Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                        Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!” .....                        Rəqs eliyən həkim yenidən işə başlayıb? .....                        Rusiya iki dəfə NATO üzvü olmaq istəyib .....                        Növbəti sammit Ermənistanda keçiriləcək .....                        Konstitusiya məhkəməsindən vacib qərar .....                        Ukrayna 185 hərbçini Rusiyaya verdi .....                        Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı .....                       
21-02-2025, 13:10
Azərbaycanda yeni Agentlik yaradıldı


Azərbaycanda yeni Agentlik yaradıldı

Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
21-02-2025, 13:02
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək


Bu gün avtobuslar saat 21:30-dək işləyəcək

Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatda deyilir ki, sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almaları xahiş edilir: "Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buzdan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilib. Sürət həddi hava şəraiti nəzərə alınaraq tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər”.
Agentlik hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edir.
21-02-2025, 12:50
Azərbaycanda bu universitetdə dərslər onlayn keçiriləcək


Azərbaycanda bu universitetdə dərslər onlayn keçiriləcək

Sosial şəbəkələrdə ADA Universitetində dərslərin dayandırılması ilə bağlı iddialar yayılıb.
Universitetdən bildirilib ki, ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə əlaqədar əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.
Qeyd edilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.
21-02-2025, 12:35
Xankəndidəki Zəfər parkı 12.9 hektar ərazidə salınacaq


Xankəndidəki Zəfər parkı 12.9 hektar ərazidə salınacaq

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzi olaraq Xankəndi şəhərində Zəfər parkı yaradılacaq.
Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AzərTac-a bildirib ki, Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.
Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görülür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.
21-02-2025, 12:26
Müharibədə daha bir azərbaycanlı həlak oldu


Müharibədə daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Goranboy rayon Səfikurd kənd sakini 1983-cü il təvəllüdlü Qurbanov Arzuman Qurban oğlu döyüşlərdə Rusiya ordusu sıralarında iştirak edib.
Bildirilir ki, xeyli müddət Rusiyanın Varonej şəhərində yaşamış Arzuman bir müddətdir itkin kimi axtarılırmış.
Daha sonra onun naməlum şəxs kimi xristian qəbiristanlığında dəfn edildiyi məlum olub.
21-02-2025, 12:23
Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO


Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.
Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

21-02-2025, 12:16
Qarlı hava sabah da davam edəcək


Qarlı hava sabah da davam edəcək

Fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeoroloji Xidmətdən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 5-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.
21-02-2025, 00:28
Astarada faciə: iki azyaşlı yanaraq öldü


Astarada faciə: iki azyaşlı yanaraq öldü

Astara rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.
Hadisə rayonun Kijəbə qəsəbə ərazisində baş verib.
Belə ki, fərdi yaşayış evində baş verən yanğın zamanı iki azyaşlı ölüb.
Meyitlər daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
20-02-2025, 23:46
Hazırda qar yağan rayonlar


Hazırda qar yağan rayonlar

Fevralın 20-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər bölgələrində- Naxçıvan, Şərur, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ceyrançöl, Tovuz, Ağstafa, Tərtər, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Şahdağ, Beyləqan, İmişli, Kürdəmir, Zərdab, Neftçala, Sabirabad, Biləsuvar, Cəlilabad, Ağsu, Yevlax, Mingəçevir, Yardımlı, Lerik, Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar müşahidə olunur.
Şəmkir, Bərdə, Lənkəran, Astarada isə yağış yağır.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 2, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti qeydə alınıb.
20-02-2025, 22:24
Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi


Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mövcud hava şəraiti ilə əlaqədar paytaxtın Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb
Qeyd edilib ki, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!