"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
3-09-2022, 14:58
İllər sonra 29 cinayətin üstü açıldı


İllər sonra 29 cinayətin üstü açıldı

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
3-09-2022, 14:55
Türkiyədə azərbaycanlı qətlə yetirildi


Türkiyədə azərbaycanlı qətlə yetirildi

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində silahlı insident baş verib. Butov.az xəbər verir ki, dünən axşam saatlarında Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərov naməlum şəxslər tərəfindən güllələnib. Ağır güllə yarası alan azərbaycanlı dünyasını dəyişib. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar. Qətlin təfərrüatı məlum deyil. Polis araşdırmalara başlayıb. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, qətlə yetirilən Ceyhun Ələkbərov kriminal aləmə yaxın olub. O, Ceyhun Beyləqanlı adı ilə tanınıb. İddialara əsasən, onu güllələyən şəxs də azərbaycanlıdır. Hələlik həmin şəxsin kimliyi məlum deyil.
3-09-2022, 14:48
Uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum oldu


Uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum oldu

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. DİN rəsmisi deyib ki, araşdırmalar davam etdirilir: "Əlavə məlumat veriləcək". Qeyd edək ki, sosial şəbəkələrdə reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" loqoped reabilitasiya mərkəzində baş verib.
3-09-2022, 14:45
Diaspor könüllüləri Şuşaya getdilər


Diaspor könüllüləri Şuşaya getdilər

Sentyabrın 3-də Azərbaycan Diaspor Könüllülərinin
mədəniyyət paytaxtımız Şuşaya səfəri təşkil edilib. Butov.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 50 könüllü və Komitə əməkdaşları iştirak edir. Səfər proqramına “Bazarbaşı”, Cıdır düzü, güllələnmiş heykəllərin olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın sarayı, Xan qızı bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovun heykəli, Bülbülün ev-muzeyi, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidləri və digər görməli yerlərin ziyarəti daxildir. Diaspor könüllüləri postmüharibə dövründə mədəniyyət paytaxtımızda aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olacaqlar. “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, səfərin əsas məqsədi gənclərin işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə də Şuşa şəhərində vaxtilə ermənilərin törətdikləri dağıntı və vandalizm aktlarını görmələridir. Səfər zamanı könüllülər sosial şəbəkələr vasitəsilə insani dəyərlərə zidd olan bu vəhşiliklərə diqqəti cəlb etmək niyyətindədirlər.


3-09-2022, 14:34
Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verildi


Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verildi

Bakıda özəl loqoped mərkəzində uşaqlara işgəncə verilib. Bununla bağlı görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb. Kadrlarda mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi görünür. K.Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" özəl loqoped mərkəzində qeydə alınıb. Faktla əlaqədar dövlət qurumlarına məlumat verilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə görüntülərlə bağlı araşdırma aparıldığı bildirilib.
3-09-2022, 14:25
“Şimal axını”nın fəaliyyəti tamamilə dayandırıldı


“Şimal axını”nın fəaliyyəti tamamilə dayandırıldı

“Şimal axını” qaz borusunun fəaliyyəti tamamilə dayandırılıb. Butov.az xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti Avropanı qaz ilə təchiz edən “Şimal axını” qaz borusunun yeganə işlək mühərrikinin sıradan çıxdığını və boru ilə qaz nəqlinin tamamilə dayandırıldığını açıqlayıb. Nasazlıq barədə “Siemens” şirkətinin baş icraçı direktoru Kristian Bruxa məlumat verilib. Qeyd edək ki, Rusiyadan Avropaya qaz nəql edən əsas boru kəməri “Şimal axını” avqustun 31-dən sentyabrın 2-ə kimi təmiri dayandırılmışdı. Bu gün “Qazprom” kəmərin turbinlərinin hamısı təmir olunmayınca, işləməyəcəyini elan edib. Hazırda Rusiyadan Avropaya qaz Urenqoy-Pomara-Ujqorod boru kəməri və “Türk axını” vasitəsilə daşınır.
3-09-2022, 14:20
Azərbaycan nefti yenidən bahalaşdı


