Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
2-11-2021, 11:04
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri fərqli istiqamətdə dəyişib.

WTI markalı neftin dekabr fyuçersləri 0,11 % ucuzlaşaraq, bir bareli 83,96 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin yanvar fyuçersləri 0,02 % bahalaşaraq, bir bareli 84,73 ABŞ dolları olub.

Mənbə: Bloomberg

Bütöv.az
2-11-2021, 08:08
Azərbaycan İsraildən raket aldı – Ermənilər təlaşlandı

Azərbaycan MiQ-29 qırıcıları üçün İsrailin “hava-hava” raketlərini alıb.
Bu barədə məlumatı Teleqram kanallarına istinadla erməni mediası tirajlayıb.
“Azerbaijani Armed Forces” kanalı Azərbaycanın “I-Derby ER” aviasiya raketini aldığını iddia edib.
Bildirilib ki, raket artıq ordumuzun arsenalına daxil edilib. “I-Derby ER” “Derby” raketlərinin təkmilləşdirilmiş və tam modernləşdirilmiş versiyasıdır.
“I-Derby ER” orta mənzillidir, 100 km-likdəki hədəfi dəqiqliklə məvh etmək gücündədir. Raketin ağırlığı 118 kq-dır, döyüş başlığının ağırlığı isə 23 kq-dır.
Bu raketi F-16C/D, F-5, Miraj, JAS-39 Gripen, o cümlədən MiQ-21 və MiQ-29 qırıcıları daşımaq imkanındadır.
Erməni analitiklərin iddiasına görə, Azərbaycanın arsenalında Belarus və Ukraynadan alınmış və modernləşdirilmiş 10 MiQ-29 qırıcısı var.
Qeyd edək ki, hərbi ekspertlər bu raketin imkanlarını yüksək qiymətləndirirlər.
1-11-2021, 19:20
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 263 vaksin vurulub

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 661 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 511 təşkil edir.

Bütöv.az
1-11-2021, 18:37
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Bütöv.az
1-11-2021, 14:50
Siqaretin qiyməti bahalaşır

Tütün məmulatları ilə bağlı aksiz dərəcələrinə yenidən baxılır.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı iki istiqamətdə dəyişikliklər nəzərdə tutulur:

“Birinci aksiz dərəcələri qaldırılır, ikinci isə markaların qeydiyyatına görə rüsumlar artırılır. Büdcəyə daxilolmada artımın çox hissəsi məhz bu dəyişikliklərdən gözlənilir. Bütün dünyada tütün məmulatlarına tətbiq edilən aksizlər, xüsusi yığımlar və s. ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə nəzər salsaq, Azərbaycan bu sahədə ən aşağı rüsum tətbiq edən ölkələrdəndir. Lakin biz sosial məsələləri də nəzərə alaraq, bu sahədə rüsumları kəskin şəkildə artırmırıq.

Hesab edirəm ki, ən azından inflyasiya səviyyəsində bu rüsumların artırılması həyata keçirilməlidir”.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Bütöv.az
1-11-2021, 14:46
4 mini Nurlana Əliyevaya verdim - Sabiq şöbə müdiri

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Axar.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İsmət Nəzərov ifadə verib.

O bildirib ki, oğlu BSU-da ikinci təhsil alıb: “Buna görə üç il ərzində universitet məndən 5 min manat pul istədi. Sonradan isə həmin məbləğ 4 min manata endirildi. Ödəniş üçün Dürdanə Əliyeva ilə görüşdüm. Mənə dedi ki, 4 min manatı ona verməliyəm. Eyni zamanda o, qızımın universitetdəki qayıblarına da kömək edəcəyinə söz verdi. Qızım hazırda universitetin üçüncü kursunda oxuyur, ora 1 100 manat borcu var”.

Şahidin ifadəsinə münasibət bildirən D.Əliyeva qeyd edib ki, aldığı 4 min manat pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib.

Daha sonra digər şahid Mehman Nəcəfov dindirilib. O, təqsirləndirilən şəxsə təhsil ödənişi üçün 1 000 manat pul verdiyini söyləyib: "Təhsil ödənişi üçün ümumilikdə 2 min 200 manat pul ödəməli idim. Dürdanə Əliyeva mənə bildirdi ki, ilkin ödəniş kimi 1 000 manat pulu ona verməliyəm. Həmin 1 000 manatı ona verdim, digər 1 200 manatı isə ödəmə terminalı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1 000 manat, nə də ödəmə terminalı ilə ödədiyim pul universitetin kassasına daxil olub”.

Şahid Ülviyyə İsmayılova dindirilən zaman deyib ki, 2020-ci ildə BSU-da ikinci təhsil almaq üçün D.Əliyevaya 2 min manat pul verib:

"Dürdanə Əliyeva mənə bildirdi ki, təhsil 3 il olacaq, ödənişi isə illik 2 min manatdır. Həmin pulu ona ödəməyimi istədi. Mən də pulu ödədim. Dekabr ayında universitetdən mənə zəng edib ödəniş haqqını ödəməyimi söylədilər. Hələ də universitetə ödəniş etməmişəm, borcum var”.

Şahid məhkəmədən heç bir tələbinin olmadığını bildirib.

Proses noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Bütöv.az
1-11-2021, 13:39
Ərdoğan- Əliyev İrəvana təklif verib, Tiflis hazır deyil...

