Biləsuvarda "Kalaşnikov" aşkarlandı .....                        Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                        Nazirlik vəfat edən kursantla bağlı məlumat yaydı .....                        Bakıda daha 2 nəfər spirtdən zəhərlənərək öldü .....                        Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı artdı .....                        Deputatlar "Ana harayı" abidəsini ziyarət ediblər - FOTO .....                        Masazırda qəza oldu - Qaz kəsildi .....                        Xocalı soyqırımı qurbanları üçün 1 dəqiqəlik sükut .....                        Dövlət saytlarına kütləvi hücumlar edilir - RƏSMİ .....                       
20-10-2024, 15:15
19 yaşlı iki uşaq anası özünü öldürdü


19 yaşlı iki uşaq anası özünü öldürdü

Lənkəranda 19 yaşlı qadın dərmandan ölüb.
Hadisə bu gün səhər saatlarında Lənkəran rayonunun Osaküçə kəndində baş verib.
İki gün bundan əvvəl Bakı şəhərindən kəndə qayıdan 2005-ci il təvəllüdlü Elnurə İsfəndiyar qızı Qurbanova dərman içərək ölüb.
Onun intihar etdiyi bildirilir və hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Qeyd edək ki, E.Qurbanova iki uşaq anasıdır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
20-10-2024, 14:56
Azərbaycanda zəlzələ


Azərbaycanda zəlzələ

Samux rayonunda zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tətqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Gəncə stansiyasından 34 km şimal-şərqdə, 3 manqitudada qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib, təbii hadisə hiss olunmayıb.
20-10-2024, 14:30
Peşəkar mühasib sertifikatı imtahanı keçirilib


Peşəkar mühasib sertifikatı imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.
20-10-2024, 13:07
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-i səhərdən 22-si gündüzədək arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal və qərb rayonlarından başlayaraq 23-ü səhərədək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
20-10-2024, 11:56
Azad Şuşada ilk körpə


Azad Şuşada ilk körpə

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.
Bu barədə TƏBİB-dən bildirilib.
Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.
Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
19-10-2024, 20:37
Kanaldan meyit tapıldı


Kanaldan meyit tapıldı

Samur – Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.
Kanalın dəmir barmaqlıqlarına ilişmiş meyiti suyun səviyyəsi yüksək olduğu üçün hələ ki sudan çıxartmaq mümkün olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Suda aşkarlanmış cəsədin kimliyi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
19-10-2024, 20:10
"Neftçi"dən 3 qolluq qələbə


"Neftçi"dən 3 qolluq qələbə

Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" "Səbail" üzərində qələbə qazanıb.
Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan görüşdə 3:1 hesablı qələbə qazanıb.
"Neftçi"dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.
Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyük hesablı üstünlüklə ayrılıb - 5:0. X turun digər görüşləri sabah oynanılacaq.
19-10-2024, 18:01
Gürcüstan azərbaycanlıları Xankəndidə - FOTO


Gürcüstan azərbaycanlıları Xankəndidə - FOTO

Gürcüstan azərbaycanlılarının ikinci qrupunun işğaldan azad olunan ərazilərə səfəri başlayıb.
Növbəti qrup əvvəlcə Xankəndi şəhərinə gəlib. Qonaqlar üçün şəhər gəzintisi təşkil edilib, onlara Xankəndinin tarixi, erməni vandalizmi və həyata keçirilən tikinti-quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Gürcüstan azərbaycanlıları, həmçinin Qarabağ Universitetinə gəlib, burada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, yeni tədris ilindən başlayaraq, Qarabağ Universiteti qapılarını tələbələrin üzünə açıb.
Qonaqlar oktyabrın 20-də Şuşa və Ağdama səfər edəcəklər.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının Şuşa, Xankəndi və Ağdama səfəri üç qrupda olmaqla, altı gün ərzində həyata keçirilir.



