Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                       
Tarix : 6-10-2015, 11:50
    Mehdiabad qəsəbəsində səyyar qəbul-görüş

Abşeron rayonunda son illərdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər, tikinti-quruculuq, yol-abadlıq işlərinin sürətləndirilməsi, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlər əhalinin ruh yüksəkliyinə səbəb olub. Rayonun ayrı-ayrı yaşayış məntəqələrinə gedən avtomobil yollarının asfaltlaşdırılması, rayonda yeni bağça və məktəblərin tikintisi və digər abadlıq, quruculuq işləri, səyyar qəbul və görüşlərdə verilən təkliflər və müraciətlər əsasında öz həllini tapır.
Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz müsbət təsirini göstərir. Hər yeni təşəbbüs, istifadəyə verilən yeni sosial obyektlər, əhalinin güzəranının yaxşılaşmasına, rahatlığın təmininə yönəlik işlər sakinlərin razılığına səbəb olur. Belə görüşlərdən biri də oktyabrın 2-də rayonun Mehdiabad qəsəbəsində keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və üç yüzə yaxın qəsəbə sakini iştirak etmişdir.
Mehdiabad qəsəbə sakinlərindən Laləzar Nəsirova, , Qarabağ müharibəsi veteranlarından Əbülfət Piriyev, Etibar Ağakişiyev, Abuzər Abbasov, Çingiz Hacıyev öz fikir və mülahizələrini bölüşərək onları narahat edən məsələlərlə bağlı təkliflərini vermişlər. Təkliflər sırasında Mehdiabad qəsəbəsində futbol stadionunun tikintisi, məktəb yaxınlığında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə işıqforun qoyulması, kənd qəbiristanlığı üçün ayrılan yeni ərazinin yollarının abadlaşdırılması və digər məsələlər də yer almışdır.

Şəhid anaları- Qənfilə Muradxanova və Ülkər Orduxanova çıxış edərək tədbir iştirakçılarına bütün diqqət və qayğının cəbhə bölgəsinə yönəldilməsi zərurətindən danışmışlar: “ Dövlətimiz müstəqilliyini bərpa edəndən uzun müddət ötməyib. Belə demək mümkünsə, respublikamız hələ gəncdir. O illərdən bəri də qarı düşmən dincliyimizi pozub. Döyüşə- döyüşə dövlətimizi inkişaf elətdirməyə, sərhədlərimizi möhkəmlətməyə çalışmışıq. On minlərlə oğullarımız şəhid olub. Torpağımızın bir hissəsi erməni tapdağındadır. Belə bir çətin dövrdə şəxsi mənafe güdüb xırda –para məsələlərə, özümüzün həll edə biləcəyimiz işlərə görə dövlətə yük olmağımız yaraşan iş deyil. Hamılıqla əl -ələ verib, gücü səngərdəki övladlarımıza arxa durmağa verək ki, düşmənə güc gəlib torpaqlarımızı azad edə bilsinlər.Bununla belə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyiilə respublikamızda, o cümlədən Abşeron rayonunun qəsəbə və kəndlərində geniş abadlıq və quruculuq işləri aparılır. Əhalinin rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərə görə ölkə başçısına minnətdarlığımızı bildiririk.”
Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxışında Mehdiabad qəsəbə sakinləri ilə əvvəllər də bir neçə dəfə görüşdüyünü, həmin görüşlərdə qaldırılan məsələlərin – qəsəbədə yeni məktəb və bağça binasının tikintisi, məhəllə arası yolların asfaltlaşdırılması, əhalinin su, elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Səyyar qəbul-görüşü yekunlaşdıran İradə xanım bildirmişdir ki, səyyar qəbulun keçirilməsində məqsəd qəsəbə ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həllini tapmış, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Qeyd edək ki, Abşeron rayonunun Kənd və qəsəbələrində gedən sürətli inkişafın nümünəsi kimi Mehdiabad qəsəbəsin də göstərmək olar. Mehdiabad Abşeronun gənc qəsəbələrindən biridir. Lakin bu qəsəbə rayonun son illər ən sürətlə böyüyən yaşayış məntəqələrindən hesab olunur. Qəsəbə sakinləri və gənclər vətənə, torpağa sədaqətləri, şücaətləri ilə də ad çıxarıblar.Qarabağ döyüşlərində Mehdiabad 14 şəhid verib. Burada 150-yə qədər Qarabağ müharibəsi veteranı var. Onların hər bir qayğı və problemlərinin həlli rayon icra hakimiyyəti rəhbərliyinin daimi diqqətindədir.
25 mindən çox əhalinin yaşadığı qəsəbədə müasir tipli tibb məntəqəsi, 4 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, mədəniyyət evi, kitabxana, ATS , 2 poçt və sairə obyektlər fəaliyyət göstərir.


Paylaş



Bölmə: Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!