Kəlbəcərin bu kəndinə də KÖÇ OLACAQ .....                        Lavrovla Ceyhun Bayramov danışıqlar apardı .....                        Azərbaycanla Suriya arasında mühüm görüş .....                        Qubada dağlıq ərazi yanır .....                        Əminə Ərdoğan xanım Trampa məktub yazdı .....                        Bu marşrutda da Çin avtobusu istifadə ediləcək .....                        Ümid edirik, Rusiya da Minsk Qrupunun ləğvini dəstəkləyəcək - Bakıdan REAKSİYA .....                        Ukrayna öz torpaqlarını verməyəcək - Zelenski .....                        Yasamalda cinayət: 37 yaşlı qadın öldürüldü .....                       
11-04-2025, 16:40
“Hava gəmisində silahın daşınması Qaydası” dəyişdi


“Hava gəmisində silahın daşınması Qaydası” dəyişdi

Nazirlər Kabineti 30 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyin mahiyyəti açıqlanmayıb.
11-04-2025, 16:25
Prezident və birinci xanım “Antalya Diplomatik Forumu”nun açılışında...


Prezident və birinci xanım “Antalya Diplomatik Forumu”nun açılışında...

Aprelin 11-də Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
11-04-2025, 16:13
Bizə çörək satılmırdı - Məhkəmə


Bizə çörək satılmırdı - Məhkəmə

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Zemfira Abbasova ifadə verib və dövlət ittihamçılarının suallarını cavablandırıb.
Xankəndi şəhərində yaşamış Z.Abbasova “Miatsum hərəkatı” başlayandan sonra evdən çıxa bilmədiklərini bildirərək deyib: “Baxmayaraq ki, ermənilər üçün çox yaxşı şərait yaradılmışdı, təminatları var idi, amma onlar bizi təhqir edir, təzyiq göstərirdilər. Onlar evlərimizə daxil olub onu talayır, dağıdır, əmlaklarımızı məhv edir, xaç formasında kəsib-doğrayırdılar. Çölə çıxa bilmirdik, bizi daş-qalaq edirdilər. Hətta bizə çörək satılmırdı. Həmin vaxt dəmir yolu idarəsində işləyirdim. Bu idarəyə də daxil olub bizə qarşı müxtəlif qanunsuzluqlar edirdilər. Əsasən də “Türklər burada olmamalıdırlar, buradan çıxmalıdırlar”, “Türklər məhv olmalıdırlar” deyirdilər. Tələb edirdilər ki, türklər çıxsın, əvəzində isə ermənilər bizim evlərimizə məskunlaşsın”.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
11-04-2025, 15:45
Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər - Zərərçəkmiş


Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər - Zərərçəkmiş

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Ramiz Adıgözəlov 39 günlük körpəsinin ermənilər tərəfindən qətlə yetirildiyini bildirib.
Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini olan zərərçəkmiş hadisənin 1990-cı il martın 23-dən 24-nə keçən gecə baş verdiyini deyib.
Onun sözlərinə görə, xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar.
O, həmin gün 6 kənd sakininin və bir milis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
11-04-2025, 14:09
Həsənrizə daha 20 ailə köçdü


Həsənrizə daha 20 ailə köçdü - FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi gerçəkləşib.Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç karvanında yer alan 72 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.Mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndinə bir müddətdir ki, mərhələli şəkildə köç davam edir. Bu gün də daxil olmaqla kəndə 70 ailə ( 238 nəfər ) köçürülüb.Aprel ayının sonunadək daha 40 ailə bura köç edəcək. Kənddə yenidənqurma, tikinti və bərpa işləri də gedir.Həsənriz kəndində bütün sosial və kommunal xidmətlər də yenidən qurulub. Kənd fasiləsiz olaraq elektrik enerjisi, içməli su və təbii qazla təmin olunub.
10-04-2025, 21:17
Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - Stepanyandan etiraf


Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - Stepanyandan etiraf

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 10-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində qanunsuz olaraq hərbi xidmət keçdiyini etiraf edib.
Ermənistan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib.
Müddətli həqiqi hərbi xidməti 1989-1991-ci illərdə Uzaq Şərqdə keçdiyini deyən M.Paşayan 1993-cü ildə “Əsgəran alayı”na qoşulduğunu bildirib və əlavə edib: “1993-cü ilin təxminən may ayından 1994-cü ilə - atəşkəsə qədər döyüş postunda oldum. Tabor komandirimiz Vilen Safaryan idi”.
M.Paşayan Birinci Qarabağ müharibəsi zamanı 31-ci taborda xidmət etdiyini, hərbi hissənin komandirinin Vitali Balasanyan olduğunu da deyib.
O, Əsgəran, Ağdərə və Ağdam rayonlarının müxtəlif kəndlərində döyüş postlarında olduğunu söyləyib. Təqsirləndirilən şəxs döyüş postlarında avtomat, pulemyot və minaatan silahların olduğunu açıqlayıb.
İkinci Qarabağ müharibəsində də ona “Kalaşnikov” avtomatının təhkim olunduğunu deyən M.Paşayan silahın kimə qarşı istifadə etmək üçün verilməsi barədə suala “Azərbaycan Ordusuna qarşı...” cavabını verib.
M.Paşayan 2023-cü il may ayından sentyabr ayına qədər Xocalı rayonunun Aşağı Yemişcan kəndində yaradılmış silahlı birləşmədə olub.
Təqsirləndirilən şəxs qondarma rejimin “igidliyə görə” medalı ilə təltif olunduğunu bildirib.
Digər ərazilərlə yanaşı, Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində də döyüş postlarında durduğunu təsdiqləyən təqsirləndirilən şəxs dövlət ittihamçısının sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib.
M.Paşayana döyüş postlarının ətrafına mühəndis-istehkamçılar tərəfindən minalar basdırıldığını da deyib.
O, həm Birinci, həm İkinci Qarabağ müharibələri zamanı, həm də sonrakı müddətdə hərbi xidmətinə görə maaş aldığını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Davit Allahverdiyan dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırıb. O, “Xankəndi universiteti”ndə təhsil aldığını, 2006-2008-ci illərdə Əsgərandakı hərbi hissədə hərbi xidmətdə olduğunu, Ağdamda döyüş növbətçiliyi həyata keçirdiyini bildirib və deyib: “Hərbi hissənin komandiri Artur Harutyunyan idi. Hərbi xidmətdə olarkən mənə snayper silahı təhkim edilmişdi”.
Onun sözlərinə görə, hərbi xidmətdən qayıdarkən ali təhsilini davam etdirib. Lakin həmin vaxt təhsil aldığı ali məktəb Ermənistan Aqrar Universitetinin “filialı”na çevrilibmiş.
Bundan sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran D.Allahverdiyan 2020-ci il sentyabrın 1-də Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma rejimin “Təhlükəsizlik şurası”nın “kənd təsərrüfatı sektorunun müdiri”, sonra isə rejimin “kənd təsərrüfatı nazirinin müşaviri” “vəzifələr”ində çalışdığını deyib.
44 günlük müharibə zamanı hərbi xidmətə çağırıldığını söyləyən təqsirləndirilən şəxs ona avtomat silah təhkim edildiyini bildirib. O, daha sonra 2023-cü ilin yanvar ayında qanunsuz silahlı birləşmənin tərkibinə qoşulub. Silahlı birləşmənin tərkibində olduğuna görə isə hərbi xidmət günlərinin sayına görə maaş alıb.
Kənd təsərrüfatı sahəsi üzrə “vəzifəli şəxs” olmuş D.Allahverdiyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində taxıl əkildiyini və məhsulun Ermənistana göndərildiyini etiraf edib.
Daha sonra təqsirləndirilən şəxs Levon Balayan dövlət ittihamçılarının suallarını cavablandırıb. L.Balayan 1978-ci ildə Bakı şəhərində anadan olduğunu, 44 günlük müharibədə Azərbaycana qarşı döyüşdüyünü bildirib.
Bu zaman təqsirləndirilən şəxs David Babayan suallara cavab verməsində Levon Balayana kömək etdiyinə görə hakim D.Babayana xəbərdarlıq edib.
L.Balayan müharibədən sonra aylıq maaş müqabilində qanunsuz hərbi birləşməyə qoşulduğunu, Ermənistan dramı ilə 400-500 ABŞ dolları ekvivalentində əməkhaqqı aldığını deyib.
Təqsirləndirilən şəxs Qurgen Stepanyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən Ermənistan Respublikasının vətəndaşı kimi 2006-cı ildə hərbi xidmətə çağırıldığını, hərbi xidmətini 2 il müddətində Azərbaycan Respublikasının həmin vaxt işğalda olan Füzuli rayonunda çəkdiyini bildirib.
“Ermənistanın Cermux şəhərində yaşayırdım. Məni hərbi xidmətə Ermənistan dövləti çağırmışdı”, - deyə o əlavə edib.
Q.Stepanyan xidmət etdiyi hərbi hissədə zabitlər arasında Ermənistan vətəndaşlarının sayca üstünlük təşkil etdiyini də deyib.
Sonrakı dövrdə “Xocavənd alayı”na qoşulduğunu deyən təqsirləndirilən şəxs xidməti müqabilində bank kartı vasitəsilə maaş aldığını etiraf edib.
Təqsirləndirilən şəxs Vasili Beqlaryan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman 2012-2013-cü illərdə Ağdərədə müddətli hərbi xidmətdə olduğunu, 2018-ci ilədək Xocavənd rayonunun Edilli kəndində, sonra isə 2022-ci ilədək Ermənistanın İrəvan şəhərində yaşadığını deyib.
Həmin ilin sentyabrında Xankəndiyə gələrək müddətli hərbi qulluqçu kimi xidmətə başladığını deyən təqsirləndirilən şəxs ayda 400 min Ermənistan dramı maaş aldığını söyləyib.
Təqsirləndirilən şəxs Erik Qazaryan Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavab olaraq 2021-ci ildə müddətdən artıq hərbi xidmət üçün Ermənistanın Qafan şəhərindən Azərbaycanın Xankəndi şəhərinə getdiyini deyib.
“Ermənistandan istənilən vətəndaş hərbi xidmət üçün müraciət edə bilərdi”, - deyən təqsirləndirilən şəxs bunun üçün yeganə şərtin qeydiyyat yerinin dəyişdirilməsi olduğunu bildirib və əlavə edib: “Bir aya yaxın müddətdə Qafan qeydiyyatından çıxıb Ağdərə qeydiyyatına düşdüm”.
O, müddətdən artıq hərbi xidmətə görə ayda 400 min drama yaxın (təxminən 800 ABŞ dolları) maaş aldığını deyib.
Təqsirləndirilən şəxs Azərbaycan hərbçiləri tərəfindən saxlanılarkən üzərində avtomat silahı olduğunu da bildirib.
Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.














