İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
5-10-2022, 18:26
Bakı Dövlət Sirkində təmir başlayıb


Bakı Dövlət Sirkində təmir başlayıb

Bakı Dövlət Sirkində təmir işləri başlayıb. Bunu sirkin direktor əvəzi Nahid Ağayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub: "Təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib. Yeni mövsümdə heyvanlarla xüsusilə də atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə də təmir olunub". N.Ağayev söyləyib ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək.
5-10-2022, 18:24
Ermənilərin minalarla bağlı bizə verdikləri xəritə deyil!


Ermənilərin minalarla bağlı bizə verdikləri xəritə deyil!

Beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritə təqdim etsə də onun 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır. Bunu Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov deyib. O qeyd edib ki, əslində bizə təqdim edilənlər xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdi və qeyri-dəqiqdir:"Son iki il ərzində mina partlayışlarında çoxsaylı itkilər olub. 390709 ədəd piyada və tank əleyhinə minalar və partlamamış sursatlarla bağlı məlumat var. Amma bu da tam dəqiq deyil. 2020-ci ilin noyabrın 10-dan bu günə qədər 257 mina qurbanı olub, 44 nəfər həlak olub, 213 nəfər xəsarət alıb. İndiyədək 54 841 hektar ərazi təmizlənib. 2 575 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plan 40000 hektardır. Hansı ki bunun 8 min hektarı yaşayış ərazisidir. Lakin məqsədimiz əlavə xarici resurslar da cəlb edərək illik planı inkişaf etdirmək və minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır”.
5-10-2022, 18:21
Sahibkarlar 10 il vergidən azad olunacaq


Sahibkarlar 10 il vergidən azad olunacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentlərinin rahat fəaliyyət göstərmələri üçün mobil şəhərcikdə əlavə 8 ədəd modul tipli yataqxana (40 nəfərlik) quraşdırılıb. Bununla da, Sənaye Parkında modul tipli yataqxanaların sayı 16-ya (80 nəfərlik) çatdırılıb. Bununla yanaşı, Sənaye Parkının ərazisində inzibati binanın tikintisi üçün işlərə start verilib. İnzibati binada iclas otağı, müasir ofis sahələri, təlim mərkəzi, laboratoriya və s. olacaq, sahibkarlara sığorta, bank və gömrük xidmətləri göstəriləcək. Ağdam Sənaye Parkında, həmçinin əlavə olaraq 2 ədəd 400 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA elektrik yarımstansiyasının tikintisinə başlanılıb. Qeyd edək ki, bundan əvvəl Sənaye Parkında 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmışdı. Sənaye Parkı sürətli internetlə təmin edilib. Ümumiyyətlə, Ağdam Sənaye Parkında sahibkarlar üçün geniş biznes imkanları yaradılacaq. Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Sənaye Parkının rezidentlərinə əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalında gömrük və ya ƏDV güzəştləri) də verilməsi nəzərdə tutulur.
5-10-2022, 18:16
İlham Əliyevdən Ermənistana növbəti xəbərdarlıq


İlham Əliyevdən Ermənistana növbəti xəbərdarlıq

Bizdə sülh prosesi ilə bağlı müəyyən optimist fikirlər var. Çünki bir neçə gün bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı müzakirələr aparıldı. Ümid edirik ki, bu proses uzun sürməyəcək. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib. Dövlət başçısı deyib ki, biz 28 il davam edən Qarabağ münaqişəsinə dair danışıqlarda olduğu kimi, Ermənistanın razılaşmadığı məsələlərdə adətən istifadə etdiyi taktikaya yaxşı bələdik."Əgər bu, yenə davam edərsə, biz sülh əldə edə bilməyəcəyik. Əgər Ermənistanın seçimi belə olacaqsa, onlar növbəti ciddi səhv addım atmış olacaqlar". “Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və buna görə cavab verməli oldular”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
5-10-2022, 18:13
Ağdamdan Ağcabədiyə dəmir yolu xətti çəkiləcək


Ağdamdan Ağcabədiyə dəmir yolu xətti çəkiləcək

Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası nəzərdə tutulur. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. O, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma qruplarının iyerarxiyası, infrastrukturun yaradılması, yol-nəqliyyat xətlərinin inkişafı haqqında məlumat verib. Komitə rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla hazırlanıb."Biz Qarabağ və Şərqi Zəngəzur üzrə rayonların, şəhərlərin baş planlarını hazırlayırıq. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin baş və müfəssəl planları hazırlanır", - o əlavə edib.
5-10-2022, 18:09
Döyülən şagird: "Mənimlə zarafat edirdi"


Döyülən şagird: "Mənimlə zarafat edirdi"

Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbdə şagird öz sinif yoldaşı tərəfindən döyülüb. Butov.az xəbər verir ki, döyülən şagird danışıb.“Mənimlə zarafat etdi, xoşlamadığımı bildirdim. O da belə davrandı”, - deyə o bildirib. Məktəbli həmçinin qeyd edib ki, əvvəllər aralarında mübahisə olmayıb:“Ondan bu zərbəni gözləmirdim”.
5-10-2022, 17:51
Sabah yağış yağacaq


