"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
24-12-2022, 15:14
Mehriban Əliyevadan prezidentə təbrik mesajı


Mehriban Əliyevadan prezidentə təbrik mesajı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!". Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
24-12-2022, 15:10
Gəncədə törədilən dəhşətli qətlin üstü açıldı


Gəncədə törədilən dəhşətli qətlin üstü açıldı

Gəncədə 1963-cü il təvəllüdlü atası Azad Məmmədovu qətlə yetirən oğlu Məmməd Məmmədovun məhkəmə prosesi başa çatıb.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1996-ci il təvəllüdlü M.Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin dekabrın 10-da baş verib. Məmməd evdə mübahisə zamanı atasını yerə yıxıb və onu boğaraq öldürüb. O, daha sonra meyiti və izlərini itirmək üçün həyətdə çuxur qazaraq atasının cəsədini yandırıb. Bundan sonra M.Məmmədov sevgilisinə hədiyyə almaq üçün şəhərə gedib. Geri qayıdanda isə atasının cəsədini yandırdığı çuxura baxıb və meyitin tam yanmadığını görüb. Bu zaman o, yenidən meyitin üzərinə benzin tökərək yandırıb. Bundan sonra Məmməd atasının yanmış cəsədini torbaya qoyaraq həyətdə ağacın yanında basdırsa da, torbanın bir qismi çöldə qalıb. Məmməd özündən şübhələri yayındırmaq üçün polisə atasının itkin düşməsi ilə bağlı məlumat verib. Dekabrın 11-də isə Nizami rayon polis idarəsinin əməkdaşları gələrək, evə baxış keçirib gediblər. Bir gün sonra polis əməkdaşları təkrarən gələrək, ev və həyətyanı sahəyə ətraflı baxış keçirərək, şübhəli bir şey aşkarlanmadan gediblər. Polis əməkdaşları getdikdən sonra Məmmədin bibisi oğlu Azad Məmmədovun meyiti olan torbanı həyətyanı sahədən tapıb və polisə məlumat verib. Cinayəti törədən Məmməd Məmmədov isə dekabrın 13-də saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, Məmməd Məmmədov Vətən müharibəsi iştirakçısı olub.
23-12-2022, 20:18
59 yaşlı qadın dənizdə batdı


59 yaşlı qadın dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. Bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları dənizdə batması ehtimal edilən 1963-cü il təvəllüdlü Qurbanova Nərminə İslam qızının axtarışlarına başlayıblar. Hazırda qruplar tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

[media=https://youtu.be/FdE0HpoijSM]
23-12-2022, 20:10
“Xocasən” stansiyası sərnişinlərin istifadəsinə verildi


“Xocasən” stansiyası sərnişinlərin istifadəsinə verildi

Bu gün metronun yeni "Xocəsən" stansiyası ilk sərnişinlərini qəbul edib. Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, artıq ilk sərnişinlər qatarlardan istifadə edib. "Xocəsən" stansiyası Bakı Metropoliteninin 27-ci stansiyasıdır. Digər yerüstü "Bakmil" stansiyasından fərqli olaraq sərnişindaşımada daha intensiv istifafə olunacaq”,- deyə o əlavə edib.
23-12-2022, 15:39
“Xocasən” stansiyası sərnişinlərin istifadəsinə verildi


“Xocasən” stansiyası sərnişinlərin istifadəsinə verildi

Bu gün metronun yeni "Xocəsən" stansiyası ilk sərnişinlərini qəbul edib. Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, artıq ilk sərnişinlər qatarlardan istifadə edib. "Xocəsən" stansiyası Bakı Metropoliteninin 27-ci stansiyasıdır. Digər yerüstü "Bakmil" stansiyasından fərqli olaraq sərnişindaşımada daha intensiv istifafə olunacaq”,- deyə o əlavə edib.
23-12-2022, 15:37
Sülhməramlılara növbəti şərait yaradıldı


Sülhməramlılara növbəti şərait yaradıldı

Bu gün Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Laçından Xankəndi istiqamətində Rusiya sülhməramlılarına məxsus 6 ədəd təminat avtomobili azərbaycanlı ekofəalların keçirdiyi aksiya ərazisindən keçib. Bununla yanaşı, Rusiya sülhməramlılarına məxsus Xankəndidən Laçın istiqamətinə hərəkət edən 5 təminat avtomobilinin də keçidinə şərait yaradılıb. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 12-ci gündür ki, davam edir. Dinc aksiya iştirakçıları "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər. Xatırladaq ki, etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığındakı etiraz aksiyasına dekabrın 12-dən başlayıblar. Aksiyada etiraz edənlərin əsas tələbləri Qarabağın dağlıq hissəsindəki mədənlərdən qanunsuz istismara son qoyulması, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terrorunun dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
23-12-2022, 15:26
“Azərsu” Şuşa şəhərini su ilə təmin etməyə başladı


