Gürcüstanda MSK işçilərinə təhdid .....                        Müharibəyə hazırıq - İran XİN-dən mesaj .....                        Pekindən Avropa İttifaqına xəbərdarlıq .....                        Baydenin Almaniyaya "vida" səfəri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək .....                        Hava limanına ildırım düşdü - Yaralı var .....                        Ermənistanda hərbçi güllələndi .....                        İBTİDAİ HAZIRLIQ KURSU .....                       
14-04-2024, 22:56
ÖLKƏ REAL TALEYÜKLÜ TƏHLÜKƏ QARŞISINDADIR!


ÖLKƏ REAL TALEYÜKLÜ TƏHLÜKƏ QARŞISINDADIR!

Azərbaycan dövlətçiliyi və ümumilikdə türk milli mövcudluğu bu gün çox real, qlobal miqyaslı təhlükə ilə üzbəüzdədir. Bu təhlükənin ən qorxulu cəhəti bu günə mövcud olan türk dövlətlərinin həm daxili vəziyyətindən, həm də onları əhatə edən irili-xırdalı türk düşmənlərinin məqsəd və maraqlarının üst-üstə düşməsidir. Təbii ki, ilk olaraq ortaya, – «Bəs, mövcud vəziyyətdən çıxmaq mümkündürmü?» – sualı çıxır. Əlbəttə ki, bu suala mütləq və birmənalı cavab vermək çox çətindir. Belə ki, bu təhlükəni yaradan ölkədaxili və ölkəxarici səbəblər o qədər çoxşaxəli, ziddiyyətli proses və səbəblərlə bağlıdır ki, vəziyyət bu proseslərin inkişafında hər hansı mərhələdə, hər hansısa əvvəlcədən nəzərə alınması mümkün olmayan bir amilin qəfil ortaya çıxması nəticəsində öz axarını kəskin dəyişə bilər. Bununla belə vəziyyətdən çıxış yolunu axtarmayaraq kor-koranə baş verən hadisələrin ardınca getmək də milləti və onun dövlətçiliyini labüd məhvə aparmış olar. İstər ölkədaxili, istərsə də xarici təhlükənin səbəblərini dəqiq müəyyən etmək üçün ilkin və əsas şərt isə he bu təhlükələrin yaranmasının qaynaqlandığı nüvəsini ilk növbədə nəzəri cəhətdən dəqiq müəyyən edərək, onları obyektiv şərh etməkdir.
Mövcud reallıq bundan ibarətdir ki, şəxsi maraqları mövcud quruluşun məzmun və mahiyyətinə bağlı olan, uyğun gələn insanlar quruluşun və hakimiyyətin pis, nöqsanlı cəhətləri haqqında daim susur. Onun ən xırda, əhəmiyyətsiz müsbət cəhətini, müvəffəqiyyətini şişirdərək tərifləyir. Bəzən də mənfi cəhətini heç bir məntiqi, faktiki əsas gətirmədən məsələni tərsinə yozurlar. Cəmiyyətin dövlət piramidasında qərarlaşan məmurları tərəfindən və quruluşun naqisliyindən doğan amillərin nəticəsi olaraq əzilən, ədalətsizliyə məruz qoyulan kütlənin nümayəndələri, quruluşun müəyyən situasiyalarda, cəmiyyətdə gedən prosseslərdə az da olsa müsbət çalar daşıyan cəhətlərini də bir kənara ataraq bütün məmurların fəaliyyətini tənqid edib, yamanlayırlar. Hər iki tərəfin məsələyə belə qeyri-obyektiv yanaşması əsas və həlledici məsələni, cəmiyyətin inkişafını ləngidən, hakimiyyət-vətəndaş münasibətlərindəki ziddiyyətləri antoqonizm, barışmazlıq səviyyəsinə çatdıraraq, cəmiyyəti hər iki tərəf üçün fəlakətli toqquşmalara sürükləyən səbəblər arxa planda, «gözdən uzaqda, könüldən iraqda» naməlum qalaraq, heç bir maneəsiz sosial partlayışı hazırlayır. Heç bir maneəyə rast gəlməyən hakimiyyət vəziyyətin daim belə olacağını düşünüb, hakimiyyət-vətəndaş arasındakı antoqonizmi həll etməyin, həm də cəmiyyətin başqa ölkələrə nisbətdə daha intensiv inkişaf yoluna çıxarmağın, zəruriliyi barədə düşünmür. Bu səbəbdən mövcud rejimin əsirinə çevrilərək ətalət qüvvəsi ilə fəlakətli sosial partlayışa doğru getməkdə davam edir. Partlayış baş verdikdə isə bütün hallarda hakimiyyət sahiblərinin, həm də xalq üçün faciəli sonluq ilə bitməsi isə aksioma olub, tarix boyu istənilən qədər faktlarla öz təsdiqini tapır.
Prosesin ikinci tərəfi isə vətəndaş kütləsidir. Vətəndaş kütləsi yekrəng deyil. Onun əsas hissəsini daim, ən çox iqtisadi, inzibati, hüquqi və s. sosial ədalətsizliyə məruz qoyulmaqla dövlət mexanizmi tərəfindən əzilən qismi təşkil edir. Bu kateqoriyalı vətəndaşların mütləq çoxluğu nəinki cəmiyyətin iqtisadi-ictimai anatomiyasından xəbərsiz olan, hətta ətraflarında baş verən proseslərin mahiyyətinə vara bilməyib, özünün, yaxınlarının məruz qaldıqları ədalətsizliklərə uyğun olaraq onlarda kor-koranə mövcud hakimiyyətə mənfi, düşmən münasibəti formalaşır.
Dövlət piramidasının ədalətsizliyə məruz qoyduğu vətəndaşların ikinci böyük qrupu isə müəyyən savad və şüur səviyyəsinə malik olan insanlardır. Bu kateqoriyadan olan insanların əksəriyyəti onların ağır vəziyyətdə yaşamalarının günahı dövlətdə olmasını dərk etsələr də, vəziyyətdən çıxmağın yolunu bilmədiklərindən, onların «müqaviməti» qiybət və ayrı-ayrı məmurları tənqid etmək, günahlandırmaqdan o tərəfə getmir. Bu qrup vətəndaşların «qəhrəmanlarının» bir hissəsi ölkə daxilində dövlət piramidasında yüksək mövqelər tutan məmurların onlara, həm də çox zaman cəmiyyət üzvlərinin çoxuna məlum olan iqtisdai, kriminal cinayətlərini müxtəlif vasitələrlə ictimailəşdirdikdən sonra uydurma əsaslarla böyük müddətlərə azadlıqdan məhrum edilərək işgəncələrə məruz qoyulur. Onların bir hissəsi xarici ölkələrə qaçaraq, getdiyi ölkənin məqsəd və mənafeyinə uyğun Azərbaycandakı quruluşu tənqid edib, qərb demokratiyasını tərifləməklə məşğul olur. Bunu da edə bilməyən kiçik bir qismi isə hakim ailənin üzvlərini və bilavasitə onlara düşmənçilik etmiş yüksək çinli məmurları küçə söyüşləri ilə söyməklə qarınlarının köpünü alırlar.
Bütün bunların heç birinin də ölkə daxilində gedən proseslərə, baş verən mənfi, cəmiyyətin normal inkişaf yoluna düşməsinə mane olan məsələlərə heç bir müsbət təsiri olmur. Bunların hamısı xalqı ayağa qalxmağa, mövcud hakim ailəni taxtdan salmağa çağırır. Lakin onların heç biri bundan sonra nə olacağını, bağıraraq elan etdikləri azad seçkilərin, demokratiyanın məzmununun nədən ibarət olduğunu, cəmiyyətdə demokratik quruluşun qurulması üçün zəruri olan, iqtisdai, hüquqi, inzibati və s. mexanizmlərin nədən ibarət olmalı olduğunu bilmirlər də. Ölkədəki əsas problem hakim ailənin taxtdan salınması deyil. Əsas məsələ bundan sonra kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkədə hansı iqtisadi-ictimai quruluşun qurulmasıdır. Bundan da öndə duran təhlükəli məsələ Azərbaycanın ölkəni öz əsarəti altına almaq istəyən dövlətlərin hansının əsarətinə düşəcəyidir.
Bu gün biz rus imperiyasının bilavasitə tərkibindən çıxsaq da, hələ də Rusiyanın girovluğundan tam azad ola bilməmişik. Bu girovluqdan tam azad olmağımız Türk Dövlətləri Təşkilatının üzvlərinin millət və dövlət olaraq hansı dərəcədə bütövləşib güclənərək, hansı mövqedə qərarlaşacağından çox asılıdır. Rusiya-Qərb qarşıdurmasında Rusiya bir tərəfdən iqtisadi, hərbi cəhətdən öz əlini gücləndirmək, eyni zamanda Qərb alyansını hərbi cəhətdən əhəmiyyətli dərəcədə zəiflətmək məqsədilə, Türkiyəni NATO-dan ayırmağa, Türkiyə ilə iqtisadi, hərbi əlaqələrini genişləndirməyə çalışır. Digər tərəfdən SSRİ-dən ayrılmış türk respublikalarını öz nüfuz dairəsində saxlamaq üçün, bütün mümkün təsir vasitələrindən istifadə edir. Rus imperiyasının 1954-cü ildə «Xam torpaqların mənimsənilməsi» şüarı ilə Qazaxstanda yaratdığı böyük rus icmasının hüquqlarının pozulması adı ilə daim Qazaxstana, 33 ildən bəri Qarabağ ermənilərinin hüquqları şüarı ilə Azərbaycana yenidən təcavüz imkanı və ehtimalını gündəmdə saxlayır.
