“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                        Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                       
10-08-2022, 21:44
İslamiadada daha bir qızıl medal


İslamiadada daha bir qızıl medal

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda təmsilçimiz iranlı Firuzpuur Məhəmmədsadıq ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
10-08-2022, 21:37
Hacı Əliyev yenidən qızıl medal qazandı


Hacı Əliyev yenidən qızıl medal qazandı

Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda albaniyalı Zelimxan Abakarova “tuşe” ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, dörddəbir finalda üçqat Avropa və üçqat dünya çempionu olan güləşçimiz İran idmançısı Morteza Hasanaliyə qalib gələrək yarımfinala adlayıb. Növbəti görüşünü özbəkistanlı Umidjon Jalolova qarşı keçirən H.Əliyev xalçadan qalib ayrılıb və finala yüksəlib. Güləşçimiz 2017-ci ildə Bakıda təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.
10-08-2022, 21:28
Stadnik İslamiadanın ikiqat qalibi oldu


Stadnik İslamiadanın ikiqat qalibi oldu

Qadın güləşçimiz Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. Butov.az xəbər verir ki, Konyada keçirilən V İslamiadada 50 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Bununla da qadın güləşçimiz ikinci dəfə İslamiadanın qalibi adına layiq görülüb. Qeyd edək ki, Stadnik Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.
10-08-2022, 21:18
“Yüngül cinayətlər”dəki yanğın söndürüldü


“Yüngül cinayətlər”dəki yanğın söndürüldü

Bakıda "Yüngül cinayətlər" restoranında baş verən yanğının qarşısı alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bakının mərkəzində yerləşən məşhur restoranda yanğın olub. Butov.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda yerləşən "Yüngül Cinayətlər" restoranında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
10-08-2022, 21:01
Koronavirusun daha yoluxucu variantı aşkarlandı


Koronavirusun daha yoluxucu variantı aşkarlandı

Hindistanın paytaxtı Dehlidə koronavirusun "Omikron" ştamının daha yoluxucu variantı aşkar edilib. Bu barədə NDTV telekanalı məlumat yayıb. Yeni alt variant BA-2.75 adlandırılıb. Məlumata görə, "Omikron"un bu variantı daha çox ötürücüdür, eyni zamanda daha çox insanı yoluxdura bilər. Qeyd edək ki, "Omikron" ştamı ilk dəfə 2021-ci ilin noyabrında Botsvana və Cənubi Afrikada müəyyən edilib.
10-08-2022, 20:55
Alimlərdən qorxunc proqnoz: Dünya qaranlığa qərq olacaq


Alimlərdən qorxunc proqnoz: Dünya qaranlığa qərq olacaq

Bazar və bazar ertəsi axşamları baş verən günəş fırtınası elm adamlarını qorxuya salıb. Butov.az xəbər verir ki, alimlər partlayışlar nəticəsində yerin atmosferində Yer hissəcikləri ilə Günəşin toqquşduğunu bildiriblər. Məlumata görə, partlayışlar Günəş sistemində qeydə alınıb. Bundan əlavə, elm adamları hesab edirlər ki, maqnit dalğalanmaları səbəbiylə dünya qaranlığa qərq ola bilər. Qaranlığın hətta həftələrlə davam edə biləcəyi proqnozlaşdırılır. Alimlər bununla bağlı həyəcan təbili çalaraq, dözülməz qaranlığın qaçılmaz olduğunu güman edirlər.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!