21-06-2022, 07:15
Saakaşvili siyasi partiyalara çağırış edib Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili siyasi partiyalara müraciət edib. Onun müraciəti sosial media hesabı vasitəsilə yayılıb.
"Bütün silahdaşlarıma, Vahid Milli Hərəkatın tərəfdarlarına, həmçinin bütün partiyalara müraciət edirəm ki, bugünkü (ötən gün keçirilən aksiya - red.) mitinq ilə kifayətlənməsinlər. Bizi kimlərsə nəyisə gözləməyə səsləyirsə, praktiki olaraq bizdən növbəti dəfə aldanmağı xahiş edir.
Bizim avropalı gələcəyimiz öz əlimizdədir. Deoliqarxizasiya üçün oliqarxın hakimiyyəti kimi başlıca institut dəyişməlidir. Texniki hökumət yaradılmalı və Avropa İttifaqının nəzarəti altında gürcü xalqının maraqlarına xidmət edən seçkilər baş tutmalıdır", - deyə Saakaşvili bildirib.
19-06-2022, 21:06
Avropa İttifaqının XİN başçıları toplaşırAvropa İttifaqının xarici işlər nazirləri sabahkı görüşdə Ukrayna müharibəsinin ərzaq və enerji təhlükəsizliyinə təsirlərini müzakirə edəcəklər. Nazirlər Brüsseldə iyunun 23-24-də keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsindən əvvəl bir araya gələcək.
Xarici KİV xəbər verir ki, bu barədə Aİ-nin adı açıqlanmayan rəsmisi məlumat verib.
Böhrandan təsirlənəcək milyonlarla ton buğdanın ixracı üçün Belarus da daxil olmaqla müxtəlif variantların qiymətləndirildiyini bildirən mənbə ən ideal variantın Qara dəniz olduğunu bildirib.
Aİ rəsmisi toplantıda Körfəz ölkələri ilə enerji təhlükəsizliyi baxımından mövcud müsbət münasibətlərin müzakirə ediləcəyini söyləyib.