Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        İranda ölən qadın və uşaqların sayı .....                        Prezident neftin qiymətinin sürətli artımından danışdı .....                        Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                       
30-08-2022, 15:52
6 hərbçimizin taleyi hələ də məlum deyil


6 hərbçimizin taleyi hələ də məlum deyil

“Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. İ.Axundov qeyd edib ki, üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingetinin və BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib. “Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onların taleyinin bu vaxtadək məlum olmaması hər birimizin qəlbini ağrıdır”, - deyə İşçi qrupunun rəhbəri bildirib.
30-08-2022, 15:47
Serbiya Azərbaycandan qaz almaq istəyir


Serbiya Azərbaycandan qaz almaq istəyir

Serbiya enerji çatışmazlığı ilə bağlı problemləri həll etmək üçün İraq və Venesueladan neft almaq imkanını nəzərdən keçirir. Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib. O, Azərbaycandan qaz, Çin və İndoneziyadan kömür almaq planlarından danışıb. Prezidentin sözlərinə görə, Serbiyada elektrik enerjisinin 70%-i istilik elektrik stansiyaları tərəfindən təmin edilir, bununla əlaqədar Çin və İndoneziyadan 2 milyon tona yaxın kömür almağı planlaşdırır. Bundan əlavə, Serbiya 2023-cü ildə Azərbaycandan qaz almağı və bu il anbarlardakı qaz ehtiyatını artırmağı hədəfləyir.
30-08-2022, 15:43
İran Zəngəzur dəhlizinə qarşıdır - Səfirin “ikibaşlı” mesajı


İran Zəngəzur dəhlizinə qarşıdır - Səfirin “ikibaşlı” mesajı

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə aydınlıq gətirib. Ötən həftə yerli KİV-ə açıqlama verən diplomat ölkəsinin Zəngəzur dəhlizinin əleyhinə olmadığını söyləyib. Səfir ardınca tviter hesabında paylaşım edərək, İranın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəklədiyini vurğulayıb. "Amma müxtəlif ölkələr ikitərəfli və regional müzakirələrdə öz maraqlarını başqa ölkələrin maraqlarına zidd irəli sürməməlidir. 30 ildir ki, İran torpağı Azərbaycanı Naxçıvanla birləşdirən əsas yol olub və indi də belədir",- səfir qeyd edib. İranlı diplomatin sonuncu tviti ətrafında gedən müzakirələrdən məlum olur ki, Tehran Zəngəzur dəhlizinin açılmasına o qədər də can yandırmır, əksində hazırki vəziyyətin belə davam etməsində maraqlıdır. Mövzu ilə bağlı Modern.az-a danışan siyasi ekspert, Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran sülh danışıqlarını dəstəklədiyinə görə, Azərbaycana minnət qoya bilməz: “Biz də İranla İraq arasında sülh sazişinin imzalanmasını istəyirik. Çünki 1988-ci ildə baş verən İraq-İran müharibəsində sülh sazişi imzalanmamış, sadəcə atəşkəs elan olunmuşdu. Bununla onu demək istəyirəm ki, dünyada sülhü dəstəkləməyən ölkə yoxdur. Odur ki, İranın Ermənistan-Azərbaycan sülh danışıqlarını dəstəkləməsi normaldır. Buna görə, Azərbaycanın boynuna minnət qoyulmamalıdır”. S.Soltan hesab edir ki, İran tərəfi Zəngəzur dəhlizinin açılmasına qarşıdır: "İran birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasına, bunun üçün Ermənistana təzyiq göstərilməsinə, dolğun məsləhət verilməsinə qarşıdır. Qonşuluq xatirinə, Azərbaycanla əlaqələri korlamamaq xatirinə deyirlər ki, Zəngəzur dəhlizinin açılmasına narazı deyilik. Əslində, İranın Ermənistanla apardığı danışıqlar, iki ölkə arasındakı əlaqələr göstərir ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. İran İnqilab Keşikçiləri Korpusunun sosial şəbəkə hesablarında yazılan şərhlər bunu təsdiqləyir. Eyni zamanda, İranın ali lideri Ayətullah Seyid Əli Xamnəyinin Ermənistan və Azərbaycanla bağlı düşüncələri bunu deməyə əsas verir. Düzdür, 30 il Bakı ilə Naxçıvan arasında əlaqə üçün İran ərazisindən istifadə olunub. Bu məsələdə İran tərəfi Azərbaycanın boynuna minnət qoya bilməz. Çünki bunun müqabilində Azərbaycan da İrana müəyyən güzəştlər etməkdədir. İranın bir sıra ərazilərinin qazla təmin olunması, İran yüklərinin Azərbaycan ərazisindən tranziti kimi məsələləri nümunə göstərmək olar. Azərbaycan dayanıqlı dəhliz istəyir. 2020-ci il 10 noyabr tarixində imzalanmış bəyannamədə qeyd olunan Zəngəzur dəhlizi bu mənada çox əlverişlidir”.



