İki azərbaycanlı ailə Rusiyadan deportasiya edildi .....                        Leyla Əliyevanın doğum günüdür .....                        “Kurtlar Vadisi”nin aktyoru vəfat etdi .....                        Masazırda yanğın söndürüldü - YENİLƏNİB .....                        Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib - Prezident .....                        Kanalda batan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir azərbaycanlı həbs edildi .....                        Azərbaycan və Özbəkistan liderləri “Sea Breeze”də - FOTO .....                        Rusiyaya cavab verilmədiyi iddiaları əsassızdır .....                       
9-05-2025, 20:19
HEYDƏR ƏLİYEV VƏ QƏRBİ AZƏRBAYCAN

HEYDƏR ƏLİYEV VƏ QƏRBİ AZƏRBAYCAN - Komitə sədrinin məqaləsi


Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Azərbaycan xalqının dünya siyasətinə bəxş etdiyi böyük dövlət adamı, dahi siyasətçi Heydər Əliyevin anadan olmasından 102 il keçir. Heydər Əliyevin fiziki yoxluğundan bizi ayıran vaxt axarı onun siyasi dühasını daha dərindən öyrənməyə sövq edir. Xalqımızın yetişdirdiyi tarixi şəxsiyyətin ən böyük səciyyəvi cəhəti vətənimizin tarixini bütöv görməyi bacarması idi. O, Azərbaycanın və türk dünyasının problemlərinin həlli yolları barədə daim düşünən böyük siyasi lider idi. Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində olanda fəaliyyətində bu çalarlar qabarıq görünürdü.
Milli kimliyə bağlı şəxsiyyət
Heydər Əliyev SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsini tutarkən onun SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovla ilk konflikti Qazaxıstan SSR KP MK-nın birinci katibi Dinməhəmməd Kunayevin vəzifədən uzaqlaşdırılmasına etirazı ilə bağlı olmuşdur. Heydər Əliyevin türk xalqlarına olan bağlılığı və milli təəssübkeşliyi SSRİ rəhbərliyi tərəfindən qısqanclıqla qarşılandı və onun özünü hədəfə çevirdi. Turkiyənin tanınmış araşdırmaçı jurnalisti Selahettin Sadıkoğluna "Haydar Alıyevle yüz-yuze reportaj" başlığı ilə verilmiş telemüsahibədə Heydər Əliyev bu barədə söyləyir: "Mənim SSRİ Siyasi Bürosunda dövlət başçısı ilə ilk konfliktim 1986-cı ildə baş verdi. M.Qorbaçov Orta Asiyada türk dövlət başçılarını çıxardıb oraya rus millətindən olan başçılar təyin edirdi. Nəhayət, 1986-cı ildə 22 il Qazaxıstana başçılıq etmiş D.Kunayevi vəzifədən azad edərək onun yerinə rus millətindən olan yaxın dostunu təyin etdi. Mən buna etiraz etdim. M.Qorbaçova başa saldım ki, bu doğru deyil. Bunu etmək olmaz. Lakin o bildirdi ki qazax xalqı belə istəyir. Mən bildirdim ki, bu yanlışdır. Nəticədə qazax xalqı həmin şəxsi qəbul etmədi və qarşıdurma yarandı. Buna etiraz edən qazax gənclərinin bir çoxu güllələndi. Bir çoxu həbs edildi. Və buna qazax millətçiliyi donu geyindirdilər".
Bəli, Heydər Əliyevin SSRİ rəhbərliyi ilə ilk ziddiyyətləri məhz türk xalqlarına qeyri-millətlərin rəhbər təyin edilməsi ilə başlanmışdır. Heydər Əliyevin türk milli kimliyinin təəssübkeşliyi onun Sov.İKP MK-nın Siyasi Bürosundan istefa verməsinə səbəb oldu. Onun qazax xalqının dövlət xadimi D.Kunayevlə, özbək xalqının dövlət xadimi Şərəf Rəşidovla möhkəm dostluq əlaqələri qısqanclıqla qarşılanırdı. Hər üç şəxsiyyətə qarşı Əliyevşina, Kunayevşina və Rəşidovşina adı altında qarayaxma kampaniyası aparılırdı. Heydər Əliyevin hələ sovetlər dönəmində türk xalqlarına qarşı olan sevgisinin təzahürü idi ki, Orta Asiyanın və Turkiyənin dövlət başçıları və xalqları ona böyük ehtiram bəsləyirdilər.
Xristian güc mərkəzləri tərəfindən türk dünyasının bütövlüyünü pozmaq, türk xalqlarının quru sərhədlərini ayırmaq məqsədi ilə xristian zolağı yaratmaqla süni şəkildə Ermənistan adlanan dövlətin yaradılması tarixşünaslıq tərəfindən öz təsdiqini tapmışdır. Böyük dövlət adamı Heydər Əliyevin bu problemə baxışı maraq doğurmaya bilməz. Ümummilli Lider Qərbi Azərbaycana türk dünyasının ən vacib parçası kimi baxır, onu xalqımızın tarixi torpaqları hesab edirdi. Böyük siyasi xadim ikinci dəfə hakimiyyətə gəldikdən sonra artıq biz onun açıq şəkildə Qərbi Azərbaycan məsələsinə həssas münasibətinin şahidi olduq.
Tarixi və siyasi varislik
Heydər Əliyev Qərbi Azərbaycan məsələsinə iki baxış bucağından yanaşıb dəyərləndirirdi: tarixi varislik və siyasi varislik. Birinci baxış bucağı Qərbi Azərbaycanın tarixi Azərbaycan torpaqları olması faktorunu önə çəkirdi. Ümummilli Lider Heydər Əliyevin 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında çıxışı bunun bariz nümunəsidir. Heydər Əliyev həmin çıxışında deyir: "1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kvadratkilometr olub. İndi isə 86 min kvadratkilometrdir. Gör əlimizdən nə qədər torpaqlar gedib. Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparıb. Ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban verməkdən belə çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna artıq dözmək olmaz. Ona görə də təklif edirəm ki, bir Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində, hansı torpaqlar verilib? Bu torpaqların hansı qərarlarla, kim tərəfindən verilməsi müəyyən olunsun. Və biz Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində duraq və burada deputatların dediyi kimi, o torpaqların geri qaytarılması üçün mübarizə aparaq. İndi biz mübarizəyə keçməliyik və mən də bu mübarizəyə hazıram. Əgər deputatlar razı olarsa, bizim sessiyamız Ermənistanı təcavüzkar dövlət adlandırmalıdır. Biz bu barədə xüsusi qərar çıxarmalı və onu bütün dünyaya bəyan etməliyik. Soruşdular ki, o torpaqları kim verib? Mən təklif edirəm ki, aydınlaşdırılsın. Eyni zamanda arayış verə bilərəm ki, 1969-cu il 14 iyuldan (mən başa düşdüm, o sualı mənə niyə verdilər), Azərbaycana rəhbərlik etdiyim dövrdən 1982-ci ilin dekabrına qədər Azərbaycan ərazisindən bir qarış da olsa, Ermənistana torpaq verilməyib. Mən buna cavab verirəm və özümü çox xoşbəxt hesab edirəm ki, o dövrdə ermənilərin torpaq iddialarının qarşısını ala bildik".
Göründüyü kimi, Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünə Qarabağ problemi kontekstində deyil, bütöv baxır və siyasi varislik prinsipini önə çəkərək ərazilərimizin 86.6 kvadratkilometr deyil, 114 min kvadratkilometr olduğunu vurğulayır. Eyni zamanda Heydər Əliyev vaxtilə Azərbaycanın ərazilərinin ermənilərə verilməsi həvəsində olan şəxslərin fəaliyyətlərinin hansı çətinliklərlə qarşısının alındığını söyləyir.
Heç kimə sirr deyil ki, Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycanda rəhbərliyə gəlməsi respublikamız üçün daha ciddi bir təhlükənin qarşısını aldı. 1948-1953-cü illərdə sovet dövlət rəhbərliyinin yaxından köməyi ilə azərbaycanlıların doğma torpaqları olan Qərbi Azərbaycandan - Ermənistan SSR adlandırılan ərazidən deportasiyasına nail olan ermənilər 1968-1969-cu illərdə Azərbaycana qarşı ərazi iddialarını yenidən genişləndirmişdilər. Kreml də onların bu iddialarına dəstək verirdi. Məhz belə bir təzyiq nəticəsində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistanla sərhəddə yerləşən 2 min hektardan çox torpağın onlara verilməsi haqqında hələ 5 may 1938-ci ildə qəbul edilmiş əsassız sənədi 7 may 1969-cu il tarixli qərarı ilə təsdiq etdi (Ali Sovetin Sədri M.İsgəndərli). Heydər Əliyev bu qərarın həyata keçirilməsinə yol vermədi.
