Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
2-09-2022, 22:44
Dövlət Komitəsindən Laçın sakinlərinə müraciət


Dövlət Komitəsindən Laçın sakinlərinə müraciət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün telefon zəngləri vasitəsilə sorğu aparır. Butov.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndlərinə daimi qeydiyyatı olan və Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı sorğusu işlənilməmiş vətəndaşlardan göstərilən telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur: 0559001205; 0559001214; 0559001227; 0559001228; 0559001229; 0559001230; 0559001231; 0559001233; 0559001259; 0559001505.
2-09-2022, 22:42
Türkiyənin aviasiya vasitələri Azərbaycana gətirildi


Türkiyənin aviasiya vasitələri
Azərbaycana gətirildi


"TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.




2-09-2022, 22:38
Ukraynada daha bir azərbaycanlı həlak oldu


Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub. Bu barədə Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayev məlumat verib. Bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur. O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub. R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub. Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.


2-09-2022, 22:32
Qurban Qurbanov “Qarabağ”dan  getməyəcəyini açıqladı


Qurban Qurbanov “Qarabağ”dan
getməyəcəyini açıqladı


Rusiyanın “Ximki” klubu Qurban Qurbanovu baş məşqçi postunda görmək istəyir. Lakin “Qarabağ”ın baş məşqçisi isə bundan imtina edib. Bu barədə rusiyalı jurnalist İvan Karpov teleqram kanalında məlumat yayıb. Bununla bağlı “Offsideplus.az”a açıqlamasında Qurban Qurbanov məlumatı təsdiqləyib: “Bəli, “Ximki” klubundan təklif gəlib. Təbii ki, belə bir təklifin olması xoşdur. Amma mən əvvəlki açıqlamalarımda da demişəm ki, yalnız və yalnız “Qarabağ”ı düşünürəm. Bu təklifə görə onlara təşəkkür etdim və “Qarabağ”da qalacağımı açıqladım”.
2-09-2022, 22:28
Zaqatalada meşə yanğını nəzarətə alındı


Zaqatalada meşə yanğını nəzarətə alındı

Zaqatala rayonu Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğın artıq tam nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür. Nazirlik rəsmisinin sözlərinə görə, yanğın baş vermiş ərazilərə ETSN-in bütün yerli qurumlarının 300-dən artıq əməkdaşı səfərbər olunub.
2-09-2022, 22:26
Ərdoğan Balkan ölkələrinə gedir


Ərdoğan Balkan ölkələrinə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina, Serbiya və Xorvatiyaya səfər edəcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belqradda keçirilən “Açıq Balkan Təşəbbüsü” sammitində deyib. Çavuşoğlunun sözlərinə görə, Türkiyə prezidentinin Balkan ölkələrinə səfəri gələn həftə baş tutacaq.
2-09-2022, 22:24
Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu


Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu

Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Hərbi qulluqçularımız arasında itki yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.



2-09-2022, 22:11
İdmançımız dünya çempionu oldu


İdmançımız dünya çempionu oldu

Rumıniyanın Konstantsa şəhərində keçirilən U-20-lər arasında çimərlik güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı qızıl medal qazanıb. Butov.az xəbər verir ki, Fərid Cabbarov (90 kq) dünya çempionu olub. Zəfər Əliyev (+90 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) bürünc mükafat qazanıb. Yalnız Fərid Yusifov (80 kq) medalsız qalıb. Bu nəticə ilə Azərbaycan meydan sahibi Rumıniyadan (95 xal) sonra ikinci olub. Azərbaycan millisi 68 xal qazanıb. Qeyd edək ki, daha əvvəl Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərlidən (80 kq) ibarət Azərbaycanın çimərlik güləşi üzrə U-17 millisi eyni məkanda həm fərdi yarışda, həm də komanda hesabında dünya çempionu olub.
2-09-2022, 22:07
Azərbaycanda bir ayda 550 hektar meşə yanıb


Azərbaycanda bir ayda 550 hektar meşə yanıb

“2022-ci il ərzində meşə fondu ərazilərində 56 yanğın hadisəsi qeydə alınıb. Bu yanğınlar 631 hektar ərazini əhatə edib”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavab olaraq bildirilib. Nazirlik yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov açıqlamasında deyib ki, bütün yanğın ocaqları söndürülüb: “Hazırda müəyyən ərazilərdə, xüsusilə Zaqatala rayonu ərazisindəki aktiv yanğından sonra ərazinin soyutması işləri aparılır. Bu il avqust ayında yanğınlar daha geniş əraziləri əhatə edib. Bu günə qədər olan yanğınların 550 hektarı bilavasitə avqust ayında qeydə alınıb. Xüsusilə, Quba, Xaçmaz, Siyəzən, Şabran rayonlarında daha çox meşə yanğını hadisəsinin baş verdiyini deyə bilərik. Görülən işlər nəticəsində yanğınlar söndürülüb”. Xalıqverdi Hüseynov onu da qeyd edib ki, yanğın baş vermiş ərazilərdə ziyanın qiymətləndirilməsi işləri hazırda davam etdirilir: “Monitorinqlərin nəticəsində məhv olmuş ərazilərin ümumi qeydiyyatı dəqiqləşdiriləcək. Bundan sonra payız mövsümi ilə əlaqədar ərazilərin bərpası işlərinə başlanacaq. Bununla yanaşı yanğın nəticəsində meşə fonduna dəymiş ziyanın dəqiqləşdirilməsi işləri davam etdirilir”.
2-09-2022, 22:04
BMT-nin helikopteri qəzaya uğradı - Yaralılar var


BMT-nin helikopteri qəzaya uğradı - Yaralılar var

Konqo Demokratik Respublikasında BMT-yə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə "Reuters" məlumat yayıb. BMT-nin Ümumdünya Ərzaq Proqramına məxsus helikopter Şimali Kivu əyaləti üzərində uçarkən yerə düşüb. Qəza nəticəsində 3 nəfər yaralanıb. Qəzanın səbəbi barədə məlumat verilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!