar əsassızdır və bu, BMT-nin regiona reallaşdırılan iki missiyası tərəfindən də təsdiqlənib.
Təəssüflər olsun ki, Fransa nə keçmiş Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi, nə də UNESCO çərçivəsində nüfuzlu ölkə kimi heç vaxt Ermənistan tərəfindən istər Azərbaycan, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin tamamilə dağıdılmasından narahatlığını ifadə etməyib.
Bundan başqa, məhz Azərbaycan 30 ilə yaxındır ki, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə bağlı qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışları ilə beynəlxalq təşkilatlara israrla müraciət edib. Təəssüf ki, bu Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib.
Azərbaycan Respublikasının ərazisində yerləşən mədəni irs mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini təcəssüm etdirir.
Bir daha Fransa tərəfini Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq”.
26-10-2023, 22:12
DİN bu rayonlara rəis təyin etdi


DİN bu rayonlara rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev vəzifədən azad edilib. Digər əmrlə o, Qusar Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Bundan başqa, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayev Zərdab RPŞ-nin rəisi təyin edilib.
Həmçinin Qusar RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
26-10-2023, 21:36
Qadın güləşçimiz danya çempionatında bürünc medal qazandı


Qadın güləşçimiz danya çempionatında bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.
50 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə hindistanlı Nilam Nilama qalib gəlib.
Bu gün mübarizəyə qoşulmuş Jalə Əliyeva (57 kq) isə finala vəsiqə qazanıb.
Əsmər Cankurtaran (53 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) əvvəlki raundlarda uduzublar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq), Vaxit Qalayev (125 kq) bürünc mükafata sahib olublar.
26-10-2023, 21:18
Sahibə Qafarova Ulu Öndərin Ankaradakı abidəsini ziyarət etdi


Sahibə Qafarova Ulu Öndərin Ankaradakı abidəsini ziyarət etdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə yaradılıb. 2012-ci ildə burada əsaslı yenidənqurma işləri aparılıb və bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.
26-10-2023, 18:58
Türkiyə və Azərbaycan arasında ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərləri dayanır


Türkiyə və Azərbaycan arasında ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərləri dayanır

"Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin əsasında xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərləri dayanır. Bu gün dövlət başçılarımızın şəxsi dostluğu və qardaşlığı, siyasi iradəsi və qətiyyəti sayəsində bu münasibətlər "Bir millət, iki dövlət" prinsipi əsasında bütün sahələr üzrə hərtərəfli inkişaf edərək, özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə çatıb".
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşü zamanı səsləndirib. O, iki il öncə imzalanmış Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrini tamamilə yeni müstəviyə qaldırdığını vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik, qarşılıqlı dəstək nümayiş etdirdiyini, həm sevincli, həm də kədərli, çətin günlərdə bir-birinin yanında olduğunu deyib. O, İkinci Qarabağ müharibəsinin ilk dəqiqələrindən etibarən, o cümlədən, cari ildə Azərbaycan Ordusunun antiterror tədbirləri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyə dövlətinin və xalqının Azərbaycanın haqq işinə öz açıq siyasi və mənəvi dəstəyini nümayiş etdirdiyini xatırladaraq, qeyd edib ki, bu gün Azərbaycanla Türkiyənin birliyi və həmrəyliyi, birgə fəaliyyəti, həyata keçirdiyi irimiqyaslı layihələr regional və beynəlxalq səviyyədə sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verir.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin həm Azərbaycanın, həm də Türkiyənin həyatında tarixi yubileylərlə zəngin olduğunu vurğulayaraq, bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün yüksək səviyyədə qeyd edildiyini, həmçinin Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün tamam olduğunu bildirib.
Numan Kurtulmuş isə ölkələrimiz arasında münasibətlərin bugünkü yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Sahibə Qafarovanın bu səfərinin də əlaqələrimizə töhfə verəcəyinə inamını bildirib.
TBMM sədrinin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edir. Ölkələrimiz bir çox məsələlərin həllində ortaq hərəkət edir. O, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq və işbirliyi sayəsində regionda mövcud olan problemlərin həll mərhələsinə daxil olduğunu, bu əməkdaşlığın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında önəmini diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!