Saakaşvilinin partiyasının sabiq sədri saxlanıldı .....                        Ukraynanın təyyarəsi qəzaya uğradı .....                        Trampın tələbi ilə Lukaşenko 52 məhbusu azad etdi .....                        Gürcüstanın sabiq müdafiə naziri tutuldu .....                        Sabah Hadruta ikk köç olacaq .....                        Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq .....                        Onlayn bilet satışı adı ilə dələduzluq edilir - FOTO .....                        Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü .....                        Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşdü .....                       
20-01-2025, 12:20
Bələdiyyə seçkilərində 23 partiya iştirak edir - MSK sədri


Bələdiyyə seçkilərində 23 partiya iştirak edir - MSK sədri

Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir
Bunu MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, siyasi partiyalar ilə aparılan sıx əməkdaşlıq, qurulan əlaqələr 2020-ci ildəki qələbədən sonra müxtəlif partiyalar ilə hakimiyyət dairəsi arasında olan münasibətlərdə özünü göstərib.
“Ötən bələdiyyə seçkilərinə siyasi partiyalar o qədər də ciddi yanaşmırdılar. Amma bu seçkilərdə 23 siyasi partiya iştirak edir”,-o deyib.
MSK sədri ki, 70 mindən artıq müşahidəçi qeydə alınıb və 1000 məntəqədə veb-kameralar fəaliyyət göstərəcək.
20-01-2025, 12:09
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTO


Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.










20-01-2025, 12:02
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi


Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə əlaqədar Azərbaycanın bütün ərazisində 1 dəqiqəlik sükut olub.
Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.
Bakı metrosunda 1 dəqiqəlik sükutla əlaqədar qatarların fit səsi eşidilib.
20-01-2025, 11:50
Plastik cərrahlarla bağlı problemlər araşdırılır - Baş prokuror


Plastik cərrahlarla bağlı problemlər araşdırılır - Baş prokuror

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məsələ ilə bağlı konkret faktlar var:
"Bu faktlarla bağlı cinayət işi açılıb, istintaq davam edir. Belə halların bir daha baş verməməsi üçün Baş Prokurorluq aidiyyəti qurumlarla bağlı qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır və gələcəkdə baş verməməsi ilə bağlı tədbirlər həyata keçirilir".
20-01-2025, 11:37
Kamran Əliyev təqsirləndirilən ermənilərin məhkəməsindən danışdı


Kamran Əliyev təqsirləndirilən ermənilərin məhkəməsindən danışdı

"Hərbi cinayətlərdə ittiham olunanların işi məhkəmədədir. Bununla bağlı şərh verməyim düzgün olmazdı".
Bunu Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Ölkə qanunlarına və beynəlxalq konvensiyalara uyğun olaraq məhkəmə prosesini izləməyi tövsiyə edirəm" - deyə Kamran Əliyev bildirib.
20-01-2025, 11:28
Türkiyə səfiri Şəhidlər xiyabanını ziyarət etdi


Türkiyə səfiri Şəhidlər xiyabanını ziyarət etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib.
O bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.
"20 Yanvar qırğını qardaş Azərbaycan xalqının müstəqillik məşəlini alovlandırdığı, böyük oyanışın, qələbəyə doğru mübarək yolun başladığı gündür! Müqəddəs şəhidlərimizin ruhu şad olsun.
Bayrağı bayraq edən qandır,
Torpaq, uğrunda ölən varsa, vətəndir", - paylaşımda qeyd olunub.

20-01-2025, 09:53
"ŞƏR ÜÇBUCAĞI"- İRAN, RUSİYA VƏ ERMƏNİSTANIN ANTİ-AZƏRBAYCAN SİYASƏTİ

Sadiq İSABƏYLİ

"ŞƏR ÜÇBUCAĞI"- İRAN, RUSİYA VƏ ERMƏNİSTANIN ANTİ-AZƏRBAYCAN SİYASƏTİ

Azərbaycan Cənubi Qafqazda iqtisadi və enerji potensialı ilə yanaşı siyasi və strateji üstünlüyü ilə diqqət mərkəzində olan bir dövlətdir. Regionda lider mövqeyini möhkəmləndirən ölkəmiz həm də beynəlxalq arenada artan təsir gücünə sahibdir. Bu reallıqla barışmaq istəməyən İran, Rusiya və Ermənistandan ibarət "Şər Üçbucağı" Azərbaycana qarşı tarixi, etnik, coğrafi, dini-ideoloji və hərbi yöndə düşmənçilik siyasətlərini dərinləşdirməyə çalışırlar, müxtəlif istiqamətlərdə Azərbaycanın inkişafına mane olmaq, onun suverenliyini və regional sabitliyini təhdid etmək məqsədilə sistemli siyasət həyata keçirirlər. Bu üç dövlət birlikdə və ayrı-ayrılıqda həyata keçirdikləri fəaliyyətləri ilə Azərbaycanın milli təhlükəsizliyi və suverenliyinə ciddi risklər yaratmağa cəhd edirlər. İran, Rusiya və Ermənistanın siyasi, iqtisadi və hərbi sahələrdə Azərbaycana qarşı destruktiv yanaşmaları, təxribatçı qruplarla rəsmi əlaqələri və onlara verdikləri siyasi, iqtisadi, hərbi təlim və media dəstəyi regionun sabitliyini pozmaq məqsədi güdür.

