15-07-2023, 11:17
Xocalı istiqamətində təxribatın qarşısı alındı - XİNİyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. "Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.
15-07-2023, 11:03
Qısa müddətdə minimum əmək haqqı 270 faiz artıb - Nazir“Azərbaycanda sosial, iqtisadi, mədəni və digər bütün yönlərdə çox böyük inkişaf, dinamika görürük”. Bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılışı zamanı deyib.
"Qısa müddət ərzində minimum əmək haqqı 270 faiz artıb. Həmçinin bu cür artımları digər istiqamətlərdə də görürük. Bütün bunlar hər il 7 milyardlıq bir məbləğin həssas təbəqəyə dövlət tərəfindən ödənməsi deməkdir. Bu, böyük bir məsuliyyətdir ki, bu məsuliyyət də Cənab Prezident İlham Əliyevə məxsusdur", - nazir əlavə edib.
15-07-2023, 10:23
Ermənilər yerli və xarici təyyarələrə radiomaneələr tətbiq edibRusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranmışdır.
Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınmışdır. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməmişdir.
14-07-2023, 19:19
Şamaxının bələdiyyə sədri cərimələndiŞamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının, eləcə də ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən tullantıların urnalara deyil, ətraf əraziyə atıldığı aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.
Həmçinin, rayonun Qurdtəpə kəndində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunduğu üçün bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi isə inzibati tənbeh tədbiri görülüb.
14-07-2023, 19:04
Prezident Mişelin dəvəti ilə Belçikada rəsmi səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gedib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısının Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.
14-07-2023, 18:06
Neft kəmərləri ətrafında yanğın baş verdi Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində neft kəmərlərinin ətrafındakı quru ot və kol-kosdan ibarət sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdan keçən neft kəmərlərinə və elektrik naqillərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yol kənarında 250m² sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdan keçən neft kəmərləri və elektrik xətləri yanğından mühafizə olunub.
14-07-2023, 17:53
Madər Musayev dəfn olunduBu gün vəfat edən deputat Madər Musayev dəfn edilib. O, Binəqədi kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, bu gün Milli Məclisin qocaman deputatı Madər Musayev vəfat edib. Bir müddətdir xəstəlikdən əziyyət çəkən M.Musayev 75 yaşında dünyasını dəyişib. O, bitərəf kimi müstəqillik dövründə 6 dəfə, ümumilikdə isə 7 dəfə seçilən yeganə millət vəkili olub.
14-07-2023, 14:52
Mövqelərimiz atəşə tutulduİyulun 14-ü saat 10:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa saat 13:39-dan 13-50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.