Sabah yağış yağacaq

Azərbaycanda oktyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-26° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
5-10-2022, 17:46
Kömək adı ilə təqaüdçülərin pullarını mənimsədi


Kömək adı ilə təqaüdçülərin pullarını mənimsədi

Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb. Butov.az xəbər verir ki, Lənkəran rayon sakini olan bir nəfər qadın polisə müraciət edərək təqaüd kartından 200 manat pulun oğurlandığını bildirib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün köməklik istədiyi şəxs tərəfindən mənimsənildiyi məlum olub. Faktı törətməkdə şübhəli bilinən şəxsin Lənkəran rayon sakini Təbriz Sadıxzadə olduğu müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun daha 7 nəfər təqaüdçünün kartından da pul oğurladığı aşkarlanıb. Belə ki, bankomatların yaxınlığında dayanan həmin şəxsin kartdakı pulu çıxarmaq üçün müraciət edən təqaüdçülərin etibarından sui istifadə edərək həmin kartlardan mobil tətbiq vasitəsilə, “avans” götürmək yolu ilə və digər üsullarla ümumilikdə 2300 manatdan artıq pulu mənimsədiyi müəyyən edilib. T.Sadıxzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” xidməti-zəng mərkəzinə və ya ərazi polis orqanına məlumat vermələri xahiş olunur. Bir daha vətəndaşların diqətinə çatdırırıq ki, bank kartlarını və onun üzərindəki məlumatları digər şəxslərə etibar etməsinlər.
5-10-2022, 17:43
Bakıda maşın qaçıran qadın saxlanıldı


Bakıda maşın qaçıran qadın saxlanıldı

Bakıda avtomobil oğurlayan qadın tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə oktyabrın 4-də Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini İ.Hümbətova məxsus “Ford Transit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Məmməd Bəkirov Şirvan şəhəri ərazisində avtomobillə birgə saxlanılıb. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə isə Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
5-10-2022, 17:40
"Barışıqdan söhbət getmir, ciddi tədbir görülməsini tələb edirəm"- Döyülən şagirdin atası


"Barışıqdan söhbət getmir, ciddi tədbir görülməsini tələb edirəm"- Döyülən şagirdin atası

"Heç bir barışıq olmayıb, həmin şagirddən şikayətçiyəm". Bunu açıqlamasında 112 saylı orta məktəbin sinif yoldaşı tərəfindən şiddətə məruz qalan şagirdin atası Namiq Zeynalov bildirib. N.Zeynalov rəsmilərə müraciət edərək, məsələnin ciddi araşdırılmasını xahiş edib:"Deyirlər barışıq olub. Nə barışıq, hansı barışıqdan söhbət gedir?! Mənim övladım şiddətə məruz qalıb, psixoloji travma alıb, kim barışıb onlarla?!".
Valideyn övladının bu gün məktəbə getmədiyini diqqətə çatdırıb:"Amma dünən direktor oğlumu məktəbdə saxlayıb. Yoldaşım da məktəbə gedib. Daha sonra mənə zəng edib oğlumla ikisinin polis idarəsinə, prokurorluğa aparıldığını bildirdi. Direktor və polislə əlaqə qurmağa çalışdım. Sonra isə hər ikisi evə gəldi. Məktəbin direktoru Elm və Təhsil Nazirliyinə uşaqlarla söhbət aparıldığını və onların barışdıqlarını deyib". N.Zeynalov barışıqla qəti surətdə razılaşmadığını, işin sonuna qədər gedəcəyini vurğulayıb:"Nədənsə bu kimi məsələləri mənə bildirmirlər. Bilirlər ki, razılaşmayacağam. Mənə barışıq lazım deyil. Mən övladıma qarşı yol verilmiş zorakılıq hərəkətilə bağlı hüquq çərçivəsində tədbir görülməsini xahiş və tələb edirəm. Məsələnin üstündən keçilməyə çalışılır. Amma bu məni qane etmir, etməyəcək də. Videodan da aydın görünür ki, bu, ilk hadisə deyil". Valideyn rəsmilərin onun övladının digər şagirdi söyməsilə bağlı açıqlamalarına da münasibət bildirib:"Videoya baxın, o uşaq söyüş söyən birinə oxşayırmı? Mənim övladım tərbiyəli, oxuyan, hər şeyin yerini biləndir. Pandemiyaya qədər bütün qiymətləri əla olub. Pandemiyadan sonra dərslərdində nisbətən zəifləyib. Amma oğlum qətiyyən davakar, problemli uşaq deyil". Xatırladaq ki, 112 nömrəli tam orta məktəbin açıqlamasına görə, görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparıldığı söylənilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Təlimə Dəstək Mərkəzinin psixoloqlarının da məktəbdə olduğu, uşaqlarla zəruri söhbətin aparıldığı, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsinin qərara alındığı bildirilib. Daxili İşlər Nazirliyi araşdırmalar nəticəsində şagirdlərdən birinin digərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbilə mübahisənin yarandığını açıqlayıb. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatlarının alındığı, xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertizanın təyin olduğunu qeyd edilib. Baş Prokurorluq isə işlə bağlı icraat başlandığını açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!