27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizəd ƏHMƏD VÜQAR MİKAYIL oğlunun Seçki platforması YENİLƏŞƏN PARLAMENTƏ DOĞRU !
• Parlamentin yüksək ictimai nüfuz qazanaraq yeniləşmənin və islahatların aparıcı qüvvəsinə çevrilməsi
• Parlamentin ölkə prezidentinə islahatlar və yeniləşmə sahəsində dəstək verməsi
• Seçiləcək yeni parlamentdə mütərəqqi və islahatçı fikir və ideyaların səslənməsi
• Parlamentin Azərbaycanın aparıcı siyasi və intellektual elitasını özündə birləşdirərək yeni keyfiyyətə malik peşəkar qanunverici orqan kimi fəaliyyətə başlaması
• Dövlətçilik mənafeyindən çıxış edən və milli maraqlarımızı daha ardıcıl və daha qətiyyətlə qoruyan parlamentin formalaşması
QANUNVERİCİLİK FƏALİYYƏTİ
• Qanunların qəbul edilməsi prosesinə bir məqsəd kimi deyil, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində bir vasitə kimi baxılması
• Qanunların hazırlanmasında demokratik cəmiyyət və azad iqtisadiyyat prinsiplərinin daim nəzərə alınması
• Qanunvericilik fəaliyyətində Strategiya – Proqram – Qanun ardıcıllığının gözlənilməsi
• Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınması
• Elm, təhsil, mədəniyyət, maarifçilik yönündə qanunvericilik bazasının daha da təkmilləşdirilməsi
SEÇİCİLƏRLƏ İŞ SAHƏSİNDƏ
• Seçicilərin problemlərinin ilk növbədə sistemli həllinə üstünlük verilməsi. Yəni müvafiq qanunların, proqramların, investisiya layihələrinin qəbul edilməsi və həyata keçirilməsi
• Ayda bir dəfədən gec olmayaraq Sabunçuda seçicilərlə davamlı görüşlərin keçirilməsi
• Sabunçu rayonu daimi qərargahın yaradılması
• Deputatın qeydiyyat kitabçasının tərtib edilməsi və müvafiq təhlilin aparılması
• Sosial-iqtisadi problemlərin həlli məqsədi ilə Himayəçilər Fondunun yaradılması • Seçicilərə münasibətdə «İnanın, Seçin, Tələb edin» prinsipinin gözlənilməsi
• Sabunçuda Millət vəkili obrazının köklü şəkildə dəyişdirilməsi
• Parlamentdə vətəndaşlarının müvafiq şikayətlərinin və sosial problemlərinin köklərinin araşdırılması və bununla bağlı məsələlərin qaldırlması
İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
• Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində deputat fəaliyyətinin göstərilməsi
• İcra hakimiyyətinin, bələdiyyələrin, sahibkarların, qeyri-hökumət təşkilatlarının, ağsaqqal və ziyalıların iştirakı ilə Məsləhət Şurasının yaradılması
• Rayonun sosial-iqtisadi problemlərinin həllində yerli özünüidarəetmə orqanlarının rolunu artırmaq, bələdiyyələrin maliyyə təminatını və maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi
• Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsinin artırılması, eyni zamanda mövcud kadr ehtiyaclarının ödənilməsi məqsədi ilə insan kapitalına olan sistemli yatırımların davam etdirilməsi
İQTİSADİYYATIN İNKİŞAFI
• Sabunçunun sosial-iqtisadi inkişaf proqramının hazırlanması
• Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı regiona ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsinin qaldırılması
• Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanması
• Banklar tərəfindən regiona yönələn kreditlərin artırılması üçün tənzimləyici hüquqi normaların işlənib hazırlanması
• Xarici sərmayənin bölgəyə cəlb edilməsinin həvəsləndirilməsi məqsədi ilə müvafiq qanunların təkmilləşdirilməsi
• Neft gəlirlərinin bir hissəsinin investisiyalar şəklində bölgəyə yönəldilməsi üzrə təkliflərin müvafiq icra orqanlarına təqdim edilməsi
SABUNÇUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ MALİYYƏ TƏMİNATI
• Dövlət büdcəsindən rayona subsidiyaların artırılması
• Sponsorlar hesabına Sabunçunun İnkişafına Yardım Fondunun yaradılması
• Xarici investisiyaların cəlb edilməsi
• Beynəlxalq təşkilatların yardımları və kreditləri
İNFRASTRUKTUR
• Qəsəbələrlərin daxili yollarının təmiri ilə bağlı məsələ qaldırılması. Qəsəbələrin inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının yenilənməsi işlərinin təşviq edilməsi.
