TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 21-01-2023, 00:19
ARTIQ «TƏRTƏR-2»-YƏ START VERİLİB


ARTIQ «TƏRTƏR-2»-YƏ START VERİLİB

Ölkədə 1988-ci ilin noyabrında başlayıb, 1991-ci ildə SSRİ-nin çökməsi ilə nəticələnən hadisələr yaşlı nəslin çoxlarının yadındadır. O zaman bir tərəfdən imperiyanın dağılmasının nəticəsi olaraq bütün milli respublikalarda imperiya sahiblərinin zorla Moskvaya tabe edilərək, əvvəlcədən düşünülmüş şəkildə iqtisadi strukturlarını da hörümçək toru kimi toxumaqla Rusiyadan asılı vəziyyətə saldığından, Azərbaycanın iqtisadi sistemi də onun fəaliyyətini təmin edən mənbələrlə qarşılıqlı əlaqələrinin kəsilməsi səbəbindən iflicləşib məhvə məhkum oldu. Bu amil təkcə sadə vətəndaşlar deyil, ölkənin ziyalı, məmur təbəqəsinin ən azı, adi məişət səviyyəsində mövcudluğunu da real təhlükə qarşısında qoymaqla bərabər, həm kütlə, həm də ölkənin hüquqi, inzibati və s. sistemlərində müdhiş bir xaos və anarxiya mühiti yaratdı. Ölkənin bu vəziyyətindən sui-istifadə edərək hakimiyyəti ələ keçirmək istəyən müxtəlif, başqa yeni yaranmış milli respublikaları, o cümlədən də xüsusilə Azərbaycanı imperiyanın əsarətində, heç olmasa öz orbitində saxlamağa çalışan Rusiyanın dəstəklədiyi qüvvələrin arasında gedən sərt, kəskin mübarizə ilə yanaşı Rusiya-Ermənistan-İran triosunun birbaşa iştirakından əlavə Avropa və ABŞ-ın Azərbaycana tətbiq etdiyi 907-ci düzəliş qəbilindən olan təpkiləri şəraitində ölkə əhalisinin əmək qabiliyyətinə malik olan əhalisinin 70-80 faizi, iş tapıb, pul qazanaraq özlərinin, həm də Azərbaycanda qalan yaxınlarının mövcudluğunu təmin etmək məqsədilə Rusiyaya üz tutdular. O zaman Rusiyada hakimiyyət başında olan Yeltsinin və onun ətrafının şəxsən H.Əliyevə qarşı son dərəcə mənfi məxsi münasibəti, eləcə də Rusiyada 150 ildən bəri Rusiyanın bütün hakimiyyət və s. strukturlarına hoparaq vahid sistemdə birləşmiş ermənilərin ruslarla birgə Azərbaycanlılara qarşı apardıqları təbliğatla bərabər, polisin, OMON-un türk respublikalarından gələnlərə, xüsusilə Azərbaycanlılara qarşı tez-tez həyata keçirdikləri cəza tədbirləri şəraitində, qarlı-şaxtalı Rusiya iqlimində yaşamaq üçün heç bir şəraiti olmayan yerlərdə qalmaqla, bazarlarda meyvə, paltar satan, hətta küçələri süpürən azərbaycanlı, vaxtilə Azərbaycanda elmi fəaliyyətlə məşğul olan alimlərə, müxtəlif orta səviyyəli vəzifələrdə çalışmış məmurlara rast gəlmək adi hala çevrilmişdi. Çox zaman insanın ağlına belə gətirə bilməyəcəyi əzablara sinə gərib, o dövrdən bəri, bu günədək orada iqtisadi və s. sahələrdə yerləşə bilmiş Azərbaycan vətəndaşlarının sayı iki milyon nəfər civarındadır. Bu insanların hamısı Rusiyada işləyib yaşaya bilmələri üçün müxtəlif yollarla həm də Rusiya vətəndaşlığı ala bilmişlər. Ukraynanı bir neçə gün ərzində işğal və ram edərək, əsarətə alacağını düşünərək, 2022-ci ilin, fevral ayının 24-də Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Rusiya bu ölkənin rəhbərliyi ilə müxtəlif millətlərdən ibarət Ukrayna vətəndaşlarının monolit birliyi və həmrəyliyinə əsaslanan işğalçılara qarşı qəhrəmanlığı, inadlı müqaviməti nəticəsində ciddi uğursuzluqlara düçar olaraq çoxlu hərbi texnika və peşəkar canlı hərbi qüvvə itirdikdən, eləcə də bütün dünya ölkələri və dünya ictimaiyyəti tərəfindən müxtəlif xarakterli, Ukraynaya hərbi, humanitar yardım, ictimai rəy