“Azərsu” Şuşa şəhərini su ilə təmin etməyə başladı

"Azərsu" ASC Şuşa şəhərinə alternativ mənbəndən suyun verilməsinə başlayıb. Məlumata görə, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmər inşa edilib. Artıq nasos stansiyası işə salınıb və mənbədən götürülən su Şuşa şəhərindəki mövcud anbarlara qaldırılaraq buradan şəhər şəbəkəsinə ötürülür. Nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən 4 ədəd aqreqat quraşdırılıb. Hazırda şəhərin tələbatına uyğun olaraq 2 aqreqat istismar olunur. Sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür. Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir. Şuşa şəhərinin içməli su mənbələri olan Kiçik Kirs və Zarıslı mənbələrində qış və yay aylarında məhsuldarlığın azalması müşahidə olunur. Yeni yaradılmış alternativ mənbə həmin dövrlərdə şəhərin içməli su təchizatının fasiləsiz rejimdə aparılmasına hesablanıb. Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad olunan zaman şəhəri içməli su ilə təmin edən magistral su kəmərləri məqsədli şəkildə sıradan çıxarılmışdı. Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri qısa müddətdə bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə suyun verilməsi təmin olunub, şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb. “Azərsu” Şuşa şəhərində, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.



23-12-2022, 15:02
Məğlub olan komandalara da pul vəsaiti ayrılıb


Məğlub olan komandalara da pul vəsaiti ayrılıb

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən milli komandaların pul mükafatı bəlli olub. Butov.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) bunun üçün 440 milyon dollar vəsait ayırıb. Bu isə Rusiyada dörd il əvvəl keçirilən turnirlə müqayisədə 40 milyon dollar çoxdur. Beləliklə, turnirin qalibi Argentina millisi 42 milyon, ikinci yeri tutan Fransa 30 milyon, üçüncü yerin sahibi Xorvatiya 27 milyon, dördüncü yer tutan Mərakeş 25 milyon dollar əldə edəcək. Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon (İngiltərə, Braziliya, Portuqaliya, Niderland), 1/8 finaldan kənarda qalan komandaların hər biri 13 milyon dollar (Seneqal, ABŞ, Polşa, Avstraliya, Yaponiya, İspaniya, İsveçrə, Cənubi Koreya) qazanacaq. Qrup mərhələsini adlaya bilməyən komandalar - Ekvador, Qətər, İran, Uels, Meksika, Danimarka, Səudiyyə Ərəbistanı, Tunis, Kanada, Almaniya, Serbiya, Belçika, Kosta-Rika, Uruqvay, Kamerun, Qana - hər biri 9 milyon dollar əldə edəcək.
23-12-2022, 14:55
“Xocasən” stansiyasının açılışı olacaq


“Xocasən” stansiyasının açılışı olacaq

Bakı metropoliteninin “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb. Bu gün stansiya və deponun açılışı planlaşdırılır. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Açılışdan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək. Qeyd edək ki, 2014-cü ildən tikintisi üçün hazırlıqlara başlanılan "Xocəsən", metropolitenin sayca 27-ci, Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır. Stansiya Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşir və Bənövşəyi xətt üçün depo rolunu oynayır. "Bakmil" stansiyasından sonra Bakı metropoliteninin sayca 2-ci yerüstü stansiyası olan "Xocəsən"i "Avtovağzal" stansiyası ilə birləşdirən sol tunel 1182 metr uzunluğunda, sağ tunel isə 1112 metr uzunluğundadır. Platformanın uzunluğu 144 metrdir.
22-12-2022, 21:36
Qaribaşvili Əliyevi doğum günü münasibətilə təbrik etdi


Qaribaşvili Əliyevi doğum günü münasibətilə təbrik etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: "İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə əmin-amanlıq, möhkəm cansağlığı və uğurlar arzulayım. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi səyləriniz böyükdür. Ölkələrimiz arasında mövcud olan dostluğu və ümumi maraqları nəzərə alaraq, inanıram ki, gündən-günə inkişaf edən yaxın münasibətlərimiz və strateji əməkdaşlığımız regionda sülhün, sabitliyin və rifahın bərqərar olunmasına öz töhfəsini verəcəkdir. Ümid edirəm ki, birgə səylərimizlə mövcud çağırışların öhdəsindən gələcəyik, ölkələrimizin və regionun rifahı naminə öz imkanlarımızdan səmərəli istifadə edəcəyik. Cənab Prezident, fürsətdən istifadə edərək Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan dövlətinin inkişafı və xalqınızın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!