17-07-2022, 08:51
Blinken də Bayramov-Mirzoyan görüşündən yazdıCeyhun Bayramov və Ararat Mirzoyan Tiflisdə görüşərək müsbət addım atdılar.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken Tvitter hesabında yazıb.
“Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, - Blinken vurğulayıb.
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri Tiflisdə bir araya gəlib.
16-07-2022, 21:02
XİN rəhbərləri Tiflisdə görüşdüAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Görüş Tiflisdə keçirilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüş başa çatıb.
XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.
Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü də olub.
14-07-2022, 06:13
Polşa Ukraynanı ələ keçirir Polşa Qərbi Ukraynanı ələ keçirmək planlarını ört-basdır etmək üçün Macarıstan və Rumıniya ilə Ukrayna məsələsində daha fəal əməkdaşlığa hazırdır. Bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. Narışkin qeyd edib ki, Polşa Qərbin Ukraynaya ekspansiyasını ört-basdır etməyə çalışır və bu məqsədlə “maskalanmaq” üçün kütləvi təbliğat aparır.
Onun sözlərinə görə, Polşa Ukraynanın bütün avropalı qonşularının Kiyevin işlərində “kollektiv iştirakı” imitasiyasının yaradılmasına çalışır:
“Bunun üçün Varşava Macarıstan və Rumıniya ilə Ukrayna məsələsində daha fəal əməkdaşlığa getməyə hazırdır. Beləliklə də Polşa öz planlarını həyata keçirmək üçün onların arxasında gizlənir”.