Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
6-01-2026, 22:16
Ağsuda maşın aşdı - Ölən var


Ağsuda maşın aşdı - Ölən var

Muğanlı–İsmayıllı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə axşam saatlarında avtomobil yolunun Ağsu rayonunun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində ölüb. Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
6-01-2026, 22:04
Bakıda güclü duman - Sürət həddi endirildi


Bakıda güclü duman - Sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
6-01-2026, 20:21
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı


Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı

AZAL-ın vurulan təyyarəsi ilə bağlı anonim sənəd yayılmanıb.
Həmin sənəd gizli hesabdan "BT News" Teleqram kanalına göndərilib.
Onun məzmununa görə, sənəd Rusiya Federasiyasının İstintaq Komitəsindən götürülüb və Azərbaycanın Baş Prokurorluğuna ünvanlanıb. İddia olunur ki, AZAL-a məxsus təyyarə Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilməyib, daha sonra eniş zamanı yerə çırpılıb. Bu əsasda cinayət işinə xitam verilib.
Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür. Məntiqi sual yaranır: Rusiya Federasiyasının İstintaq Komitəsi, əgər faktiki olaraq, günahı “hava şəraitinə” atırsa, cinayət işini hansı əsasla dayandırır?
Niyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdırlar? Bu arada faciəyə görə məsuliyyəti məhz Rusiya tərəfi daşıyır: AZAL-ın təyyarəsi Pantsir-S1 hava hücumundan müdafiə raketi ilə vurulub və daha sonra sənəddə göstərildiyi kimi, hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Bu sənədin məzmunu birbaşa Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL-ın mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi nəticəsində qəzaya uğradığını etiraf edib və “belə vəziyyətlərdə nə tələb olunursa” onu etməyə hazır olduğunu bəyan edib.
Lakin “nə tələb olunursa” ilk növbədə günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi birmənalı olaraq bununla uzlaşmır.
Bu sənədin həqiqi olub-olmaması ilə müəyyən edilməyib.


6-01-2026, 19:57
Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü


]Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü

Marneuli bazarında baş verən silahlı insident zamanı yaralanan 27 yaşlı azərbaycanlı Sahib Bayramov xəstəxanada dünyasını dəyişib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Hadisə zamanı güllə yarası alan ata Telman Bayramovun vəziyyəti stabil, lakin ağırdır.
Ata və oğulun güllələndikləri zərgərlik mağazasının sahibləri olduğu bildirilir.
Hadisənin motivi məlum deyil.
6-01-2026, 19:19
Bakı Limanının direktor müavini vəzifəsindən ayrıldı


Bakı Limanının direktor müavini vəzifəsindən ayrıldı

"Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxıb.
Bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.
Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.
Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı.
O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidmətindən münasibət bildirilib ki, Söhrab İsmayılov öz ərizəsi ilə işdən ayrılıb.
6-01-2026, 18:45
ANAMA-dan 7 milyonluq müqavilə


ANAMA-dan 7 milyonluq müqavilə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə nəhəng müqavilə bağlayıb.
Müqavilədə işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətləri nəzərdə tutulub.
Bağlanılan müqavilənin maliyyə dəyəri 7 milyon 24 min 230 manat olaraq müəyyən olunub.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və səlahiyyətli sədri Umud Mirzəyevdir.
6-01-2026, 18:15
Azərbaycan benzini Ermənistana necə kömək edib?


Azərbaycan benzini Ermənistana necə kömək edib?

Ermənistan Azərbaycandan idxal edilən benzin sayəsində ildə təxminən 100 milyon dollar qənaət edəcək.
Bunu şirkəti Azərbaycan benzinini idxal edən Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.
"Son 30 il ərzində Ermənistan daima müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb, nəqliyyat xərclərinə böyük məbləğlər xərclənib. Təxmini hesablamalara görə, Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, hər il 80-100 milyon dollar qənaət edərdi. Bu məbləğ digər sektorların inkişafı üçün istifadə oluna bilər".
6-01-2026, 18:03
Dekabrda 894 nəfər COVID19-dan ölüb


Dekabrda 894 nəfər COVID19-dan ölüb

COVID19 virusundan dünya üzrə ölüm hallarının yeni statistikası məlum olub.
Bu barədə ÜST-nin son statistikasında qeyd olunub.
Son statistikaya görə, COVID19-dan dünya üzrə son bir ayda 894 ölüm halı baş verib. Bu da əvvəlki ayla müqaisədə 409 nəfər azalma deməkdir.
Bu ölümlərin 697-si ABŞ-nin payına düşüb.
Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Hindistan və bir çox ölkələrdə ölümlə bağlı son statistik göstərici isə dəyişməyib. Bu da son bir ayda bu ölkələrdə COVID19-dan ölüm halının baş verməməsi deməkdir.
Qeyd edək ki, bu ölüm halları 37 ölkədən ÜST-na bildirilən rəqəmlərdir.
6-01-2026, 17:37
Metronun "Memar Əcəmi" stansiyasının bu çıxışı BAĞLANIR


Metronun "Memar Əcəmi" stansiyasının bu çıxışı BAĞLANIR

"Bakı Metropoliteni" QSC-nin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq, döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək.
Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq və stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq.
6-01-2026, 17:30
Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR


Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR

Kanadanın Toronto şəhərində polis silahlı adam oğurluğu, cinsi zorakılıq və digər ağır cinayətlərdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Saxlanılan şəxslər arasında 19 yaşlı Azərbaycan vətəndaşı Osman Əzizov da var.
“Neapolitan” əməliyyatı çərçivəsində Osman Azizovla yanaşı, 19 yaşlı Fərad Sədaət və 26 yaşlı Valid Xan da həbs olunub. Ümumilikdə onlara qarşı 80 ittiham irəli sürülüb. Valid Xanın İŞİD terror təşkilatı ilə əlaqədə olduğu iddia olunur.
Şübhəlilər may-iyun aylarında Torontoda silahlı hücumlar, adam oğurluğu və cinsi zorakılıq hallarını törətməkdə ittiham edilirlər. Axtarışlar zamanı odlu silahlar və döyüş sursatı aşkarlanıb. Valid Xana əlavə olaraq terrorçuluq maddəsi ilə də ittiham irəli sürülüb.
Qeyd edək ki, Osman Əzizov Beynəlxalq Banka rəhbərlik etmiş Cahangir Hacıyevın baş mühafizəçisinin oğlu olduğu bildirilir. Əzizovun ailəsi 2017-ci ildə Kanadaya mühacirət edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!