Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 11-09-2022, 22:50
Hüquq-müdafiə təşkilatları jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun əsassız həbsi ilə bağlı Prezidentə müraciət ünvanlayıb

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” və “İnsan Hüquqları və Qanunların Təbliği” hüquq-müdafiə təşkilatları jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sdıqovun əsassız həbsi ilə bağlı Prezidentə müraciət ünvanlayıb ilə bağlı ölkə Başçısına müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Əvəz Zeynallı və Elçin Sadıqovun prokurorluq tərəfindən təqibi mediaya sızdırılmış subyektiv rəyə və onun əsasında formalaşdırılmış xəbərlərə əsaslanaraq başlayıb və işdə konkret şikayətçi yoxdur. İttihamların irəli sürülməsinə media vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt, yəni, onları gözdən salmaq üçün təşkil edilmiş dırnaqarası “araşdırma kampaniyası” ictimai rəyə təsir edərək dövlət orqanlarının qərar qəbul etməsinə qədər irəliləyib Onların barəsində seçilmiş həbs-qəti imkan tədbiri işin xüsusiyyətinə qeyri-adekvatdır, eləcə də qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir. Hər iki təşkilat bununla bağlı Prezidentə müraciət edərək prosesin şəffaf və obyektiv araşdırılması üçün müvafiq köməklik göstərməyi xahiş edib. Müraciəti olduğu kimi təqdim edirik:

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” və “İnsan Hüquqları və Qanunların Təbliği” hüquq-müdafiə təşkilatlarının jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov haqqında həbs-qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

MÜRACİƏTİ:
Hörmətli cənab Prezident,

Bakının Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək 11 senyabr 2022-ci il tarixdə jurnalist Əvəz Zeynallı və vəkili Elçin Sadıqov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Elçin Sadıqov isə 311 və 32.5 (rüşvət almağa köməklik) maddəsi ilə ittiham olunur.

Diqqətinizə çatdırırıq ki, Əvəz Zeynallı və Elçin Sadıqovun prokurorluq tərəfindən təqibi mediaya sızdırılmış subyektiv rəyə və onun əsasında formalaşdırılmış xəbərlərə əsaslanaraq başlayıb və işdə konkret şikayətçi yoxdur. Bu mənada müdafiə tərəfi ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirir.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, Əvəz Zeynallı və Elçin Sadıqov barəsində seçilmiş həbs-qəti imkan tədbiri işin xüsusiyyətinə qeyri-adekvatdır, eləcə də qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir.

Absurd olan digər məsələ isə bundan ibarətdir ki, “Maddə: 311.3.3” hakimiyyət nümayəndəsinin məsuliyyətini nəzərdə tutur, halbuki, nə Əvəz Zeynallı, nə də Elçin Sadıqov hakimiyyət nümayəndəsi deyildir.

Qeyd edək ki, ittihamların irəli sürülməsinə media vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt ictimai rəyə təsir edərək dövlət orqanlarının qərar qəbul etməsinə qədər irəliləyib. Bu müddət ərzində isə nə Əvəz Zeynallı, nə də Sadıqov onları gözdən salmaq üçün təşkil edilmiş dırnaqarası “araşdırma kampaniyası”nın, o cümlədən, cəmiyyətin və istintaqın suallarından yayınmayıblar.

Hüquq müdafiə təşkilatı olaraq, biz, onların həbsini qeyri-adekvat və əsassız tədbir kimi qiymətləndiririk.

Cənab Prezident,

Jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun öz işinin peşəkarı olan tanınmış ictimai şəxslər və müstəqil Azərbaycanın dövlət quruculuğuna öz sahələrində töhfə vermiş hörmətə layiq ictimai simalar olduğunu və irəli sürülmüş ittihamların qeyri-adekvat olduğunu nəzərə alaraq, onlar haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi və prosesin şəffaf və obyektiv araşdırılması üçün müvafiq instansiyalara göstəriş verərək köməklik göstərməyinizi xahiş edirik.


Hörmətlə,
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli,
“İnsan Hüquqları və Qanunların Təbliği” İctimai Birliyinin sədri Gülşən Məmmədoğlu








Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!