Saakaşvilinin partiyasının sabiq sədri saxlanıldı .....                        Ukraynanın təyyarəsi qəzaya uğradı .....                        Trampın tələbi ilə Lukaşenko 52 məhbusu azad etdi .....                        Gürcüstanın sabiq müdafiə naziri tutuldu .....                        Sabah Hadruta ikk köç olacaq .....                        Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq .....                        Onlayn bilet satışı adı ilə dələduzluq edilir - FOTO .....                        Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü .....                        Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşdü .....                       
18-01-2025, 13:50
Türkiyə Azərbaycanın Suriyadakı səfriliyinə dəstək verəcək


Türkiyə Azərbaycanın Suriyadakı səfriliyinə dəstək verəcək

Bakıya hər gəlişimiz sevinc qaynağıdır.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən mətbuat konfransında deyib.
“Yeri gəlmişkən 20 Yanvar şəhidlərinə Allahdan rəhmət diləyirik. Ən çətin yolları qardaşlarınızla yeriyə bilərsiniz. O baxımdan hər zaman Azərbaycanın yanında olduq. Qarbağağın uşğaldan azad edilməsində Azərbaycanın yanında olduq. Azərbaycan da həmişə Türkiyənin yanındadır. Azərbaycan və Türkiyə Avropa enerji təhlükəsizliyi baxımdan mühüm rol oynayır. Azərbaycanın COP29 tədbirində göstərdiyi üstün fəaliyyətə görə bir daha təbrik edirik",- Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Ceyhun Bayramov Azərbaycanın Dəməşqdəki səfirliyinin fəaliyyətinin bərpa etmək istəyindən danışıb.
Hakan Fidan Türkiyənin Azərbaycanın Suriyadaki səfirliyinin fəaliyyətə başlamasında lazım olan dəstəyi verəcəyini vurğulayıb.
18-01-2025, 13:39
Qarabağ bəyannaməsinin icrasını müzakirə etdik - Ceyhun Bayramov


Qarabağ bəyannaməsinin icrasını müzakirə etdik - Ceyhun Bayramov

Azərbaycan və Türkiyə münasibətləri əhatə dairəsinə görə çox genişdir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu münasibətlərin daha da genişləndirilməsi üçün müxtəlif addımlar atılır.
“Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri arasında sıx təmaslar mövcuddur. Sıx görüşlərə baxmayaraq, yeni mövzular hər dəfə artır.
Azərbaycanda artıq fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır. Xüsusilə işğaldan azad olunan ərazilərdə Türkiyə şirkətlərinin artan fəaliyyəti vurğulanmalıdır”,- deyə C.Bayramov bildirib.
C.Bayramov deyib ki, Şuşa Bəyannaməsindən 3 il sonra eyni məkanda Qarabağ bəyannaməsinin imzalanması tarixi əhəmiyyət daşıyır.
“Qarabağ bəyannaməsinin müddəalarının həyata keçirilməsi ilə bağlı məsələni müzakirə etdik”,- o deyib.
Nazir bildirib ki, türkiyəli həmkarı ilə görüşdə regional təhlükəsizlik məsələsi də müzakirə olunub:
“Suriyadakı məsələlərdə Türkiyənin rolu var. Humanitar yardım, yeni hakimiyyətin beynəlxalq münasibətlər sisteminə inteqrasiyası hamımız üçün vacibdir”.
18-01-2025, 13:34
Ceyhun Bayramov Hakan Fidanla mətbuat konfransında


Ceyhun Bayramov Hakan Fidanla mətbuat konfransında

Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin birgə konfrans başlayıb.
Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib.
“Nə qədər görüşlər olsa da, mövzularımız tükənmir. 10 gündən sonra növbəti görüşümüz olacaq. Həmin görüş üçtərəfli formatda olacaq”,- Ceyhun Bayramov deyib.
18-01-2025, 13:20
Sabahın havası açıqlandı


Sabahın havası açıqlandı

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
18-01-2025, 13:00
İmişlidə ağır qəza: DYP avtomobili qəza törətdi, 2 nəfər öldü


İmişlidə ağır qəza: DYP avtomobili qəza törətdi, 2 nəfər öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti maşın yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
18-01-2025, 12:30
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - FOTO


Ceyhun Bayramov Hakan Fidanla görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanı qarşılayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Daha sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başlayıb.



18-01-2025, 11:57
Real TV-nin canlı efirində deputatın halı pisləşdi


Real TV-nin canlı efirində deputatın halı pisləşdi

Real TV-nin canlı yayımında deputat Hikmət Babaoğlunun vəziyyəti qəfildən pisləşib, buna görə də proqram yarımçıq dayandırılıb.
Hadisə Real TV-nin “Sabaha Elnarə ilə” proqramında baş verib.
Belə ki, proqramda çıxış edən deputat Hikmət Babaoğlu və DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev vacib mövzular ətrafında müzakirə aparırmışlar.
Müzakirələr zamanı deputat Hikmət Babaoğlu aparıcı Elnarə xanıma müraciət edərək, özünü pis hiss etdiyini və efirdən çıxmaq məcburiyyətində olduğunu bildirib. Bu səbəbdən yayım dayandırılıb.
Real TV-nin məlumatına görə, bir qədər sonra deputatın vəziyyəti yaxşılaşıb. Halının pisləşməsinə səbəb isə efir zamanə qan şəkərinin düşməsi olub. Hazırda Hikmət Babaoğlunun vəziyyəti yaxşıdır və o, öz evinə gedir.
Qeyd edək ki, Hikmət Babaoğlu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.
18-01-2025, 11:23
Bakıda partladıcı silah-sursat tapıldı


Bakıda partladıcı silah-sursat tapıldı

Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı, 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd 23 mm-lik yivli zenit top mərmisi və 18 ədəd 762x54 mm-lik SVD kiçik çaplı mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
18-01-2025, 11:06
Hakan Fidan Bakıya gəldi


Hakan Fidan Bakıya gəldi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidanın bu səfər çərçivəsində yüksək səviyyəli görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
18-01-2025, 10:53
DİN Hökumənin ailəsindəki oğurluğa görə cinayət işi açdı


DİN Hökumənin ailəsindəki oğurluğa görə cinayət işi açdı

Daxili İşlər Nazirliyi (DİN) AZAL-ın təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsidən edilən oğurluğa görə cinayət işi açıb.
Bu barədə DİN Mətbuat Xidmətindən verilən cavabda bildirilib.
Qeyd edilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Cəlil Alıyevin Kapitalbanka məxsus kartından ümumilikdə 80 507 manat pul çəkilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!