Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 15-09-2015, 13:26
Abşeron rayonunun Mehdiabad qəsəbəsində bayram təntənəsi

15 sentyabr Bilik günündə hamıdan çox sevinən bu il ilk dəfə məktəbə qədəm qoyan birincilər və onların valideynləridir. Dərs ilinin başlanmasını səbirsizliklə gözləyən 150 mindən çox birinci sinif şagirdi bu gün ilk dəfə parta arxasında müəllimlərini salamlayırlar. Abşeron rayonunun Mehdiabad qəsəbəsində də bayram ovqatı yaşanır. Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri məktəblərə gələrək müəllimlərin, şagirdlərin yeni dərs ilini təbrik edir, valideynlərə gözaydınlığı verirlər.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində bayram təntənəsi
Abşeron rayonunun Mehdiabad qəsəbəsində bayram təntənəsi
Abşeron rayonunun Mehdiabad qəsəbəsində bayram təntənəsi

2 saylı məktəbdə keçirilən tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsilə başlandı. Direktorun təlim-tərbiyə məsələləri üzrə müavini Samirə Məmmədzadə qonaqları tədbir iştirakçıları ilə tanış etdikdən sonra sözü məktəbin direktoru Vüsal Süleymanova verdi. Vüsal Süleymanov kollektivi təbrik edərək qarşıda duran məsələlərdən söhbət açdı. Məktəbliləri yeni dərs ilində başlayacaq bilik yarışlarında həmişəkindən fəal olmağa çağırdı.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində bayram təntənəsi
Abşeron rayonunun Mehdiabad qəsəbəsində bayram təntənəsi

Abşeron Rayon Təhsil Şöbəsi müdirinin müavini Pərviz Əhmədov Abşeron rayonunun Respublikamızın ictimai-siyasi həyatındakı rolundan danışaraq müəllim və valideynləri qarşıdan gələn parlament seçkilərində fəal iştiraka səslədi. Digər çıxışlardan sonra məktəbin şagirdləri Vətənpərlik mövzusunda şeirlər oxudular. Tədbir rəngarəng musiqi nömrələrilə davam etdirildi.

Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!