İlk dəfə Heydər Əliyev "Qərbi Azərbaycan" ifadəsini işlədib
"İslam sivilizasiyası Qafqazda" mövzusunda 10 dekabr 1998-ci ildə keçirilən beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə çıxış edən Heydər Əliyev bir daha Qərbi Azərbaycan məsələsindən bəhs edərək deyir: "İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır".
Beləliklə, müasir Azərbaycanın siyasi həyatında Qərbi Azərbaycan terminologiyasından ali kürsüdən ilk dəfə Ümummilli Lider Heydər Əliyev istifadə etmişdir. Bundan sonra həm siyasi ədəbiyyatda, həm də siyasi platformalarda bu termin artıq öz gerçək yerni tutmağa başladı. Heydər Əliyev digər beynəlxalq kürsülərdən də Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması ilə bağlı faktları söyləyirdi. 23 fevral 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında Heydər Əliyev deyir: "Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik".
15 fevral 2000-ci ildə Cons Hopkins Vaşinqton Universitetindəki çıxışında Heydər Əliyev deyir: "Bəli, Zəngəzurda azərbaycanlılar çox yaşayıbdır. Vaxtilə Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olubdur. Ancaq Sovetlər İttifaqı yaranan zaman respublikaların xəritələri çəkilib, Zəngəzur Ermənistanın tərkibində qalıbdır. Azərbaycanlılar oradan tədricən köçüblər. Amma sizin nəzərdə tutduğunuz Mehri rayonunda 1988-ci, 1989-cu illərdə, 1990-cı ilə qədər daha çox azərbaycanlı yaşayıb, nəinki erməni".
Ulu Öndər beynəlxalq siyasi institutlarda etdiyi çıxışlarla gələcəkdə bu siyasi platformanın düzgün istiqamətdə dəyərləndirilməsinə şərait yaradırdı. Heydər Əliyev türk dünyasına da Qərbi Azərbaycan həqiqətlərini çatdırırdı. Ulu Öndər 21 iyun 1996-cı ildə İğdır nümayəndələrini dinlədikdən və məktubla tanış olduqdan sonra deyir: "Bilirsiniz ki, keçmiş zamanlarda Azərbaycan təkcə indiki hüdudlarda deyildi. İndi Ermənistanın əlində olan Göyçə mahalı da, yaxud sizin İğdırın qarsısındakı Vedibasar, Zəngibasar, İrəvan xanlığı da Azərbaycanın olubdur. Sizin ulu babalarınızın əksəriyyəti oralardandır. İğdırda yaşayanlardan soruşsan ki, kökün haradandır, hər on nəfərdən dördü-beşi deyəcək ki, ya Zəngibasardan, ya Vedibasardan, ya İrəvandan, yaxud Borçalıdan, ya da Gəncədəndir, Naxçıvandandır".
Heydər Əliyev gənc nəsli doğma yurda səsləyirdi. Ulu Öndər daxili auditoriyanı da unutmur, gənc nəslin öz tarixi torpaqlarına sevgi və hörmət hissi ilə böyüməsi üçün onlara lazımi bilgiləri aşılayırdı. Görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli gecədə Ulu Öndər deyir: "Mustafa bəy Topçubaşov XX əsrdə Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən biridir. O, İrəvan şəhərində, qədim Azərbaycan torpağında dünyaya göz açıb, Kiyev Universitetini bitirib, sonra isə Bakıya gəlib və burada fəaliyyətə başlamışdır".
Heydər Əliyev siyasi varislik məsələsini həmişə aktual saxlamaqla bu istiqamətdə siyasi platformanı gücləndirir. O, 26 may 1996-cı il Respublika Günü münasibətilə təntənəli yığıncaqda deyir: "Xalqımız əldən getmiş torpaqların nisgilini indi də çəkir. İndi də Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır. Amma eyni zamanda Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edərkən beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədləri çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik".
Yurd həsrəti mənəvi və şəxsi kontekstdə
Qərbi Azərbaycana qayıdışın təmin edilməsi konseptual olaraq özündə hüquqi və mənəvi amilləri ehtiva edir. Hüquqi amillər özlüyündə iki kateqoriyaya ayrılır: milli qanunvericilik bazası və beynəlxalq qanunvericilik bazası. Milli qanunvericilik bazasının formalaşdırılmasının əsası böyük dövlət adamı Heydər Əliyevin hakimiyyəti dönəmindən qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti 18 dekabr 1997-ci il tarixdə (№ 656) 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", 28 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanlarla Qərbi Azərbaycana qayıdışın təmin olunması istiqamətində fəaliyyət üçün hüquqi təminatlar yaradılmışdır.
Ulu Öndər qanunvericilik bazasını yaratmaqla bərabər, həm də sistematik olaraq bu mövzuda təbliğat işini aparmaqda davam etmişdir. O, 29 mart 2000-ci il tarixli 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqa müraciətində deyir: "Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş deportasiya və soyqırımı siyasəti sovet hakimiyyəti illərində beynəlmiləlçilik pərdəsi altında məharətlə maskalanaraq həyata keçirilmişdir. Sovet Rusiyasının köməyi ilə Zəngəzur və bir sıra digər Azərbaycan torpaqları Ermənistan ərazisi elan edildi. Ermənilər türk-müsəlman respublikalarına qarşı ayrı-seçkilik siyasəti yürüdən SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular".
Tarixi gerçəklikləri bilən hər kəsə məlumdur ki, Ulu Öndər Heydər Əliyev əslən Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Qarakilsə mahalının Comərdli kəndindəndir. Onun ailəsi etnik təmizləməyə və soyqırımına məruz qalmışdır. Heydər Əliyevin ailə üzvlərinin mətbuatdakı açıqlamalarında onların hansı məşəqqətlə öz yurdlarını tərk etmək məcburiyyətində qalması öz təsdiqini tapmışdır. Ona görə Heydər Əliyevin Qərbi Azərbaycan torpaqları ilə bağlı dərin tarixi məlumatlara malik olması heç bir təəccüb doğurmur. Bu həm də onun ailə həqiqətlərinin bir parçasıdır. Qərbi Azərbaycan torpaqlarının gerçək sahibləri həm də onun əcdadlarıdır. Bu məsələ mənəvi amillərlə bağlı olmaqla problemə həssas münasibətin təzahür etməsində mühüm rol oynayır. Heç də təsadüfi deyildir ki, azərbaycanlılara qarşı ermənilər tərəfindən XX əsrin əvvəllərində törədilən soyqırımına ilk siyasi hüquqi qiymət verən də Heydər Əliyev olmuşdur. Bu mənada Qərbi Azərbaycanın yerli sakinlərinin həmin ərazilərdən deportasiyası və bu prosesin ağır nəticələri ilə bağlı hüquqi sənəd imzalamış ilk dövlət başçısı kimi tarixə düşmüşdür.
Ulu Öndər azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı və deportasiyalarla bağlı demişdir: "Ermənistanın Azərbaycana qarşı bu siyasəti XX əsrdə həmişə davam edibdir. Mən bu torpaqlarla əlaqədar məsələni dedim. 50 il bundan əvvəl, 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistandan deportasiya olunublar. O, Azərbaycan torpaqları idi. Həmin torpaqlardan, hansılar ki, o vaxtlar - 1918, 1919, 1920-ci illərdə mübahisə nəticəsində Ermənistanın əlinə keçdi, ondan sonra - 40-50 il yaşayandan sonra 1948-ci ildə hesab elədilər ki, azərbaycanlıları oradan tamamilə çıxartmaq lazımdır, sonra heç kim deməsin ki, bunlar Azərbaycan torpağı olubdur".