19-10-2024, 17:53
Bərdədə bədbəxt hadisə: 40 yaşlı kişi öldü


Bərdədə bədbəxt hadisə: 40 yaşlı kişi öldü

Bərdədə 40 yaşlı kişi ehtiyatsızlıqdan həyatını itirib.
Rayonun İmirli kənd sakini, 1984-cü il təvəllüdlü Kamran Məmmədov təsərrüfatda qaldırıcı kranla işləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
19-10-2024, 17:45
Qızların təhsildən yayındırılmasının səbəbləri


Qızların təhsildən yayındırılmasının səbəbləri

Qızların təhsildən yayındırılması problemi təhsil sisteminin keyfiyyətinin yaxşılaşdırılması üçün diqqət tələb edən mühüm bir məsələdir.
Bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib.
O qeyd edib ki, qızların təhsildən kənarlaşdırılması onların yalnız gələcəkdə şəxsi həyatlarını məhdudlaşdırmır, həm də ümumilikdə cəmiyyətin inkişafına mənfi təsir göstərir: "Ana kimi onların rolu gələcək nəsillərin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən qızların təhsil alması cəmiyyətin hər bir sahəsində inkişafın əsasını təşkil edir".
Qızların təhsildən yayındırılmasının əsas səbəblərindən biri kimi patriarxal ənənələrin hələ də mövcud olmasını göstərən ekspert vurğulayıb ki, bəzi ailələr qızların təhsil almasını lazımsız hesab edir, onlara ev işlərinə və ailə həyatına hazırlıqla kifayətlənməyi məsləhət görürlər: "Bu düşüncə tərzini dəyişmək üçün öncə valideynlərin maarifləndirilməsi vacibdir. Ailələrə qızlarının təhsili sayəsində onların gələcəkdə öz hüquqlarını daha yaxşı müdafiə edə biləcəyi, daha çox iş imkanlarına sahib olacağı və müstəqil bir həyat quracağı barədə məlumatlar verilməlidir. Burada dövlət və qeyri-hökumət təşkilatlarının birgə səyləri mühüm rol oynaya bilər".
Kamran Əsədovun sözlərinə görə, effektiv nəticə almaq üçün bu sahədə dövlətin dəstəyi və strategiyaları vacibdir:
“Təhsil Nazirliyi və digər əlaqədar qurumlar regionlarda qızların təhsildən yayındırılmasının qarşısını almaq üçün xüsusi proqramlar həyata keçirə bilər. Bu, ailələrə təhsil haqqında məlumat verən maarifləndirici kampaniyaların genişləndirilməsi, qızlar üçün təqaüd və digər təşviq mexanizmlərinin tətbiqi ilə mümkündür. Bundan əlavə, regionlarda məktəb infrastrukturu və təhsil keyfiyyətinin yüksəldilməsi, müəllimlərin bölgələrdə daha keyfiyyətli təhsil verməsi üçün təlimlərin artırılması da vacibdir”.
Ekspert dünya təcrübəsində də söz açaraq vurğulayıb ki, qızların təhsili ölkələrin iqtisadi və sosial inkişafında böyük əhəmiyyətə malikdir. "Banqladeşdə kənd yerlərində qızların təhsil səviyyəsini artırmaq üçün xüsusi təqaüd proqramları tətbiq edilib. Bu proqramlar qızlara təhsil almağa təşviq yaratmış, onların evlilik yaşı artırılmış və iqtisadi baxımdan daha çox imkanlar əldə etmələrinə şərait yaratmışdır. Keniyada da oxşar proqramlar həyata keçirilmiş və qızların təhsil alması həm ailələr, həm də cəmiyyət tərəfindən dəstəklənmişdi.
Azərbaycanda belə təşəbbüslərin reallaşdırılması qızların təhsil səviyyəsinin yüksəlməsinə böyük təsir göstərə bilər. Qızların təhsilinə sərmayə qoymaq, uzun müddətli iqtisadi və sosial faydalar gətirən bir addımdır. Ölkənin özəl sektorlarla əməkdaşlıq edərək bu sahədə müxtəlif layihələr həyata keçirməsi həm təhsilin inkişafına, həm də regionların iqtisadiyyatına müsbət təsir göstərə bilər. Qızların təhsildən kənarlaşdırılmasının qarşısını almaq üçün isə valideynlərə və cəmiyyətə müsbət nümunələr göstərilməli, təhsilli qızların uğurları ön plana çəkilməlidir”- deyə o, sonda qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!