Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
5-10-2021, 11:23
Təhsil naziri müəllimləri təbrik etdi - FOTO

Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Təbrikdə deyilir:

“Əziz müəllimimiz,

Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram!

Beynəlxalq Müəllimlər Gününüz mübarək!”



Butov.az
5-10-2021, 11:19
İlham Əliyevin Araz çayından Tehrana mesajları: İranı ikinci ifşa dalğası gözləyir – TƏHLİL

Prezident İlham Əliyevin İrana yeni xəbərdarlıqlarında diqqət çəkən əsas məqamları qeyd etmək zəruridir.

Birincisi, İranda Azərbaycan əleyhinə kampaniya aparıldığı bir zamanda Prezident İlham Əliyev dövlət başçısı kimi birbaşa İranla sərhəddən, Cəbrayıldan mesaj verdi.

İkincisi, İlham Əliyev siyasi simvolik məna tutumuna malik Araz çayı sahilindən İrana səsləndi və Tehranın İsraillə bağlı məqamlarda Bakıya qarşı əssassız iddialarından əl çəkməsini vurğuladı.

Üçüncüsü, İlham Əliyev Araz çayı sahilindən arxa fonda “Qarabağ Azərbaycandır” yazısı olan ərazidən İsrail istehsalı olan “Harop”la foto çəkdirdi, bununla İranın hədələyici təlimlərinə cavab olaraq Azərbaycanın ordusunda müasir silahların olduğuna diqqət çəkdi.

İlham Əliyevin seçdiyi zamanlamanın da gedişatı ilə bağlı detallara toxunmaq vacibdir.

Prezident İlham Əliyev bundan əvvəl “Anadolu” agentliyinə müsahibəsində dünya azərbaycanlılarının İranın təlimləri niyə indi keçirməsi ilə bağlı suallar verdiyini deməsi İranda müzakirələr yaratmışdı.

Prezidentin “dünya azərbaycanlıları” ifadəsi İranda narahatlıqla izlənilir. İlham Əliyevin müsahibədə İranın əməllərini tutarlı dəlillərlə ifşa etdi, bunu, qarşı tərəfin konstruktiv mövqeyə köklənməsi üçün çağırış kimi də dəyərləndirə bilərik.

Lakin İranın mövqeyində təhdid qarışıq ikili çalarlar getdikcə çoxalır, gah dostluq əlaqələrindən bəhs edilir, gah da ali dini rəhbərin və generalların dilindən birbaşa və ya dolayı yollarla aşkar hədələr səslənir.

Azərbaycan Prezidenti İrana qarşı “ikinci cəbhə”nin açılmasının zərurətindən irəli gələrək Cəbrayıla səfərində İran mövzusunu yenidən bəyanatlarının mərkəzinə gətirdi.

Bununla belə Prezident bir daha postmüharibə dövrünün reallıqları çərçivəsində yeni əməkdaşlıq platformasında təmsil olunmağın vacibliyini dilə gətirdi.

Bu o deməkdir ki:

1. Baş verənlərə rəğmən, yeni platforma region dövlətlərinə yeni fürsətlərin təqdim edilməsi baxımından önəmlidir,

2. Kimin istəyindən və ya maraqlarından asılı olmayaraq, yeni geosiyasi reallığın çərçivəsində layihələr həyata keçiriləcək,

3. Platformada iştirak etməyən region dövlətləri özləri uduzacaqlar.

İranın kompleksləri ona görə qabarır ki, onu ikinci ifşa dalğası gözləyir. Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki işlətdiyi bir cümlə arqumentlərimizi möhkəmləndirən tezis hesab oluna bilər.

İlham Əliyevin “Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. Bu 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Biz indi bunu araşdırırıq” deməsi işğal müddətində İranla Ermənistanın Qarabağ üzərindən gizli və illeqal ticari maraqları həyata keçirdiyinə dair Azərbaycanda mötəbər məlumatlar olduğuna işarədir.

İlham Əliyevin Azərbaycanın xarici siyasətini özünün müəyyənləşdirdiyini bildirməsi Tehrana “daxili işlərimə qarışma” mövzusunda yeni bir xatırlatmadır.

Bununla belə, bu əlaqələrin Azərbaycanı hansısa qüvvənin idarə etməsinə gətirib çıxarmadığını da elan edib.

İlham Əliyevin Cəbrayıla səfəri zamanı İrana digər rəmzi mesaj da verildi. Məsələn, dünən, yəni Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gün İlham Əliyevin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında fərmanı dərc olundu.

Bu səfərlərdən hansı nəticələrə gələ bilərik?

Tehran mövqeyinə redaktələr etməlidir, əks təqdirdə, Azərbaycan da özünün diplomatik və siyasi cavab hüququndan geniş şəkildə istifadə edəcək.

Butov.az
5-10-2021, 11:11
Nazir bu təhsil şöbəsinə yeni müdir TƏYİN ETDİ

Ağdam Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Tahir Abbasov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Ağdam Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Butov.az
5-10-2021, 10:59
Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan nefti bahalaşmaqda davam edir.

“Azeri Light” markalı neftin bir barelinin dəyəri 3,08 ABŞ dolları və ya 3,93 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 83,56 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Butov.az
4-10-2021, 16:23
Koronavirusdan sağalanlar nə yeməlidir?

Koronavirusa yoluxmuş insanların qidalanması balanslı olmalıdır. Bu, zəifləmiş bədənin daha sürətlə sağalmasına kömək edəcək.

Butov.az xəbər verir ki, bu barədə həkim Aleksandr Andreyev danışıb. O bildirib ki, xəstəlik zamanı bədən bütün gücünü infeksiyaya qarşı mübarizəyə yönəldir:
“Buna görə də işi çətinləşdirməyə dəyməz. Bu müddət ərzində tez-tez yarım stəkan isti su için, qızardılmış və ədviyyatlı yeməklərdən, fəstfuddan imtina etmək və yalnız asan həzm olunan qidaları yemək tövsiyə olunur: süd məhsulları, qaynadılmış toyuq əti və toyuq suyu.

Eyni zamanda xəstəlikdən dərhal sonra yüksək kalorili qidalar yemək məsləhət deyil, unutmayın ki, bədən hələ zəifdir. Odur ki, pəhrizdən tədricən imtina etməlisiniz”.

Həkim gündəlik rasiona dana əti, balıq, qaraciyər, yumurta və az yağlı süd məhsulları daxil etməyi, daha çox tərəvəz və meyvə, xüsusən də qırmızı bibər və alma yeməyi məsləhət görüb. Andreyev əlavə edib ki, insanlar xəstəlik nəticəsində arıqlayırlar, lakin bu barədə narahat olmağa ehtiyac yoxdur, çəki sağalandan sonra geri qayıdacaq.
4-10-2021, 15:46
Həkimdən hədə-qorxu ilə pul tələb edən "jurnalist" saxlanılıb - VİDEO

Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən tibb məntəqəsində işləyən şəxslərdən biri Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Butov.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Qazax rayon sakini Saleh Hüseynov zərərçəkəndən 500 manat almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Saleh Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

4-10-2021, 15:38
Prezident Şərqi Zəngəzurda təməlqoyma mərasimində

Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub.

Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!