Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
11-10-2022, 16:33
Hava yenidən dəyişəcək - Xəbərdarlıq


Hava yenidən dəyişəcək - Xəbərdarlıq

Sabahdan Azərbaycan ərazisində güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 11-i gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s olacaq. Azərbaycan rayonlarında isə oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.
11-10-2022, 16:31
Azərbaycana qarşı döyüşənlər arasında bu ölkələrin vətəndaşları da olub


Azərbaycana qarşı döyüşənlər arasında bu ölkələrin vətəndaşları da olub

"İkinci Qarabağ müharibəsində Ermənistan tərəfində döyüşən muzdlular arasında Rusiya, Gürcüstan və İran vətəndaşları da var". Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı keçirilən “dəyirmi masa”da çıxış edərkən deyib. Qurum rəsmisi bildirib ki, Vətən müharibəsi dövründə hərbi cinayətlər Azərbaycan ərazisində törədildiyinə görə bunu edənlər barəsində ölkəmizin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və günahkarlar məsuliyyətə cəlb olunacaqlar. İ.Səfərovun sözlərinə görə, müharibə vaxtı Ermənistan tərəfində döyüşən muzdluların bir qismi müəyyən olunub, onlarla bağlı cinayət işləri başlanılıb.
11-10-2022, 16:24
Baş Prokurorluq bəyanat yaydı


Baş Prokurorluq bəyanat yaydı

Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə hücumları ilə bağlı bəyanat yayıb. Butov.az xəbər verir ki, bəyanatda deyilir:"Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. Ermənistan silahlı qüvvələrinin 44 gün sürən Vətən Müharibəsinin gedişatında bir neçə iri şəhəri, o cümlədən yarım milyondan çox əhali yaşamaqla Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni hədəf alması 1988-ci ildən bugünədək davam etdirilən təcavüzkar siyasətin tərkib hissəsidir. Belə ki, müharibə ərazisindən kənarda yerləşən Gəncə şəhərinin 04, 05, 08, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olmuş, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri, xüsusən də gecə saatlarında hədəfə alınmışdır. Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır və təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün zəruri bütün tədbirlər görülür. Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə çağırır. İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik".
11-10-2022, 16:19
Avropa çempionatında ölkəmizi onlar təmsil edəcək


Avropa çempionatında ölkəmizi onlar təmsil edəcək

Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək. Boks Federasiyasından verilən məlumata görə, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Yığma baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında çempionatda 5 boksçu ilə təmsil olunacaq. Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaq. Bu gün səfərə yollanan komanda oktyabrın 23-də Bakıya qayıdacaq. Qeyd edək ki, Avropa çempionatının püşkü oktyabrın 13-də atılacaq.
11-10-2022, 16:16
"Qarabağ" - "Olimpiakos" matçını ingilislər idarə edəcək


"Qarabağ" - "Olimpiakos" matçını ingilislər idarə edəcək

Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb. Butov.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Craig Pavsona Lee Betts və İan Hussin laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını John Brooks yerinə yetirəcək. Darren Jon Herbert VAR hakimi, Peter Bankes isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Jon Skjervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Jankoviçdir. Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.
11-10-2022, 16:14
Qobuda hərbi sursat aşkarlandı


Qobuda hərbi sursat aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Qobu qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı 100mm-lik top mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.




11-10-2022, 16:11
Daşkəsəndəki mövqelərimiz atəşə tutuldu


Daşkəsəndəki mövqelərimiz atəşə tutuldu

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
11-10-2022, 16:09
Azərbaycanlı müğənni Türkiyədə döyüldü - Burnu sındı


Azərbaycanlı müğənni Türkiyədə döyüldü - Burnu sındı

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda avtomobilini əzən taksi sürücüsü tərəfindən döyülüb. Butov.az xəbər verir ki, taksi sürücüsü müğənniyə yumruq zərbələri endirərək, onun burnunu sındırıb, başını dəmir baryerlərə vurub, daha sonra telefonunu qırıb. Müğənni Nərgiz Bağıyeva hadisə barədə polisə məlumat verib və həmin sürücüdən şikayətçi olub.

10-10-2022, 21:31
Ruhəngiz Qasımovanın qızı: “Anam dözmədi, ürəyi partladı”


Ruhəngiz Qasımovanın qızı: “Anam dözmədi, ürəyi partladı”

Oktyabrın 12-də Bakıda olmağı planlaşdırırıq. Bunu açıqlamasında mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib. Onun sözlərinə görə, Bakıdakı vida və dəfn mərasimin yeri barədə hələlik qərar verilməyib: “Vida mərasiminin vaxtı və dəfn yeri ilə bağlı məsələlər yəqin ki, sabah dəqiqləşəcək”. Canana Süleymanlı Ruhəngiz xanımın vəfat səbəbindən də danışıb: “On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı var idi. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi”. Qeyd edək ki, Ruhəngiz Qasımova ötən gün 82 yaşında dünyasını dəyişib.
10-10-2022, 21:27
Bakıda NATO-nun təlim kursu keçirilir


Bakıda NATO-nun təlim kursu keçirilir

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu keçirilir. Bu barədə nazirlikdən məlumat verilib. Əvvəlcə kurs iştirakçılarına brifinq təqdim olunub, mobil təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı məlumatlar verilib. Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən kurs müddətində HHQ aidiyyatı bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim olunacaq. Həmçinin aviasiya təminatı ilə bağlı fəaliyyətlər həyata keçiriləcəkdir. Təlim kursu oktyabrın 13-dək davam edəcək.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!