“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
27-08-2022, 17:52
İrandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

İrandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

İran Azərbaycanla nəqliyyat əlaqələrini daha da genişləndirməyə davam edir.
Butov.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
“Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən asılıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən, qonşularının milli maraqlarına təsir göstərə bilməz”.
Regionda əməkdaşlıq məsələsindən bəhs edən səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək:
“Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”.
24-08-2022, 23:49
ABŞ yeni müharibəyə hazırlaşır


ABŞ yeni müharibəyə hazırlaşır

Amerika Birləşmiş Ştatları İkinci Dünya müharibəsindən sonra müxtəlif müharibələrdə bu və ya digər şəkildə iştirak edib. Bu sırada 1953-cü ildə Koreya, 1970-ci illərdə Vyetnam, 2000-ci illərdə İraq, Əfqanıstan müharibələrində iştirakını göstərə bilərik. Bunu politoloq Elxan Şahinoğlu ABŞ-ın yeni müharibə hazırlığından danışarkən deyib. Siyasi şərhçi vurğulayıb ki, siyahıya Amerikanın hərbi müdaxilələrini və hibrid müharibələrdə iştirakını da əlavə etmək mümkündür: "Misal üçün Kreml hesab edir ki, ABŞ Ukrayna üzərindən Rusiyaya qarşı hibrid müharibə aparır. ABŞ Suriya müharibəsində birbaşa iştirak etməsə də, terrorçu PKK və onun törəmələri vasitəsilə Əsəd rejiminə qarşı mübarizə aparır. ABŞ-ın 1980-ci illərdə kiçik Qrenada adasına desant çıxarmasını və Panada hakimiyyət dəyişikliyini də hərbi müdaxilə saymaq olar. Hazırda Amerika üçün durum daha kritikdir. Amerika bir tərəfdən Ukraynada işğalçı müharibə aparan Rusiyaya, digər tərəfdən Tayvanı hərbi mühasirədə saxlayan və adanı ələ keçirməyə çalışan Çinə qarşı mübarizə aparmaq məcburiyyətindədir. Rusiya və Çin nə Qrenadadır, nə də Panama, hər ikisi nüvə silahına malik dövlətdir. Buna baxmayaraq, Pentaqonda və Mərkəzi Kəşfiyyat İdarəsində Rusiya və Çinlə birbaşa toqquşmanın analizləri aparılır". E.Şahinoğlu xatırladıb ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Wall Street Journal” qəzetinə müsahibəsində ABŞ-ın Rusiya və Çinlə “müharibə astanasında olduğunu” söyləyib. “Biz Rusiya və Çinlə necə bitəcəyi və ya hara aparacağı bilinməyən, qismən özümüzün də səbəb olduğumuz bir müharibənin ərəfəsindəyik” - deyən Kissincer Vaşinqtonun ənənəvi diplomatiyadan imtina edib və böyük bir liderin yoxluğunda dünyanı Ukrayna və Tayvanla bağlı müharibə uçurumuna gətirib çıxardığını vurğulayıb. "Henri Kissincerin vəzifə başında olduğu illərdə başlıca məqsədi iki böyük kommunist ölkəsi – SSRİ ilə Çinin bir-birinə yaxınlaşmasının qarşısını almaq idi. Kissincer buna nail oldu. Vaşinqton Pekinlə yaxınlaşaraq Çinlə SSRİ-nin yaxınlaşmasına imkan vermədi. Ancaq sonrakı illərdə və SSRİ-nin dağılmasıyla Vaşinqton bu konsepsiyadan imtina etdi və bu gün Çin SSRİ-nin varisi Rusiya ilə strateji əlaqələr qurub. Bu arada, Kremlin Ukraynada başlatdığı işğalçı müharibə fonunda Rusiya ilə Çin arasındakı ticarət əlaqələrinin həcmi artıb. Ötən il bu həcm 140 milyard dollar civarında idi. Bu ilin 7 ayında ticarət həcmi 100 milyarda yaxınlaşıb. Bu ötən ilin eyni göstəricisi ilə müqayisədə 29 fazi çoxdur. Kisincerin mübarizəsi məhz buna qarşı idi", - politoloq dünyanın gündəmində olan geosiyasi prosesləri şərh edib.

15-08-2022, 16:20
Ermənistan xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır - Deputat


Ermənistan xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır - Deputat

Prezident İlham Əliyev İsmayıllı rayonunda Azərbaycan Televiziyasına müsahibəsində növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq etdi. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu xatırladan dövlət başçısı bildirdi ki, Ermənistan bundan ciddi nəticə çıxarmalıdır, əgər yenidən hansısa təxribat törədilərsə, Azərbaycanın reaksiyası çox sərt olacaq. Ali Baş Komandan Azərbaycanı haqq işindən heç kimin çəkindirə bilməyəcəyini xüsusi vurğulayıb. Milli Məclisin Qarabağ bölgəsindən olan deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında deyib ki, Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, odla oynamasın, yeni reallıqları qəbul etsin və hərbi təxribatlara əl atmasın. Ancaq Ermənistan bundan nəticə çıxarmadı növbəti təxribat törətdi və “dəmir yumruq” yenidən işə düşdü: “Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktında təsbit edilib, rəsmi İrəvan bu öhdəliyi yerinə yetirməlidir. Yetirməsə, bunun vəbalı Ermənistan üçün çox ağır olacaq”. Deputat xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Laçın şərəhrindən yan keçən yeni yolun çəkilməsi, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılmasının təmin edilməsi ilə bağlı müddəa yer alıb. “Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır, Ermənistanı Xankəndi ilə birləşdirən yol hazırda Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.Prezident İlham Əliyev müsahibəsində bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin aparıldığını, 32 kilometr uzunluğunda yolun cəmi bir ilə inşa edildiyini qeyd etdi. Prezident onu da xüsusi vurğuladı ki, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirib. Qarabağdan və Şərqi Zəngəzurdan, o cümlədən Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır”. C.Məmmədovun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. “Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər ermənilər fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə onların xeyrinə dəyişəcək, səhv edirlər. Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların problemlərini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər”. Deputat bildirib ki, Prezidentin müsahibəsində digər mühüm məqam ondan ibarətdir ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. “Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bu birmənalıdır ki, Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşlarının, Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq. Ermənistan bu xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır",-deputat qeyd edib.

