Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
Tarix : 2-10-2015, 10:41
Əli Həsənov: “Heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini idarə edir, prinsiplərini müəyyənləşdirir”


"Biz istəyirik ki, KİV-in də iştirakı ilə dövlətin, xalqın maraqlarını dünyada qoruyaq"

“Jurnalistlər seçkinin bütün mərhələlərində prosesi izləmək hüququna malikdir. Mətbuatın vəzifəsi ilk növbədə ondan ibrətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin. Bura namizədlərin təşviqat aparması, seçicilərin seçkidə iştirakı və səslərin sənədləşdirilməsi sahəsində vəziyyətin dəyərləndirilməsi daxildir”.

Butov.az APA-nın məlumatına istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbut Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, mətbuat seçicilərin seçkilərə marağı, siyasi qüvvələrin, maraqlı tərəflərin seçkiyə münasibətini diqqət mərkəzində saxlamalıdır: “Mətbuat orqanı həm də kommersiya qurumudur. Ona görə də mətbuat orqanları özlərini əlavə təbliğ etmək istəyən namizədlər üçün obyektə çevrilir. Bu halda da müəyyən normalara riayət olunmalıdır. Bu normalar Seçki Məcəlləsində, MSK-nın qərarlarında, KİV haqqqında qanunvericilikdə əksini tapıb. KİV seçkiqabağı dövrdə bütün tərəflərə bərabər şərait yaratmalıdır. Yəni hər kəsə pul verib təbliğ olunmaq, bərabər səviyyədə təbliğat aparması üçün tərəfsiz olaraq eyni şərait yaradılmalıdır. KİV-in fəaliyyətinin təməlində KİV haqqında qanunvericilik, Seçki Məcəlləsi və dövlətin ümumi plüralistik siyasəti dayanmalıdır. Biz hakimiyyət olaraq mətbuatdan nə gözləyirik? Mətbuatı Azərbaycanın daxili və xarici imicinin formalaşmasında resurs kimi görürük. Biz daxildə mətbuat vasitəsi ilə ümumi əhval-ruhiyyəni, iqtidara, müxalifətə münasibətini öyrənirik və buna uyğun olaraq daxili, xarici siyasəti müəyyənləşdiririk. Opponetlərimizin rəylərini və nəyə əsaslanaraq ictimai dayaq qazandığını öyrənirik. Mətbuat ictimaiyyətin güzgüsüdür”.

Ə. Həsənov bildirib ki, elektron KİV-in fəaliyyəti də ümumi KİV kontekstində dəyərləndirilir: “Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-in rolu böyükdür. Mediaya dövlət büdcəsindən müəyyən qrantlar ayrılır, jurnalistlər üçün müsabiqə keçirilir. Amma heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini idarə edir, prinsiplərini müəyyənləşdirir. Biz dövlət olaraq KİV-in resursunu dəyərləndirərək səmərəli tərəfdaşlıq qurmağa çalışırıq. Biz istəyirik ki, KİV-in də iştirakı ilə dövlətin, xalqın maraqlarını dünyada qoruyaq. KİV-in fəaliyyəti bu baxımdan bizim üçün əhəmiyyətlidir”.

Ə. Həsənov qeyd edib ki, seçki prosesində müşahidə olunan çatışmazlıqların konstruktiv şəkildə aradan qaldırılması üçün də KİV-lə konstruktiv əməkdaşlığı zəruri hesab edir.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!