Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 26-05-2016, 16:29
“Bu, tərbiyəsiz, həyasız və sırtıq tələbdir” - Deputatdan sərt AÇIQLAMA

“ATƏT-in Monitorinq qrupunun faktaraşdırıcı missiyası Azərbaycanın işğal altındakı ərazilərində vaxtaşırı olur. Onlar sonuncu dəfə aprel hadisələri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə də görüşdülər. Görüş zamanı mən də orada idim. Şəxsən mən onlara sual verdim ki, sizin bu missiya Azərbaycanın ortaya qoyduğu tələblərlə, əldə etdiyimiz məlumatlarla nə dərəcə qənaətbəxşdir?”.

Butov.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında Xocalıdan olan deputat Elman Məmmədov deyib.

Deputat ATƏT-in Monitorinq qrupunun faktaraşdırıcı missiyasının fəaliyyətindən danışaraq bildirib ki, qurum işğal altında olan torpaqlarda Ermənistanın törətdiyi əməlləri öz hesabatlarında açıq şəkildə vermir və gizlədir:

“Çünki Azərbaycanın işğal altındakı torpaqlarında qeyri-qanuni məskunlaşma aparılır. Suriya, Livan, İraq, Liviya və başqa yerlərdən ermənilər köçürülüb gətirilir.

Bu gün Dağlıq Qarabağda ermənilər tərəfindən narkotik vasitələrin əkilib-becərilməsi, satışı, daşınması həyata keçirilir.Kimyəvi tullantılar işğal altındakı ərazilərdə basdırılır. Su hövzələri zəhərli maddələrlə çirkləndirilir. Ermənilərin və digər ölkələrin terror təşkilatlarının, PKK-nın işğal edilmiş ərazilərdə təlim bazaları yaradılıb.

ATƏT-in Monitorinq qrupunun faktaraşdırıcı missiyası da işğal altındakı torpaqları yoxladığı zaman Azərbaycanın məlumatları öz təsdiqini tapır. Faktaraşdırıcı missiya təsdiqini tapmış faktların bir qismini qərəzli şəkildə gizlədir, öz hesabatında vermir.

Hesabatlarda göstərilən faktlarla bağlı təcavüzkar Ermənistana qarşı heç bir sanksiya, cəza tədbiri, qərar və qətnamə tətbiq edilmir. Ona görə də biz məsələni belə qoyuruq ki, bəs sizin bu missiyanı həyata keçirməkdə məqsədiniz nədir?

Hər dəfə min cür bəhanələr və əsassız fikirlərlə diqqəti yayındırır, işğalçı Ermənistana qarşı konkret sanksiyaların tətbiqinə gələndə bunu etmirlər. Sadəcə olaraq Anjel Kasprşik və digərlərinin hesabatları və bəyanatları kağız üzərində qalır”.

Elman Məmmədov deyib ki, faktaraşdırıcı missiyanın münaqişəyə bəslədiyi laqeyd münasibət Ermənistanı daha da ruhlandırır və ona ümid verir:

“Müşahidə qrupları və faktaraşdırıcı missiya üzvləri Qarabağa səfərilərini yalnız öz işləri hesab edirlər. Düşünürlər ki, bu işə görə maaş alırlar və hər dəfə məsələyə səthi yanaşmaqla yola vermək lazımdır.

ATƏT-in Monitorinq qrupunun məsələyə qeyri-ciddi yanaşması işğalçı Ermənistanı daha da ruhlandırır, onlara ümid verir. Ermənistan da düşünür ki, “onsuz da bizə söz deyən yoxdur istədiyimizi edə bilərik”.

Monitorinq qrupu hər dəfə cəbhə xəttində müşahidə aparanda ermənilər atəşkəsi açıq-aşkar pozurlar. Hətta çox vaxt onların özlərinə də ermənilər güllə atırlar. Amma bu günə qədər hələ də ATƏT və onun qurumları bununla bağlı ortaya ədalətli qərar qoymaq istəmirlər. Onların real iş görmək fikirləri yoxdur”.

Deputat ATƏT, AŞPA və digər beynəlxalq qurumların “atəşkəs” çağırışlarını sırtıqlıq, həyasızlıq, tərbiyəsizlik və ləyaqətsizlik adılandırıb:

“Aprel hadisələri zamanı Azərbaycanın mülki əhalisinin çəkdiyi ziyanı, məruz qaldığını vəhşilyi ATƏT və AŞPA-da çox gözəl bilirlər. Amma Monitorinq qrupu bunu bilə-bilə yenə də Ermənistanın tərəfini saxlayır.

Aprel hadisələrindən sonra ATƏT, AŞPA və digər beynəlxalq təşkilatlar bəyanat verdilər ki, “hər iki tərəf atəşkəsə ciddi əməl etməli və dayanıqlı etimad mühiti yaradılmalıdır”.

Onların bu tələbini haqsızlıq, ədalətsizlik və tərbiyəsizlik adlandırıram. Görün bunlar nə qədər tərbiyəsiz, həyasız və sırtıq tələbdir.

Həm gəl mənim torpağımı işğal et, həm də məndən buna göz yummağı və səbr etməyi tələb et. Bundan betər ləyaqətsizlik ola bilməz”.

Elman Məmmədov Dağlıq Qarabağ münaqişəsində yalnız Azərbaycan dövlətinə, xalqına, Ordusuna və Ali Baş Komandana güvəndiyini vurğulayıb:

“Ona görə də şəxsən məndə bir məcburi köçkün, deputat, vətəndaş kimi ATƏT, AŞPA və digər beynəlxalq qurumlara heç bir inam, etibar, ümid qalmayıb. Mənim inam və etibarım yalnız Azərbaycan xalqına, dövlətinə, Ordusuna, Ali Baş Komandanına, onun verəcəyi əmrədir”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!