Cəlilabad sakini Bakıda dəm qazından öldü .....                        Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş... .....                        Şərif Trampdan İranla bağlı xahiş edib .....                        "Real" evdə uduzdu, "Arsenal" səfərdə qalib gəldi .....                        Ağdaban qətliamından 34 il ötür .....                        Küveyt hakimiyyəti: "Evlərinizdə qalın" .....                        ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi .....                        Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı .....                        Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO .....                       
Tarix : 24-09-2021, 23:11
"Dağlıq Qarabağın statusu əsas məsələ olaraq qalır"


"Dağlıq Qarabağın statusu əsas məsələ olaraq qalır".
Bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsində "status" haqda fikirlərinə münasibət bildirərkən deyib.
A.Qriqoryan bildirib ki, "Qarabağ problemi həll olunmayıb və ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə platforma olaraq qalır".
Qriqoryanın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri danışıqları bərpa etməyin zəruriliyini dəfələrlə bəyan ediblər. Və bu danışıqlarda əsas məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir: ""Dağlıq Qarabağın statusu məsələsi həll edilməlidir. Və biz bu qərarı ATƏT-in Minsk Qrupu çərçivəsində görürük. Bunu nəzərə alaraq Azərbaycan tərəfinin açıqlamaları bizim üçün anlaşılmazdır"- deyə, katib əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Rusiyanın "Milli müdafiə" jurnalına müsahibəsində bildirib ki, “Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə, onda biz də özümüzü Ermənistana cavab olaraq ərazi iddiaları irəli sürməkdən saxlaya bilməyəcəyik”. Prezident Ermənistanın hələ də Dağlıq Qarabağın statusunu qaldırmaq cəhdlərinin perspektivsiz olduğunu deyib. “Təəssüf ki, hələ də Dağlıq Qarabağın statusu məsələsi qaldırılır, bu tamamilə perspektivsizdir. Düşünürəm ki, bu Ermənistanın hazırkı acınacaqlı durumunda təhlükəli və zərərlidir. Onlar İkinci Qarabağ Müharibəsinin dərslərini unutmamalıdır. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə, onda biz də özümüzü Ermənistana cavab olaraq ərazi iddiaları irəli sürməkdən saxlaya bilməyəcəyik. Tarixi məxsusluq baxımından bizim Zəngəzura yaxud Göyçə gölü hövzəsinə iddia irəli sürməyimiz üçün daha çox əsasımız var. Amma biz bunu etmirik”.
İlham Əliyev kapitulasiya aktı imzalayan Ermənistanın Dağlıq Qarabağdan danışmasına haqqı çatmadığını əlavə edib:
“Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bura bizim ərazidir və onun inzibati quruluşunu biz müəyyən edirik”.


Paylaş



Bölmə: Göyçə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!