13-08-2022, 22:00
İrəvanın məqsədi erməniləri qorxutmaqdır – Azay Quliyev


İrəvanın məqsədi erməniləri qorxutmaqdır – Azay Quliyev

Azərbaycan vətəndaşlığını almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə Ermənistan Baş prokururluğu tərəfindən İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı cinayət işinin açılması faktı Xankəndində və ətraf ərazilərdə Azərbaycanın vətəndaşlığını qəbul edib qanuni əsaslarla yaşamaq istəyən erməniləri qorxutmaq məqsədi daşıyır. Bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib. Onun sözlərinə görə, rəsmi İrəvan açıq şəkildə deyir ki, Azərbaycanın vətəndaşlığını qəbul edən erməniləri Ermənistanda cinayət təqibi gözləyir: "Bu fakt Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinin siyasi riyakarlığının növbəti sübutudur". Qeyd edək ki, son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və sülh təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır. Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar. Həmin müraciətdən sonra hər iki şəxs barəsində Ermənistanda cinayət işi açılıb.
13-08-2022, 21:29
Yeganə yol ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır - Metyu Brayza


Yeganə yol ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır - Metyu Brayza

Yeganə humanitar yol Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. "Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ermənilər Azərbaycan vətəndaşı kimi Qarabağda qala, öz yurd-yuvasına qayıdan azərbaycanlılarla sülh və təhlükəsizlik şəraitində yaşaya bilərlər. Prezident İlham Əliyev mütəmadi olaraq bəyan edib ki, onların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları kimi, hər hansısa imtiyaz olmadan qorunacaq. Mən Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını nəcib vəzifə hesab edirəm və fikrimcə, bu, yeganə humanitar yoldur”, - M.Brayza bildirib. Sabiq səfirin sözlərinə görə, digər bir məsələ Qarabağda yaşayan ermənilərin buna necə yanaşmasıdır. “Mən güman edirəm ki, bəziləri bu fürsəti müsbət qarşılayacaq, bəziləri isə yox. Lakin Ermənistanda yaşayan ermənilər etnik ermənilərin Azərbaycan vətəndaşı olmasının ciddi əleyhinədirlər. Ancaq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi Azərbaycanda qalmaq, yoxsa getmək istəməsi onların qərarından asılıdır. Başa düşürəm ki, hər hansı bir ailənin vətəndaşlığını dəyişmək və ya ölkədən çıxmaq barədə qərar qəbul etməsi çox çətindir. Amma ümid edirəm ki, hər şey sülh yolu ilə olacaq və ermənilərin Qarabağda azərbaycanlılarla çiyin-çiyinə dinc yaşaması ilə bağlı məqsəd reallaşacaq”, - keçmiş diplomat əlavə edib.
13-08-2022, 21:14
“QİSAS” əməliyyatı Xankəndidə davam edəcək?


“QİSAS” əməliyyatı Xankəndidə davam edəcək?

Azərbaycan Ordusu “Qisas” əməliyyatı zamanı azad etdiyi Qırxqız, Sarıbaba və Buzdux dağı, eləcə də onların ətrafında yerləşən hakim yüksəkliklər Qarabağın digər ərazilərində təmizləmə və cəzalandırma əməliyyatları keçirmə üçün münbit şərait yaradır. Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, əgər Ermənistan tərəfi, həmçinin Qarabağda yerləşən separatçılar üçtərəfli bəyannamənin müddəalarından irəli gələn şərtləri yerinə yetirməsələr və ya bu şərtlərin yerinə yetirilməsini ləngitsələr, o zaman Azərbaycan müəyyən addımlar atmağa məcbur olacaq. Ekspert qeyd edib ki, düşmənin terror-təxribat əməlləri və təxribat xarakterli bəyanatları “Qisas” əməliyyatının ikinci fazasının başlamasına gətirib çıxaracaq: “Xatırlatmaq istəyərdim ki, Azərbaycan avqustun 3-də “Qisas” əməliyyatının başlandığını elan etsə də, əməliyyatın başa çatması ilə bağlı məlumat verilməyib. Ona görə də, Ermənistan tərəfi Vətən müharibəsinin nəticələrindən, imzalanmış birgə bəyannamələrin və sənədlərin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə ciddi yanaşmalıdır. Əks halda növbəti cəzalandırma əməliyyatlarının həyata keçirilməsi qaçılmaz olacaq. Bu isə Ermənistan üçün çox ağrılı və acılı nəticələr vəd edir". Ə.Verdiyev onu da vurğulayıb ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə, o cümlədən Xankəndi şəhərində cəzalandırma əməliyyatının həyata keçirilməsi daha çox əks tərəfin, yəni ermənilərin davranışlarından asılı olacaq: "Əgər hərbi təxribatlar, yaxud Azərbaycan əleyhinə təxribat xarakterli fikirlər səslənərsə və ümumilikdə birgə imzalanmış sənədlərin müddəalarına əməl olunmayacaqsa, Azərbaycan "Qisas" əməliyyatının növbəti mərhələsini həyata keçirmək hüququnu özündə saxlayır”. Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Azərbaycan Televiziyasına müsahibəsində "Qisas" əməliyyatında da söz açıb. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz".



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!