təpkiləri, habelə Rusiyaya qarşı çoxsaylı sanksiyaların tətbiqi ilə üzləşdikdən sonra ölkə daxilində özünün etnik dayağı olan rusları özünə qarşı çevirməmək məqsədi ilə öz döyüşkənliyi ilə seçilən türk xalqları olan buryatları və s. ilə birlikdə çeçenləri də hərbi səfərbərliyə cəlb etdi. Müasir hərbi hazırlığa malik olmayıb ön cəbhəyə göndərilən və məhv edilən rusiya hərbiçilərinin sayı yüz minə çatdıqda is dövlətdən narazılığı artıq partlayış həddində qərarlaşan Rusiya ictimaiyyətinin qəzəbini bir qədər neytrallaşdırmaq məqsədilə Rusiya hökuməti ölkədə fəaliyyət göstərib, Rusiya vətəndaşlığı olmayan əmək miqrantlarını belə müxtəlif məcburi və maraqlandırma yolları vasitəsilə Ukrayna cəbhəsinə real ölümə göndərməkdədir. Təbii ki, Rusiyanın işğalçı müharibədə qalib gələcəyi halda, Rusiyanın növbəti işğal obyektinin onların öz doğma vətəninin olacağını bilən bu insanların mütləq əksəriyyəti Rusiyanın bu imperialist iddialarının qurbanı olmamaq üçün öz vətənlərinə qayıdırlar. Bu kontingentin Rusiyadan çıxa bilməməsi üçün Rusiya özünün həm yerüstü, həm də hava sərhədlərində imkanı olan bütün maneə və qadağaları qoyub. Ara-sıra bu maneə və qadağalardan yayına bilənlər öz vətənlərinə qayıdıb ailələrinə qovuşur. Onların bir hissəsi də doğma Azərbaycana qayıdıb gələn Azərbaycan vətəndaşlarıdır. Bir müddət öncə millət vəkillərinin bəziləri, səhv etmirəmsə Fazil Mustafa, Razi Nurullayev və s. də haqlı olaraq Rusiyada yaşayan soydaşlarımıza Ukrayna ilə müharibəyə getməyib, vətənə qayıtmaları barədə çağırışlar da səsləndirmişlər. Məzmun və mahiyyət etibarilə bu müraciətlər obyektiv və ədalətli idi. Oxucunun məsələnin mahiyyətini dəqiq və obyektiv dərk edə bilməsi üçün onun bir neçə cəhətini qeyd edək.
Birincisi, bu günə Rusiya və Ukraynada yaşayan soydaşlarımızın birlikdə ümumi sayı 3 (üç) milyon civarındadır. Onların 1 (bir) milyona yaxını sağlam, aktiv əmək qabiliyytli, birinci və ikinci Qarabağ döyüşləri iştirakçıları da daxil olmaqla, hərbi xidmətdə olub, hərbi xidmət hazırlığı olan 50 yaşına qədər Azərbaycan vətəndaşlığı ləğv edilməmiş, lakin əsasən şəxsiyyət vəsiqələrinin, xarici pasportlarının etibarlılıq vaxtı keçmiş kişilərdir. Bunu da qeyd edim ki, onların əksəriyyəti, hətta işləməsələr belə ailələrini dolandıra biləcək, ölkədə müxtəlif iş qurmağa bacarığı və vəsaiti olan insanlardır. Yəni, onlar dövlətə yük olub, dövlətdən ev, maddi təminat, uşaq pulu və s. istəyəcək kontingent də deyil. Bir əhəmiyyətli detal da budur ki, müharibəyə getməkdən yayınıb Rusiyadan, Ukraynadan Avropaya, Türkiyəyə, hətta Azərbaycanın özünə mühacirət edib, əslən Rusiyalı, Ukraynalı vətəndaşları bütün dövlətlər qəbul edib, sığınacaq və maddi yardım da verdiyi halda, Azərbaycanda əslən Azərbaycanlı olub, Azərbaycan vətəndaşlığı ləğv edilməyib, şəxsiyyət vəsiqəsinin və ya xarici pasportunun etibarlılıq müddəti keçmiş vətəndaşlarımızın bu sənədlərinin yenisi ilə əvəzlənməsinə, Azərbaycan Konstitusiyası və ondan irəli gələn bütün qanunların ziddinə olaraq, Daxili İşlər Naziri tərəfindən «MÜHARİBƏ QURTARANA QƏDƏR», yəni, Rusiya-Ukrayna müharibəsinin sonunadək, şifahi olaraq QADAĞA QOYULUB. Bu isə mahiyyəti etibarilə ölkənin genefonduna, eləcə də ölkənin hərbi hazırlığa malik, canlı hərbi potensialının iki yad ölkənin iddiası, mənafeyi, qələbəsi naminə, «TƏRTƏR-1» qətliamından