Qərbi Azərbaycana qayıdış həm şəxsi, həm də siyasi varislik kontekstində Prezident İlham Əliyevin fəaliyyətində də eyni ağırlıqda təzahür edir. Cənab Prezidentin babasının məzarını ziyarət edərkən söylədiyi təsirli fikirlər də bu mənəvi və hüquqi amili özündə ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: "Babamın məzarını ziyarət etməklə eyni zamanda ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir".
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib: "Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm".
Qayıdışın beynəlxalq hüquqi təminatları
Müasir Azərbaycanın qurucu lideri Heydər Əliyev tərəfindən 1995-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq müqavilələrin hüquqi statusuna müəyyənlik gətirməklə həm də Qərbi Azərbaycandan zorakılıqla çıxarılmış şəxslərin öz yurdlarına qayıtmasının beynəlxalq hüquqi təminatları üçün münbit baza yaratmışdır. Beynəlxalq konvensiyaların milli qanunvericiliyimizin tərkib hissəsinə çevrildiyini nəzərə alsaq, 10 dekabr 1948-ci il tarixli BMT-nin "İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi", 28 iyul 1951-ci il "Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası", 1967-ci il Konvensiyaya əlavə Protokol, "İnsan hüquqları haqqında Beynəlxalq Bill" BMT-nin Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli 2200 A (XXI) nömrəli qətnaməsi ilə qəbul edilmiş "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyaya, "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı" Konvensiya, "Uşaq hüquqları haqqında" Konvensiya (BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu ildə qəbul edilib) "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" Beynəlxalq Konvensiya (21 dekabr 1965-ci ildə Baş Məclis tərəfindən qəbul edilib), "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt (Pakt Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı ildə qəbul edilmiş və 23 mart 1976-cı ildə qüvvəyə minmişdir), "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiya (BMT Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul olunmuş, 3 sentyabr 1981-ci ildə qüvvəyə minmişdir) və digər beynəlxalq sənədlərdə Qərbi Azərbaycandan deportasiya edilmiş vətəndaşlarımıza verilmiş hüquq və azadlıqlar kobud şəkildə pozulmuş və eyni zamanda onların öz yurdlarına qayıtması üçün hüquqi təminatlar yaratmışdır.
Biz Qərbi Azərbaycana qayıdacağıq!
Bütün siyasi platformalarda olduğu kimi, Qərbi Azərbaycana qayıdış problemi də böyük dövlət adamı Heydər Əliyev tərəfindən hüquqi və mənəvi baxımdan ciddi şəkildə işlənmiş və təminatları yaradılmışdır.
Şübhəsiz ki, yurd həsrəti ilə yaşayan qərbi azərbaycanlılar üçün 24 dekabr 2022-ci il tarixi unudulmaz bir gündür. Cənab Prezident Qərbi Azərbaycan İcmasına verilmiş binanın açılışında iştirak etməklə onların çağırışına səs vermiş və soydaşlarımızın doğma yurdlarına qayıtması hüququnu tanımışdır. İlham Əliyevin "Biz Qərbi Azərbaycana qayıdacağıq" söyləməsi Ermənistanda təşviş doğurmuşdur.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bununla bağlı demişdir: "Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla azərbaycanlılar orada yaşayıblar. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm". Bəli, biz də Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlarına qayıtmasına olan inamını paylaşmaqla unudulmaz dahi siyasətçi Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözlərini təkrar edərək deyirik: "Biz Qərbi Azərbaycana qayıdacağıq!"
7-05-2025, 13:52
Moskvada Əliyev-Paşinyan görüşü keçirilə bilər


Moskvada Əliyev-Paşinyan görüşü keçirilə bilər

Rəsmi Moskvanın açıqlamasına görə, mayın 9-da keçiriləcək Qələbə paradında 29 xarici ölkə liderinin iştirakı planlaşdırılıb. Rusiya paytaxtına gedəcək liderlərin siyahısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın da adı qeyd edilib.
Maraqlıdır, eyni tədbirdə iştirak edəcək Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilərmi?
9 may tarixli Qələbə paradında liderlərin ayrı-ayrılıqda ikitərəfli təmasları nəzərdə tutulmayıb və buna dair hər hansı rəsmi açıqlama da yoxdur. Lakin bu cür tədbirlərin əvvəlki praktikasını nəzərə alsaq, onda Əliyevlə Paşinyan arasında mümkün görüş haqda ehtimal irəli sürmək olar.
Üstəlik Azərbaycan və Ermənistan liderləri arasında çoxdandır birbaşa təmas da qurulmur. İlham Əliyevlə Paşinyan arasında sonuncu görüş 2024-cü il oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında baş tutub. Həmin görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmişdilər.
Liderlərin sonuncu görüşündən sonra ikitərəfli sülh gündəliyində xeyli dəyişikliklər baş verib. Belə ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.
Daha sonra Ermənistan Azərbaycanın irəli sürüdüyü digər iki şərtə də qismən razılaşıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda ATƏT-in Minsk qrupunin ləğv edilməsinə və konstitusiya dəyişikliyinə gediləcəyini bildirib. O, yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb. Lakin Paşinyan bunları hələ ki sözdə deyib, əməli addım isə atmayıb.
Digər tərəfdən Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin başlanması da gecikir... Halbuki tərəflər 2025-ci il yanvarın 16-da baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayev səviyyəsində növbəti delimitasiya prosesinin sərhədin şimal hissəsindən - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlamaq barədə razılığa gəliblər. Prosesin aprel ayında başlanacağı gözlənilirdi...
Beləliklə, yeni reallıqları nəzərə alanda, ikitərəfli sülh gündəliyinin irəli aparılması üçün sözdən əmələ keçməyin vacibliyi önə çıxır. Bütün bunlar isə Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünü labüd edir...
3-05-2025, 03:33
Yaş senzi mintinqinin iştirakçısı olan 8-12 yaşlı uşaqlar kim idi?

Yaş senzi mintinqinin iştirakçısı olan 8-12 yaşlı uşaqlar kim idi?

Ümummili Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində dahi siyasətçinin siyasi fəaliyyətinə qarşı süni maniə kimi düşünülmüş “Yaş senzi” mitinqlərinin təşkil edilməsində fədakarlıq nümayiş etdirən şəxslər haqqında yazılar təqdim etməyi zəruri hesab edirəm.

