Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
25-09-2022, 17:32
Millimiz bu gün son oyununa çıxacaq

Millimiz bu gün son oyununa çıxacaq

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək. Butov.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək."Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq. Hazırda 13 xalı olan qonaqlar B Liqası və AVRO-2024-də iştirak üçün pley-offa vəsiqəni təmin edib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur

20:00. Azərbaycan - Qazaxıstan
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)
Bakı, "Dalğa Arena" stadionu
Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2
Qeyd edək ki, qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.
25-09-2022, 17:14
Ərdoğandan Azərbaycanla bağlı nəyi xahiş ediblər

Ərdoğandan Azərbaycanla bağlı nəyi xahiş ediblər

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi Prezident Rəcəb Tayyib Ərdoğandan xarici səfərlərdə Azərbaycanla bağlı xahişlərin edildiyini deyib. Butov.az xəbər verir ki, Vahit Kirişçi Prezident Ərdoğanı bir sıra xarici səfərlərdə müşayiət etdiyini vurğulayaraq, bəzi dövlətlərin rəsmilərinin onlardan öz ölkələri ilə bağlı xahişlər etdiklərini diqqətə çatdırıb. “Bizə deyirlər ki, sizin Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar - deyirlər”, - deyə türkiyəli nazir qeyd edib.
25-09-2022, 17:08
Çavuşoğlu: Ermənistanı cəsarətləndirmək lazımdır

Çavuşoğlu: Ermənistanı cəsarətləndirmək lazımdır

“Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər tez bir vaxtda Ermənistan və Azərbaycan tərəfindən imzalanması lazımdır. Biz bu prosesi dəstəkləyirik”. Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Los-Angelesdə türk icması ilə keçirdiyi görüşdə söyləyib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı normallaşma prosesindən danışan Çavuşoğlu deyib ki, Ermənistanı cəsarətləndirmək lazımdır. «Təəssüf ki, sayları az olan ABŞ-dakı erməni qrupu var ki, onlar Türkiyə ilə normallaşmaya qarşıdırlar. Halbuki, onların Ermənistana heç bir müsbət töhfəsi yoxdur. Nifrət üzərində hərəkət edirlər. Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var, bu fürsəti dəyərləndirməsi lazımdır», - deyə Türkiyə XİN rəhbəri vurğulayıb.
25-09-2022, 16:43
Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq Komissiyası yaradılır

Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq Komissiyası yaradılır

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Sinqapurun xarici işlər naziri Vivian Balakrişnanla görüşündə iki ölkə arasında İqtisadi Əməkdaşlıq Komissiyasının təsis edilməsi müzakirə olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluq ifadə edib. Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib. Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb. Nazir eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib. Sinqapur naziri Vivian Balakrişnan Sinqapurun ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib. Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
25-09-2022, 16:21

24-09-2022, 20:25
AVSTİRYALI TƏRCÜMƏÇİNİN YARADICILIĞIMA OLAN MARAĞI ƏSİI DOSTLUĞA ÇEVRİLİB

AVSTİRYALI TƏRCÜMƏÇİNİN YARADICILIĞIMA OLAN MARAĞI ƏSİI DOSTLUĞA ÇEVRİLİB

Butov.az xəbər verir ki, Yazıçı, dramaturq Əmir Pəhləvan kitabının tərcüməçisi xanım Manuela ilə görüşüb. Yazıçı görüş barədə təəssüratlarını bölüşüb: "Üç gün öncə (21. 09. 2022) Vena şəhərindən Azərbaycana gəlmiş Manuela xanımla növbəti əsərimin alman dilinə tərcüməsinin son mərhələsi və mətnlərdəki arxaik sözlərin məna çalarlarının müzakirəsi çox maraqlı keçdi."
24-09-2022, 15:34
Azərbaycanın 20 gənc polisi Türkiyədə təhsil alacaq

Azərbaycanın 20 gənc polisi Türkiyədə təhsil alacaq

2022-2023-cü tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində təhsil almaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) 20 gənc əməkdaş seçilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazir general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in “Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 20 gənc əməkdaş seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib."Bu münasibətlə seçilmiş əməkdaşları qəbul edən V.Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə Türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərlərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyə edib. O əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan polisini, xalqımızı şərəflə təmsil edəcəklər", - məlumatda qeyd olunub.
24-09-2022, 15:33
Valideynini itirmiş 29 ukraynalı uşaq Azərbaycana gətirilib

Valideynini itirmiş 29 ukraynalı uşaq Azərbaycana gətirilib

Ukraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirmiş daha 29 ukraynalı uşaq Azərbaycana gətirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək. Uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar. Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Düşərgə iştirakçıları ingilis dili kursları vasitəsilə dil biliklərinin artırılması imkanı da əldə edəcəklər. Bu müddət ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, həmçinin muzeylərə ekskursiyalar təşkil olunacaq, müxtəlif mövzuda komanda işləri görüləcək.

24-09-2022, 15:28
Ermənilər atəşkəsi yenə pozdu - 3 hərbçimiz yaralandı

Ermənilər atəşkəsi yenə pozdu - 3 hərbçimiz yaralandı

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçularımız yaralanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb. Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
24-09-2022, 15:26
Qonşular maşın üstündə bir-birini bıçaqladı

Qonşular maşın üstündə bir-birini bıçaqladı

Bakının Qaradağ rayonunda iki qonşu arasında dava düşüb. Butov.az xəbər verir ki, dava hər iki qonşunun avtomobilini park etməsi üstündə olub. Qobustan qəsəbəsində yaşayan, 1990-cı il təvəllüdlü Elsəvər Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova parklama ilə bağlı irad tutub. İradla razılaşmayan R.Əşrəfov bıçaqla E.Babayevə xəsarət yetirib. E.Babayev isə onun əlində olan bıçağı alaraq R.Əşrəfova bir neçə zərbə endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əşrəfovun vəziyyəti nisbətən ağırdır. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!