Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
Tarix : 11-05-2022, 12:17
FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edibFHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Butov.az-ın APA-ya istinadən xəbərinə görə, müraciətdə deyilir ki, FHN-in “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların mənzillərdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur: "Bütün hallarda Nazirliyin müvafiq qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir. Bu kimi hadisələrlə bağlı aparılan təhlillər onu deməyə əsas verir ki, bəzən valideynlər ən sadə səbəblərdən (qonşuya baş çəkmək, həyətdəki mağazaya düşmək və s.) azyaşlıları evdə tək qoyur və nəticədə, bir sıra hallarda qapının açılması qeyri-mümkün olduğundan xilasedicilərin köməyinə ehtiyac yaranır".
FHN qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları heç bir halda tək buraxaraq mənzili tərk etməməyə çağırıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!