SSRİ rəhbərliyinin ümummilli lider Heydər Əliyevə qarşı təcrid etmə siyasəti o vaxtı Azərbaycan müti rəhbərliyi tərəfindən davam etdirilirdi. Bütün fəaliyyəti M.Qarbaçovun razılığını qazanaraq hakimiyyətdə qalmağa cəhd edən Ayaz Mütəllibov Kremlin sifarişini böyük həvəslə yerinə yetirirdi. Böyük dövlət adamı Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid etmək üçün Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsində belə bir müddəa əlavə edilmişdir: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu Qanuna müvafiq surətlə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun”.
Bu müddəanın Heydər Əliyevə qarşı yönəlməsi heç kimdə şübhə doğurmurdu. Heydər Əliyevə qarşı olan xalq sevgisi bu cür süni maneələrin aradan qaldırılacağına şübhə doğurmurdu. Lakin bu sevginin təzahürlərinin üzə çıxarılmasında ilk addımları fədakar adamlar atmalı idi. Çünki həmin dövrdə hakimiyyətdə olan qüvvələr üçün ən arzuolunmaz şəxs idi Heydər Əliyev. Azərbaycanın ayr-ayrı rayonlarında kiçik mitinqlər şəkilində təşkil edilsə də Bakıda buna heç cür imkan vermirdilər. Lakin Heydər Əliyevə olan xalq segisinin ilk işartıları bu fədakar insanların sayəsində görsənməyə başladı.
1992-ci ilin aprel-may ayında Azərbaycan Respublikası Ali Sovetinin qarşısında Yaş senzinin aradan qaldırılması və Heydər Əliyevin Prezident seçkilərində iştirakı maniə olan bu qanun ləğv edilməsinə etiraz əlaməti olaraq ilk mitinq təşkil olundu. Burada söhbət Heydər Əliyevə sevgi və hörmət bəsləyən şəxslərin təşkil etdiyi ilk mitinqin təşkil olunmasından gedir. Heydər Əliyev həmin vaxtı hakimiyyətə müxalifətdə idi. Xalq kütlələri arasında onun çox saylı tərəfdarları olasa bu qüvvələr pərakəndə idi. Bu qüvvələrin ilk təşkilatlanmış forması məhz Yaş senzi mitinqində üzə çıxdı. Bu mitinqdə iki azyaşlı uşaq iştirak edirdi. Onlar əllərində bayraq və Heydər Əliyevin portiretini tutmuşdular. Bu azyaşlı uşaqlar kimdir?

Heydər Əliyevin ən sadiq tərəfdarlarından, 90-cı illərin əvvəllərində Ulu Öndərimizin müdafiəsi ilə bağlı mitinqlərin təşkilatçılarından, azyaşlı oğulları – Ramin Rüstəmov və Tural Rüstəmovla birlikdə həmin mitinqlərdə fəal iştirak edən Arif Rüstəmovun həyat yoldaşı Həvva Həsənova bu hadislərə işıq salır. H.Həsənova: “Yaş senzi mitinqinin təşkil edilməsində ən fəal rol oynayan şəxslərdən biri mərhum həyat yoldaşım, Heydər Əliyevi səmimiyyətlə sevən, onun müdafiəsinə qalxan Arif Rüstəmov idi. Arif Rüstəmov yeganə şəxs idi ki, iki azyaşlı oğlunu da özü ilə o mitinqlərə aparırdı. Həmin vaxt edilən təhdidlərə, Əmircan qəsəbəsindəki evimizin qəsdən yandırılmasına baxmayaraq, Arif Rüstəmov Ulu Öndər Heydər Əliyevin digər tərəfdarları ilə birlikdə bu aksiyaları təşkil edir və azyaşlı oğlanları ilə birgə iştirak edirdi. Aksiyalardan birində oğlumuz Tural və Ramili hətta döyərək, xəsarət yetirmişdilər”.
Mərhum silahdaşımız Arif Rüstəmovun o vaxtı azyaşlı olan iki oğlu uzun illərdi polis zabiti kimi Daxili İşlər Nazirliyi orqanlarında ləyaqətlə xidmət edirlər. Dahi siyasətçi Heydər Əliyevin bir sözü burada yerinə düşür. Həyatda iki şey varki onu sonradan öyrənmək mükün deyil. Bu sədaqət və cəsarətdir ki, bu insanın qanında olur. Necə deyərlər ot kökü üstə bitər. Tural və Ramil Rüstəmovlar ataları Arif Rüstəmovun əxlaq kredosunu davam etdirirlər.
Qeyd edim ki, biz gənclər isə o mitinqə həmin vaxt Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin 19 yaşlı tələbəsi olan Sadiq Qurbanovun(hazırda Milli Məclisin komitə sədridir) təşkilatçılığı və təşəbbüsü ilə toplanırdıq. Sonralar S.Qurbanov Yeni Azərbaycan Partiyasının ilk gənclər təşkilatının sədri oldu. O mintinqdə gənclərdən Sadiq Qurbanov, Rasim Musayev (general), Səməd Vəkilov (hüquqşünas), Əli Ağayev, Azər Xanəliyev, İftixar Huseynov, Fuad Bədirov, Samir Həsənov, Şahin Həsənov Elçin Həsənov, Elsevər Novruzov, Haqverdi Abbasquliyev, Orxan Məmmədov, rəssam Sabir, Tofiq Əliyev, Azər Seyidov, Azər Seyidzadə, Azərbaycan Neft İnstitunun Namiq adlı tələbəsi və s. şəxslər iştirak ediblər.

Məhz bizim inandığımız dahi siyasətçi Heydər Əliyev və onun uğurlu siyasi varisi Ali Baş Komandan İlham Əliyev Azərbaycanın bütövlüyünü təmin etdi. Dəyərli oxuculara müasir Azərbaycan tarixinin ən önəmli dövrünü əhatə edən bu hadisələrlə bağlı silsilə yazılar təqdim ediləcək.
Müştəba Əliyev
30-04-2025, 15:11
Paşinyan Putinə “hə” deməyə peşman olub - Moskvaya getməyə qorxur


Paşinyan Putinə “hə” deməyə peşman olub - Moskvaya getməyə qorxur

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin bir neçə ay öncə Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərini faşizm üzərində qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya dəvət edib.
Qələbə paradı 2025-ci il mayın 9-da Moskvada keçiriləcək.
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Putinin dəvətini qəbul edərək, Qələbə paradında iştirak edəcəyini rəsmən təsdiqləyib. Lakin bu gün məlum olub ki, Paşinyan Moskvaya getməmək üçün çıxış yolları arayır.
Bu barədə Ermənistanın bəzi KİV-ləri məlumat yayıb.
Məsələ burasındadır ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümünü sakit qeyd etmək üçün Ukrayna ilə müharibədə 3 günlük atəşkəs elan edib. Kremlin məlumatına görə, Rusiya ordusu mayın 8-nə keçən gecə, saat 00:00-dan mayın 11-nə keçən gecə saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq. Rusiya hesab edir ki, Ukrayna tərəfi bu qərarı dəstəkləməlidir.
Lakin Ukrayna prezidenti Vladimir Zelenski ötən gün Putinin təklifini rədd edib. Zelenski Rusyanı 3 gün deyil, ən azı 30 gün ərzində “tam və qeyd-şərtsiz atəşkəs”ə çağırıb.
Ukrayna lideri deyib ki, Kiyevin 30 günlük atəşkəs təklifini qəbul etməyən Moskva əks halda Qələbə paradına görə narahat olmalıdır.
Ukrayna Ali Radasının keçmiş deputatı İqor Lapin bildirib ki, Moskvanın Qırmızı meydanı Qələbə paradı zamanı Ukrayna silahlı qüvvələri üçün hədəf ola bilər.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri çoxlu sayda rus hərbçisinin cəmləşəcəyi Qələbə paradına hücuma hazırlaşır. “Ukrayna xüsusi xidmət orqanları belə bir zərbənin planlaşdırıldığını gizlətmir və mayın 9-da Moskvaya “Ukrayna hədiyyələri” vəd edir”, - Lapin deyib.
Moskva paradına getməyə artıq razılıq vermiş erməni baş nazir Nikol Paşinyan bu xəbərlər fonunda ciddi şəkildə narahat olmağa başlayıb. Ermənistan KİV-lərində dərc olunan xəbərlərə görə, Paşinyan Moskvaya getməmək üçün bəhanə tapa bilər.
Məsələn, Paşinyan ötən ilin dekabrında Avrasiya İqtisadi Şurasının Sankt-Peterburq şəhərində keçirilən iclasına getməmək üçün koronavirusa yoluxduğunu bildirmişdi.
Ermənistan liderinin bu dəfə hansı bəhanə uyduracağı maraq doğurur.
29-04-2025, 14:28
İran-Azərbaycan münasibətlərinin bəzi özəllikləri


