Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
9-02-2023, 23:09
Zəlzələ bölgəsindən təxliyə olunan 183 nəfər ölkəmizə çatıb


Zəlzələ bölgəsindən təxliyə olunan 183 nəfər ölkəmizə çatıb

8 fevral 2023-cü il tarixində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir. Hazırda Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.
9-02-2023, 23:06
Zəlzələ nəticəsində 4 nəfər azərbaycanlı həlak olub


Zəlzələ nəticəsində 4 nəfər azərbaycanlı həlak olub

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, 8 fevral 2023-cü il tarixlərində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir. Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!
9-02-2023, 21:05
Azərbaycanlı həkimlər Kahramanmaraşda 10 nəfəri əməliyyat etdi


Azərbaycanlı həkimlər Kahramanmaraşda 10 nəfəri əməliyyat etdi

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir. Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər. Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.
9-02-2023, 19:44
Prezident İTV-yə maliyyə ayrılmasıyla bağlı sərəncam imzaladı


Prezident İTV-yə maliyyə ayrılmasıyla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 avronun manat ekvivalentində vəsait ayrılıb. Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
9-02-2023, 14:16
Sabahın hava proqnozu - Qar gözlənilir


Sabahın hava proqnozu - Qar gözlənilir

Bakıda və Abşeron yarımadasında fevralın 10-da gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq. Yollar buz bağlayacaq.
9-02-2023, 14:10
Xaricdə təhsil alıb qayıdanlara dövlət qulluqçusu adı verilir


Xaricdə təhsil alıb qayıdanlara dövlət qulluqçusu adı verilir

Dövlət Proqramı ilə xaricdə təhsil alıb gəlmiş tələbələr birbaşa dövlət qulluqçusu adı alırlar. Bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib. Qeyd olunub ki, həmin şəxslər Dövlət Proqramı ilə təhsil aldıqlarına görə, onların diplomlarının tanınması sadə qaydada həyata keçirilir. "Bu da onlar üçün üstünlükdür” , - Turan Topalova vurğulayıb.
9-02-2023, 13:49
Güclü külək ağaclara ziyan vurdu


Güclü külək ağaclara ziyan vurdu

Bakıda gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan vurub. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib. Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib.
9-02-2023, 13:41
Heydər Əliyev fondundan Türkiyəyə yardım fevralın 14-dək davam edəcək


Heydər Əliyev fondundan Türkiyəyə yardım fevralın 14-dək davam edəcək

Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə çatdırılan humanitar yardım ilkin mərəhələdədir. Bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start verib. “Belə ki, 8-14 fevral tarixlərində türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanacaq və ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaqdır. Bir daha, Heydər Əliyev Fondu olaraq ölkədə baş vermiş faciə ilə əlaqədər həlak olanların doğmalarına və yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə Fond rəsmisi qeyd edib.
8-02-2023, 18:32
İran XİN Təbrizdəki konsulluğumuzla bağlı iddiaları təkzib etdi


İran XİN Təbrizdəki konsulluğumuzla bağlı iddiaları təkzib etdi

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması ehtimalı ilə bağlı iddiaları təkzib edib. Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani fevralın 8-də jurnalistlərə açıqlamasında deyib: "Biz dəfələrlə öz mövqelərimizi ifadə etmişik. Əlaqələri qorumaq və inkişaf etdirmək İran İslam Respublikasının qonşu ölkələrlə bağlı siyasətidir". İranlı diplomat daha sonra əlavə edib: “İranın bununla bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunu bağlamaq planı yoxdur”. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra diplomatik korpusun əməkdaşları Bakıya təxliyə edilib. Səfirliyə silahlı hücum nəticəsində 1 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirərək, olayın hərtərəfli araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib.
8-02-2023, 18:20
Bəzi məhsullar gömrük rüsumundan azad edildi


Bəzi məhsullar gömrük rüsumundan azad edildi

Bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr gömrük rüsumundan azad edilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilmişdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!