yüzlərlə dəfə genişmiqyaslı QƏTLİAMA MƏHKUM EDİLMƏSİDİR. «TƏRTƏR-1» qətliamında həlak olanların ailə üzvlərinin, insanlıq anlayışına sığmayan vəhşi işgəncələrə məruz qalaraq, ömürlük fiziki və mənəvi cəhətdən şikəst olanların özlərinin və yaxınlarının, həyatının bir hissəsini qanunsuz, ədalətsiz olaraq zindanda keçirənlərin dövlətçiliyimizə qarşı yaranmış nifrətini neytrallaşdırıb xoş, isti münasibətini, məhəbbətini bərpa etmək mümkün olmadığı kimi, «TƏRTƏR-2»-nin də baş verəcək daha dərin və genişmiqyaslı fəsadlı nəticələrinin də aradan götürülməsi mümkün olmayacaq. Bu gün «TƏRTƏR-1»-in dəhşətlərini, ictimai maraqlarımızı özlərinin şəxsi mənafe, maraqlarından, həyatlarının təhlükəsizliyindən üstün tutub, əyninə «kəfən» geyib, ölümdən, zindandan qorxmayaraq ictimailəşdirərək, bu cinayətlərin rəsmən araşdırılmasını reallaşdıran millətsevərlərimiz müəyyən dərəcədə buna nail olsalar da, bir neçə xırda «kilkə» həbs edilib, cinayətin əsas təşkilatçıları olan «akulalar»hələ də azadlıqda hətta vəzifələrin də asudə zəngin həyat sürməkdədirlər.
Bu gün cəmiyyətimiz ölkənin genefondu və hərbi hazırlıqlı, canlı hərbi potensialımızın məhvinə yönəldilmiş bu cinayətkar qərarın həyata keçirilməsinə susaraq onun ləğv edilməsinə nail olmasa, sabah daha böyük və dəhşətli fəlakətlərlə üzləşməyimiz obyektiv reallığa çevrilərək qaçılmaz olacaq. «TƏRTƏR-2» fəlakəti isə, məhz «TƏRTƏR-1» fəlakəti ilə eyni mənbədən, eyni səviyyədə, eyni xəttlə cəmiyyətimizin üstünə şığımaqdadır. Yəni, fəlakət üstümüzə eyni dalğa, eyni koordinatlarla gəldiyi kimi, bir müddətdən sonra, millət çarəsiz durumda, bu cinayətlərin təşkilatçıları, rəhbərləri də «TƏRTƏR-1»-in «akulaları» kimi azad və firavan həyat sürməkdə olacaqlar. 30 ilə yaxındır ki, ölkədə qəribə, heç bir sağlam məntiqə yaramayan bir hal yaranıb. Erməniyə güllə atan igidlərimiz müxtəlif şər, böhtan, əsassız, məntiqsiz müstəntiq, məhkəmə qərarları ilə zindanlara atılaraq çürüdülür, yaralı qazilərimiz övladlarına quru çörək, yaralarını sağaltmağa dərman almaq üçün pul tapmadığından intihar edir. Dövlət büdcəsini milyardlarla dollar məbləğində talayanları tamamilə cəzasız qalaraq asudə firavan həyat sürür, sıravi icraçılar simvolik cəza alaraq, tezliklə əvf olunur. Taladıqları milyardların bir hissəsi özlərinə qaytarılır. 30 il daim bizə qarşı hərbi cinayətlər törətməklə məşğul olan, yurdlarımızı viran qoyan ermənilərə Azərbaycan vətəndaşlığı, şəxsiyyət vəsiqəsi, xarici pasportunu bizdən qəbul etmələri üçün yalvarır, bizə qarşı heç bir cinayət törətməmiş, bizə xəyanət etməmiş, qanları qanımızdan, canları canımızdan olan Azərbaycan vətəndaşlarımıza qanunla, həm də halallıqla onlara məxsus olan etibar müddəti keçmiş sənədlərini dəyişməkdən imtina edirik. Onları labüd məhvə məhkum edərək, cəmiyyətimizi, dövlətçiliyimizi diz çökdürürük.
Biz hara gedirik, daha doğrusu, BİZİ HARA SÜRÜYÜRLƏR? CƏNABLAR! Ortaya çox maraqlı bir sual çıxır. Daxili İşlər Nazirinə belə bir göstəriş vermək hüququ və imkanı olan, Moskvanın və ermənilərin Azərbaycandakı «5-ci kolonunun» rəhbəri Ramiz Mehdiyev və Əli Həsənov və s. kimi, onun avtaba daşıyanları artıq neytrallaşdırılıb. Görəsən, nazirə belə bir müdhiş göstəriş verməyi hansı kolonun, hansı rəhbəri ƏMR edib?
Şapur Qasimi
14.01.2023
+99455 522-36-15


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!