«Həmas»-İsrail toqquşmasında da Rusiya-İran cütlüyü Türkiyənin həm qərb, həm də ərəb dünyası ilə münasibətlərinin pozulması üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Belə ki, əgər Türkiyə bu münaqişəyə bilavasitə qoşularsa, iqtisadi-hərbi cəhətdən zəifləyəcək, çünki, bu halda Türkiyənin NATO-dan çıxması da labüd olacaq. Belə olduqda regionda Rusiyanın şəriksiz hegemonluğu imkanı artmaqla bərabər, SSRİ-dən ayrılmış türk dövlətlərinin yenidən Rusiyanın əsarətinə düşməsi üçün real şərait yaranmış olacaq.
İndiki dövrdə Azərbaycanın Rusiya ilə açıq konfliktə getməsi də Azərbaycana yaxşı heç nə vəd etmir. Təkcə Azərbaycan deyil, bütün türk dövlətləri, nəhənglərin qarşıdurmasında son dərəcədə mümkün olan neytrallığı saxlamaqla bərabər, hər iki tərəf ilə özlərinə sərfəli olan iqtisadi, texniki əlaqələri hətta genişləndirməyə cəhd etməlidir. Çünki, bu türk dövlətlərinin Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyasının dərinləşdirilməsinə zəruri olan vaxt, zaman baxımından çox böyük əhəmiyyət daşıyır. Son günlər Rusiya hakimiyyətinin bir sıra nümayəndələrinin Ermənistana qarşı sərgilədikləri hədə, şantaj ritorikasını kənara ataraq rus-erməni qardaşlığından, hətta ermənilərin ruslara qardaşdan artıq olması, ermənilərin Rusiyaya sədaqət sərgiləyəcəyi halda, erməniləri Qarabağa qaytarmağa hazır olduqlarını bəyan etməklə, Rusiya Azərbaycanın torpaqlarının, onun suverenliyinin öz məqsədlərinin reallaşdırılması prosesində alver vasitəsi, peşkəş materialı olduğunu açıq elan edir. Digər tərəfdən Qərbin ermənilərin bu günkü rəhbərliyinə son dərəcə isti münasibət sərgiləməsi, guya Ermənistan iqtisadiyyatına böyük yatırımlar edəcəyi xəbərləri dünya mətbuatında tirajlansa da, real mənzərələr həm Rusiya, həm də Qərbin Azərbaycan üçün təhlükəli oyunlara hazırlaşdıqlarından xəbər verir.
Son vaxtlarda Rusiya, Fransa, Hindistan, İranın Ermənistanı silahlandırması, Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalamasından daim müxtəlif bəhanələrlə imtina etməsi, 05.04.2024-cü il Brüssel görüşünün nəticələri, ABŞ dövlət katibi Antoni Blinkenin İlham Əliyevlə telefon danışığının məzmunu Qərbin də elə Azərbaycan torpaqlarını, Azərbaycanın suverenliyini eynilə Rusiya kimi öz məqsədlərinin reallaşdırılması prosesində alver vasitəsi, peşkəş materialı olaraq gördüyünü sübut edir. Azərbaycan-Ermənistan münasibətləri müstəvisində ilk baxışda hər ikisi bizə qarşı mənfi münasibət bəsləyən bu iki super gücün bəs hansının Cənubi Qafqazda olması, bizə daha az təhlükəlidir?
Məsələyə bu baxımdan yanaşdıqda bu güclərin təkcə ayrıca götürülmüş Azərbaycana deyil, onların Turkiyə Azərbaycan duetinə hansı münasibət sərgiləyə biləcəyinə diqqət yetirmək lazımdır. Çünki onların hər ikisi yaxşı bilir ki, Azərbaycana qarşı atılan hər hansı bir düşmənçilik addımına Türkiyə biganə qalmayacaq. Digər bir məsələ onların hansı ölkəxarici və ölkədaxili məsələni bəhanə edərək bizə siyasi, iqtisadi təzyiq və ya hərbi müdaxilə edə bilməsidir. Əlbəttə ki, əsasən cəngəllik qanunları ilə idarə olunan planetimizdə güclü olanlar daim hər hansı təzyiq, hərbi müdaxilə üçün «quzu, suyu niyə bulandırdın» və ya erməni, fars «tarixi» kimi bəhanələri həmişə tapa, quraşdıra bilirlər.
Rusiyanın keçmiş sovet türk respublikalarına, o cümlədən Azərbaycana hərbi müdaxilə imkanı və ehtimalı, onun bu gün Qərb ilə toqquşmasının, xüsusilə Ukrayna cəbhəsində qalib və ya məğlub ayrılacağından, Türkiyə və digər türk respublikaları ilə qarşılıqlı iqtisadi, siyasi əlaqələrinin məzmunundan, həm də bu ölkələrdə mövcud olan quruluşun mahiyyətindən asılıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dövlətlərinin əhəmiyyətli səviyyədə iqtisadi, hərbi, siyasi, hüquqi və s. inteqrasiyası və Rusiyanın Ukraynada tam məğlub olması şəraitində, onun türk respublikalarına hərbi təcavüz ehtimalı real görünmür. Rusiya keçmiş sovet türk respublikalarında bu gün dövlət quldarlığının müxtəlif, lakin, biri digərindən çox da fərqlənməyən quruluşu şəraitində yüz ildən bəri yerləşdirdiyi kadrlar, şəbəkələr vasitəsilə sabitsizlik yaratmaqla, vaxtilə Əfqanıstana etdiyi kimi, «По просьбе группа товарищей» (Bir qrup yoldaşların xahişi ilə), eləcə də bu respublikaların dövlət başçılarının yerli əhaliyə və dövlətçiliyinə qarşı törətdikləri böyük cinayətləri barədə zəngin kompromatlara malik olduğuna görə Qazaxstanda olduğu kimi elə bu dövlət başçılarının rəsmi xahişi ilə hərbi təcavüz edə bilər.
Rusiyadan ola biləcək hərbi təcavüzün qarşısını almağın yeganə yolu, Türk Dövlətləri Təşkilatının vahid Turan dövləti halına gətirilməsi proseslərini mümkün qədər sürətləndirməklə yüksək səviyyəyə çatdırmaq, Qazaxstan variantını neytrallaşdırmaq üçün isə bu respublikalarda mövcud olan quldarlıq quruluşlarını Qərbin bütün dünyaya demokratiya, azadlıq adı ilə sırıdıqları, əslində isə insanları daha incə üsullarla daha ədalətsiz istismara məruz qoymaqla yanaşı, hər bir vətəndaşın şəxsi və ictimai mənafeinə uyğun, hakimiyyət-vətəndaş arasında real həmrəylik əsasında ölkədə dayanıqlı sabitlik və inkişafı təmin edə biləcək quruluşu qurmaqdır. Rusiya Ukraynada məğlub olduğu halda onun Cənubi Qafqazdan Qərb birliyi tərəfindən qovulması da labüddür. Bu halda da yuxarıda sadaladığım şərtlər yerində qalmaqla, dəyişən ancaq Rusiyanın Qərb birliyi ilə yerini dəyişməsi, eləcə də «По просьбе группы товарищей», bəhanəsinin «insan haqlarının pozulması» şüarı ilə dəyişməsi olacaq. Yəni, hər iki halda türk respublikalarında bu günə mövcud olan quldurluq üsulları ilə idarə edilən quldarlıq quruluşları, yuxarıda qeyd etdiyim xüsusiyyətlərə malik olub, QULDURLUQLA deyil, ADAM kimi idarə edilən iqtisadi-ictimai quruluşla əvəz edilməlidir.
Bu günə mövcud olan keçmiş sovet türk respublikalarında mövcud olan dövlət quruluşlarının məzmununda kiçik məzmun fərqləri olsa da, mahiyyət etibarilə eyni olan bu quruluşların hansı dövlət quruluşu ilə əvəz edilməsinin konkret modelini, bu türk dövlətlərinin hər hansı birinin hakimiyyətinin konkret tələblərini bildikdən sonra 7-10 gün müddətində, onun və vətəndaşların mütləq məmnuniyyətlə qəbul edəcəyi konkret dövlət modeli təqdim edə bilərəm. Dövlətin dəstəyi olduğu halda isə bu dövlət modelinin həmin ölkədə qurulması üçün zəruri olan iqtisadi, hüquqi, inzibati və s. sahələrdəki islahatların təfərrüatları ilə birlikdə planını dövlət başçısına təqdim edə bilərəm. O cümlədən, Azərbycan Respublikası rəhbərliyinə də.