Gürcüstan Cənubi Qafqazda “Altılıq platforması” yaratmaq ideyasına neqativ münasibət bəsləyir, lakin bu layihə həyata keçirilərsə, region sülh platformasına çevrilə bilər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan – altımız birgə addımlar ataq və regiona sülh gətirək. Bununla bağlı artıq cənab İlham Əliyev Ermənistana regionda sülhün bərqərar olması ilə bağlı təklif verib. Gürcüstan tərəfdən bəzi neqativ münasibətlər var, amma bütün tərəflər pozitivlik nümayiş etdirsə, bu platforma yaranacaq və region sülh platformasına çevriləcək”, - Ərdoğan bildirib.
Ərdoğan hazırda platformanın yaradılması ilə bağlı danışıqların davam etdiyini deyib.
1-11-2021, 12:57
Evində "Kalaşnikov" gizlədən şəxs həbs edildi - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əmliyyat həyata keçirilib.

DİN-dən Bütöv.az-a verilən məlumata görə, Baş İdarəyə Beyləqan rayonu Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs yaşadığı kəndin ərazisində saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd daraq, 1 ədəd süngü bıçaq, 2 ədəd radiostansiya və 76 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. Zamiq Əhmədli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

1-11-2021, 12:44
Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı açıqlama: “Ekspertizanın bir hissəsi Moskvada aparılır”

“Naməlum şəhid məzarları adətən Birinci Qarabağ müharibəsi dövrü ilə əlaqədardır. Bununla bağlı iş aparılır, ekspertizalar təyin olunur. Ekspertizanın bir hissəsi Rusiyanın paytaxtı Moskvanın ekspertiza institutlarında həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

O vurğulayıb ki, ekspertizanın bir hissəsi başa çatıb, digərləri isə davam edir:

“Çünki bu, asan iş deyil. Burada çoxsaylı insanların gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda deyil, ona görə də gərək uyğun olaraq digər qohumlar tapılsın, onlardan nümunələr götürülsün. Burada söhbət bir neçə min insandan gedir. Yəni, işin həcmi böyük olsa da, proses davam edir. Nəticələr də var”.

Hərbi prokurorun sözlərinə görə, Vətən müharibəsində şəhid olanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Hərbi prokurorluq Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin, həmçinin Daxili Qoşunların əməkdaşlarının iştirakı ilə çoxsaylı işlər aparılıb:

“3000-ə yaxın şəhidin şəxsiyyətini müəyyənləşdirmək, eskpertizalarını aparmaq lazım idi. Onların böyük əksəriyyətinin kim olduğu bilinmirdi. Bir qismi elə xəsarətlər almışdı ki, tanınmaz hala düşmüşdü. Bununla bağlı çox böyük işlər gedib. Çox az qisim şəhid qalıb ki, onların da şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir. Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə bu işə artıq Fövqəladə Hallar Nazirliyi də cəlb olunub. Bizim borcumuzdur ki, onların meyitlərinin harada olduğunu müəyyən edək və sonra da kimliklərini müəyyənləşdirərək yaxınlarına təhvil verə bilək”, – deyə Xanlar Vəliyev əlavə edib.

Bütöv.az
1-11-2021, 12:28
“Qarabağ” və “Kayrat”ı bir-birinə bağlayan 5 məqam - MARAQLI

Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək “Kayrat” sosial şəbəkə vasitəsilə maraqlı paylaşım edib.

Bütöv.az xəbər verir ki, Qazaxıstan təmsilçisi bu matç ərəfəsində iki komandanı bir-birinə bağlayan 5 məqamı vurğulayıb:

– Komandaların baş məşqçiləri Qurban Qurbanov və Kurban Berdıyev 2002-ci ildə Rusiya çempionatının I divizionunda iki dəfə qarşılaşıb. Həmin vaxt Qurbanov Voronej “Fakel”inin hücumçusu, Berdıyev isə Kazan “Rubin”inin baş məşqçisi olub. Hər iki görüşdə Berdıyevin yetirmələri eyni hesabla qalib gəlib – 2:0;

– Marko Veşoviç (“Qarabağ”) və Neboyşa Kosoviç (“Kayrat”) Monteneqro millisində komanda yoldaşıdır;

– Xorvatiyalı Filip Ozobiç (“Qarabağ”) və Dino Mikanoviç (“Kayrat”) 2013-cü ildə Split “Hayduk”unda çiyin-çiyinə çıxış edib;

– “Qarabağ”ın qapıçı məşqçisi Elxan Həsənov bir vaxtlar futbolçu kimi “Kayrat”a qarşı oynayıb. O, 1988-1990-cı illərdə “Neftçi”nin qapısını qoruyub. Sabiq qolkiper Almatı klubuna qarşı SSRİ çempionatında və digər yarışlarda ümumilikdə 7 oyunda iştirak edib;

– “Qarabağ”ın qapıçısı Emil Balayev 2019-cu ildə “Tobol”un heyətində “Kayrat”la 4 dəfə qarşılaşıb. 2 görüşdə qol buraxmayıb, digər 2 matçda isə “Kayrat”ın hazırkı futbolçuları Erkebulan Seyidəhməd və Artur Şuşenaçev fərqlənib.

Qeyd edək ki, noyabrın 4-də Almatıda keçiriləcək “Kayrat” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!