Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
11-11-2025, 15:44
Ermənistan anklavları Azərbaycana təhvil verir?


Ermənistan anklavları Azərbaycana təhvil verir?

Ermənistan və Azərbaycan arasında mümkün “ərazi mübadiləsi” yalnız referendumdan sonra həyata keçirilə bilər.
Bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Sarkis Xandanyan jurnalistlərə açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, hazırda “anklavlar məsələsi” gündəmdədir, lakin bu məsələ sərhədlərin müəyyənləşdirilməsi (delimitasiya) çərçivəsində həll olunmalıdır.
“Delimitasiya və demarkasiya işləri başa çatdıqdan sonra, Ermənistan və Azərbaycan anklavlar mövzusunda hansı qərarı qəbul edəcəklərinə baxacaqlar”, – deyə Xandanian qeyd edib.
O, həmçinin bildirib ki, delimitasiya prosesi çoxmərhələlidir və bir neçə mərhələdən ibarətdir. Bura sərhədin müəyyənləşdirilməsi, müvafiq protokolların təsdiqlənməsi, dövlət sərhədi haqqında müqavilənin imzalanması və ratifikasiyası, həmçinin sərhəd xətti boyunca texniki işlərin aparılması daxildir.
Xandanyan vurğulayıb ki, bütün proseslər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanır.
11-11-2025, 15:33
Abşeron kanalında balıqlar tələf oldu


Abşeron kanalında balıqlar tələf oldu

Abşeron suvarma kanalının Maştağadan keçən hissəsində xeyli balığın tələf olduğu bildirilir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Balıqların hansı səbəbdən tələf olduğu məlum deyil.
11-11-2025, 15:31
Suraxanıda bina yandı - ÖLƏN VAR


Suraxanıda bina yandı - ÖLƏN VAR

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
11-11-2025, 14:50
Qarsdan Naxçıvana dəmir yolu tikilir - FOTO


Qarsdan Naxçıvana dəmir yolu tikilir - FOTO FOTO

Türkiyənin şərqində Orta Dəhlizin mühüm halqasına çevriləcək Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin (Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir) fəal şəkildə həyata keçirilməsi davam etdirilir.
Hazırda layihə üçün bölgədə iki böyük tikinti sahəsi yaradılır: İğdır vilayətinin Suveren rayonunda və Qarsdakı Diqorda. Bundan başqa, daha dörd kiçik ölçüdə tikinti sahəsinin də işə salınması planlaşdırılır.
Yolun salınması üçün relslər Qars vilayətinə daşınır, burada böyük texniki baza yaradılıb. Ümumilikdə, hər biri 36 metr uzunluğunda ən azı 60 min ton relsin Türkiyənin şərqinə çatdırılması planlaşdırılır.
Qars ilə Naxçıvan arasında çəkiləcək dəmir yollarının ümumi uzunluğu 1 milyon metrə çatacaq.
Bu günə qədər layihədə iştirak edən işçi və mühəndislərin sayı 500-ə çatıb, tikintinin pik nöqtəsində isə bu rəqəm 1500 təşkil edəcək.
Yeni dəmir yolu marşrutunda ümumi uzunluğu 11,5 km olan beş tunel qazılacaq, 50 metr hündürlüyündə bir neçə viaduk tikiləcək, eləcə də 20-dən çox yerüstü keçid inşa ediləcək.
Layihə üçün xüsusi olaraq beton zavodu işə salınacaq, xammal Türkiyənin özündən tədarük ediləcək.
Bütövlükdə, Qarsdan Naxçıvan sərhədinə qədər yol boyunca bir neçə dəmir yolu stansiyası açılacaq: Diqora, Tuzluc, İğdır, Aralık və Dilucu.
Dəmir yolu elektrikləşdiriləcək, bunun üçün marşrut boyunca altı böyük transformator yerləşdiriləcək.
Qarsa gedən qatarların sürəti saatda 160 km-ə qədər çatacaq.
Araz çayı üzərindəki dəmir yolu körpüsünün “Kalyon” və “Cengiz inşaat” şirkətlərinin birgə səyləri ilə inşa edilməsi planlaşdırılır.
Dəmir yolunun 2029-cu ilin sonlarında istismara verilməsi planlaşdırılır.
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, yeni dəmir yolu ildə 5,5 milyon sərnişin və 15 milyon ton yükün daşınmasına imkan verəcək.
Nəqliyyat Nazirliyi həmçinin Qarsdan muxtar respublikaya dəmir yolunun əhəmiyyətini vurğulayıb, onun Zəngəzur dəhlizinin açılışından sonra daha da artacağı gözlənilir.
Türkiyə Maliyyə Nazirliyi bundan əvvəl bu vacib infrastruktur layihəsinin həyata keçirilməsi üçün 2,4 milyard avro xarici kreditin ayrılmasını razılaşdırıb.




