Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                        "ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ .....                        Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək .....                       
22-03-2025, 15:28
Azərbaycan türkləri Urmiyada etiraza qalxdılar


Azərbaycan türkləri Urmiyada etiraza qalxdılar

Güney Azərbaycanın Urmiya şəhərində etiraz aksiyaları geniş vüsət alıb.
Şəhərin türkdilli əhalisi – Azərbaycan türkləri Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə açıq şəkildə etirazlarını bildiriblər.
Onlar türk düşmənlərinə, Qərbin və İran rejiminin dəstəklədiyi terror təşkilatlarına və havadarlarına küçələrə çıxmqala etiraz ediblər.
Aksiya iştirakçıları "Azərbaycan var olsun, istəməyən kor olsun!", “Urmu Kürdüstan olmaz, bu torpaqdan pay olmaz!” şüarları səsləndiriblər.
Qeyd edək ki, İran hökuməti Urmiyada əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə Novruz bayramı ilə bağlı tədbirlər keçirməyə icazə vermədiyi halda, kürdlərə belə qadağa tətbiq etməyib. Kürdlər də öz tədbirlərində Azərbaycan ərazilərinə iddalarını səsləndirib, Urmiyanın "kürdistan" olduğunu bildirərək öz bayraqlarını qaldırıblar.
Nəticədə Urmiyanın türkdilli əhalisi ayağa qalxmağa məcbur olub.
22-03-2025, 14:26
Yol lövhələrindən çıxarılan "Nardaran" adı geri qaytarıldı - FOTO


Yol lövhələrindən çıxarılan "Nardaran" adı geri qaytarıldı - FOTO

Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək yerinə “Sea Breeze” yazılması cəmiyyətdə müzakirələrə səbəb olmuşdu. Belə ki, həmin istiqamətlərdə yol nişanlarına yalnız qəsəbə adları qeyd olunsa da, “Sea Breeze” istisna təşkil edirdi.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə aydınlıq gətirərək bildirmişdi ki, məlumat lövhələrinin əsas funksiyası sürücülərə istiqamət vermək və hərəkəti tənzimləmək olduğundan əsas cəlbetmə məntəqələrini və hərəkət istiqamətlərini göstərmək proritet hesab edilir:
“Lövhələrdə cəlbetmə məntəqəsi olan “Sea Breeze” yaşayış və turizm kompleksi də göstərilib. Bu, həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır. Dünyada da oxşar nümunələr mövcuddur. “Sea Breeze” ifadəsi bir ərazi adı olduğu üçün tərcümə edilməyib və lövhələrdə orijinal formada qeyd edilib. Bu cür adlar çox vaxt məkanın orijinal adını qorumaq və tanınmağını təmin etmək məqsədilə tərcümə edilmir”.
Nardaran adının silinməsinə isə AYNA-nın cavabı olaraq qeyd edilmişdi ki, həmin istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər ərazi vahidləri mövcuddur və bu adların hamısının eyni anda məlumat lövhələrində göstərilməsi mümkün olmayıb.
Hava limanı şosesində yerləşən həmin yol göstəriciləri yenidən dəyişdirilib.
Lövhələrin üzərində Nardaran qəsəbəsinin adı bərpa olunub.


Əvvəl


Sonra
22-03-2025, 14:05
Əfsanəvi boksçu öldü


Əfsanəvi boksçu öldü

Əfsanəvi boksçu, amerikalı Corc Forman vəfat edib. 76 yaşlı idmançının hələlik ölüm səbəbi açıqlanmayıb.
C. Forman 1968-ci ildə Meksikada keçirilən Olimpiya Oyunlarının qalibi olub. O, 45 yaşında ağır çəkidə çempion titulunu qazanan ən yaşlı boksçu kimi tarixə düşüb.
Corc Forman dünya boks tarixinin ən böyük döyüşlərindən birinin iştirakçısıdır.
Forman ağır çəkidə ikiqat dünya çempionu və 1968-ci il Yay Olimpiya Oyunlarının qalibidir. 1974-cü ildə Forman boks tarixinin ən böyük döyüşlərindən biri hesab edilən Məhəmməd Əli ilə döyüşmüşdü. Kinşasada baş tutan döyüş “Cəngəllikdəki gurultu” adlandırılıb. Döyüş səkkizinci raundda Əlinin qələbəsi ilə başa çatıb.
21-03-2025, 21:17
Hosteldən meyit tapıldı


Hosteldən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfərin hosteldə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
21-03-2025, 19:34
Ana 14 aylıq körpəsindən imtina edib?


Ana 14 aylıq körpəsindən imtina edib?

