Azərbaycanı gələn il nə gözləyir? .....                        Trampın adamları Putinlə görüşdülər .....                        Qəzzada daha bir jurnalist həlak oldu .....                        Keçmiş rejissor müharibədə həlak oldu .....                        Qız Qalasındakı qırmızı işığın səbəbi açıqlandı .....                        İmran Xandan xəbər yoxdur .....                        Bakıda daha bir avtobusda gedişhaqqı 60 qəpik oldu .....                        Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR .....                        “Fənərbağça” - “Qalatasaray” oyununda qalib olmadı .....                       
Tarix : 19-08-2025, 17:13
Universitetlərin illik təhsil haqları niyə bahalaşıb? - Nazirlikdən CAVAB


Universitetlərin illik təhsil haqları niyə bahalaşıb? - Nazirlikdən CAVAB

Azərbaycanda bır sıra ali təhsil müəssisələrində illik təhsil haqları artırılıb. Qiymət artımı universitetə görə dəyişir, bəzilərində 100-800 arasında, bəzilərində 1500 manat artım var.
Sosial şəbəkələrdə qiymət artımı müzakirələrə səbəb olub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.
Əlavə olaraq qeyd edilib ki, hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur:
"Məlumat üçün bildiririk ki, ötən il Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin (dövlət büdcəsi tərəfindən təhsil müəssisələrinə ödənilən) miqdarı orta hesabla 25 % artırılmışdır".
Nazirlikdən verilən məlumata görə, ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği isə tabeliyində ali təhsil müəssisəsi olan nazirlik, komitə və təşkilatların təklifləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilir.
"Həmçinin diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi həmin tarixdən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılmışdır", - qurumdan əlavə edilib.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!