Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
3-09-2022, 15:30
Türkiyə və Azərbaycan vahid komanda kimi hərəkət edir


Türkiyə və Azərbaycan vahid komanda kimi hərəkət edir

Türkiyə qlobal səviyyədə güclü dövlətdir və əlbəttə ki, bizim keçən il Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir. Bu barədə Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib. Dövlətimizin başçısı deyib ki, Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi. “Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
3-09-2022, 15:28
Mövqelərimiz 19 dəfə atəşə tutulub


Mövqelərimiz 19 dəfə atəşə tutulub

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib. Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
3-09-2022, 15:25
Baş nazir yanğınlarla bağlı müşavirə keçirdi


Baş nazir yanğınlarla bağlı müşavirə keçirdi

Sentyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın bölgələrində son dövrlər baş verən meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilib. Nazirlər Kabientinin (NK) Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbərləri iştirak ediblər. Müşavirədə meşə yanğınlarının baş verdiyi ərazilərdə hazırkı vəziyyət, yanğınların səbəbləri, yanğınlarla mübarizə tədbirləri, mürəkkəb relyefli zonalarda yaranan çətinliklər, eyni zamanda qarşıda duran vəzifələr və fəaliyyət müzakirə edilib. Yanğınla mübarizə tədbirlərinin davam etdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına tapşırıqlar verilib.
3-09-2022, 15:23
Paytaxtda bu məhsullar bahalaşıb


Paytaxtda bu məhsullar bahalaşıb

2022-ci ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7 faiz artaraq 15247,2 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 8532,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,0 faiz azalaraq 6714,6 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,0 faizi isə paytaxtın məhsul bazarlarında realizə edilib.
3-09-2022, 15:19
Sabah 39 dərəcə isti olacaq


Sabah 39 dərəcə isti olacaq

Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
3-09-2022, 15:16
Terminaldan 8 min oğurlandı


Terminaldan 8 min oğurlandı

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) xəbər verilib. Bildirilib ki, bunlar əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini E.Zeynalovdur. Hazırda faktlarla bağlı araşdırma aparılır.
3-09-2022, 15:07
“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib


“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinin
oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Klubunun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan çempionu gələn həftə start götürəcək turnirə 25 futbolçu sifariş edib. Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, doqquzu yarımmüdafiəçi və dördü hücumçudur. Baş məşqçi Qurban Qurbanovun tərtib etdiyi siyahıya qapıçılar - Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Amin Ramazanov, müdafiəçilər - Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilər - Qara Qarayev, Julio Romao, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borqes, hücumçular - Ovusu Kvabena, Musa Qurbanlı, Ramil Şeydayev və Nəriman Axundzadənin adı daxil edilib. Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin görüşləri sentyabrın 8-dən noyabrın 3-dək keçiriləcək. “Qarabağ” G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə qarşılaşacaq.

3-09-2022, 15:03
Quru sərhədləri payızda açılacaq?


Quru sərhədləri payızda açılacaq?

COVID-19 virusuna gündəlik yoluxma artsa da, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Rəsmilər qapanma və maska tələbinin qaytarılmasına lüzum görmürlər. Bununla belə, uzun müddətdir müzakirə edilən quru sərhədlərin açılması da reallaşmır. Yayda sərhədlərin açılması gözlənilsə də, bu, baş vermədi. Bəs, payıza doğru quru sərhədləri açıla bilərmi? Məsələ ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlı bildirib ki, quru sərhədlərinin nə vaxt açılacağı ilə bağlı konkret vaxt demək mümkün deyil. Deputat hesab edir ki, bununla bağlı Operativ Qərargah Azərbaycanda və qonşu ölkələrdəki epidemiolji vəziyyəti nəzərə almaqla qərar verəcək. Onun sözlərinə görə, quru sərhədlərinin açılması ilə bağlı qərar təkcə ölkədəki epidemioloji vəziyyətlə bağlı deyil: “Quru sərhədlərinin açılması ilə bağlı qərar verilərkən sadəcə Azərbaycanda yox, eyni zamanda bizimlə sərhəddə yerləşən ölkələrdəki epidemioloji vəziyyət də nəzərə alınır. Qeyd etmək lazımdır ki, son həftələr bölgədə, xüsusilə də, Rusiyada COVID-19-a yoluxmada artımlar müşahidə olunur. Buna görə də, sərhədlərin açılması COVID-19 virusuna yoluxma sayının necə dəyişməsindən asılı olacaq”. Deputat qeyd edib ki, quru sərhədlərinin açılması qonşu ölkələrdə COVID-19-a yoluxma halları kəskin azalacağı təqdirdə real görünür: “Çünki bütövlükdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və optimallaşdırılması Azərbaycan üçün prioritet olaraq qalmaqdadır”.



3-09-2022, 14:58
İllər sonra 29 cinayətin üstü açıldı


İllər sonra 29 cinayətin üstü açıldı

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
3-09-2022, 14:55
Türkiyədə azərbaycanlı qətlə yetirildi


Türkiyədə azərbaycanlı qətlə yetirildi

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində silahlı insident baş verib. Butov.az xəbər verir ki, dünən axşam saatlarında Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərov naməlum şəxslər tərəfindən güllələnib. Ağır güllə yarası alan azərbaycanlı dünyasını dəyişib. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar. Qətlin təfərrüatı məlum deyil. Polis araşdırmalara başlayıb. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, qətlə yetirilən Ceyhun Ələkbərov kriminal aləmə yaxın olub. O, Ceyhun Beyləqanlı adı ilə tanınıb. İddialara əsasən, onu güllələyən şəxs də azərbaycanlıdır. Hələlik həmin şəxsin kimliyi məlum deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!