Şapur Qasimi
06.04.2024
+99455 522-36-15
23-02-2024, 21:43
Çətir altından göz vurdu

Çətir altından göz vurdu

Mən siyasət adamı deyiləm, siyasətlə də məşğul olmuram. Amma Makronla Paşinyanın görüşündə bir məqam diqqətimi çəkdi. Makron Paşinyanın üzərinə çətir qaldırmaqla onu inandırmağa çalışır ki, Ermənistan və onun baş naziri Fransanın təhlükəsizlik çətiri altındadır. Məsələ orasındadır ki, çətir Paşinyanın başında gəldi. Paşinyanla çətirtutan Makrona çatan kimi Makron çətiri qamarladı, sonra da Paşiki biraz qabağa aparıb fırlatdı. Nikol çox həyəcanlı idi. Makron onun əlini ovcuna alıb poz verdi, Nikol poz verincə Makron da kiməsə göz basdı. Bax o gözbasma nə məsələ idi anlamadım. Ona görə də siyasətşünaslardan xahiş edirəm xırdalasınlar, Makron kimə göz vururdu və nə demək istəyirdi?
Hörmətlə: Tamxil ZİYƏDDİNOĞLU
17-02-2024, 12:29
V.Putin Ukrayna hadisələrinə münasibət bildirib

V.Putin Ukrayna hadisələrinə münasibət bildirib

Butov.az bildirir ki, Vladimir Putin Rusiyanın “Rossiya-1” dövlət kanalının müxbirinə və “Fox News”un keçmiş aparıcılarından Taker Karlsona (Tucker Carlson) verdiyi müsahibəsində Ukraynanın NATO-ya daxil olmaq istəyini Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Bizi daim aldadırlar ki, NATO Şərqə doğru genişlənməyəcək. Halbuki onlar təşkilatı 5 dəfə genişləndiriblər. Əməlli-başlı yalan danışırlar.
Rusiya Ukrayna ilə bağlı əvvəlcə sülhsevər təşəbbüslər göstərdi, lakin Minsk sazişinin həyata keçirilməsində də aldandı. Təəssüfləndiyimiz yeganə şey həmsöhbətlərimizi layiqli adam hesab edib fəaliyyətə tez başlamamağımızdır.
10-02-2024, 13:41
Qələbəmizi sınıra bilmirsinizsə…


Qələbəmizi sınıra bilmirsinizsə…

Söylədikləri nə nağıl, nədə ki, hekayə deyil. Yaşadıqları və yaddaşından heş vaxt silinməyənlərdir. Üstündən 36 il keçir…
Axşam düşürdü. Qonşular Atdıxan dayıgilə yığışırdılar. Sahibi ağır vəziyyətdə kəndə gətirmişdilər. Sürücü idi. Gorus erməniləri maşınının qabağın kəsib, o ki var döyüb, ölümcül hala salmışdılar. Tanınmaz halda idi. Üz-gözü üfürülmüşdü. Təpitmə döşəyirdilər…
Bunları şahid danışır - Fətəliyeva Minayə Lətif qızı.
Ağsaqqal, ağbirçək, cavan, uşaq kənddə kim qalmışdısa hamı orda idi. Camaat həm Sahibə baş çəkməyə, həm də məsləhətləşməyə yığışmışdılar. Qız, gəlin əldə-ayaqda idi. Çay gətirən, su götürən hərə bir iş görürdü…
Hadisələr 1988-ci ilin fevralından başladı. Heç arası bir şey çəkmədi. Sentyabrdan artıq əhali kəndi məcbur olub tərk etməyə başlamışdı. Azərbaycanlılar işə gedə bilmirdilər. Məktəbdə dərs keçilmirdi. Uşaqlar ortalıqda qalırdı. Evlərin damlarını daşlamaq, ot tayalarını odlamaq, hədə-qorxu dolu yazılar yazıb qapılara yapışdırmaq, kəndin işığını söndürmək, vahiməli vəziyyətlər yaratmaq, rayon mərkəzinə Sisiana (anamgil Qarakilsə deyirdilər) hər hansı sənəd dalınca və yaxud vacib bir iş üçün gedənin üstünə tökülüb döymək, gecələr evlərə qəfil hücumlar etmək adi hal almışdı.
İki gündən bir xəbər yayılırdı ki, gecə kəndə Əngələvid erməniləri hücum edəcək. Əngələvidlilər çox qəddar idilər. Əvvəlki, qırğınlarda da onlar amansızcasına çox qanlar tökmüşdülər. Yaşlı nəsil nə baş verdiyini, camaatı nə faciələr gözlədiyini bilirdilər. Çünki dəfələrlə başları çəkmişdi. Tək Sovet hökuməti deyib durmuşdular. O zülmü təkrar yaşamaqlarının yeganə səbəbi də elə Sovet hökumətinə olan inamları idi. Allah dağıtmış bu hökumət keşkə tez dağılardı...Osman müəllim, Allahyar həkim, yerləri behiştliklər əsl kommunist idilər… Camaatı inandırırdılar ki, Sovet hökuməti ölməyib ki, erməni nə bilir etsin…
Minayə xanımın yaddaşından silinməyənlər bunlarla bitmir. Dinlədikcə köhnə yaralar qövr edir. 1905, 1918, 1948-51…
Qan üstündə bərqərar olan, elə qan-qada ilə də yıxıldı. Çanaq yenə də biz azərbaycanlıların başında çatladı... İlahi, o ağır günlərin tək şahidisən, Sən! Sən haqqı nahaqqa vermədin heç vaxt. Bizimdə haqqımızı zalıma vermə!
1988-ci il noyabr-dekabr aylarında gecə vaxtı üzü Eşşək meydanına sarı ayaq yalın, baş açıq, üz tutan, qarda-boranda itkin düşən, həlak olan, əli-ayağı donan, yarıcan olan, sağ-sökəl birtəhər zalımın əlindən quru canlarını qurtarıb Laçına pənah aparan Şəki camaatının hal-qəziyəsini BMT, Avropa Şurası, ATƏT hardan bilərdi. Belə görünür ki, onlar bu 36 ildə heç nə bilməyib, heç nə görməyib, heç nə eşitməyiblər…“Çox uzaqlarda” insan haqlarını qorumaqla başları qarışıq olub.
Qərbi Azərbaycandan didərgin olan, məcburən qovulan, deportasiya edilən, etnik təmizləməyə məruz qalan bizlər 36 ildir o haqlardan məhrum sayılmışıq. Tək şahid özünsən, Allah! O çətin günlərdə də, biz tək səni çağırmışıq, ya Allah dadımıza yet, demişik. Nə BMT, nə Avropa Şurası, nədə ki, digərləri yadımıza düşməyib. Yenə də səni çağırırıq, ya Allah, haqqımızı yeyənləri, özün dinə-imana gətir. Gözləri kordusa, gözlərinə nur ver, qulaqları kardısa, qulaqlarını şəfalandır, daş qəlblərini, mərhəmət, rəhmət hissilə doldur, nə fərqi xristian olsun, ya müsəlman? Onlarda insandılar. Allahımız tək Sənsən. Hamımızı sən yaratdın. Bunu inkar edən yox. Qaniçənin başını sığallamaq, nazı ilə oynamaq, eləsinə isti qucaq açmaq ədalətsizlik deyilmi? Regiona gəlmə tarixləri bütün dünyaya agah olan bu ermənilər nə matah olublar ki, iki əsrdə dəfələrlə regionu qançanağına döndəriblər. Zorla torpağımızda qeyri-qanuni məskunlaşdırılıb ev-eşik sahibi ediliblər, dinməmişik. Dövlət yaradıblar yenə dinməmişik. Dinənlərimizə qan qusdurdular, güllələdilər. Kətan babamın məzarının harda olduğunu hələ də bilənimiz yoxdur.
Ay haray, bəs paytaxtımız yoxdur, onu da verin. Bu istəklərini də ürəklərində qoymamışıq. İrəvan şəhərimiz sənədlə sübutla bizdən alınıb onlara verildi. Axı bu baş verənlər uzaq tarixdə deyil ki, yaddan cıxa. Elə dünən olub. Bütün arxivlərdə durur.
Niyə bizim xoş günümüz gözünüzə bıçaq kimi batır? Məsləhət olmasın, əgər qələbəmizi sınıra bilmirsinizsə, onda festal için!
Ali Baş Komandanımız nə dedisə, onu da etdi. Nə deyibsə, onu da edəcək. Buna əminik! Olsun AŞPA da, olsun digər qurumlarda nə çalsanızda havanıza oynayan kimsə Azərbaycanda tapılmayacaq. Ərazi bütövlüyümüz, müstəqilliyimiz bizə canımız qədər əzizdir. Haqq ədalət uğrunda minlərlə can qurban vermişik. Geriyə yol olmur. Keçmişdən yalnız dərs ala bilərik! Onu da almışıq. Kim kimdir, kim kimin havadarıdır gün kimi aydındır. Yeni dövr, yeni reallıqlar qarşısında irəliyə atılan hər addımın uğurlu olsun, can Azərbaycan!