İran-Azərbaycan münasibətlərinin bəzi özəllikləri

İl ərzində onlarla xarici dövlət rəhbərinin ölkəmizə gəlişi bizi bu səfərlərin təbii və gözlənilən olduğuna alışdırıb. Ona görə də belə səfərlər cəmiyyət tərəfindən bir qayda olaraq Azərbaycan xarici siyasətinin fəal və təbii axarı kimi qavranılır. Çox az hallarda belə səfərlərin bəzisi xüsusi maraq doğurur və cəmiyyətin daha geniş təbəqələri tərəfindən diqqətlə və maraqla izlənilir.
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın ölkəmizə ilk səfəri də məhz hamının maraqla gözlədiyi bir səfər idi və nəhayət ki, bu rəsmi səfər baş tutdu. Aydın məsələdir ki, bir qayda olaraq dövlət rəhbərləri arasında müzakirə olunan məsələlərin hamısı və ya onların məzmununun bütün təfərrüatları mətbuata və cəmiyyətə açıqlanmaya bilər. Bununla belə Azərbaycan və İran prezidentlərinin mətbuata verdiyi açıqlamalar belə fikir yürütməyə əsas verir ki, qısamüddətli olmasına baxmayaraq səfərin gündəliyi kifayət qədər zəngin olub.
İran prezidentinin ölkəmizə ilk səfərinə göstərilən xüsusi maraq əlbəttə ilk növbədə cənab Pezeşkianın etnik mənşəyi ilə bağlıdır. Qonşu ölkədə yaşayan soydaşlarımızdan birinin İran kimi böyük bir dövlətin prezidenti seçilməsi istənilən halda xalqımız üçün qürur mənbəyidir. Belə bir seçim mənəvi səviyyədə xalqlarımızı daha da yaxınlaşdırır və qarşılıqlı əlaqələrimizin daha da gücləndirilməsinə əlavə stimul verir. Bu baxımdan müxtəlif səbəblərdən hər iki ölkənin dövlət institutları və vətəndaş cəmiyyətləri arasında zaman-zaman yaşanan uzaqlaşma və soyuqlaşma meylləri növbəti dəfə mədəni-mənəvi yaxınlaşma əhval-ruhiyyəsi ilə əvəzlənməkdədir. Məsud Pezeşkianın İran İslam Respublikasına rəhbərliyi Azərbaycan cəmiyyətinin İrana qarşı inam və etimadını artırmaqla yanaşı həm də bu etimadın dövlətlər arası əlaqələrin möhkəmlənməsinə və iki ölkə arasında sabit və real siyasi praktikaya çevrilməsinə münbit zəmin yaradır.
İran-Azərbaycan münasibətlərinin bu günkü real mənzərəsi dövlətlər arası münasibətlərin strateji xarakteri ilə seçilir. Strateji tərəfdaşlığın rəsmi sənədlərdən əməli praktikaya yansıdılması baxımından bu görüş xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər çox məhsuldar olmuşdur. Ölkə başçısı bəyan etdi ki, “...Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.” Prezident öz açıqlamasında qeyd etdi ki, hər iki ölkənin məramı və məqsədi Azərbaycan və İran arasında dövlətlərarası münasibətləri yüksək səviyyəyə qaldırmaqdan ibarətdir.
Mətbuat üçün verilən açıqlamalarda vurğulanır ki,tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq çərçivələri müzakirə edilib. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq nümunələri təqdir edilib. Görüşlər əsanasında regional təhlükəsizlik məsələlərində ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları müzakirə olunub və ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər verilib. Mədəni-humanitar əlaqələr sferasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi və o cümlədən, yaxın gələcəkdə qarşılıqlı olaraq hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi haqqında birgə qərar qəbul olunub.
Xalqlar arasında tarix və mədəniyyət ortaqlığı təbii olaraq dövlətlərarası münasibələrə xüsusi bir çalar gətirir və bu müsaibətlərin daha da zənginləşməsi üçün əlverişli mühit formalaşdırır. İran-Azərbaycan münasibətlərinin bu günkü səviyyəsi onu göstərir ki, dövlətlərarası münasibətlərə böyük pozitiv töhfə verə biləcək bu amildən indiyədək kifayət qədər səmərəli istifadə olunmayıb. Ölkə başçısının qeyd etdiyi kimi, “...xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikri və siyasətidir”.
Prezidentin bu açıqlamasının sonuncu cümləsi xüsusilə diqqəti cəlb edir. Regionda fikir və işbirliyinin lazımi qədər möhkənmədiyi son əsrlər ərzində Cənubi Qafqaz davamlı olaraq kənar güclərin müdaxiləsinə məruz qalıb və uzun sürən qeyri-sabitliyə yol açıb. Qarabağ torpaqlarının 30 ildən çox işğala məruz qalmasını da məhz bu siyasətin acı nəticələrindən biri hesab etmək olar. Son onilliklər ərzində İran İslam Respublikasının dünya siyasi və iqtisadi sistemindən təcrid edilməsi cəhdləri də məhz regional maraqların məqsəd və siyasət birgəliyi əsasında qoruna bilməməsindən irəli gələn vəziyyətdir. İran rəhbərliyinin bu dəyərləndirmə ilə razılaşması bir daha göstərir ki, Azərbaycan tərəfindən irəli sürülən bütün regional əməkdaşlıq təşəbbüsləri, o cümlədən region dövlətlərinin hərtərəfli sıx əməkdaşlığını özündə ehtiva edən 3+3 formatında əməkdaşlıq müasir beynəlxalq siyasi şəraitdə milli və regional maraqları birgə qorumağın ən etibarlı konstruksiyasıdır. Bu əməkdaşlıq formatı region ölkələrinin sabitlik şəraitində qarşılıqlı faydalı əməkdaşlığına yol açmaqla bərabər həm də regional təhlükəsiliyi gücləndirir və nəticə etibarilə beynəlxalq təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə və dayanıqlığına xidmət edir.
İran və Azərbaycan arasında regional əməkdaşlığın arzu olunan səviyyəyə qaldırılması üçün hüquqi-siyasi baza kifayət qədər zəngindir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 12 mart 1992-ci ildən indiyədək ölkə rəhbərləri və müxtəlif dövlət qurumları arasında çoxsaylı rəsmi səfərlər və görüşlər keçirilib. Bu görüşlər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb. 1992-ci ildən etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bütün bunlar tam həcmli ikitərəfli faydalı strateji tərəfdaşlığın əməli fəaliyyət sahəsinə keçidi üçün möhkəm əsas yaradır.
Bu kimi həqiqətlərin anlaşılması və Cənubi Qafqazda uzun müddət davam edən qeyri-sabitlik dövründən sonra nəhayət ki, qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçilməsi bu günümüzün ən vacib çağırışlarından biridr. Bir çox siyasi, iqtisadi və digər xüsusiyyətlərinə görə bölgənin vacib aktorları kimi İran və Azərbaycan arasında münasibətlərin ruhu, səviyyəsi və məzmunu bölgəmizdə bu kimi çağırışların öhdəsindən layiqincə gəlinməsi üçün etibarlı zəmin yarada bilər. İran prezidenti Məsud Pezeşkianın səfərinə göstərilən xüsusi maraq da məhz bu reallıqdan irəli gəlir. Prezident Pezeşkianın ölkəmizə səfəri zamanı İranda baş vermiş faciəvi partlayış səbəbindən İran rəhbərinin ölkəmizə səfəri nəzərdə tutulduğundan daha qısa oldu. Lakin ümid etmək olar ki, bu qısa səfər ərzində əldə olunmuş razılaşmaların ömrü və fəaliyyəti daha uzun olacaq.
20-04-2025, 20:20
Türk diplomat İrəvanda - Nələr müzakirə edildi...


Türk diplomat İrəvanda - Nələr müzakirə edildi...

ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Politoloq Elxan Şahinoğlu Sinirlioğlunun İrəvana səfərini şərh edib.
O xatırladıb ki, iki ay əvvəl Firudin Sinirlioğlu Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransında da görüşmüşdü. İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırki vəziyyəti müzakirə olunub.
"Rəsmi İrəvan ATƏT-lə əməkdaşlığı davam etdirmək istəyərkən, rəsmi Bakının belə bir istəyi yoxdur. ATƏT 30 il ərzində Qarabağ münaqişəsini həll edə bilmədi, bu səbəbdən Azərbaycanda ən çox tənqid edilən təşkilat idi. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun ləğvinə çalışır. Buna baxmayaraq, ATƏT-in baş katibinin təcrübəli və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Əroğana yaxınlığı ilə bilinən türkiyəli diplomat olduğu nəzərə alınaraq, rəsmi Bakı Firudin Sinirlioğlu ilə təmasdan imtina etməyəcək. Orası da aydındır ki, tutduğu vəzifəyə görə Firudin Sinirlioğlunun rəsmi Bakının “Minsk Qrupu ləğv olunmalıdır” yanaşmasını dəstəkləməsi çətindir. Ancaq türkiyəli diplomat onu da anlayır ki, de-fakto mövcud olmayan Minsk Qrupunin de-yure də ləğvi ümumi işin xeyrinədir. Bu sülh sazişinin imzalanması üçün iki əsas şərtdən birinin yerinə yetirilməsidir".
18-04-2025, 11:42
Xarici diplomatlar Xankəndiyə səfər edib.

Xarici diplomatlar Xankəndiyə səfər edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndidə səfərdə olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndəsi ilk olaraq Qarabağ Universitetində olublar. Burada onları
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov qarşılayıb.
Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 Beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir.
Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olmaqdı.





14-04-2025, 13:33
Xankəndidə konfrans keçirilir


Xankəndidə konfrans keçirilir

Aprelin 14-də Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans təşkil olunub. Konfransda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev və digər dövlət rəsmiləri iştirak edir. Onlar çıxışlarında Heydər Əliyev və onun davamçısı İlham Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərindən danışıblar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, çıxışında bildirib ki,dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin uzun illərdən sonra yenidən bərpası dahi şəxsiyyət Heydər Əliyevə nəsib olub. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyası onun üzərinə düşüb. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Heydər Əliyevin xidmətləridir. O, müstəqil Azərbaycan dövlətini yaratmışdır. Onun öz sözlərini burda xatırladıram.“ Biz azad, müstəqil, sərbəstik. Biz heç kəsdən asılı deyilik. Biz öz taleyimizin sahibiyik. Bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Çünki əsrlər boyu Azərbaycanın mütəfəkkirləri milli azadlıq, müstəqillik üçün vuruşub, mübarizə aparıblar. Buna nail ola bilməyiblər.Amma biz müstəqilliyə nail olduq. “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Hər birimiz həyatımızla, canımızla Azərbaycanın müstəqilliyini qorumalıyıq.” Burda Prezident İlham Əliyevin bir çıxışını da xatırlatmaq yerinə düşər. O, belə demişdi: Ümumilli lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Ulu öndərin böyük coşqu ilə sevdiyi Qarabğda və Şərqi Zəngəzurda bu gün həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün dogma yurdlarına qayıdırlar.Azərbaycan dövlətinin suverenliyinin təmini Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür. Bunu isə çıxışında Baş prokuror Kamran Əliyev deyib. O, vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanın inkişaf etdirilməsi, iqtisadi və hərbi gücünün artırılması, beynəlxalq aləmdə aparıcı mövqeyə malik, regional və bir sıra qlobal məsələlərin həllində nüfuzlu tərəfdaş və söz sahibi olan dövlət kimi tanınması, ən əsası Azərbaycan dövlətinin suverenliyinin təmin olunması Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür:"Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnib. 44 günlük Vətən müharibəsi milli qürurumuzun bərpası ilə yanaşı, həm də dünyaya ədalətin gec ya da tez bərqərar olduğuna dair bir mesaj kimi qəbul edilməlidir".
1-04-2025, 19:03
Həqiqətin kimlərəsə acı dadı da olur..

Aydın Quliyev Yazır:

Həqiqətin kimlərəsə acı dadı da olur...

Erməni faşizmi faşizmin ən yüksək forması deyil? İlham Əliyev düz demir? - erməni faşizminin Hitler faşizmindən üstün fərqinə birlikdə baxaq...
Ermənilər İlham Əliyevin Ağdamda çıxışından və xüsusilə də bu çıxışdakı "erməni faşizmi faşizmin ən yüksək formasıdır" sözlərindən möhkəm narahat olublar. Əslində gözlənilən də elə bu idi. Azərbaycandan gələn rəsmi bəyanatları dəstəkləyə bilməzlər ki... Baxmayaraq ki, Azərbaycan regionda sülh, normallaşma və yeni regional reallıqların legitimləşdirilməsi yönümündə rəsmi bəyanatları reallığa söykənir.
"Erməni faşizmi" ilə bağlı deyilənlər də çox ciddi əsaslara malikdir. Azərbaycan prezidenti burada nəyi düz demir ki?! Müstəqillik elan olunandan sonrakı Ermənistana rəhbərlik etmiş prezidentlərin hansı faşist təfəkküründən azad ola bildi? Heç biri..
İlk prezident Levon Ter Petrosyan özü açıq demədi ki, "Biz bir neçə yüz min azərbaycanlını Ermənistandan zorla çıxardıq, qalıb bizə problem yarada bilərdilər, Azərbaycanda yaşayan minlərlə erməninin də Azərbaycanı kütləvi tərk etməsini şərtləndirdik, onlar Azərbaycanda qalsaydılar, bu insanlardan Ermənistana təzyiq faktı kimi istifadə oluna bilərdi. Adam açıq deyir ki, 300 min azərbaycanlını məhz azərbaycanlı olduqları üçün Ermənistandan qovduq və minlərlə ermənini Bakıda və Sumqayıtda qurduğumuz qanlı oyunlarla çəkib apardıq ki, bizə qarşı onlardan istifadə olunmasın. Bunlar faşist təfəkkürü deyil? Faşizm daha necə olur ki?!
2- ci prezident Köçəryan demədi ki, ermənilər azərbaycanlılarla bir yerdə rahat yaşaya bilməz?! Başqa millətlərə nifrətin bundan başqa hansı ifadəsi ola bilər?! Daha faşizm necə olur?!...
3-cü prezident Serj Sarkisyan demədi ki, "Biz Xocalıda o hadisələri törədənə qədər Azərbaycanda elə bilirdilər ki, biz dinc insanlara, qocalara, qadınlara, uşaqlara əl vurmarıq. " Bu fikirlərin arxasında yatan faşizm ideologiyası deyil?...
30 il ərzində ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri cinayətlər insanlığa, milli topluma, təbiətə, cəmiyyətə, ekologiyaya, tarixi - mədəni irsə, dinə və müharibə qanunlarına qarşı törədilmiş cinayətlər deyildimi? Bunlar faşizm deyilsə, bəs nədir? Faşizmin xaç atalarından biri sayılan Hitler yəhudiləri və slavyanları kütləvi qırırdı, açıq deyirdi ki, slavyanların və yəhudilərin yaşamaq haqqı yoxdur. Ermənistanın dövlət elitası isə türk kökənliləri 30 ildə genosidə uğratdı. Hitler başqa millətlərdən olan insanları ən dəhşətli üsullarla fiziki olaraq məhv edirdi. Erməni faşistləri isə tək bununla kifayətlənmirdilər. Onlar üstəlik türk millətinə aid milli, dini, tarixi, mədəni, təbii irsi də məhv edirdilər. Bunlar erməni faşizminə "faşizmin ən yüksək forması" deməyə kifayət etmir?
Azərbaycan prezidenti də Ağdamda və ona qədər bir sıra tədbirlərdə elə bunları demir?!.
Ermənilərin cırnaması səbəbsiz deyil. Çünki onların xoşuna gəlməsə də, deyilənlər həqiqətdir. Həqiqətin şirin dadı ilə bərabər kimlərəsə acı dadı da olur...
31-03-2025, 19:11
"BU FACİƏ, XATIN, XOCALI SOYQIRIMLARINI GERİDƏ QOYUR...”

"BU FACİƏ, XATIN, XOCALI SOYQIRIMLARINI GERİDƏ QOYUR...” - “Soyqırım Ensiklopediyasının yaradılması faydalı olardı”

Əziz həmvətənlər!
Bu gün - 31 mart tarixi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Erməni soyqırımına qiymət verərkən Ümummili Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına diqqət etməyə bilmərik. Sözügedən soyqırım hadisələrinə tarix və hüquq kontesksində dəyərləndirliməsini səciyələndirən bu fərman ermənilərin Azərbaycanın tarixi ərazilərinə köçürülməsinin əsas təməlini təşkil edən Gülüstan və Türkmənçay müqavilələrinə də qiymət verərək "Böyük Ermənistan" ideyalarının anatomiyasını açmışdır.
Fərmanda deyilir: “1813-cü və 1828-ci illərdə imzalanan “Gülüstan” və “Türkmənçay” müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir”.

“Azərbaycanlıların Soyqırımı Günü”də bu fərmandan sonra rəsmiləşmişdir. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Heydər Əliyevin təşəbüsü ilə 1 sentyabr 2000-ci il tarixdə milli qanunvericilik bazasının möhkəmləndirliməsi və təkminləşdirilməsi istiqamətində aparılan dəyişiklik nəticəsində yeni Cinayət Məcəlləsi qəbul edilmişdir. Yeni Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həya-ta keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə - Soyqırım cinayəti kimi təsbit edilmişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur.

Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı rəsmi tarixi mənbələrdə öz əksini tapmışıdr. Belə ki, 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Soyqırım cinayətləri demək olarki Azərbaycanın əksər ərazilərini əhatə etmişdir. Şamaxı və Quba ərazilərində baş vermiş cinayətlər miqyasına görə daha çox kütləvi xarakter daşımışdır. Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənmişdir Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Tədqiqat zamanı o da məlum oldu ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

Quba şəhərində soyqırımı memorial kompleksi 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.

Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir...Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

Erməni vəhşiliyinin izləri Bütöv Azərbaycan coğrafiyasını əhatə etmişdir. Soyqırımın ən qanlı izlərinə Qərbi Azərbaycan ərazilərində -Göyçə, Zəngəzur, Də-rələyəz, Basarkeçər və digər regionlarında da rast gəlinmişdir. Bu qanlı cinayətləri Yuxarı Bəyaziddən olan daşnaq “qəhrəmanlarından” biri Valıram belə təsvir et-mişdir: “Mən Basarkeçərdə heç nəyi nəzərə almadan, türk əhalisini qırdım, lakin bəzən gülləyə hayıfım gəlirdi. Bu köpəklərə qarşı ən düzgün vasitə odur ki, dö-yüşdən sonra bütün sağ qalanları toplayıb su quyularına doldurub üstündən ağ daşları tökəsən ki, onlardan əsər-əlamət qalmasın. Mən elə də etdim: bütün kişiləri, qadınları və uşaqları bir yerə topladım, əvvəlcə hamısını quyuya atdım, sonra isə quyunu ağzınadək daşla doldurub işlərini bitirdim”.

Soyqırımın ən dəhşətlisini ermənilər Pəmbək kəndində həyata keçirmişdilər. 1918-ci ilin Novruz bayramı günü gözlənilmədən erməni hərbi hissələri kəndi qəflətən mühasirəyə alaraq, iclas adı ilə 13 yaşından yuxarı 411 kişini qoyun yatağına toplamışdılar. Ermənilər belə bir hiylə işlətmişlər: “Biz qonşuyuq. Sizə qarşı heç bir düşmənçilik münasibətimiz yoxdur. Ancaq gözlənilən təhlükədən sizi xilas etmək istəyirik. Belə ki, Sasundan (Türkiyə) erməni ordusu gəlib Qarakilsəyə çatmışdır. Sizin həyatınız təhlükədədir. Ona görə bütün kişilər silahları ilə birlikdə (13 yaşdan yuxarı) kəndin ucqarındakı komaya (tövlə) toplansınlar. Silahınızı və özünüzü müdafiə edək. Sasun qoşunları Dilicana getdikdən sonra evinizə qayıdarsınız”.
Çarəsiz qalmış camaat qonşularına inanmışlar. Ermənilər onların silahını si-yahı üzrə təhvil almışlar, özlərini komaya doldurub “mühafizə” etmişlər. Sonra onlar qapı-bacanı kəsmiş, əvvəlcə güllə-baran etmiş, sonra isə bacalardan ot və neft töküb od vurmuşlar. 411 nəfər kişidən yalnız meyidlərin altında qalmış və ardınca kom tövləsinin buxarısından bir nəfər qaçıb canını qurtarmışdır (İndi həmin şəxsin Molla İsmayılın övladları Bakı şəhərində yaşayır). Kəndin digər sakinləri -qadınlar və uşaqlar hadisədən xəbər tutduqdan sonra kəndi tərki edib meşələrə, dağlara qaçmışlar, kiçik yaşlı uşaqlar meşələrdə soyuqdan tələf olmuşlar. Daşnaq hökuməti isə hadisədən bixəbər olduğunu bildirmişdir. Ümumiyyətlə, Pəmbək mahalında 9 azərbaycanlı kəndində həmin vaxtda 1000 nəfərdən çox azərbaycanlı qətlə yetirilmişdir. 1918-1920-ci illər ərzində Arçut kəndindən 60 nəfər həlak olmuşdur.

Həmçinin 1918-ci il Novruz bayramı günündə Əştərək yaxınlığında Gözəldərə (Tülkügözəldərə) kəndinə ermənilər basqın etmişlər. Kəndin 600 nəfərdən çox sakinini qətlə yetirib kəndin bütün tikililərini tam yandırmışlar ki, evlərdə və quyularda gizlənənlər olar.
Bu faciə Xatın və Xocalı faciələrini geridə qoyur. Hazırda kəndin xarabalığı mövcuddur. Həmin kənddən üç nəfər gənc qaça bilmişdir ki, bu gün onların Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində nəsli-övladları yaşayır. Soyqırımı zamanı Qərbi Azərbaycan ərazisində elə azərbaycanlı ailəsi yoxdur ki, erməni təcavüzünə məruz qalmamış olsun, əksər ailələr isə tamamilə məhv edilmişdir.
Qərbi Azərbaycanda azərbaycanlıların soyqırımını etiraf edən bolşevik A. Lalayan yazırdı: “Ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlanıb, dövlət siyasəti səviyyəsinə qaldırılmış və Azərbaycan hüdudlarından kənara çıxmışdır. Onda təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda daşnaq hökuməti “özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918-noyabr 1920) azərbaycanlı əhalisinin 60%-ni qırmışdır”.

1918-1920-ci illərdə Qərbi Azərbaycanlıların başına gətirilən müsibətlər, günahsız adamların, qadınlar və uşaqların ağlasığmaz işgəncələrlə qətlə yetirilməsi haqqında şahidlik verən arxiv sənədləri də az deyildir. Şahidlərin ifadəsinə və rəs-mi sənədlərə əsasən Zəngəzur qəzasında 115 müsəlman kəndi dağıdılmışdır. Göstərilən kəndlərdə 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın, 425 uşaq yaralanmışdır. Bütün qəza üzrə 10068 nəfər müsəlman əhalisi öldürülmüş və şikəst edilmişdir.
Zəngəzur qəzasının yüzdən artıq kəndinin dağıdılması, yüz minlərlə mal-qa-ra oğurlanması, bağların, tarlaların məhv edilməsi müsəlman qəzasının iqtisadi vəziyyətini dilənçi vəziyyətinə salmış, 50 000-dən çox qaçqın Azərbaycanın kənd-lərinə pənah gətirmişlər. Sadə hesablamalara görə qəzanın azərbaycanlılarına 1 milyard manat zərər vurulmuşdur. Zəngəzurda baş verən hadisələr haqqında hər cür yalan məlumatları təkzib etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti məlumat yaymışdır. Məlumatda deyilirdi: “Təqribən bir ilə yaxın Zəngəzur qəzası sahəsində yerli bolşevik əhvali-ruhiyyəli ermənilərdən ibarət müxtəlif silahlı bandit dəstələri fəaliyyət göstərmişdir. Bu bandit dəstələri əhalini qorxudaraq və Azərbaycan hökumətini tanımayaraq müsəlman kəndlərini dağıtmış, öz doğma yurdlarını tərk etməyə məcbur olan və qonşu qəzalarda sığınacaq axtaran dinc əhalini qarət etmişlər. 60 000 nə-fərdən artıq müsəlman qaçqınlar, yersiz-yurdsuz aclığın və soyuğun bütün sınaq-larını görmüşlər”.
İrəvan quberniyasında 1918-ci ilin mart ayınadək dağıdılmış və tərk edilmiş müsəlman kəndlərinin siyahısında quberniyada 15 155 təsərrüfatı təmsil edən 199 kənd (100 626 nəfər) göstərilmişdir. 1908-1918-ci ilə qədər əhali artımı da hesablanaraq dağıdılmış kəndlərin əhalisi 135 000 nəfər təşkil etmişdir.

1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmişdir. Beləcə, XX əsrin yalnız birinci rübündə törədilmiş iki qırğında (1905-1907, 1918-1920-ci illər) təqribi hesablamalara görə öldürülən, didərgin düşən və digər zərər çəkən azərbaycanlıların sayı 2 milyona yaxındır. Lakin 1920-ci ilin noyabrından sonra daşnaq hakimiyyətinin devrilməsi xəbərini eşidən Qərbi azərbaycanlılar tədricən öz ata-baba yurdlarına qayıtmağa, keçmiş ədavəti unudaraq, ermənilərlə qonşuluq etməyə başladılar. 1920-ci ildə bütün Ermənistanda cəmi 10 000 azərbaycanlı qaldığı halda 1922-ci ildə qaçqınların qayıtması hesabına onların sayı 77 767 nəfər, 1931-ci ildə 105 898 nəfər olmuşdur. XIX əsrin sonunda İrəvan quberniyası Qafqazda yaşayan azərbaycanlıların sayı baxımından Bakı və Yelizavetpol (Gəncə) quberniyalarından sonra üçüncü yeri tutmuşdur. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, 44 günlük Zəfər müharibəsindən sonra Xocavəndin Edilli kəndi ərazisində I Qarabağ savaşında əsirlərin qətlə yetririlərək kütləvi şəkildə basdırıldığı məzarlıq aşkar edildi.
Bu hadisə onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə soyqırım cinayətlərinin izləri hələ tam araşdırılmayıb. Tarixçilərimiz və vətəndaş cəmiyyəti institutlarımız bu sahədə fəal olmalı koordinasiya edilmiş şəkildə fəaliyyət göstərərək Azərbaycan ərazisində baş vermiş soyqırım cinayətlərini daha dolğun şəkildə tədqiq edərək beynəlxalq ictimayyətə çatdırmalıdırlar. Həmçinin Azərbaycan Milli Ensiklopediyası nəzdində Soyqırım Ensiklopediyası yaradılması bu istiqamətdə atılan faydalı addım olardı.
[center]
Zəngəzur Dəhlizi və tarixi ədalətin bərpası
Zəngəzur Dəhlizi Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçərək Naxçıvanı əsas ərazi ilə birləşdirməyi nəzərdə tutan strateji layihədir. Zəngəzur, 1920-ci illərdə bolşeviklərin qərarı ilə Ermənistana verilmiş və bununla da Azərbaycanla Naxçıvan arasında quru bağlantısı kəsilmişdi. Bu, Azərbaycan xalqının tarixi torpaqlarından zorla qovulmasının bir mərhələsi olmuşdur. Lakin 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ildə Qarabağın tam azad olunması ilə Azərbaycan regionda yeni siyasi reallıqlar yaradıb. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Zəngəzur Dəhlizinin açılması tarixi ədalətin bərpasıdır və bu, Azərbaycan xalqının təbii haqqıdır. Zəngəzur Dəhlizinin açılması yalnız iqtisadi və nəqliyyat əhəmiyyəti daşımır, həm də Qərbi Azərbaycana qayıdış prosesində mühüm rol oynayır. Çünki bu dəhliz vasitəsilə Azərbaycan türkləri öz ata-baba yurdlarına daha rahat şəkildə qayıda biləcəklər. Beləliklə, soyqırımı və etnik təmizləmə siyasətinin nəticələrinin aradan qaldırılması istiqamətində konkret addımlar atılacaqdır.
Nəticə
31 Mart Azərbaycanlıların Soyqırımı Günü təkcə keçmişimizə olan ehtiram deyil, həm də gələcəyimiz üçün bir çağırışdır. Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi milli yaddaşın bərpası siyasəti sayəsində Azərbaycan öz tarixi torpaqlarına qayıdış yolunda irəliləməkdədir. Zəngəzur Dəhlizinin açılması və Qərbi Azərbaycana qayıdış konsepsiyası Azərbaycan xalqının tarixi haqlarının təmin olunmasının tərkib hissəsidir. Bu, eyni zamanda, 31 Mart soyqırımı nəticəsində itirilmiş insanlarımızın ruhuna ehtiramın təzahürü və gələcək nəsillər üçün ədalətli bir dünyanın qurulması istiqamətində mühüm addımdır. Azərbaycan dövləti bu yolda qətiyyətli addımlar atmağa davam edəcəkdir. Tanrı Azərbaycanın torpaqları uğrunda şəhid olmuş həmvətənlərimizin ruhunu şad eləsin!
[center]

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!