Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
15-02-2023, 13:37
Bu gündən polietilen torbalar ödənişlidir


Bu gündən polietilen torbalar ödənişlidir

Bu gündən Azərbaycanda polietilen torbaların pulla satışına başlanılıb. Bir çox marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5 qəpiyə satılır. “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunub ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır. "Bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcək”, - deyə məlumatda qeyd edilib.
14-02-2023, 23:45
Psixoloqlarımız zəlzələdən əziyyət çəkən insanlara xidmət göstərir


Psixoloqlarımız zəlzələdən əziyyət çəkən insanlara xidmət göstərir

Azərbaycan psixoloqları Türkiyədə zəlzələdən zərərçəkənlərə xidmət göstərir. Bu barədə FHN-dən bildirilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması çərçivəsində qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin tibbi heyəti arasında peşəkar psixoloqlar da var. Zəlzələdən fiziki və mənəvi sarsıntı keçirən insanlarin yanında olmaq və onlara mənəvi dəstək vermək məqsədilə göndərilmiş FHN-in psixoloqları tərəfindən Kahramanmaraşda zərər çəkmiş insanlara psixoloji yardım işi təşkil olunub. Psixoloji yardım işi fasiləsiz olaraq davam etdirilir.
14-02-2023, 23:07
"Türkiyə, tək ürək" adlı yardım kampaniyasına start verilir


"Türkiyə, tək ürək" adlı yardım kampaniyasına start verilir

Türkiyə, Azərbaycan və Şimali Kipr "Türkiyə, tək ürək" adı altında yardım kampaniyasına başlayır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib. Ərdoğan qeyd edib ki, hər üç ölkənin televiziya kanallarında ortaq yayımla təşkil olunacaq kampaniya fevralın 15-i saat 20:00-da başlayacaq. "Türkiyə, tək ürək" kampaniyası qardaş ölkədə zəlzələdən zərər çəkənlərə yardım məqsədi daşıyır. Yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl Ay” cəmiyyətinin hesabına köçürüləcək. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.
14-02-2023, 23:02
Azərbaycanlı tələbələrin cəsədləri tapıldı


Azərbaycanlı tələbələrin cəsədləri tapıldı

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin meyitləri tapılıb. Dağıntılar altından çıxarılan meyitlərin Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəyə aid olduğu təsdiqlənib.
14-02-2023, 22:46
Oğuzda cinayət - Özünü və həyat yoldaşını doğradı


Oğuzda cinayət - Özünü və həyat yoldaşını doğradı

Oğuzda kişi arvadına və özünə ağır xəsarətlər yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, bu gün saat 17 radələrində 1962-ci il təvəllüdlü Oğuz şəhər sakini Nazim Rəhimov əvvəlcə kəsici alətlə arvadı, 1966-ci il təvəllüdlü Sevinc Rəhimovaya, daha sonra isə özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
14-02-2023, 15:50
Tələbələrimizin yaşadığı binadan tanınmaz halda olan cəsəd tapıldı


Tələbələrimizin yaşadığı binadan tanınmaz halda olan cəsəd tapıldı

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, azərbaycanlı professor Aygün Attar zəlzələ nəticəsində dağılan binaların qalıqları altında qalan tələbələrdən birinin - Gündüz Nəzərzadənin mənzilindən çıxan əşyaların fotosunu paylaşıb. Bu barədə o, "Twitter" səhifəsində paylaşım edib. Attar qeyd edib ki, Türkiyədə azərbaycanlı tələbələrin yaşadığı binadan daha bir meyit tapılıb. O, meyitin tanınmaz halda olduğunu və meyitin kimliyi ilə bağlı diaqnozun prokurorluğun nəzarəti altında aparılacağını söyləyib. Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş verən zəlzələdən sonra itkin düşüblər.
14-02-2023, 15:46
Azərbaycandan zəlzələ bölgəmizə 5624 çadır göndərilib - Cahit Bağçı


Azərbaycandan
zəlzələ bölgəmizə 5624 çadır göndərilib - Cahit Bağçı


Son məlumatlara görə, bugünədək Azərbaycandan zəlzələ bölgəsinə 5624 çadır göndərilib. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib. Onun sözlərinə görə, Azərbaycanın yardımları TIR-lar və təyyarələr vasitəsilə Türkiyəyə göndərilib: "Eyni zamanda, 401 ton tibbi ləvazimat, 1200-dən çox genarator göndərilib".
14-02-2023, 15:36
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək tez-tez cənub küləyinin şimal küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
14-02-2023, 14:09
Xilasedicilərimiz 51 nəfərin həyatını qurtarıb


Xilasedicilərimiz 51 nəfərin həyatını qurtarıb

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
13-02-2023, 21:33
Ceyhun Bayramov italiyalı nazirlə bir sıra məsələləri müzakirə etdi


Ceyhun Bayramov italiyalı nazirlə bir sıra məsələləri müzakirə etdi

13 fevral tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb. Bu barədə XİN məlumat yayıb. Məlumata görə, nazir Ceyhun Bayramov çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edərək Azərbaycan və İtaliya arasında baş tutmuş ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020 və 2022-ci illərdə İtaliyaya, habelə digər yüksək səviyyəli səfərlərin bu strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm oynadığını vurğulayıb. İki ölkə arasında güclü siyasi əlaqələrdən bəhs edən Nazir Ceyhun Bayramov neft-qaz və hazırda elektroenergetika sahəsində reallaşan layihələrin bu əlaqələrdə təməl rol oynadığını bildirib. Bu gün Mingəçevir şəhərində yeni 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlinin qoyulmasının mühüm hadisə olduğunu qeyd edən Nazir layihənin İtaliya-Azərbaycan dostluğunun daha da genişlənməsi nöqteyi-nəzərindən vacib olduğunu diqqətə çatdırıb. Görüşdə Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğu diqqətə çatdırılıb. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan “TAP” qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələrinə də toxunan nazir Ceyhun Bayramov ötən il İtaliyanın sabiq xarici işlər naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyətindən bəhs edib. Bu xüsusda, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesinin sürətlə davam etdirildiyi diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov eyni zamanda, qarşı tərəfə Vətən müharibəsindən sonra post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə ətraflı məlumat verərək İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Həm 30 illik işğal dövründə Ermənistanın işğalçılıq fəaliyyəti, həm də Post münaqişə dövründə sülh prosesinə törətdiyi maneələr barədə ətraflı məlumat verilib. İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biri olduğunu vurğulayan Nazir ölkəmiz üçün ən vacib hesab olunan layihələrin məhz İtaliya şirkətlərinə həvalə edilməsindən məmnunluğunu ifadə edib. Nazir Adolfo Urso öz növbəsində ölkəmizə səfərlərini, o cümlədən Vətən müharibəsi başa çatdıqdan sonra italyan parlament nümayəndə heyətinin tərkibində Azərbaycana, habelə işğaldan azad edilmiş ərazilərə səfərini məmnunluqla xatırlayıb. Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edən A.Urso iki ölkə arasında geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb. Görüşdə, tərəflər bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, mədəniyyət və digər qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!