Azadə NOVRUZOVA
Prezident təqaüdçüsü, şair-publisist
“Bütöv Azərbaycan” qəzeti
9 Fevral 2024

7-02-2024, 12:51
Mehdiabadda seçicilər çox fəaldır


Mehdiabadda seçicilər çox fəaldır

Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.
Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
“Bütöv Azərbaycan” qəzetinin xüsusi müxbiri Abşeron 3-cü seçki daiəsinin Mehdiabad qəsəbəsindəki seçki məntəqələrinə baş çəkib. Seçici fəallığının müşahidə olunduğu məntəqələrdən biri də 5 caylı məntəqədir. Seçki-səsvermə prosesindən çəkilən fotoreportajı təqdim edirik:





7-02-2024, 10:36
Azərbaycanda səsvermə başladı

Azərbaycanda səsvermə başladı

Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermə başlayıb.
Butov.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiləri açıq elan edib. Seçiciləri aktiv olmağa çağıraraq qeyd edib ki, bu gün axşam saat 19-dək hər kəs gəlib öz səsvermə hüququndan istifadə edə bilər:
1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bu, seçkilərin daha mötəbər keçirilməsinə təsir edəcək. Eyni zamanda beynəlxalq və yerli müşahidəçilər seçkiləri izləyəcək”.
Xatırladaq ki, prezident seçkilərində 7 namizəd mübarizə aparır.
Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir. Ümumilikdə 6 milyon 524 min 203 seçki bülleteni çap edilib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.
Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
“Bütöv Azərbaycan” qəzetinin xüsusi müxbiri Abşeron 3-cü seçki daiəsinin Mehdiabad qəsəbəsindəki seçki məntəqələrinə baş çəkib. Seçici fəallığının müşahidə olunduğu 8 caylı məntəqdən fotoları təqdim edirik: Daha geniş fotoreportajı qəzetimizin növbəti sayında təqdim edəcəyik.

5-02-2024, 21:00
“Gənclər evi” yaxın gələcəkdə çox asanlıqla “Qocalar evi”nə çevrilə bilər

“Gənclər evi” yaxın gələcəkdə çox asanlıqla “Qocalar evi”nə çevrilə bilər

Fazil Mustafanın vəkili Könül Quliyevanın fikirlərini təqdim edirik:

Hörmətli seçicilər, sizi qarşıdan gələn Prezident seçkilərində vəkili olduğum Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın adından salamlayır və onun bir sıra məsələlərə münasibətini əks etdirən fikirlərini sizinlə bölüşürəm.
Hər bir dövlətin öz gələcəyinə münasibəti ölkə gəncliyinə münasibəti ilə ölçülür. Azərbaycanın da dövlət siyasətinin ayrılmaz tərkib hissələrindən biri gənclər siyasətidir. Bəs “dövlət gənclər siyasəti” anlayışı nə cür izah olunur? Bu – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafının, dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi məqsədilə hazırlanan gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq, hökumət qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib.
Dövlətimiz gənclər siyasətinin hazırlanması və reallaşdırılması üçün kifayət qədər ciddi tədbirlər həyata keçirmişdir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”, “Xaricdə təhsil üzrə Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” kimi olduqca mühüm sənədlər qəbul edilmişdir. Bəs proqram xarakterli bu dövlət sənədlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı vəziyyət nə cürdür? Və bu vəziyyət müasir cəmiyyəti qane edə bilərmi?
Əziz seçicilər, hər bir istiqamət üzrə mövcud problemlərə diqqət yetirmək, bu problemlərin həlli yönümündə təkliflər vermək istərdik.
Birinci istiqamət gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı ilə bağlıdır. Təəssüf ki, bu gün mənəvi-əxlaqi tərbiyə haqqında danışmaq dəbdə deyil – televiziya efiri əksər hallarda yüngül həyat tərzini yorulmadan təbliğ edən, intellektual səviyyəsi və əxlaqi keyfiyyətləri şübhə doğuran şou-biznes nümayəndələri tərəfindən zəbt olunub. İnternet məkanında müəyyən məhdudiyyətlərin tətbiqi barədə heç kəs düşünmür, gündəlik həyatda gənclər milli-mənəvi dəyərlərdən daha çox “dəyərsizliyi təcəssüm etdirən” qərb dəyərlərinə üstünlük verirlər. Gənclərin mədəni həyatda iştirakı yalnız onların ifaçılıq müsabiqələrinə cəlb edilmələri ilə məhdudlaşır. Yalnız ifaçılıq sənəti ilə məşğul olmaq gənclərin mədəni həyatda iştirakı kimi anlaşılır. Niyə gənc aktyorlar və rejissorlar, rəssamlar və heykəltəraşlar, yazıçılar və şairlər üçün yaradıcılıq müsabiqələri keçirilmir və keçirilirsə, niyə ifaçılıq müsabiqələri kimi geniş təbliğ edilmir? Gənclər milli ruhda tərbiyə almalı, xalqımızın əxlaqi və mənəvi dəyərlərini yaşatmağı bacarmalıdırlar. Onların mədəni həyatda inkişafı birtərəfli olmamalıdır.
İkinci istiqamət istedadlı gənclərə dövlət qayğısı ilə bağlıdır. Bu qayğının nədən ibarət olduğu müəyyən dərəcədə müəmmalı görünür. Azərbaycanda istedadlı gənclər az deyil. Elm, təhsil, idman və mədəniyyətin müxtəlif sahələrində fitri istedadları, xüsusi bacarıq və qabiliyyətləri ilə seçilən gənclərə göstərilən qayğı yalnız müsabiqə və sərgilərin təşkili ilə məhdudlaşır. İstedadlı gənclər üçün təhsil və məşğulluqları sahəsində müvafiq şərait yarada bilirikmi? Ali məktəblərə qəbul prosesində və ya işə qəbul zamanı gənclərin istedadları ilə fərqləndikləri nəzərə alınırmı? Niyə istedadlı gənc ali məktəbə qəbul zamanı seçdiyi ixtisas üzrə xüsusi bilik və bacarıqlara malikdirsə, bu cür istedada sahib olmayanlarla eyni şərtlər əsasında imtahan verir? Bir çox xarici ölkələrdə yeniyetmə və gənclərin kəşfləri və ixtiralarına xüsusi diqqətlə yanaşılır, onlar geniş ictimaiyyətə təqdim olunurlar, barələrində kitablar nəşr olunur, verilişlər hazırlanır. Niyə ölkəmizin istedadlı gənclərini tanımırıq? Niyə onları tanıtmırıq?
Respublikanın bütün bölgələrində inşa olunmuş “Gənclər evi” adlı məkanlar niyə bu funksiyanı yerinə yetirməkdə maraqlı deyil? Ümumiyyətlə, etiraf etməliyik ki, Gənclər evləri şəhər və rayonlarda idmanın inkişafına xidmət göstərməli olan Olimpiya idman kompleksləri kimi durğunluq dövrünü yaşayırlar. Bu cür gedişlə hər hansı bir “Gənclər evi” yaxın gələcəkdə çox asanlıqla “Qocalar evi”nə çevrilə bilər. Məhz bu məqsədlə dövlət tərəfindən “Azərbaycan Gəncliyi: 2025-2050” Strateji Dövlət Proqramının hazırlanması və təsdiq edilməsi məqsədəuyğun hesab edilə bilər.
Əziz seçicilər, gənclər siyasətinin digər mühüm istiqaməti gənclərin sağlamlığının qorunması və fiziki inkişafı ilə bağlıdır. Bu gün ölkə prezidentinin xüsusi diqqət və qayğısı sayəsində respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı üçün münbit şərait yaranmışdır. Təəssüf ki, aidiyyəti dövlət qurumları bu şəraitdən yetərincə istifadə edə bilmir. Bölgələrdə inşa edilmiş çoxsaylı idman qurğuları – stadionlar, idman və trenajor zalları, şahmat məktəbləri və idman meydançaları nadir hallarda oyun və yarışlara ev sahibliyi edirlər.
Yeniyetmə və gənclərin təkcə sağlam həyat tərzinə cəlb edilməsində, fiziki inkişafına nail olunmasında deyil, həm də onların vətənpərvərlik ruhunun yüksəldilməsində, hərbin sirlərinə yiyələnməsində və çağırışaqədərki gənclərin hərbi xidmətə hazırlanmasında xüsusi əhəmiyyət kəsb edən müxtəlif növ idman tədbirlərinin bu məkanlarda təşkili və keçirilməsi hər zaman diqqət mərkəzində olmalıdır. Bölgələrdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirməli olan Gənclər və İdman idarələri fəaliyyət göstərdikləri ərazidə hər növ idman qurğularının təkcə idmançılar üçün deyil, məktəblilər və tələbələr, ümumiyyətlə bölgənin bütün yeniyetmə və gəncləri üçün əlçatanlığının təmin edilməsində maraqlı olmalıdır.
Gənclərin sağlamlığının qorunmasına yalnız bədən tərbiyəsi və idmanın təbliğ edilməsi ilə deyil, həm də maarifləndirmə işinin təkmilləşdirilməsi ilə nail olmaq olar. Bu gün narkomaniya gənclərimiz üçün bir bəlaya çevrilmişdir. Rəsmi statistikaya görə, bu gün ölkədə 40 minə yaxın narkotik istifadəçisi var ki, onların da əksəriyyəti gənclərdir. Qeyri-rəsmi statistika isə fərqli rəqəmlər səsləndirir.
Əlbəttə kütləvi hal almış bu bəlanın qarşısını almaq çox çətindir. Amma mümkündür. Bu sahədə maarifləndirmə işini genişləndirməli və təkmilləşdirməliyik. Təhsil müəssisələrində mütəmadi olaraq həkim və mütəxəssislərlə məsləhət saatları təşkil olunmalıdır. Narkomaniyaya qarşı mübarizə yalnız xəbər formatlı televiziya proqramlarında bu mövzuda kriminal xəbərlər təqdim etməklə məhdudlaşmamalıdır. Dövlət qurumları, vətəndaş cəmiyyəti təmsilçiləri daha təsirli üsullardan istifadə etməli, maarifləndirmə işini daha məzmunlu və mənalı təşkil etməlidirlər.
Əziz seçicilər, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın “1Həyati+50 Vacib MƏSƏLƏ” adlı seçki platformasında xüsusi yer alan Gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənc ailələrə dövlət yardımının göstərilməsidir. Dünyanın inkişaf etmiş bir çox ölkələrində ailə institutunun böhranla üzləşdiyi, onun mövcudluğunun təhlükə altına düşdüyü hər birimizə məlumdur. Xalqımızın milli-mənəvi dəyərlərinin mənbəyi, dövlətimizin sarsılmaz dirəyi olan ailəyə daim diqqət və qayğı ilə yanaşmalı, xüsusilə də gənc ailələrin problemlərinin həllində yardımçı olmalıyıq.
Hesab edirik ki, gənc ailələrə ilkin mərhələdə mütləq qaydada dövlət tərəfindən maddi yardım göstərilməli, onlara bir müddət güzəştli vergi sistemi tətbiq edilməli, işləyən gənc anaların əmək haqqına övladları 6 yaşına çatanadək sosial yardım əlavə edilməli, onların gündəlik iş saatı 6 saat, həftəlik iş günü 4 gün olmalıdır. Gənc analar övladlarını müşayiət edərkən nəqliyyatdan pulsuz istifadə etmək hüququna malik olmalıdırlar. Özəl tibb müəssisələrində 3 yaşına kimi körpələrə pulsuz tibbi xidmət təşkil olunmalıdır. Yalnız bu halda gənc ailə öz üzərində dövlətin sosial yardımını hiss etmiş olar.
Gənclər siyasətinin digər bir istiqaməti də gənclərin məşğulluğunun təmin edilməsi, biznes fəaliyyətinin təşkilinə, kiçik və orta sahibkarlığa cəlb edilməsinə, karyera quruculuğuna dəstək göstərilməsidir. Təhsil müəssisələrini bitirmiş gənclər bir çox hallarda işsiz qalır və ya ixtisaslarına uyğun olmayan işlə məşğul olmaq məcburiyyətində olurlar. Məsələyə köklü şəkildə yanaşmanı vacib hesab edirik və düşünürük ki, gənclərin işlə təmin olunmasında proqnozlaşdırma və planlaşdırma kimi amillərə mütləq qaydada üstünlük verilməlidir.
Hörmətli seçicilər, sizi fevralın 7-də keçiriləcək prezident seçkilərində Fazil Mustafaya səs verməyə dəvət edirəm.
29-01-2024, 20:35
"Qarabağ və Şərqi Zəngəzurda sosial dəstək proqramına QHT-lər də cəlb olunmalıdır" - Fazil Mustafanın vəkili təklif etdi

"Qarabağ və Şərqi Zəngəzurda sosial dəstək proqramına QHT-lər də cəlb olunmalıdır" - Fazil Mustafanın vəkili təklif etdi

Hörmətli radio dinləyicilərini qarşıdan gələn Prezident seçkilərində vəkili olduğum Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın adından salamlayır və onun belə bir məsuliyyətli dövrdə bir sıra məsələlərə münasibətini əks etdirən fikirləri sizinlə bölüşürəm.

Qeyd edildiyi kimi mövzumuz müasir dövlətimiz və cəmiyyətimiz üçün mühüm aktuallıq kəsb edən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə bağlıdır.
30 ildən çox həsrətində olduğumuz əzəli torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın başçılıq etdiyi rəşadətli Ordumuzun parlaq qələbəsindən sonra qarşılaşdığımız yeni reallıqda bu Proqramın icrası olduqca böyük əhəmiyyətə malikdir. Çünki işğal dövründə bütün sosial, iqtisadi, mədəni və mülki infrastrukturu vəhşicəsinə məhv edilmiş ərazilərin bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramının reallaşdırılması Azərbaycan dövləti, Azərbaycan xalqı üçün sözün həqiqi mənasında taleyüklü məsələdir. İşğaldan azad olunmuş ərazilərin bərpasının, dayanıqlı və hərtərəfli inkişafının, milli iqtisadiyyata inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi yeni reallıqda Azərbaycan dövlətinin daxili və xarici siyasətinin məntiqli davamıdır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nda bu ərazilərdə qabaqcıl standartlara uyğun təhsil müəssisələrinin yaradılması, yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması xüsusi olaraq qeyd edilmişdir. Əlbəttə ki, təqdirəlayiqdir. Amma təhsil, bildiyimiz kimi, elmə söykənir. Düşünürük ki, bu bölgədə təhsil ocaqları ilə yanaşı Azərbaycanda elmin inkişafına dəstək verə biləcək, bölgənin tarixi və arxeologiyası, ədəbi mühiti və incəsənəti, iqtisadi və mədəni həyatı ilə bağlı ciddi araşdırmalara təkan verəcək hər hansı bir elmi müəssisə və ya təşkilatın fəaliyyət göstərməsi də mühüm əhəmiyyət kəsb edə bilər. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan və Gəncə bölmələri kimi fəaliyyət göstərə biləcək Qarabağ Bölməsinin yaradılması, bu bölgədə müxtəlif elm sahələri üzrə ciddi araşdırmaların aparılması barədə də düşünməyə dəyər. Çünki 30-illik əsarətdən azad edilmiş Qarabağ ərazisi bu gün, bir qərinəlik sükutdan sonra çox zəngin elmi məlumatlar mənbəyidir.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, yerli əhalinin əmək məşğulluğunun təmin edilməsi istiqamətində müəyyən addımların atılması da nəzərdə tutulmuşdur. Düşünürük ki, yeni inşa edilmiş və ya bərpa olunmuş şəhər və kəndlərə qayıdan əmək qabiliyyətli vətəndaşların, xüsusilə də gənclərin peşə və ixtisaslarına, bacarıq və maraqlarına uyğun işlə təmin edilməsi, bu ərazilərdə əmək bazarının formalaşması gündəlikdə duran və təxirəsalınmaz aktual məsələlərdən biridir. Kütləvi informasiya vasitələrində və sosial mediada ailələrin doğma yurdlarına qayıdışı, mənzillərlə təmin edilməsi geniş şərh olunur, yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Lakin yaşayış yerini dəyişməklə iş yerini itirən əmək qabiliyyətli ailə üzvlərinin məşğulliyəti barədə demək olar ki, danışılmır. Əlbəttə hər bir kəsə bəllidir ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması ilə əmək qabiliyyətli ailə üzvlərinin işlə təmin olunması imkanı gerçəkləşir. Amma bu prosesin nə cür baş verdiyi, bu əraziyə köç edənlərə hansı imtiyazların tətbiq edildiyi və ümumiyyətlə vakant iş yerləri barədə məlumatlar geniş ictimaiyyətə açıqlanmır. Digər məsələ bu ərazilərdə yaşayan vətəndaşların işlə təmin olunmasında güzəştli vergi sisteminin tətbiq edilməsi ilə bağlıdır. Təhsil və səhiyyə işçilərinin əmək haqqından tutulan vergilərin azaldılması bu sahədə çalışanların fəaliyyətini stimullaşdıra bilər.
Hörmətli radio dinləcilirəri, əziz seçicilər, “Böyük Qayıdışa dair Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərdə yerli əhaliyə sosial dəstək mexanizminin geniş tətbiqi ilə bağlı tədbirlərin təşkili və keçirilməsi də nəzərdə tutulmuşdur. Bu mexanizmlərin açıqlanmasına və izahına ehtiyac var: əhali ona göstəriləcək sosial dəstəklə bağlı nəzərdə tutulmuş tədbirlər barədə məlumatlandırılmalıdır. Bu istiqamətdə məqsədli maarifləndirmə işinin təşkili, bu işə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri – ictimai qurumlar və qeyri-hökumət təşkilatları fəal şəkildə cəlb olunmalıdır. Ümumiyyətlə, bu gün ölkədə fəaliyyət göstərən QHT-lərin Nizamnamələrində onların yerlərdə və xarici ölkələrdə filiallar və nümayəndəliklər yaratmaq hüququ təsbit edilmişdir. Bəs bu hüquqdan istifadə edən QHT-lərin sayı kifayət qədərdirmi? “Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası fəaliyyəti əhalinin sosial problemlərinin həlli, əhalinin maarifləndirilməsi, xeyriyyəçiliklə bağlı olan təşkilatlar üçün bu istiqamətdə geniş imkanlar yaradır. Dövlət Böyük Qayıdışın gerçəkləşdiyi geniş coğrafi ərazidə qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin yaradılmasına həm mənəvi, həm də maddi dəstək göstərməkdə maraqlı olmalıdır. Çünki vətəndaş cəmiyyəti qurumları Dövlət Proqramının icrası ilə bağlı müəyyən funksiyaları öz üzərinə götürə bilər... Və götürməlidir də. Sadəcə, onlara dövlət tərəfindən müəyyən dəstək göstərilməlidir.
Əziz dinləyicilər maarifləndirmə işindən söz düşmüşkən... “Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası ilə bağlı mütəmadi olraq televiziya efirində və sosial mediada xəbər formatlı xüsusi verilişin yayımına da ehtiyac var. Ölkə əhalisi işğaldan azad edilmiş ərazilərdə nail olunması hədəflənən məqsədlər, həyata keçirilən yenidənqurma və bərpa işləri, həmçinin mövcud vəziyyət, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri barədə gündəlik məlumatlarla təmin olunmalıdır.
Yeni yaradılan və ya bərpa olunan yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması Dövlət Proqramında başlıca fəaliyyət istiqamətlərindən biri kimi yer almışdır. Qabaqcıl standartlara uyğun səhiyyə xidmətlərinin formalaşması, müasir tələblərə uyğun xəstəxana və klinikaların, poliklinika və tibb məntəqələrinin yaradılması, onların peşəkar kadr potensialı və ən mükəmməl tibbi-texniki avadanlıqla təmin edilməsi gündəlikdə duran aktual məsələlərdəndir ki, onların da həllinə tam ciddiliklə yanaşılmalıdır. Məsələn Kəlbəcərdə yerləşən “İstisu” sanatoriyasının və bu kimi müalicəvi əhəmiyyətə malik digər məkanların yenidən qurulmasına xüsusi diqqət yetirilməli, bu işə xarici ölkələrin təcrübəli mütəxəssisləri cəlb olunmalıdırlar. Ancaq dərman istehsal edən əczaçılıq müəssisələrinin yaradılması məsələsi də nəzərdən qaçmamalıdır. Qarabağ torpağı təbii sərvətlərlə zəngindir. Burada xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri var və yerli əhali əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində bu bitkilərdən faydalanıb. Niyə də bu bölgədə müalicəvi bitkilərdən dərman istehsal edən müəssisə yaradılmasın?! Ölkə əhalisinin tələbatını ödəməklə yanaşı, bu müəssisə təbii xammaldan hazırlanan dərman məhsullarını xarici ölkələrə də ixrac edə bilər. Yerli əhali də yeni iş yeri ilə təmin edilmiş olar.
Əziz seçicilər digər mühüm məsələ işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən yeni dövlət idarəetmə modelinin, yeni yaradılmış iqtisadi rayonlarda bərpa, tikinti və idarəetmə xidmətləri göstərən müvafiq publik hüquqi şəxslərin iş təcrübəsinin, bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarların stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştləri və digər dövlət təşviqlərindən istifadə ilə bağlı mexanizmlərin ölkə miqyasında tətbiq edilməsi imkanlarının öyrənilməsi və reallaşdırılmasından ibarətdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında uğurla sınaqdan çıxmış hər hansı bir idarəetmə modeli respublikanın digər bölgələrində də tətbiq edilə bilər.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından, zəngin təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə, bölgənin hərtərəfli inkişafının təmin edilməsi ilə bağlı tədbirlərin vahid proqram əsasında həyata keçirilməsi sözsüz ki, təqdirəlayiqdir. Lakin bu proqramın icrasına dair hesabatlılığın təmin edilməsi, ölkə əhalisinin görülən işlər barədə mütəmadi olaraq məlumatlandırılması heç də az əhəmiyyət kəsb etmir. Böyük Qayıdışla bağlı hazırda görülən işlər və gələcəkdə həyata keçiriləcək quruculuq prosesini həm ölkə əhalisinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla əslində Azərbaycan dövlətinin iqtisadi qüdrətini, sülhə, əmin-amanlığa və tərəqqiyə sadiqliyini bir daha nümayiş etdirmiş olarıq.

21-01-2024, 19:52
F.Mustafanın vəkili təhsil sisteminin yeniləşməsi və islahatların aparılmasının vacibliyindən danışıb

Fazil Mustafanın vəkili təhsil sisteminin yeniləşməsi və islahatların aparılmasının vacibliyindən danışıb

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar İTV-nin radiosunda prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın vəkili Könül Quliyeva namizədin seçki platformasında təhsil sisteminin formalaşdırılması, yenidən qurulması və islahatların aparılması üçün vacib, əhəmiyyətli məqamlara toxunub.
O, qeyd edib ki, F.Mustafanın seçki platformasında təhsil sistemində yeniliklər formalaşdırılması xüsusi yer tutur: "Təhsilin keyfiyyyətinə nəzarət–bu təhsil müfəttişlərinin yoxlaması demək deyil! Fazil Mustafa üçün həyati məsələ təhsildir. Həm də Siam ekizləri kimi bir-birindən ayrılmaz təlim və təhsil.
Bu gün ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsindən çox danışılır. Amma necə? Şübhəsiz ki, təhsilin keyfiyyətinin yüksəl- dilməsi, ümumilikdə, bir çox amillərlə bağlıdır. Ancaq bu amillərdən mühüm olanlarından biri də keyfiyyətə nəzarət mexanizmləri ilə bağlıdır.
Artıq müəllimlik şagirdi bazar şərtlərinə və rəqabətə hazır- layan texniki bir iş səviyyəsinə salınmışdır. Bu müəllim tipi ictimai məsuliyyətlərdən uzaqlaşmış, vəzifəsi şagirdləri mərkəzi imtahanlara hazırlamağa bərabər olan mexaniki bir texnik-müəllim olaraq tanına bilir. Etik və ədalət cavabdehliyi daşımayan bir müəllimlik modeli ortaya çıxmışdır".
Vəkil vurğulayıb ki, sivil dünya təcrübəsinə görə təhsilin keyfiyyətinə ən effektiv nəzarət müstəqil ekspertlər və bütövlükdə vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilənidir. Belə ki, dövlət tərəfindən müəyyən edilən standartlar əsasında apanlan təhsil prosesinin keyfiyyətinin konkret nəticələr əsasında obyektiv şəkildə qiymətləndirilməsi üçün heç bir tərəfdən asılı olmayan müstəqil qiymətləndirməyə ehtiyac var: "Yalnız dövlət tərəfindən təhsilin keyfiyyətinə nəzarət edilməsi iki səbəbə görə effektiv deyil. Birincisi, təhsil standartlarını dövlət özü müəyyən edir ki, əgər təhsilin keyfiyyətsizliyi bununla bağlı olsa obyektiv və subyektiv olaraq bu ortaya çıxarılmayacaq. İkincisi, dövlət nəzarəti heç də şəffaf olmadığından, bu nəzarətin təhsilin keyfiyyətinə də real olaraq heç bir müsbət təsiri olmur.
Bir sözlə, ölkədə təhsilin keyfiyyətinin təmin edilməsinin zəruri şərtlərindən biri kimi keyfiyyətə müstəqil nəzarət mexanizmləri formalaşdırılmalıdır"
K.Quliyeva onu da qeyd edib ki, platformada 2005-ci ildən qoşulduğumuz Boloniya prosesindən ya imtina etməli, ya da ciddi şəkildə onun prinsiplərinə əməl etməliyik: "Ali məktəblərdə müəllim hazırlığına xüsusi diqqət yetirilməlidir. Tədris proqramları köklü şəkildə yenilənməli, öyrənilməsi gələcək pedaqoji fəaliyyətdə önəmli əhəmiyyət kəsb etməyən fənlər ümumiləşdirilməli və ya ixtisara düşməli, müasir çağırışlara cavab verə biləcək yeni fənlər əlavə olunmalıdır. Bu baxımdan gələcək müəllimlərin tədris edəcəkləri fənndən asılı olmayaraq sosiologiya, uşaq və yeniyetmə psixologiyası, məktəb gigiyenası, ailə təsərrüfatının idarə olunması, dünya xalqlarının mədəniyyəti və milli mədəniyyət, ünsiyyət mədəniyyəti, natiqlik qabiliyyəti kimi sahələri əhatə edən fənlərin tədrisi faydalı ola bilər".
16-09-2023, 20:54
ГЕРОЙ ДВУХ ВЕКОВ

ГЕРОЙ ДВУХ ВЕКОВ

В истории национального освобождения и независимости каждого народа всегда присутствуют гении, выступавшие в качестве спасителя. Решительно ведя за собой свои народы, эти гении становились победителями в самые судьбоносные моменты. Общенациональный лидер азербайджанского народа Гейдар Алиев оставил яркий и неизгладимый след в современной мировой истории как выдающаяся личность, обладатель необычайных способностей, врожденного таланта, мудрый государственный деятель. Содержательный жизненный путь Гейдара Алиева, своими исключительными заслугами оставившего вечную память о себе, его богатое и разностороннее наследие является школой неисчерпаемых поучительных примеров. Оглядываясь на прошедшие годы, мы еще раз становимся свидетелями важных исторических достижений, которых добился азербайджанский народ под руководством своего мудрого лидера. Возрождение и пробуждение национального самосознания началось с приходом Гейдара Алиева к власти, и именно благодаря ему независимость нашей страны приобрела вечный и необратимый характер. Дальновидность, мудрость, решительность, железная воля, богатый государственный опыт Великого лидера помогли Азербайджану возвыситься на достойное место в мире.
Отдавая дань неоценимым заслугам Гейдара Алиева перед Родиной, народом, в эти дни в каждом уголке нашей страны и далеко за ее пределами отмечается 100-летний юбилей со дня его рождения с высоким почитанием и глубокой благодарностью каждого азербайджанца.
Большой, содержательный и славный жизненный путь Гейдара Алиева не умещается в понятия времени и места. Сильная привязанность и преданность своему народу в характере и деятельности Общенационального лидера Гейдара Алиева проявилась еще с юношеских лет. Появившийся на свет в простой, трудящейся азербайджанской семье в Нахчыване, этот великий человек уже с молодости занимал высокие должности, неся на своих плечах бремя тяжести большой страны.
Общенациональный лидер Гейдар Алиев всегда уделял пристальное внимание происходящим в стране демократическим преобразованиям и защите прав человека. Проводящий системные изменения во всех областях нашей общественно-политической, культурной жизни, Великий лидер особое место отводил роли молодежи в этих процессах, обеспечивая ее активное участие в различных организациях, государственных учреждениях, на политических и экономических аренах.
В памяти народа навсегда останутся заслуги Великого лидера в должности руководителя Азербайджана в 1969-1982 годах. Приход Гейдара Алиева к власти в Азербайджане, в то время считавшимся одной из отсталых республик бывшего СССР, полностью изменил жизненный ритм АзССР, начались невиданное оживление и подъем, строительно-созидательные работы. В процессе напряженной деятельности Гейдара Алиева были достигнуты большие успехи в экономике, промышленности и сельском хозяйстве, культурной и образовательной областях. Были построены многочисленные промышленные предприятия, очаги культуры и образования, медицинские учреждения, новые жилые массивы, дороги, проведены газовые линии в отдаленные районы.
В республике также были возведены дворцы, имеющие большое значение для политической и культурной жизни, а также множество красивых, видных зданий, придающих особую неповторимую красоту столице и другим городам; были установлены величественные памятники личностям, сыгравшим важную роль в истории нашего народа, деятелям литературы и искусства.
Именно в те годы руководства республикой Гейдаром Алиевым был заложен крепкий фундамент нашей нынешней независимости, начался подъем национального духа, идеологии азербайджанства, предприняты решительные шаги в направлении национализации кадрового корпуса.
Принятие в 1978 году Конституции Азербайджанской ССР и закрепление в ней азербайджанского языка в качестве государственного является заслугой Общенационального лидера Гейдара Алиева. В период главенства тоталитарного советского режима определение правовых основ сохранения и дальнейшего развития духовных ценностей народа, особенно его языка, являлось очень смелым шагом по тем временам. С этой задачей, полностью противоречащей требованиям советской национальной политики, смог справиться именно Гейдар Алиев. "Пусть восторжествует справедливость!" – сказанные Гейдаром Алиевым эти слова, составляющие суть всех его дел, стали лозунгом для всего народа.
Дальнейшее возвышение Гейдара Алиева в политической иерархии такой огромной страны, как СССР, - высокие должности члена Политического Бюро ЦК КПСС и в то же время первого заместителя председателя Совета Министров, - являются предметом особой гордости. Восхождение Гейдара Алиева на пик политической элиты имело особое значение для Азербайджана. Пользуясь своим возросшим авторитетом, он добился направления ряда проектов всесоюзного масштаба в Баку, а также выделения для Азербайджана еще больших средств из союзного бюджета. В результате титанической деятельности гениального Гейдара Алиева Азербайджан стал одной из передовых республик бывшего союза.
В период руководства Нахчываном в 1991-1993 годах Гейдаром Алиевым были предприняты важные шаги на пути к достижению независимости нашей республики: из названия Автономной Республики были убраны слова «советская социалистическая», наш трехцветный национальный флаг был впервые принят в качестве государственного флага в Нахчыване, определен День солидарности азербайджанцев мира, трагедии 20 января была дана политическая оценка, было отказано в проведении референдума о сохранении СССР, приостановлена деятельность важных имперских структур, а также впервые советские воинские части были выведены из Автономной Республики.
Однако нашей стране, только что обретшей независимость в 1991 году, грозила опасность потерять ее. В стране шла война. Руководство страной практически было парализовано. В республике царили хаос и анархия.
Видя единственный путь к спасению в лице Гейдара Алиева, азербайджанский народ настойчиво призывал его вернуться к власти в республике. Наш народ верил, что только Гейдар Алиев может вывести Азербайджан из сложившегося тяжелого положения, социально-экономического и военно-политического кризисов. Здесь вспоминается высказывание известного французского мыслителя Вольтера: «Достаточно одного гения, чтобы спасти государство». Гейдар Алиев был также гением, подаренным Богом для облегчения судьбы азербайджанского народа, гением, посланным в качестве спасителя своего народа в нужное время.
Не случайно Гейдар Алиев навсегда вошел в память азербайджанского народа как государственный деятель - основатель и спаситель, Общенациональный и Великий лидер, завоевавший всенародную любовь.
Гейдар Алиев, подчинившись воле своего народа, вернулся к руководству страной и взял на себя очень трудную и почетную миссию по спасению от развала независимой Азербайджанской Республики, азербайджанского народа, исторических достижений его национально-освободительного движения. В прямом смысле слова это была ни с чем не сравнимая самоотверженность великодушного сына Отечества, который, говоря: «Всю свою оставшуюся жизнь я посвятил моему народу», в буквальном смысле бросился в борьбу за свой народ. Гейдар Алиев еще раз доказал, что не пожалеет своих политических способностей и многолетней управленческой компетентности ради неустанного служения для процветания своего народа и независимости государства.
Неоспорима и роль молодежи в развитии Азербайджана, его экономической, политической и культурной жизни, в становлении демократического государства и общества. Если мы посмотрим на историю Азербайджана, то станем свидетелями того, что наша молодежь играла уникальную роль на каждом ее этапе.
Общенациональный лидер Гейдар Алиев всегда считал вопросы, связанные с молодежью, одной из основных составляющих своей политики. Только за период, когда Гейдар Алиев руководил республикой в 1969-1982 годах, были открыты сотни новых учебных заведений, молодежных центров, военных школ, тысячи молодых азербайджанцев учились в престижных вузах бывшего СССР и получали современные по тем временам специальности.
Осуществление необходимых мероприятий в сфере работы с молодежью в нашей стране также связано с именем Великого лидера. Одним из важных направлений, которому Гейдар Алиев, вернувшийся к власти по требованию народа в 1993 году, уделял больше внимания, была работа с молодежью. Главной целью реализуемой молодежной политики являлось формирование современно мыслящего молодого поколения, опирающегося на национальные ценности, неразрывно связанного с Родиной и народом, и использование потенциала этой молодежи для дальнейшего развития государства. Накануне ускорения демократических процессов в стране, с целью организации молодежи 26 июля 1994 года был подписан указ главы государства о создании Министерства молодежи и спорта. Таким образом, молодежная политика государства стала управляться из единого центра. Многочисленные встречи нашего Великого лидера с молодежью, его ценные рекомендации послужили делу сплочения молодежи вокруг общенациональных и государственных интересов. Логическим следствием этого является то, что 2 февраля 1996 года был проведен Первый Форум молодежи Азербайджана. Говоря о работе, проделанной в области молодежной политики и спорта, Великий лидер Гейдар Алиев подчеркнул, что верит в более успешный завтрашний день для молодежи Азербайджана. В этот период подписание указов, обеспечивающих решение проблем молодежи, принятие соответствующих законов, активное вовлечение молодежи в государственное строительство внесли важный вклад в молодежную политику государства. Таким образом, были созданы все условия для того, чтобы азербайджанская молодежь как полноправный гражданин взяла на себя ответственность за свое будущее и постаралась оправдать оказанное ему доверие. Согласно соответствующему указу, подписанному нашим Общенациональным лидером в 1997 году, день 2 февраля был объявлен «Днем азербайджанской молодежи». И каждый год в этот день Великий лидер встречался с молодежью, интересовался их проблемами и обеспечивал значение роли молодежи в постановке новых целей молодежной политики.
Эти встречи, ставшие традиционными, ныне продолжает достойный последователь великого лидера, Верховный Главнокомандующий, Президент страны господин Ильхам Алиев. Как молодой азербайджанец, я хотел бы с большой гордостью поделиться с вами одним нюансом. Мне довелось принять участие в одной из таких престижных встреч - Бакинском форуме, посвященном 25-летию учреждения Дня молодежи, 2 февраля 2022 года. В ходе встречи господин Президент говорил о важной роли молодежи в судьбе нашей страны и народа, ее незаменимой роли в достижениях нашей страны в сфере внешней и внутренней политики.
Феномен Гейдара Алиева, характеризующийся его управленческим талантом, неиссякаемой энергией, высоким профессионализмом, широко известен в мире и сегодня изучается как один из самых влиятельных политических деятелей мирового масштаба. Ярким воплощением реализации идей Гейдара Алиева является независимая Азербайджанская Республика.
«Для каждого человека национальная принадлежность является источником гордости. Я всегда гордился и сегодня горжусь тем, что я азербайджанец.»
Общенациональный лидер нашего народа – Гейдар Алиев
Как представитель молодого поколения, я понимаю, что высказываться о таких цельных личностях - задача трудная, ответственная и столь же почетная. Мы гордимся великим лидером Гейдаром Алиевым и с неиссякаемым уважением и благоговением чтим его память! Азербайджанский народ никогда не забудет Вас и Ваши неоценимые заслуги!

Тахмасиб Имамалиев
Председатель Студенческой Молодежной Организации Азербайджанского Государственного Педагогического Университета
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!