Azərbaycan nefti yenidən bahalaşdı

“Azeri Light” (CIF) markalı Azərbaycan neftin qiyməti artıb. Butov.az xəbər verir ki, dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,93 ABŞ dolları və ya 2% artaraq 97,53 dollar təşkil edib.
3-09-2022, 14:16
Xankəndi və İrəvandakı mitinqlərin hədəfi - Qarabağla bağlı 3 “şərt”


Xankəndi və İrəvandakı mitinqlərin hədəfi - Qarabağla bağlı 3 “şərt”

"Xankəndidə və İrəvanda bu gün keçirilən mitinqlərin iki hədəfi var idi: Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan". Bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Ermənistan müxalifətinin Paşinyanı parlamentdə istefaya göndərməsi üçün gərəkən səsi yoxdur. Buna baxmayaraq, yaz aylarının sonunda olduğu kimi yenidən davamlı mitinqlərə başlayacaqlar ki, parlamentdə baş naziri istefaya zorlayacaq qədər tərəfdarlarının sayını artıra bilsinlər. "Bunun üçün hakim partiyadan ən azı 20 səs müxalifətə keçməlidir. Müxalifətin buna necə nail olacağı bəlli deyil. Radikallar bugünkü mitinqlərində Azərbaycanı da “unutmayıblar”, Qarabağla bağlı 3 “şərt” irəli sürüblər. Birincisi, “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, ikincisi “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, üçüncüsü, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir””. Politoloq qeyd edib ki, Ermənistan müxalifəti məğlubiyyəti həzm etmək istəmir: "Bugünkü mitinqlər, erməni əsilli rusiyalı milyarderin Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçməsi, yeni yolda peyda olan əli silahlı separatçılar, Amerika Konqresində görüşlərin təşkili – bütün bunları 1980-ci illərin sonunda da yaşamışıq, torpaqlarımızı işğal etdilər, qətliamlar törətdilər və istehkamlar qurdular. O vaxt bizi hazırlıqsız yaxaladılar. Eyni səhvi təkrarlaya bilmərik. Bu dəfə onlara toparlanmağa imkan vermək olmaz". Qeyd edək ki, sentyabrın 2-də Ermənistanın paytaxtı İrəvanda Müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirib. Mitinqdə müxalifət hərəkatının liderlərindən olan deputat İşxan Saqatelyan çıxış edib. O bildirib ki, müxalifət parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədir, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır. Bundan əlavə, diqqətə çatdırılıb ki, etirazçılar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürməyi planlaşdırır.
2-09-2022, 22:51
İran neft hasilatını artırmağa hazırlaşır


İran neft hasilatını artırmağa hazırlaşır

İran 2023-cü ildə neft hasilatını artırmağı planlaşdırır. Bu barədə İran Neft Şirkətinin (NIOC) baş icraçı direktoru Möhsün Xocastemer bildirib. Məlumata görə, ölkə gələn ilin mart ayında neft hasilatını sutkada 200 min barel artıracaq. Möhsün Xocastemer qeyd edib ki, bu, cari təqvim ilinin sonuna qədər İranın hasilat gücünün sutkada dörd milyon bareldən çox olmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, hazırda İranın hasilat gücü sutkada 3,838 milyon bareldir.
2-09-2022, 22:44
Dövlət Komitəsindən Laçın sakinlərinə müraciət


Dövlət Komitəsindən Laçın sakinlərinə müraciət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün telefon zəngləri vasitəsilə sorğu aparır. Butov.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndlərinə daimi qeydiyyatı olan və Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı sorğusu işlənilməmiş vətəndaşlardan göstərilən telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur: 0559001205; 0559001214; 0559001227; 0559001228; 0559001229; 0559001230; 0559001231; 0559001233; 0559001259; 0559001505.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!