Müharibəyə hazırıq - İran XİN-dən mesaj .....                        Pekindən Avropa İttifaqına xəbərdarlıq .....                        Baydenin Almaniyaya "vida" səfəri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək .....                        Hava limanına ildırım düşdü - Yaralı var .....                        Ermənistanda hərbçi güllələndi .....                        İBTİDAİ HAZIRLIQ KURSU .....                        Badmintonçumuzdan Türkiyədə qızıl medal .....                       
Tarix : 26-09-2024, 18:20
Xankəndini hələ də “Stepanakert” kimi görən Minsk qrupu nəyə görə ləğv olunmalıdır?


Xankəndini hələ də “Stepanakert” kimi görən Minsk qrupu nəyə görə ləğv olunmalıdır?

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasındakı geniş məzmunlu çıxışında artıq funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması məsələsinə də toxunmuşdur. Minsk qrupunun keçmiş Qarabağ münaqişəsinin həlli üçün yaradıldığını qeyd edən Müzəffər Ali Baş Komandan bildirmişdir ki: “Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik. Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın”.
44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin beynəlxalq platformalarda, xarici ali və yüksək səviyyəli görüşlərində davamlı və prinsipial mövqe göstərdiyi məsələlərdən biri də Minsk qrupunun format olaraq ləğvidir. Azərbaycan Prezidentinin regionda maraqlı qüvvələrin təkidli istəyinə rəğmən bu formatın ləğvi ilə bağlı mövqeyinin davamlılığında tutarlı səbəbləri var.
Belə ki, Minsk qrupunun 28 illik fəaliyyəti (daha doğrusu fəaliyyətsizliyi) təsis olunduğu vaxtlarda qarşıya qoyulan məqsədlərdən kəskin fərqlənmişdir. Həmsədr ölkələrin təcavüzkar Ermənistanla əraziləri işğal olunmuş Azərbaycan arasında bərabərlik işarəsi qoyması həm beynəlxalq hüquq, həm də mənəvi tərəfdən ədalətsiz mövqe sərgilənməsinin bariz nümunəsi idi. Həmsədrlərin regiona saysız-hesabsız “turist” səfərlərinin və dəyişməyən bəyanatlarının yeganə məqsədi Ermənistanın hərbi işğal faktını rəsmiləşdirmək, Azərbaycanı reallıqla barışmağa inandırmaq və bununla da münaqişəni “həll etmək” idi.
Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edərək, bu təsisatın ötən dövr ərzində heç bir fayda vermədiyini açıq formada vurğulamışdı. Dövlətimizin başçısı 2020-ci il dekabrın 12-də Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən qurumun fəaliyyətinə verdiyi obyektiv qiymət aşağıdakı kimi olmuşdur:
"Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir".
Beləliklə, Minsk qrupu 28 il ərzində münaqişənin “həlli” prosesi ilə məşğul olsa da, heç bir nəticə əldə edilmədi. Belə ki,

BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi icra olunmadı;

Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması istiqamətində səylər göstərilmədi;

məcburi köçkünlərin doğma yurdlarına geri qayıtması təmin edilmədi;

Təcavüzkar Ermənistana təzyiq olunmadı, o cəzalandırılmadı, əksinə işğalçı ölkə dəstəkləndi.
Əvəzində isə, Minsk qrupuna üzv ölkələrin bəziləri işğalçını açıq və gizli formada silahlandırmağa, maddi və mənəvi dəstək verməyə davam edirdilər.
2024-cü il sentyabrın 25-də Fransa prezidentinin BMT Baş Assambleyasında Ermənistanın regiondakı bölücü və qeyri-sabitliyə yönəlmiş addımlarına açıq dəstək verməsi isə deyilənləri bir daha sübut edir.
Ötən illər ərzində Minsk qrupu həmçinin münaqişənin həlli istiqamətində atılan bütün xoşməramlı təşəbbüslərə kölgə salmağa, digər beynəlxalq fəaliyyətlərə mane olmağa çalışır, onları sabotaj edir və ya etdirirdi. Misal üçün, bu xüsusda monopolist rolunda çıxış edən Minsk qrupu həmsədrlərinin 2016-cı il yanvarın 22-də verdikləri bəyanatda onlar bir sıra beynəlxalq təşkilatlara çağırış edərək, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və ya davam edən danışıqlar prosesini “çətinləşdirəcək” addımlardan geri çəkilmələrini tələb edirdilər. Əlbəttə ki, bu cür fəaliyyətlər Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupuna olan ümidləri də heçə endirirdi.
Bu il sentyabrın 16-da Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında da keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların (o cümlədən Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi institutunun – müəllifin qeydi) fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulamışdır. Eyni fikirləri dövlət başçısı bu il fevralın 18-də ATƏT-in Baş katibi Helqa-Mariya Şmidlə görüşündə də bildirmişdir.
Yekun olaraq bir daha xatırladaq ki, Minsk Qrupu Ermənistan-Azərbaycan arasındakı “Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmışdı. İndi nə münaqişə, nə “Dağlıq Qarabağ”, nə də bu yöndə danışıqlara ehtiyac var. Ortada hansısa mübahisəli məsələ yoxdur ki, həmsədrlər bu problemin həllinə vasitəçilik etsinlər. Azərbaycan Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Belə olduğu halda, ATƏT-in Minsk qrupu aktuallığını itirmiş və adı yalnız kağız üzərində qalmış bir təsisatdır.


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!