Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                        İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində - FOTO .....                        Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                       
13-03-2025, 16:59
Prezident BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib


Prezident BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.
13-03-2025, 16:47
Taksilərə daha bir qadağa


Taksilərə daha bir qadağa

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir.
Bu, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na etdiyi dəyişiklikdə əksini tapıb.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilməlidir.
13-03-2025, 16:42
"Soyqırımı" prioritetlərimiz arasında deyil - Paşinyan


"Soyqırımı" prioritetlərimiz arasında deyil - Paşinyan

Qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması hazırda Ermənistanın xarici siyasət prioriteti deyil.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mediasına açıqlamasında bildirib.
O qeyd edib ki, qondarma "soyqırımı"nın beynəlxalq aləmdə tanınması məsələsi Ermənistanın təhlükəsizliyi və regional sabitlik baxımından yenidən qiymətləndirilməlidir. O, digər dövlətlərin parlamentlərinin bu barədə qərarlarının Ermənistanın yaxın qonşuları ilə münasibətlərinə nə kimi təsir göstərdiyini sorğulayıb.
Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının mövcud olduğu indiki şəraitdə əsas məsələ təhlükəsizlik və rifahın təmin edilməsidir. Bu kontekstdə, regionda sabitlik yaratmağın vacib olduğunu bildirib: "Bizim ehtiyacımız olan sülh, əlçatan olan sülhdür, yəni burada və indi əldə edilə bilən sülhdür".
13-03-2025, 16:33
Sürücülərin hazırlanması ilə bağlı əsasnamə dəyişdi


Sürücülərin hazırlanması ilə bağlı əsasnamə dəyişdi

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 14 iyul 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib, bəzi qərarlarını ləğv edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə əlavələr edilib.
Əlavələrə görə, xüsusi hazırlığın təşkili və keçirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təmin edir. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.
Hazırlığı AYNA, mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təşkil edir və həyata keçirir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.
12-03-2025, 19:30
Maşını əzib sürücünü döyənlər həbs olundu


Maşını əzib sürücünü döyənlər həbs olundu

Paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində “Chevrolet” markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib.
Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları (beysbol dəyənəkləri-red.) ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.
12-03-2025, 18:47
Türk dünyasının yeni bayrağı qaldırıldı


Türk dünyasının yeni bayrağı qaldırıldı

Türk Dövlətləri Təşkilatının (TDT) yenilənən bayrağına keçidlə bağlı rəsmi mərasim baş tutub.
Bu barədə Azərbaycanın İstanbuldakı Konsulluğu “X”də paylaşım edib.
Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Samir Şərifov təmsil edib.
12-03-2025, 18:26
Bayramov iranlı həmkarı ilə danışdı


Bayramov iranlı həmkarı ilə danışdı

12 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb.
Azərbaycan və İran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Xüsusilə, İran ərazisindən keçən nəqliyyat dəhlizlərinin, eləcə də Azərbaycanın qərb regionları ilə onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək infrastruktur layihələrinin region üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tərəflər, həmçinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanın rolu qeyd olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12-03-2025, 18:02
İlham Əliyev Baş katibi qəbul edib


İlham Əliyev Baş katibi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
12-03-2025, 17:33
Hökumə Əliyevanın adı verilən zirehli maşın sülhməramlı zonaya göndəriləcək - FOTO


Hökumə Əliyevanın adı verilən zirehli maşın sülhməramlı zonaya göndəriləcək - FOTO

Qazaxıstanda istehsal olunan və keçən ilin dekabrında Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin bort bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfinə adlandırılmış zirehli tibbi maşın xaricdəki sülhməramlı fəaliyyət zonasına göndəriləcək.
Bbu barədə zirehli tibbi maşının istehsal olunduğu müəssisəni ziyarət edən Azərbaycanın Qazaxıstandakı hərbi attaşe aparatının nümayəndələrinə müəssisənin texniki direktoru Muxtar Əlmuxanov bildirib.
Müəssisənin mühəndisləri qeyd ediblər ki, bu maşın sülhməramlı missiyalar zamanı tibbi evakuasiya imkanlarını genişləndirmək üçün nəzərdə tutulub.
Layihənin baş mühəndisi Olcazbek Kartqujakov bildirib ki, bu, sülhməramlı fəaliyyət zonasına göndəriləcək ikinci belə nümunədir. Lakin sülhməramlı fəaliyyət zonasına göndəriləcək Hökumə Əliyevanın adının verildiyi ilk maşın olacaq. “İlk nümunə keçən il Qolan təpələrində sülhməramlı missiyanın icrası üçün göndərilmişdi", – deyə o əlavə edib.
Onun sözlərinə görə, maşının konstruksiyasında əsaslı dəyişikliklər edilməyib, lakin Qazaxıstan Müdafiə Nazirliyinin tibb idarəsinin tələbinə uyğun olaraq sanitar avtomobil kimi təkmilləşdirilib.
"Bu, "Arlan" zirehli maşın bazasında hazırlanmış tibbi avtomobildir. Maşının iki konfiqurasiyası mövcuddur: ya altı yüngül yaralını, ya da iki ağır yaralı və üç yüngül yaralını daşıya bilər", – deyə mühəndis məlumat verib. Bildirib ki, bu maşın 8 kiloqram trotil ekvivalentli minanın partlayışına davam gətirə bilir.
Qeyd edək ki, zirehli tibbi maşının Hökumə Əliyevanın şərəfinə adlandırılması təşəbbüsü nəqliyyat vasitəsinin istehsal edildiyi "Kazakhstan Paramount Engineering" şirkətinin təsisçisi Aybek Barısa məxsusdur.
Xatırladaq ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL şirkətinə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.




12-03-2025, 17:05
Xankəndidə qondarma hökumət evinin binası sökülür - VİDEO


Xankəndidə qondarma hökumət evinin binası sökülür - VİDEO

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür.
Söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib.
“Sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər.
Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək”, - deyə A.Telmanqızı bildirib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!