Bu çərçivədə, son günlərdə Rusiyada fəaliyyət göstərən, Ermənistandakı müxtəlif strukturlarla sıx əlaqədə olan və özünü “Talış dirçəlişi” təşkilatının rəhbəri kimi təqdim edən İsmayıl Şabanovun İrana səfəri “Şər Üçbucağı”nın anti-Azərbaycan siyasətinin bir parçası kimi diqqət çəkir. İ.Şabanovun rəhbərlik etdiyi qrupun İrana səfəri, İranın Xarici İşlər nazirinin müavini Həsən Kazemi Qumi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalları ilə rəsmi görüşləri Azərbaycan və Türkiyəyə qarşı təxribatçı fəaliyyətlərə siyasi və hərbi təlimat dəstəyi üçün planlaşdırıldığını göstərir. Görüş zamanı müzakirə olunan mövzular arasında Türkiyə-Azərbaycan münasibətlərinin güclənməsindən narahatlıq və bu əlaqələri zəiflətməyə yönəlik təxribat planları yer alıb.

İ. Şabanovun İran rəsmiləri ilə bu görüşü Azərbaycan və Türkiyədə məqsədyönlü təxribatların təşkil olunacağı ehtimalını artırır. Çünki, SEPAH İranın xarici siyasəti və hərbi-ideoloji xəttinin müəyyənləşdirilməsində əsas rol oynayan qurumdur. Şabanov və təşkilatının SEPAH generalları ilə görüşü SEPAH tərəfindən onlara maliyyə, hərbi təlim və texniki dəstək verməsi anlamındadır. Bu isə onların təxribatçı fəaliyyətlərinin terror müstəvisinə keçməsi, Azərbaycan və Türkiyə daxilində sabitliyi pozmağa yönləndirilməsi deməkdir.
“Şər Üçbucağı”nın indiki mərhələdəki fəaliyyətləri yeni olsa da, onların Azərbaycana qarşı tarixi düşmənçiliyinin kökləri dərinlərdədir. Rusiya və İranın Ermənistanla birlikdə 1988-ci ildən başlayaraq Azərbaycana qarşı dəstək verdikləri etnik təmizləmə siyasəti, 1990-cı ilin 20 Yanvar hadisələri və Xocalı soyqırımı zamanı göstərdikləri açıq və gizli dəstəklər bu düşmənçiliyin nə qədər dərin olduğunu nümayiş etdirir. 30 ilə yaxın müddətdə Qarabağ və ətraf rayonların işğalı da bu üçlüyün birbaşa iştirakı və yardımı ilə mümkün olmuşdur.

Hesab edirik ki, İran, Rusiya və Ermənistanın Azərbaycana qarşı həyata keçirdikləri təxribatçı siyasətlər və destruktiv fəaliyyətlərə qarşı qətiyyətli mövqe tutmaq Azərbaycanın milli təhlükəsizliyi və suverenliyi üçün həyati əhəmiyyət daşıyır. İnanırıq ki, ən böyük təminatımız olan milli birlik və strateji üstünlüyümüzə dayanaraq, Azərbaycan dövləti milli, regional və beynəlxalq səviyyələrdə güclü, sistemli və kompleks tədbirlər həyata keçirməklə düşmən qüvvələrin planlarını iflasa uğradacaq.

Sadiq İSABƏYLİ,
SAVALAN ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏDRİ
Finlandiya
19.1.2025



19-01-2025, 17:47
Astarada qəza - Əkiz bacılar yaralandı


Astarada qəza - Əkiz bacılar yaralandı

Astarada yol nəqliyyat hadisəsi baş verib.
Hadisə köhnə Ələt-Astara magistralında, Astara rayonunun Telman kəndi ərazisində qeydə alınıb.
"Hyundai" markalı nəqliyyat vasitəsi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində əkiz bacılar - Astara rayon sakinləri 2006-cı il təvəllüdlü Zəhra və Fatimə Zamiq qızı Bayramovalar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və vəziyyətlərinə uyğun olaraq müalicələri müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
19-01-2025, 17:28
Magistratura üzrə sınaq imtahanı keçirilib


Magistratura üzrə sınaq imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirilib.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunub. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 794 nəfər qeydiyyatdan keçib.
İmtahanda ümumilikdə 723 nəfər iştirak edib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqdan sonra kompüterdə həm nəticələri, həm də hər bir tapşırığın izahlı həlli ilə tanış ola biliblər. Yanvarın 21-də – gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlar üzrə iştirakçıların nəticələri DİM-in saytına da yerləşdiriləcək.
Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 2 həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, imtahan başa çatandan sonra iştirakçılar üçün məlumat sessiyası təşkil olunub. Burada müraciət edən şəxslərə magistraturaya qəbul imtahanları, qəbul qaydaları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat verilib və DİM-in məsul işçiləri tərəfindən bakalavrların verdikləri suallar cavablandırılıb. Həmçinin fənlər üzrə ekspertlər iştirakçıları maraqlandıran bəzi test tapşırıqlarının izahını təqdim ediblər və lazımi məsləhətlər veriblər.
19-01-2025, 16:50
Azərbaycan Premyer Liqasının dünya reytinqində yeri


Azərbaycan Premyer Liqasının dünya reytinqində yeri

Dünyanın ən güclü futbol liqalarının siyahısı müəyyənləşib.
Reytinq cədvəlini İFFHS açıqlayıb.
2024-cü il üçün tərtib olunan siyahıya planetin 100 ən yaxşı çempionatı daxil edilib. Azərbaycan Premyer Liqası da cədvəldə yer alıb.
Çempionatımızın əmsalı 434,25-ə bərabərdir. Premyer Liqamız dünyada 36-cıdır. Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 4 pillə irəliləyib.
Dünyanın ən güclü liqası isə İtaliya A seriyasıdır. Appenin liqası 1992 xala malikdir.
Siyahıda İspaniya La Liqası 2-cidir – 1885 xal. 1871 xala malik İngiltərə Premyer Liqası 3-cü sırada yer alıb.
Türkiyə Super Liqası 968 xalla 1 pillə irəliləyərək 11-cidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!