Ekspertin sözlərinə görə, Azərbaycanı maraqlandıran əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır: “İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin İranın guya Zəngəzur dəhlizini dəstəklədiyini deməsi Ermənistan tərəfindən rəsmən təkzib edilir. Belə ki, Ermənistan hökumətinin rəsmi teleqram səhifəsi olan "Baqramyan" bildirir ki, İran tərəfi heç vaxt Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən mövqe bildirməyib. Yəni Ermənistan Abbas Musəvinin sözlərini təkzib edib. İş burasındadır ki, İran da Ermənistan hökumətinin rəsmi teleqram səhifəsi olan "Baqramyan"ın məlumatını təkzib etməyib. Deməli, bu məsələdə qeyri-dəqiqlik var. Yəni İran Zəngəzur dəhlizi ilə bağlı birmənalı fikir bildirməyib. Əgər birmənalı fikir bildirsəydi, “3+3” formatında danışıqlar çoxdan başlamışdı. Yaxud Ermənistan tərəfi dəhlizin tikilməsi və istifadəyə verilməsi ilə bağlı işlərə başlayardı. Ermənistan hələ də İrana və Rusiyaya arxayın olduğu üçün Laçın dəhlizi ilə bağlı heç bir iş görməyib”.






30-08-2022, 15:17
Masallıdakı yanğın söndürüldü


Masallıdakı yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülümüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Bu barədə FHN-dən bildirilib. Yanğın nəticəsində təxminən 5 hektar sahədə ağaclıq və kol-kos yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğının söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak edib.
29-08-2022, 22:34
Şahmatçımız erməniyə qalib gəldi


Şahmatçımız erməniyə qalib gəldi

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb. Butov.az xəbər verir ki, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib. Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub. Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.
29-08-2022, 22:32
Xarici vətəndaşların Xankəndiyə girişi qadağan edildi


Xarici vətəndaşların Xankəndiyə girişi qadağan edildi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının girişi qadağan edilib. Bu barədə isveçli jurnalist Rasmus Kanbök "Twitter" hesabında yazıb. O, Xankəndiyə səfər etmək üçün Qarabağdakı separatçılara müraciət edib. Jurnalistə bildirilib ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb.
29-08-2022, 22:21
Ağdaşda 8 otaqlı ev yandı


Ağdaşda 8 otaqlı ev yandı

Ağdaşda ümumi sahəsi 460 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 190 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
29-08-2022, 22:14
Zakir Həsənov komandanları topladı - Yeni təkliflər açıqlandı


Zakir Həsənov komandanları topladı - Yeni təkliflər açıqlandı

Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə Maddi-Texniki Təminat Baş İdarəsində toplantı keçirilib. Müdafiə nazirinə məruzə olunub ki, Azərbaycan Ordusunda şəxsi heyətin təminat məsələlərinin yüksək səviyyədə saxlanılması daim diqqət mərkəzindədir. Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hərbi qulluqçuların xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb. Təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir. Qeyd olunub ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır. Sonra hərbi qulluqçuların təminat növlərində yeni təklif olunan nümunələrə baxış keçirilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin bütün təminat məsələlərinə nəzarətin gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişlər verib. General-polkovnik Z.Həsənov yeni təkliflərin nəzərə alınması ilə bağlı aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub.









29-08-2022, 22:03
DTX-da müharibə iştirakçıları ilə görüş keçirildi


DTX-da müharibə iştirakçıları ilə görüş keçirildi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib. Tədbir çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsi ziyarət olunub, daha sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.

29-08-2022, 21:56
Gürcüstanda hərbçilərimizin iştirak etdiyi təlimlər başladı


Gürcüstanda hərbçilərimizin iştirak etdiyi təlimlər başladı

Gürcüstanda keçirilən “Layiqli tərəfdaş 2022” adlı çoxmillətli hərbi təlim başlayıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Vaziani bölgəsində yerləşən hərbi hissələrdən birində təlimin açılış mərasimi keçirilib. Gürcüstan altıncı dəfə “Layiqli tərəfdaş 2022” çoxmillətli hərbi təlimə ev sahibliyi edir. Beynəlxalq təlimlərə Gürcüstan ordusunun Şərq Komandanlığı və ABŞ-ın Avropa və Afrika Komandanlığı (USAREUR) rəhbərlik edir. “Layiqli Tərəfdaş 2022” təlimlərinin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar, müttəfiq ölkələr arasında hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Bu il təlim tarixində ilk dəfə olaraq Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edir. Builki çoxmillətli təlimlərdə iştirak edən ölkələr aşağıdakılardır: Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva- Polşa-Ukrayna Çoxmillətli Briqadası və İsveç Silahlı Qüvvələri.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!