Tovuzda uzun müddət evdə tək qalan körpə aşkarlanıb.
Hadisə Göygöl rayon sakini 39 yaşlı Aygün Qədimovanın kirayə qaldığı mənzildə qeydə alınıb.
“Mən işləmirəm, evdə oluram. Ayın 17-si saat 11-dən sonra evdən çıxmışam. Axşam saatlarında zəng gəldi ki, xəstəxanadadır. Şəklini çəkib atmışdılar. Uşağı yedirdib-içirib elə çıxmışam evdən. Ev sahibi evdə olub. İddiaları qəbul etmirəm, 4 gün deyil. Kim nə deyirsə, yalan söhbətdir. Yoldaşımla rəsmi nikahım yoxdur. Başqa nikahdan iki qızım var, bu, oğlandır. Qızlarım Göygöldə bibimgilin yanındadır”, - Aygün Qədimova deyib.
Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımov isə bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayon ərazisindəki mənzillərdən birində azyaşlı uşağın uzun müddət valideyn nəzarətindən kənarda və qapalı qapı arxasında qalması barədə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları həmin ünvanı müəyyənləşdirib və baxış keçirib. Bu zaman 1 yaş 2 aylıq körpənin gün ərzində uzun müddət valideyn nəzarətindən kənarda qalması müəyyən olunub. Polis əməkdaşları həmin körpəni dərhal ixtisaslaşmış xəstəxanaya aparıb. Müayinə zamanı onun hər hansı həyati təhlükəsinin olmadığı müəyyən edilib. Uşağın anası müəyyən olunub. Hazırda araşdırmalar davam etdirilir”.
21-03-2025, 18:30
Gəncədə qaz balonu partladı - yaralı var


Gəncədə qaz balonu partladı - yaralı var

Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.
Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A.Ələkbərovdur.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
21-03-2025, 17:56
Qar uçqununa düşən hərbçilərimizin nəşi tapıldı


Qar uçqununa düşən hərbçilərimizin nəşi tapıldı

Azərbaycan Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi qar uçqununa düşən hərbçilərimizlə bağlı birgə məlumat yayıb. Birgə məlumatda deyilir:
"Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşi aşkar edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!".
Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdi.
21-03-2025, 16:20
Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı - Rəsmi protokol genişlənəcək?


Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı - Rəsmi protokol genişlənəcək?

Son dövrlər ölkəmizə səfər edən dövlət başçılarının ziyarət etdiyi abidələr sırasına daha biri əlavə edilib. Belə ki, xarici dövlət və hökumət rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanı ilə yanaşı, indi həm də Zəfər parkını ziyarət edirlər. Bəs başqa hansı abidələr ziyarət üçün rəsmi protokola əlavə edilə bilər?
Mövzu ilə bağlı deputatlar Nəsib Məhəməliyev və Elman Məmmədov fikir bildiriblər.
Nəsib Məhəməliyevin sözlərinə görə, Zəfər parkının rəsmi protokola salınması müsbət haldır:
“Ölkəmizə gələn dövlət rəsmilərinin bu abidəni ziyarət etməsi Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi ilə tanışlıq deməkdir. Dövlət protokoluna əsasən, Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarı ziyarət olunduqdan sonra Şəhidlər xiyabanına gedilir. Son vaxtlar əlavə olaraq Zəfər parkı da dövlət protokoluna daxil edilib.
Əlavə olaraq hansısa abidənin bu proqrama daxil edilməsinin lazım olduğunu düşünmür və düzgün hesab etmirəm”.
Elman Məmmədov bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra müxtəlif kateqoriyalardan insanlar Qarabağa səfərlər edirlər:
“Şuşamıza, Xankəndimizə, Ağdamımıza və digər rayonlarımıza insanlar səfərlər edirlər. Cənab Prezident 1 il əvvəl Xocalıda Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kompleksin təməlini qoydu. Bu il isə həmin kompleksin tikilişi üçün 18.3 milyon manat pul ayrıldı. Həmin kompleks böyük ərazidə tikiləcək və içərisində həmin faciənin yad edilməsi üçün lazım olan hər şey yer alacaq. Xankəndidə də çox böyük bir ərazidə Zəfər parkı salınır. Belə bir abidə yəqin ki, Xocalıda da olacaq. Önümüzdəki 1 il ərzində bu abidələrin inşası başa çatdırılacaq. Azərbaycana səfər rəsmi nümayəndələr, turistlər həmin torpaqlara səfər edən zaman həmin kompkekslər onlara göstəriləcək”.
21-03-2025, 15:56
Paşinyan İctimai Televiziyaya müsahibə verdi


Paşinyan İctimai Televiziyaya müsahibə verdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibə verib.
Bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında bildirib.
Baş nazir regionda və dünyada baş verən hadisələr, Ermənistan-Azərbaycan münasibətləri və digər məsələlərdən danışıb.
Müsahibənin tezliklə yayımlanacağı gözlənilir.
21-03-2025, 14:37
Ərdoğan İlham Əliyevi təbrik etdi


Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:
"Cənab Prezident, Əziz Qardaşım.
Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünyada sülhlə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq. Ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.
Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!