10-08-2022, 22:56
Kanada XİN başçısından Azərbaycanla bağlı bəyanat
Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Bunu Kanada xarici işlər naziri Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı yaydığı bəyanatda qeyd edib. O bildirib ki, bu gün Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. “Ölkələrimiz otuz il ərzində beynəlxalq arenada ümumi dəyərləri daha da möhkəmləndirmək üçün güclü işgüzar əlaqələr inkişaf etdiriblər. Biz həm Ukraynaya humanitar yardım göstərməyə kömək edirik, həm də Əfqanıstanda birlikdə işləmişik və bu, ehtiyacı olanlara kömək etmək üçün qarşılıqlı öhdəliyimizə sübutdur. Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi forumlarda qlobal miqyasda qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitə nəzarətin təşviqində, eləcə də Qafqaz regionunda qaydalara əsaslanan beynəlxalq nizamın və demokratiyanın möhkəmləndirilməsində əməkdaşlıq etmişik. Biz gələcək illərdə bu mühüm dostluğu möhkəmləndirərək daha dərin əlaqələr yaratmağı səbirsizliklə gözləyirik”, - deyə açıqlamada bildirilir.
10-08-2022, 22:53
4 qız dərmandan zəhərləndiGöygöldə zəhərlənmə faktı qeydə alınıb.
Butov.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib,vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.
10-08-2022, 22:48
İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlandı
İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlanıb. Bu barədə İran Səhiyyə Nazirliyinin şöbə müdiri Məryəm Mesudifer bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxma hallarının demək olar ki, hamısı ölkənin qərbindəki Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müəyyən edilib. Nazirlik rəsmisi vurğulayıb ki, indiyədək yoluxanlar arasında ölüm halı qeydə alınmayıb.