10-04-2025, 21:13
Vətəndaşın bank kartından böyük məbləğ oğurlandı - 15 580 manat


Vətəndaşın bank kartından böyük məbləğ oğurlandı - 15 580 manat

Hakerlər Azərbaycanda daha bir nəfərin bank kartından külli miqdarda pul oğurlayıblar.
Hadisə barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib:
“Bu gün Tərtər sakinini də eyni üsulla - “bank kartınıza müdaxilə var, hesabınızda olan vəsaitin qorunması üçün tələb olunan qaydalara uyğun göndərilən kodu təsdiqləyin, zəhmət olmasa…” deyə aldadıblar. Gürcüstan nömrəsi ilə danışıq aparan naməlum şəxsin bütün dediklərini həyata keçirən zərərçəkmiş heç bir etiraz etmədən 15 580 manat pulun onlayn oğurlanmasına “köməyini” əsirgəməyib. Bir daha hər kəsdən xahiş edirik, tövsiyə edirik, bank, hansısa başqa təşkilat, mobil telefon operatorları adından - fərqi yoxdur, kim olursa olsun, sizdən göndərilən kodu təsdiqləməyi, əlavə başqa məlumatları istəyirsə, verməyin, bloklayın, əmin olun ki, yalandır”.
E.Hacıyev vətəndaşlara bir daha xəbərdarlıq edib:
“Cinayətkarlar dayanmır, ölkə vətəndaşlarının kütləvi olaraq nömrələrinə zənglər edilir, danışıq aparıb kartda pul olduğuna əmin olduqdan sonra oğurluqlar edirlər. Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin - danışmayın, yazışmayın, bloklayın!”.
10-04-2025, 20:33
Bayramovla Mirzoyan eyni paneldə


Bayramovla Mirzoyan eyni paneldə

Antalya Diplomatik Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcək.
Tədbir aprelin 12-də baş tutacaq.
Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak edəcəklər.
İştirakçıların Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcəkləri, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəkləri gözlənilir.
Bundan başqa, qlobal qeyri-sabitlik şəraitində regionun davamlı və inklüziv inkişafı məsələlərinə Xüsusi diqqətin yönəldiləcəyi planlaşdırılır.
10-04-2025, 19:57
İmaməddin Əhlimanov istintaqa çağırıldı


İmaməddin Əhlimanov istintaqa çağırıldı

Baş Prokurorluq xaricdə yaşayan bloger İmaməddin Əhlimanovu istintaqa dəvət edib.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Məlumatda deyilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Əlimanov İmaməddin İntiqam oğluna barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən şəxs, 06.10.1985-ci il təvəllüdlü Əlimanov İmaməddin İntiqam oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
İmaməddin Əlimanov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 05 may 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
İmaməddin Əlimanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 27 may 2021-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda “youtube”” sosial media hesabında “Xalq tv” adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs İmaməddin Əlimanova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
10-04-2025, 18:50
"Son zəng"lə bağlı RƏSMİ AÇIQLAMA


"Son zəng"lə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə məktəblərə “Son zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərildiyi haqda xəbərlər yayılıb. Məlumata görə, təlimatda qeyd olunub ki, bu il keçiriləcək "Son zəng" tədbirində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli formasında olmalı, səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməli, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər.
Məsələ ilə əlaqədar Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!