Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 23-01-2023, 16:51
Yeni Günəş Elektrik stansiyalarının təməli qoyulacaq


Yeni Günəş Elektrik stansiyalarının təməli qoyulacaq

Hazırda ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə özəl, o cümlədən xarici investisiyalar cəlb edilir. Yeni Günəş Elektrik stansiyalarının da, əsasən, özəl investisiyalar hesabına inşa edilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə formalaşmış cəlbedici investisiya mühiti və zəngin yaşıl enerji potensialımız buna tam imkan verir. Ötən ilin martında 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bunun bariz nümunəsidir. Energetika Nazirliyindən bildirilib ki, bu layihə “Masdar” şirkəti tərəfindən tamamilə özəl investisiya hesabına reallaşdırılır. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa, həmçinin 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir. Açıqlamada qeyd edilib ki, 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası üzrə də danışıqlar davam edir. Cəbrayılda reallaşdırılması planlaşdırılan layihənin də illik təxminən 500 milyon kilovat-saatdan artıq elektrik enerjisinin istehsalına töhfə verəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, “Masdar” şirkəti ilə ilkin mərhələdə ümumi gücü 4 qiqavat olacaq bərpaolunan enerji layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib ki, onun da 1 qiqavatı günəş enerjisinin payına düşür. Eyni zamanda, “Fortescue Future Industries” şirkəti ilə 12 qiqavatadək “yaşıl enerji” layihələrinin araşdırılması və reallaşdırılması üzrə çərçivə müqaviləsi imzalanıb. Bu isə gələcəkdə də digər bərpaolunan enerji stansiyaları ilə yanaşı, Günəş Elektrik stansiyalarının da inşa ediləcəyini deməyə əsas verir. Həmçinin elektrik enerjisi itkilərinin azaldılması məqsədilə müvafiq qurumlar tərəfindən həm ötürücü, həm də paylayıcı şəbəkədə mütəmadi işlər həyata keçirilir. İstismara yararsız avadanlıqlar yeni və müasirləri ilə dəyişdirilir, istismar müddəti başa çatmış elektrik veriliş yenilənir. Həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə ötürücü şəbəkədə itkilər 2,1 faizdən 1,9 faizə, paylayıcı şəbəkədə isə müvafiq olaraq 8,9 faizdən 8,8 faizə endirilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!