“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                        Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                       
9-08-2022, 20:16
“Tazəbəy hamamı”nın fasadındakı fiqurlar söküldü


“Tazəbəy hamamı”nın fasadındakı fiqurlar söküldü

"Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən sökülüb. Bu barədə Dövlət Xidmətindən məlumat verilib. "Tazəbəy hamamı"nın fasadına bərkidilən fiqurlarla bağlı qurumumuzun müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə abidənin xüsusi mülkiyyətçisi tərəfindən nümayiş edilən anlayışa və həmrəylik nümayişinə görə təşəkkür edirik. Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq. Təbii ki, qanunun pozulması yolverilməzdir. Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmırdı, ancaq qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi”, - məlumatda qeyd olunub.


9-08-2022, 19:57
Xəzərə çirkab sularının axıdılması araşdırılır


Xəzərə çirkab sularının axıdılması araşdırılır

Bilgəh qəsəbəsi ərazisindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Butov.az-ın məlumatına görə, idarə rəisi Nazim Mahmudov bildirib ki, axardan götürülmüş su nümunəsi üzərində aparılan laborator təhlillərin nəticəsinə görə, ərazidə formalaşan çirkab suların məişət-fekal tərkibli olduğu müəyyən olunub: “Monitorinq zamanı ərazidəki drenaj kollektora müxtəlif yerlərdən qoşulmaların olduğu və formalaşan çirkab suların təmizlənmədən dənizə axıdıldığı aşkarlanıb”. N.Mahmudov qeyd edib ki, tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınaraq “Azsu Ekoloji Qurğu” MMC-nin balansında olan çirkab sutəmizləyici qurğuya yönəldilib. Ərazinin nəzarətdə saxlanılması üçün aidiyyəti qurumlara müraciət olunub.
9-08-2022, 19:43
Ərazi bütövlüyü tam təmin olunacaq - Ceyhun Bayramov


Ərazi bütövlüyü tam təmin olunacaq - Ceyhun Bayramov

“Son gərginliyin əsas səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”. Butov.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib. XİN başçısı bildirib ki, üçtərəfli bəyannamənin imzalanmasından təxminən 1 il 9 ay vaxt keçməsinə baxmayaraq, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. "Onlar hələ də Qarabağı tərk etməyib. Biz Ermənistandan təxribatlara son qoymasını tələb edirik. Ermənistan öz öhdəliklərini tam yerinə yetirməlidir. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycan öz suveren ərazisində heç bir qanunsuz erməni silahlı qüvvələrinin mövcud olmasına imkan verməyəcək. Biz bunu dəfələrlə demişik. Düşünürük ki, Ermənistan tərəfi buna ciddi yanaşmalıdır” deyə nazir qeyd edib.
9-08-2022, 16:18
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!