27-01-2023, 16:57
Səfirliyimizə hücumla bağlı cinayət işi açıldıAzərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Rəsmi açıqlamada deyilir: "27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilmişdir. Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirmişdir. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırmışlar. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilmişdir. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
27-01-2023, 16:50
Tezliklə Tehrandakı səfirliyimizi boşaltmağı planlaşdırırıq -XİNBiz bu mənfur hücumu ən sərt şəkildə qınayırıq. Biz İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib. "Hər bir dövlət öz ölkəsindəki səfirliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycan hökuməti tezliklə Tehran səfirliyini boşaltmağı planlaşdırır", - deyə XİN rəsmisi əlavə edib. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
27-01-2023, 16:22
Tezliklə Tehrandakı səfirliyimizi boşaltmağı planlaşdırırıq -XİNBiz bu mənfur hücumu ən sərt şəkildə qınayırıq. Biz İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib. "Hər bir dövlət öz ölkəsindəki səfirliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycan hökuməti tezliklə Tehran səfirliyini boşaltmağı planlaşdırır", - deyə XİN rəsmisi əlavə edib. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
27-01-2023, 16:17
Prezident İrandakı hadisəylə bağlı paylaşım etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar twitterdə paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Tehrandakı səfirliyimzə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”.
27-01-2023, 16:14
Səfirliyə hücumda həyatını itirən şəxslə bağlı məlumat əldə olunubAzərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində həlak olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Rizvan oğlu Əsgərov bundan əvvəl Azərbaycanın Moskvadakı diplomatik missiyasında da çalışıb. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin başsağlığında deyilir: "Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş xain silahlı hücum nəticəsində qətlə yetirilmiş, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışmış Orxan Əsgərovun ailəsinə və
yaxınlarına, onun xidmət yoldaşlarına Səfir Polad Bülbüloğlunun və Səfirliyin kollektivi adından dərin hüznlə başsağlığı veririk. Yaralanan mühafizə əməkdaşlarına Allahdan tez bir zamanda şəfa diləyirik. İnanırıq ki, bu vəhşi hücumu təşkil edən və törədənlər layiqli cəzalarını ən sərt şəkildə alacaqlar! Allah rəhmət eləsin!". Rəsmi məlumata görə, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Səfirliyinə hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Polis hücum edən şəxsi tutaraq istintaqa cəlb edib.
27-01-2023, 16:11
İrandakı səfirliyimiz yüksək səviyyədə qorunmalı idi - DeputatBütün hallarda Tehranda baş verən hadisələrə görə həm də İran dövləti məsuliyyət daşıyır. Bunu Azərbaycan Respublikasının İrandakı Səfirliyinə silahlı hücum haqda danışarkən deputat Ceyhun Məmmədov bildirib. Millət vəkili deyib ki, Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi. “Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. Ən kiçik təxribat cəhdinin qarşısı qətiyyətlə alınır. İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi. Burada eyni zamanda, İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır. Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək, yanılır. Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənə rəhmət, yaralananlara şəfa diləyirəm”. Rəsmi məlumata görə, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Səfirliyinə hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Polis hücum edən şəxsi tutaraq istintaqa cəlb edib.
27-01-2023, 16:07
Sabaha olan hava proqnozu Bakıda və Abşeron yarımadasında yanvarın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
27-01-2023, 16:02
Bu ölkələrin idmançıları Avropa Oyunlarına buraxılmayacaqRusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına buraxılmayacaqlar. Bu barədə Avropa Olimpiya Komitələri (EOC) məlumat yayıb. Qeyd edək ki, III Avropa Oyunları 9-25 iyunda gerçəkləşəcək.
27-01-2023, 15:54
Səfirliyə hücum edən şəxsin kimliyi bəlli olduAzərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxsin kimliyi açıqlanıb. Hadisəni törədən şəxsin İran vətəndaşı, təxminən 50 yaşlı Yasin Hüseynzadə olduğu müəyyən edilib. İstintaqın ilkin məlumatına görə, cinayətkar 2 azyaşlı uşaqla birlikdə səfirliyə daxil olub. O, binanın girişində mühafizə xidmətinə atəş açıb. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
27-01-2023, 15:50
Türkiyə XİN İrandakı hadisəylə bağlı başsağlığı verdiTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib. Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. O, səfirliyə hücumu pisləyib. "Biz daim Azərbaycanın yanındayıq", - deyə türkiyəli nazir qeyd edib. Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb.