Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                        "ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ .....                        Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək .....                       
26-03-2025, 14:03
Xankəndiyə turist axını var

Xankəndiyə turist axını var-FOTO
Bayram tətilini fürsət bilən sakinlər, işğaldan azad edilmiş bir çox rayonlarımızla bərabər Xankəndi şəhərinə də səfərlər edirlər. Həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir.
Bu il Xankəndidə Novruz bayramı münasibətilə tonqallar yandırılıb, bayram konserti keçirilib. Bu da Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artımla müşahidə edilir. Xüsusilə bura Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaq gəlir. Qonaqlar Xankəndi şəhərinin gəzməli-görməli yerləri ilə də tanış olurlar.







26-03-2025, 13:01
Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO


Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, “Heydər Əliyev adına təqaüd”ün mükafatçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə ABŞ-da keçirilən "Golden Classical Music Awards” müsabiqəsində 1-ci yerə layiq görülüb.
O, müsabiqənin dünyaca məşhur Karnegie zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.
K.Məmmədzadə vətənpərvərlik prizmasından yanaşaraq solo violino üçün M.Həşimovun və A.Əliyevin “Rast” improvizasiyalarını ifa edib.
Muğam-lad intonasiyası əsasında yazılan bu əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.
Müqsabiqə çərçivəsində Kənan Məmmədzadənin müəllimi tanınmış pedaqoq, professor Hökumə Əliyeva da mükafatlandırılıb.

26-03-2025, 12:46
Atatürk prospekti bağlandı


Atatürk prospekti bağlandı

Atatürk prospektində yolda məhdudiyyət tətbiq edilib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunun Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
"Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir", - məlumatda vurğulanıb.

26-03-2025, 12:41
Sabah 20 dərəcə isti olacaq


Sabah 20 dərəcə isti olacaq

Ölkə ərazisində sabah 15-20 dərəcə isti müşahidə olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
26-03-2025, 11:59
Ağcabədidə 13 yaşında ana olan qız ailəsinə təhvil verildi


Ağcabədidə 13 yaşında ana olan qız ailəsinə təhvil verildi

"Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb".
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, qız öz valideynlərinin himayəsinə təhvil verilib.
Xatırladaq ki, 13 yaşlı qızın 23 yaşlı oğlandan hamilə olması ilə bağlı xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış. Nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.
Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.
Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
25-03-2025, 21:14
Xankəndidə iftar çadırları qurulub

Xankəndidə iftar çadırları qurulub- FOTO

Xankəndidə "Nargis" Fondu tərəfindən iftar çadırları qurulub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ramazan günləri ilə əlaqədar olaraq martın 25-dən 27-dək təşkil olunan iftar süfrəsində bölgə sakinləri və ziyarətçilər müxtəlif təamlardan dadıblar.3 gün ərzində hər gün qonaqlara yüksək keyfiyyətli iftar menyusu təqdim edilir.

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olacaq. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilir.

Xankəndi şəhərində "İftar çadırları" layihəsi "Port Baku" , "Unibank", "Kolin",
"Coca-Cola" şirkətlərinin sponsorluğu ilə gerçəkləşib. Təşkilati dəstəyi isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi verib.

Qeyd edək ki, "Nargis" Fondu tərəfindən "İftar çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.


25-03-2025, 21:13
Xırdalanda restoranda yanğın - VİDEO


Xırdalanda restoranda yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onüçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.
Restoran yanğından mühafizə olunub.


25-03-2025, 20:54
Bu avtobusun hərəkət sxemi dəyişir


Bu avtobusun hərəkət sxemi dəyişir

Martın 26-da paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq. Bu barədə AYNA-dan bildirilib.
Məhdudiyyətlə əlaqədar 32 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq Əlişir Nəvai küçəsi ilə təşkil ediləcək.
25-03-2025, 20:19
Ramazanın 26-cı günü - İmsak və iftar vaxtları


Ramazanın 26-cı günü - İmsak və iftar vaxtları

Sabah - martın 26-da Ramazan ayının 26-cı günüdür.
Sabah imsak vaxtı saat 05:07, iftar isə 19:13-dədir.

İmsak duası:

“Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
25-03-2025, 19:05
Balıqçının meyiti sabah Azərbaycana veriləcək


Balıqçının meyiti sabah Azərbaycana veriləcək

Lənkəranda itkin düşən balıqçı, rayonun Siyavar kənd sakini Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması və sosial şəbəkələrdə fotosunun paylaşılması barədə məlumat vermişdik.
Mərhumun qardaşı meyiti ölkəyə gətirmək üçün artıq İran tərəfdədir.
Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.
Aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb:
“Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır”.
Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!