• Ayrı-ayrı qəsəbələrlərdə içməli su probleminin həlli məqsədi ilə artezian quyularının qazılması, bəzilərinin bərpa edilməsinə və su kəmərlərinin çəkilməsi, eyni zamanda modul tipli təmizləyici qurğuların quraşdırlmasına müvafiq qaydada köməklik göstərilməsi
SOSİAL MƏSƏLƏLƏR
• Minimum əmək haqqının aylıq deyil, 1 saata görə müəyyən edilməsi məqsədi ilə müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi
• Əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində fəaliyət planın hazırlanması
• Səhiyyə, təhsil və mədəniyyət işçilərinin əmək haqqının istehlak bazarındakı mövcud qiymətlərə uyğun səviyyədə artırılmasının təmin olunması
• Pensiyaların məbləğinin orta aylıq əmək haqqına yaxınlaşdırılması təklifinin irəli sürülməsi
• Vətəndaşların əmanətlərinin əvvəlki dəyəri bərpa edilməklə onlara qaytarılmasına yönəlmiş qanunvericilik fəaliyyətinin göstərilməsi
• Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılmasını təşviq edən qanunvericilik bazasının yaradılması
• Ayrı-ayrı müavinətlərlə, insanların real ehtiyaclarının uyğunluq təşkil etməsinin nəzarətdə saxlanılması
• Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi
GƏNCLƏR SİYASƏTİ
• Seçici kontingentinin əsasını təşkil edən gənclərin məşğulluq və əmək münasibətləri sahəsində fəaliyət göstərilməsi. Şəhər və şəhərətrafı qəsəbələrlərin sosial-iqtisadi inkişafı siyasətinə uyğun olaraq, rayon ərazində məşğulluq səviyyəsinin yüksəldilməsi, gənclərin bu sahədə aktivliyinin təmin olunması, regional iqtisadiyyatın balanslaşdırılmış kompleks inkişafı, sosial infrastrukturların və əmək resurslarının yaradılmasını təmin edəcək müxtəlif səpkili proqramların irəli sürülməsi
• Cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması fonunda gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirilməsinin təmin olunması
• İpoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsini nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla sabirabadlı gənclərin mənzil təminatının yaxşılaşdırılması
• Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsinin icra orqanları qarşısında qaldırılması
• İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi, yeni idman qurğularının qurulması, xüsusilə də şəhər stadionunun bərpası
• Gənclərin, ilk növbədə isə ali məktəb məzunlarının işlə təmin olunmasına köməklik göstərilməsi
• Azərbaycanın hüdudlarından kənarda yaşayan və işləyən sabunçulu gənclərin potensialının reallaşdırılmasına hər cür köməklik göstərilməsi
• Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və təşkilatların yaradılması
• Gənclərin ölkə daxilində keyfiyyətli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları, peşəkar kadr kimi vətənə dönmələri və yüksək təminatlı işlə təmin olunmaları üçün səylərin artırılması
MƏDƏNİYYƏT
• Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni-mənəvi irsimizin təbliğ olunması
• Azərbaycan qeyri-maddi mədəni irsinin sistemli şəkildə inkişafı və təbliğini təşkil etmək
• Mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edilməsi, onların layihələrinə daim dəstək göstərilməsi
• Sənətkarlığın inkişafı, təbliği və təşviqi məqsədilə qəsəbələrdə dekorativ-tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi, dekorativ sənət ənənələrinin təbliği
• Zəngin qeyri-maddi mədəni irsimizin təbliği və dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət
• Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması
• Tarixçilər, etnoqraflar, xüsusilə arxeoloqlar tərəfindən regionda tədqiqatların aparılması, arxeoloji qazıntılar vasitəsilə regionun zəngin tarixi irsinin üzə çıxarılması vasitəsilə qədim Abşeronun, Sabunçu ikinçi seçki dairəsinə daxil olan qəsəbələrlərə olan diqqətin daha da artırılması
• Qəsəbələrlərin ədəbi - mədəni irsi və tarixi,çağdaş tərəqqisinə aid kitabların nəşr edilməsinə dəstək göstərilməsi
• Abşeronluların mədəni potensialının tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi
QARABAĞ
• Münaqişənin tez və ədalətli və ən əsası sülh yolu ilə həllinə nail olmaq üçün diplomatik səylərin bir qədər də artırılması. Ermənistanın işğalçı dövlət kimi tanınması istiqamətdə məqsədyönlü, ardıcıl və qərarlı siyasi-diplomatik fəaliyyətinin daha da gücləndirilməsi. Azərbaycan xalqına qarşı müxtəlif tarixlərdə törədilən vəhşiliklərin soyqırım aktı kimi tanıdılması istiqamətində atılan bütün addımlara dəstək göstərilməsi.
• Beynəlxalq tribunalardan BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsi haqqında qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrası məsələsini qərarlılıqla və təkidlə qaldırılması və onların qeyd-şərtsiz yerinə yetirilməsini tələb edilməsi.
• Həm abşeronluların,sabunçuluların, həm də bütün azərbaycanlıların ən böyük məqsədi erməni separatçılarının işğalı altında olan Dağlıq Qarabağımızı və ətraf 7 rayonumuzu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz, bütün azərbaycanlılar, o cümlədən sabunçulular yorulmadan, usanmadan, əzmlə çalışmalıyıq. İşimizin keyfiyyətli nəticə verməsi üçün bizə inkişaf edən və Azərbaycanın mübarizəsinə ciddi töhfələr verməyə qadir olan Abşeron-Sabunçu lazımdır! Bu məsələlərin həlli naminə xalq-dövlət birliyinin gözəl nümunəsi kimi ümumi ideyalar ətrafında birləşərək Sabunçunu Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevirəcəyimizə inanırıq.