11-11-2025, 14:45
Naxçıvanda məşhur muzeyin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA


Naxçıvanda məşhur muzeyin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Naxçıvanda Duz Muzeyi ləğv edilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən bildirilib ki, muzeyin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və orada yaradılacaq guşədə nümayiş etdiriləcək: "Naxçıvan Dövlət Tarix Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, yeraltı və yerüstü sərvətlərinin nümayiş edildiyi, həmçinin daha çox yerli və əcnəbi ziyarətçilərin gəldiyi muzeydir. Bu səbəbdən ləğv edilmiş Naxçıvan Duz Muzeyinin fondunda olan eksponatların muzeyin fonduna verilməsi qərara alınıb".
Qeyd olunub ki, Duz Muzeyi Muxtar Respublika Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. Muzeyin əvvəllər Duzdağ otelində ayrılmış bir ekspozisiya zalı və iki xidmət otağı olub, burada gələn qonaqlara xidmət göstərilib. 2023-cü ildə Duzdağ otelinin balanssaxlayıcısı dəyişdiyindən muzey oradan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə köçürülüb.
Muzeydə olan 138 ədəd eksponatın böyük hissəsi duz materialından hazırlanıb.
11-11-2025, 13:33
İşdən icazə almaq asanlaşdı - YENİLİK


İşdən icazə almaq asanlaşdı - YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsində işdən qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı da yaradılıb.
Yeni funksionallıq işəgötürənlər üçün prosesi sadələşdirərək onun idarə olunması imkanlarını genişləndirib.
Belə ki, işəgötürənlər icazə limitlərinin təyin edilməsi zamanı “Xidməti icazə işçilərin saat limitindən hesablansın?” bölməsində “Bəli” və ya “Xeyr” seçimləri vasitəsilə bu funksionallığı aktiv və ya deaktiv edə bilirlər.
Xidmət aktiv olduqda, bu müddət “Xidməti” icazə kimi qeydə alınır və işçinin ümumi icazə saatlarına daxil edilmir.
Yeni imkan işçi və işəgötürənlər arasında rəsmi yazışmaların daha çevik və şəffaf şəkildə aparılmasına, həmçinin daxili əmək proseslərinin rəqəmsal şəkildə daha səmərəli idarə olunmasına şərait yaradır.
11-11-2025, 12:51
Tətildən sonrakı ilk iş gününün havası


Tətildən sonrakı ilk iş gününün havası

Azərbaycanın rayonlarında noyabrın 12-də 21 dərəcə isti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti olacaq.
11-11-2025, 11:54
Sosial şəbəkədə pul tələsi - Polisdən çağırış


Sosial şəbəkədə pul tələsi - Polisdən çağırış

Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.
Bu haqda Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.
Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, “pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və banka məlumat verin.
11-11-2025, 11:42
Şirniyyat içərisində dərman gizlətdilər - Gömrükdə əməliyyat


Şirniyyat içərisində dərman gizlətdilər - Gömrükdə əməliyyat

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Belə ki, İstanbul–Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus əşyalar Gəncə Beynəlxalq Aeroportunun gəliş zalında rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.
Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, eləcə də şifahi, elektron və ya yazılı formada bəyan olunmayan, üstü şirniyyat ilə örtülmüş qutularda xüsusi üsulla gizlədilən, hər biri 10 həb olmaqla, ümumilikdə 645 konvolyut “Lioresal” markalı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
11-11-2025, 10:43
Qarabağda 749 dövlət qeydiyyatında olan abidə var - RƏSMİ


Qarabağda 749 dövlət qeydiyyatında olan abidə var - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə 705 (44 abidə də 2025-ci ildə əlavə olunub. Ümumi 749) dövlət qeydiyyatında olan abidə yerləşir.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən 550 abidənin, eləcə də 402 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırması həyata keçirilib.
“Dövlət mühafizəsində olan 749 abidədən 155 abidədə inventarlaşdırılma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərinin aparılmasında çətinlik törədir. Qeyd edək ki, 2025-ci ilin sentyabr-oktyabr aylarında inventarlaşırma işləri davam etdirilib. Yaxın günlərdə onun da nəticələrini elan edəcəyik”,-məlumatda deyilir.
Nazirlikdən verilən məlumata görə, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılmış, 114 abidə müxtəlif həcmdə və miqyasda dağıntıya məruz qalmış, digərlərinə isə müxtəlif dərəcədə ziyan dəyib.
Dövlət Xidməti tərəfindən 434 abidəyə dəyən maddi zərərin məbləği hesablanmış, ümumilikdə dəymiş zərər 700 milyon 154 min manat təşkil edir.
Həmçinin, işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına əlavə edilib.
Ötən il Ağdam rayonunda yerləşən Pənahəli xanın İmarət Kompleksində bərpa işləri tamamlanmış, dövlət başçısının iştirakı ilə açılışı olub.
Eyni zamanda Əsgəran qalsında bərpa işlərin aparılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Əsgəran qala-kompleksinin layihəsi ölkə rəhbərliyinə təqdim olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!